ÅXëlxgghpxn nclplhkxn ncpxl


ON ÜÇÜNcÜ DƏRS: ZİKR ÜÇÜN ÜMDƏ MANEƏ



Yüklə 3,76 Mb.
səhifə62/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   58   59   60   61   62   63   64   65   ...   186

ON ÜÇÜNcÜ DƏRS:

ZİKR ÜÇÜN ÜMDƏ MANEƏ

ÖTƏN MÖVZULARA BAXIŞ


Qur`an ayələrindən aydın oldu ki, insanın süqutunun əsl səbəbi qəflətdir. İnsanın özündən, öz insani şəxsiyyətindən qəfləti onu uçuruma aparır. İnsanın özündən xəbərsiz olması onun tövhid, məad və nübüvvətdən qəflətdə olmasının nəticəsidir. Qur`an ayələri bu müddəanı təsdiqləyir: “Allahı unutdular və O da onlara özlərini unutdurdu.”1 Digər ayələrdən mə`lum olur ki, özünə diqqətin səmərəsi hidayət və Allaha yaxınlaşmaqdır. Qeyd etdik ki, üç inanc arasında tövhid mehvər rolunu oynayır. Başqa sözlə, məad və nübüvvətə inam tövhidə inamdan doğur. Allahı tanıyan insan anlayır ki, Allah hikmətsiz iş görməz və yaranış məqsədsiz deyil. Beləcə, Allaha diqqət yetirmək insanı məad və qiyamətə də diqqət yönəltməyə sövq edir. Allahı tanıyan insan əmindir ki, nə vaxtsa sorğuya çəkiləcəkdir.

İnsanın diqqət mərkəzində olmağı lazım olan üç əsasdan biri məad, yə`ni axirət aləmidir. Axirət aləmi Allahın insan üçün nəzərdə tutduğu son mənzildir. Ayələrdə bildirilir ki, insanın əsl bədbəxtçiliyinin səbəbi qiyamət gününü unutmasıdır. Hesab gününə inanan insan əbədi cəhənnəm əzabına düçar olmamaq üçün saleh əməllər etməyə sə`y göstərir. Dünyanı əbəs bilməyən insan əməllərinə diqqət yetirir, öz insani şəxsiyyətini qoruyur.



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin