ÅXëlxgghpxn nclplhkxn ncpxl



Yüklə 3,76 Mb.
səhifə157/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   153   154   155   156   157   158   159   160   ...   186

XÜŞU EQOİZMİN ZİDDİDİR


“Qəlbin sınması” nə deməkdir? Maddi olmayan qəlb necə sına bilər? Qəlb sındıqda hansı dəyişikliklər baş verir?

Bu hal o zaman baş verir ki, insan böyük çətinliyə düşdüyü zaman hər yerdən əli üzülsün. Amma bu hal xüşu deyil. Xüşu insan xarakterində eqoizmin, mənəm–mənəmliyin öldüyü andır.

Hər bir insan öz daxilində özünün şəxsiyyət ruhunu hiss edir. Söhbət mə`nəvi dəyərlərə söykənmiş insani şəxsiyyətdən yox, yalnız öz mə`nafelərini qoruyan “mən”dən gedir. İslam dini insanın təkamülə çatmasında “mən” məfhumunu böyük maneə bilir. Bu elə bir hissdir ki, insanı hətta Allah qarşısında boyun əyməkdən çəkindi-rir. Bu xüsusiyyət insanı Allah və cəmiyyət qarşısında azğınlıqlara, cinayətlərə sürükləyir. Eqoizmin son həddi ilə isə fir`onsayağı “mən Allaham” deməkdir.1

Bütün günahlar hansı dərəcədəsə özünəpərəs-tişdən qaynaqlanır. “Casiyə” surəsinin 23-cü ayəsini xatırlayaq: “Həva-həvəsini özünə tanrı edəni gördünmü?” Nəfsini özünə tanrı edən insanın ağıl qüvvələri düzgün fəaliyyət göstərmir. Onun gözləri və qulaqları tutulur, qəlbi kor olur. Allah belə insanların azğınlığını artırır və bütün qurtuluş yolları onun üzünə bağlanır. Yuxarıda qeyd edilmiş ayədə oxuyuruq: “Onu Allahdan başqa kim hidayət edər?” Bəli, bütün korluqların kökü insanın Allahı yox, öz nəfsini tanrı bilməsindədir. Nəfsin istəklərinə tabe olan kəs heç vəchlə Allahı görə bilməz. O, hara baxırsa özünü və istəklərini görür. Belə adamdan əməllərinin səbəbini soruşduqda cavab verir ki, könlüm belə istəyir. Allaha həqiqi mə`nada inanan insan isə anlayır ki, çarəsiz quldan başqa bir şey deyil. O, yalnız Allahın razılığı üçün danışır, susur, hərəkət edir, dayanır. İnsan öz qəlbini dinləməli və kimin istəyi ilə hərəkət etdiyini müəyyənləşdir-məlidir. Əgər qəlbimizdə başqalarına hakim olmaq, bütün nəfs istəklərinə çatmaq həvəsi tüğyan edirsə, demək, fir`onluğa doğru gedirik. Fir`on isə yalnız özünə yox, həm də başqalarına Allah olmaq iddiasında idi.

Namazın həqiqi mə`nasını anlayıb, onu qəlbin iştirakı ilə yerinə yetirənlər özünəpərəs-tlikdən, xudpəsəndlikdən uzaq olurlar. Həqiqi namaz Allaha təslim olub nəfsani istəklərindən keçməklə əldə edilir. Allahın razılığını qazanmaq üçün xüsusi ilə cavanlar çox çalışmalıdırlar. Onlar hər kiçik əməldə ilahi razılıq barədə düşünməlidirlər. Onlar əmr verməkdənsə xidmət göstərməyi üstün tutmalı-dırlar. Əgər hər bir gənc Allahın razılığına və xidmət göstərməyə çalışarsa, tədricən özünə-pərəstişdən uzaqlaşar. İnsan heç zaman bəndəlik vəzifələrini unutmamalıdır.


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin