ZAHİRİ VƏ HƏQİQİ XÜŞU
Özünü hələ ki ilahi buyuruqlar əsasında tərbiyələndirməmiş şəxsdə özünəpərəstiş halları mövcuddur. İnsan tədricən bu xüsusiy-yətdən yaxa qurtarmağa çalışmalıdır. Əgər bu istiqamətdə sə`y göstərilməzsə, özünəpərəstiş insanın xasiyyətində elə möhkəmlənə bilər ki, onu aradan aparmaq mümkün olmaz. “Hədid” surəsinin 16-cı ayəsində oxuyuruq: “Özlərindən əvvəlki kitab verilən kimsələr kimi olmasınlar. Onlarla (öz peyğəmbərləri arasında) uzun bir müddət keçmiş və qəlbləri sərtləşmişdir”. Bəli, bə`zi insanların qəlbi Qur`an tə`birincə, “daşdan da bərk” ola bilir. Bəni-İsrailin daş qəlbi haqqında buyurulur: “Ondan sonra sizin qəlbiniz daş kimi, hətta daşdan da bərk oldu”.1 Bə`zən qəlb o qədər daşlaşır ki, insan ağlamaq hissini itirir. Amma əksinə, bə`zi insanlarda özünəpərəstişin bünövrəsi və divarları çox zəif olur və kiçik bir tə`sirlə dağılır. Xüşu bu divarların uçduğu, qəlbin sındığı bir məqamda-dır. Belə insanda səsin, çöhrənin itaətkarlığı qəlbdən gəlir və təbiidir. İnsan namazını bu halda qıla bilərsə, qurtuluş yolunu tapar: “O mö`minlər nicat tapdılar ki, namazlarını xüşu ilə qılarlar”.2 Yalnız zahirdə müşahidə edilən itaətkarlıq xüşu deyil. Həqiqi xüşu “mən” bütünün uçduğu an özünü biruzə verir.
Allahla bağlılığı olmayanlar xüşu halında olan itaətkar mö`minə zəif şəxsiyyət kimi baxırlar. Onların fikirincə, yalnız psixoloji cəhətdən zəif olan insanlar itaətkarlıqla ağlaya bilərlər. Amma Allaha həqiqi iman gətirənlər belə hesab edirlər ki, bu halın olmaması böyük nöqsandır. Psixi cəhətdən zəif insan dünya çətinlikləri qarşısında tab gətirmir. Mö`min isə yalnız və yalnız Allah qarşısında müt`i olur.
Dostları ilə paylaş: |