Fiz.güc.VII.2. Şagird maddələrin atom-molekul strukturunu təsvir edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Maddə ilə fiziki cismi bir-birindən fərqləndirirsə. Bir maddədən hazırlanmış müxtəlif cisimləri və müxtəlif cisimlərdən hazırlanmış bir təyinatlı cisimləri sadalaya bilirsə;
Bir sıra hadisələri maddələrin atom-kimyəvi quruluşları əsasında izah edirsə;
Bərk, maye və qaz vəziyyətlərini onların xüsusiyyətləri (həcmin və formanın qorunub-saxlanması) ilə fərqləndirə bilirsə və atom-molekulyar struktura əsasən, model şəklində təqdim edirsə;
Maddələrin bərkliyini onların praktiki istifadələri ilə əlaqələndirirsə;
Sınaqlar keçirir və mayelərdə diffuziya hadisələrini tədqiq edirsə, müvafiq nəticələr çıxarırsa;
Temperaturun diffuziyanın sürətinə təsirini tədqiq edir, müvafiq nəticələr çıxarırsa;
Diffuziya hadisəsini müşahidə edir və təbiətdə və məişət-həyatda onun rolu barədə mülahizə yürüdür, misallar gətirirsə;
Müvafiq anlayışlardan və düsturlardan standart və qeyri-standart məsələlərinin həllində adekvat istifadə edirsə.