Яли Камали архивиндяки «Короьлу» дастанынын



Yüklə 1,1 Mb.
səhifə25/77
tarix10.01.2022
ölçüsü1,1 Mb.
#107923
1   ...   21   22   23   24   25   26   27   28   ...   77
Xəlq şairləri

Ağız ədəbiyyatının xəlq ənənələri içində yayılmasına başlıca səbəb xəlq şairləri olmuşdur. Əski oğuzlar bunlara “ozan”1 deyər­lərdi. Ozanlar əllərində qopuz2 deyilən telli çalğı “eldən-elə, bəg­dən-bəgə” gəzərlərdi3. Getdikləri yerlərdə saz çalaraq əsatirə və əfsanələri yüksək səslə oxurlardı. Ahəng cəhətindən çox zəif olan əfsanələrə, çalğının ahəngi sayəsində bir şeir, bir bəstə ahən­gi ve­riyorlardı. Bunlar dügünlərdə, qonaqlıqlarda, başqa yığın­caq­larda çalar, oxur və hətta orada bulunanları nüktəli sözlərlə təhlil belə edərlərdi.

Ozanlar yalnız çalğıçı-müğənnilik yapmazlardı. Cocuq do­ğul­duğu zaman ad qoymaq, ölüm vüquində dəfn mərasimlərini idarə etmək kibi ictimai vəzifələr də görürlərdi.

Bütün bu vəzifələri yapan ozanlar eyni zamanda dərəbəg­lərin məddahı idi. Əşirət və qəbilə rəislərinin feodalizm aristo­kratisinin qurduqları “şülənbəglik, qonaqlıq, ov mərasimi ilə yuğ-qam ayinləri əsnasında4 feodallar haqqında dizilən mədh, dastan və mənqəbələrini oxuyaraq ozanlar dualar yapan ozanlardı. Oğuz­lar Azərbaycan və Qafqazda yerləşdikdən sonra də “ozançılıq” çox müddət yaşamışdır. Zaman keçdikcə ozanın ictimai və bədii vəzifələri dəgişməklə bərabər, ozan təbiri də əhalimiz arasında qalxdı. Sonradan saz çalub, söz deyən aşıqlar, yığıncaqlarda “bəd­yəçilik” yapanlar, xanəndələr və məddah-dərvişlər həp bu ozanın müxtəlif dövrlərdə almış olduğu şəkillərdir.




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin