Яли Камали архивиндяки «Короьлу» дастанынын



Yüklə 1,1 Mb.
səhifə36/77
tarix10.01.2022
ölçüsü1,1 Mb.
#107923
1   ...   32   33   34   35   36   37   38   39   ...   77
Əfsanəvi Qorqud

İqtisadi həyatın inkişaf etmədigi ibtidai cəmiyyətlərdə böyük taşğınlıqlarla təbariz edən zəkalar, o cümlədən qəhrəmanlar, cə­miyyətin fəlsəfəsinə görə böyük məziyyətləri olan padşahlar, mü­hüm rollar oynamış alim və şairlər xariqüladə, daha doğrusu mavərayi bir qüvvət kibi təsir yapardı. Sınırları üzərində rişələr duyan əvam, öz məxiləsi sayəsində bu həqiqi insanların məziy­yətlərini daha çoğaltır və onları daha mübaliğəli bir surətdə gös­tərirdi. O qədər ki, zaman keçdikcə, nəsil dəgişdikcə bu həqiqi hüviyyətə malik olan adamlar tamamilə ziyalı bir mahiyyət almış olurdu. Böylə bir şəkil alanlardan bizə qədər bir iz qalmışsa və yaxud tarixi mənbələronun haqqında vəsiqələri havisə, o vaxt xəyallar arasından böylə şəxsləri seçmək qolay olur; əgər bu və­siqələr mövcud degil isə ədəbiyyat tarixi onlar haqqında yaşayan xatirələrə, rəvayətlərə qolaylıqla inanamaz.



Pəki, tanılmıyacaq dərəcədə şəxsləri bəzəyən əvam, məxiləsi bir şəxs haqqında əfsanə uydururkən, zəbeini həqiqətən yaşamış olan adamlardan almıyormı? Məsəla, biz biliyoruz ki, məşhur “Ley­li və Məcnun” mənqəbəsinin qəhrəmanı Məcnun ərəb şairlə­rindəndir (Tarixi-ədəbiyyati-ədəbiyyə, professor Məhəm­məd Fəh­­mi). Əhməd Yasəvi, Yunis İmrə tarixi simaya malik olduqları halda şəxsləri əfsanə haləsi içində tamamilə gizlənmiş kibidir. Ana­dolu türklərincə məşhur əfsanəvi qəhrəman Bottal Qazi yenə yaşamış bir tipdir (Köprülüzadə: “Türk ədəbiyyatında ilk mütə­səv­­vüflər”). Ərəb simalarından İmam Əli ilə Hüseyn birər möv­cud olduqları halda haqlarında bu qədər geniş əfsanə silsiləsi uy­durulmuşdur. Məşhur Nəsrəddin Xoca haqqında böyük bir mən­qə­bə ədəbiyyatı yaradılmışdır. Füzuli haqqında İraq oğuzları ara­sında mənqəbələr yox degil; cahil xalq şairin qəbrini pir sayar, ora­ya nəzirlər-mumlar gətiriyorlar (Əli Suad, “Səyahətlərim”), hət­­ta şair Namiq Kamal haqqında da İstanbulda xeyli lesrandlar vardır.

Xalq yaradıcılığına aid bu kibi hallar düşünüldügü zaman Qorqudun yaşamış bir adam olduğu zəhabi hasil oluyor. Bilxassə ki, bu gün Qorqudun qəbri də vardır.

Qorqudun şəxsiyyəti haqqında əfsanəvi olaraq bizə ən bol məlumat verən kitab “Dədə Qorqud”un özüdür. Bundakı mənqə­bə­lərdə Qorquda verilən mənqəbələr tərkib edildigi zaman Qor­qudun iki mühüm sifət sahibi olduğu meydana çıxar: birisində ötədə-bəridə qopuz çalaraq qəhrəmanlar və xanlar-bəglər haqqın­da hekayə düzüb qoşan bir ozan: məddah, müğənni; ikincisində xalqın, hətta rəislərin hörmət etdigi və dinlədiyi əql və mühakimə sahibi bir şeyxdir.

Qorqudun ozanlığını kitabın bu parçaları eyi göstəriyor: “Dədəm Qorqud gəldi şadlıq çaldı, boy boyladı, söy söylədi, qazi ərənlər başınə nə gəldügin söylədi” (səhifə 67). “Dədəm Qorqud gəlübən boy boyladı, söy söylədi, bu boy dəli Dumrulun olsun, məndən sonra alb ozanlar söyləsün, əlin açuq, comərd ərənlər dinləsün, didi” (səhifə 95).

“Doqquz tümən” sifətilə yad edilən Gürcüstandan hər yıl “altun-aqçə” olaraq vergü alan Bayındır xanə bir yıl vergi yerinə bir at, bir qılınc, bir çomaq göndərilmiş, bundan mütəəsir olan Bayındır xanın qarşısında yenə Dədə Qorqudı görüyoruz; o, bu­rada, xanın qəmini dağıtmaq için çalğı çalıyor, sonra onun mü­şaviri kibi dərdləşməgə başlayor. Qorqudın sözilə Bayındır xan bu vergiyi qəbul ediyor və Bəkil adında bir yigitə veriyor; onu Oğuz məmləkətinin şimal sərhədi olan Gürcüstan hüdudinə bəkci olaraq göndəriyor.1

Bu parçanın də göstərdigi kibi Qorqudun dərəbəglik çadı­rında da böyük mövqeyi varmış. Oğuzların böyük düşməni olan Təpəgöz ilə müqavilə yapmaq için də Qorqud göndəriliyor. Ba­cısını (qız qardeşini) evlənmək üçün istəyən adamı öldürən Dəli Qarcar adında bir qəhrəmanın bacısını istəmək üçün Qorqud gön­dəriliyor və müvəffəq oluyor.

Əhali bir çox işlərini, fikirlərini ona məsləhət eylərmiş, onun rəhbərligindən istifadə edərlərmiş. “Qorqud Ata Oğuz qövmünün müşkilini həll edərdi. Hər nə isə olsa Qorqud ataya tanışmıyıncə işləməzlərdi. Hər nə ki buyursə qəbul edərlərdi. Sözin tutub ta­mam edərlərdi” (səhifə 3). Cocuqlara ad verən də Dədə imiş. “Am­ma oğlan nə qədər götürdülərsə türmədi gerü aslan yatağınə vardı gerü tutub gətürdilər, Dədəm Qorqud gəldi, aydır, oğlanım sən insansən, heyvanlə müsahib olməğıl, gəl yəxşi at bin, yəxşi yigitlər ilə eş yürüt, didi. Olu qardaşım adı Qıyan Səlcukdır, sənin adın Bəsat olsun, adını mən verdim, yaşinı Allah versün, didi” (səhifə 120)

Əski ozanların sifət və mahiyyətləri düşünüləcək olursa, yu­xarıda göstərilən siniflərin həpsi bir insanda toplanırdı. Ozanlar yalnız dərəbəglərin məddahı, çalğıçısı, müğənnisi degildi, onlar eyni zamanda xürafat nəşr edən bir ruhani, kəramət satan bir müx­bəm mahiyyətdə idi. Bu cəhətdən kitabda mühakimə və dəra­yəti sayəsində Qorquda verilən həkim və müşavirlik sifəti də ozanların məziyyətlərindəndir. Buna görə kitabın verdigi müxtəlif sənətlərdən Qorqudun bir ozandan (şair-molla) başqa bir şey ol­madığı görünüyor.

Kitabın heç bir yerində Qorquda aid qəhrəmanlıq cəngavər­lik, xanlıq, bəglik ətif olunmuyor. İnostrantsev düşüncəsinə görə Dədə Qorqudunqəbilə rəisi olan Qorqud bin Əbdülhəmidin mü­ruri-zamanla əvam məxiləsində almış olduğu əksi ədd edəcək olursaq, uzman Qorqudun bir hökmdar ikən söylənə-söylənə çal­ğıçı bir molla halına girdigini qəbul etməmiz lazım gəlir. Halbuki, kitabda Qorquda ətif edilən qüdsiyyət, mənqəbələrin qəhrəmanı olan xan və bəglərin hiç birisinə verilmiyor.

Tarixi mənbələrin də Qorqudun nüfuzu haqqında az-çox məlumat vermələri onun tamamilə yaşamış bir şəxsiyyət olduğu haqqındakı mənfi fikirləri cərh ediyor1. Bilxassə “Came-Ət təva­rix”i-Saci Rəşidəddin əl-Təbib, Qorqudun Qaraxoca adında bir zatın oğlu olduğunu qeyd ediyor. O halda şair, həkim, şeyx, mol­la, çalğıçı, dərəbəglik məddahı və oğuznamə müğənnisi sifətlərini havi olan bir ozan şəklində qəbul edəcəklər.



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin