VƏQF OLUNMUŞ YAZILIABİDƏLƏR--MƏCMUƏLƏR Tahirə NURƏLİYEVA
(Azərbaycan MEA Məhəmməd Füzuli adma Əlyazmalar Institutu) AMEA-nm Məhəmməd Füzuli adma Əlyazmalar Institutunda mühafızə edilən yazılı abidələr içərisində məcmuələr xüsusi yer tutur.Məcmuələr peşəkar xəttatlar və tədqiqatçılar tərəfmdən bir neçə müxtəlif müəlliflərin əsərlərinin bir kitabda birləş-məsi, bir cilddə cildlənməsi kimi daha geniş bir məfhum olduğu anlaşdır. Eyni şifrə altmda saxlanılan və həmin məcmuəyə daxil olan əsərlərin sayı rum rəqəmi ilə qeyd edilir və hansı səhifələri əhatə etdiyi göstərilir. Bu cəhətdən məcmuələri öz forma-larına görə bir neçə yerə ayırmaq olar. Ədəbiyyat, dil, tarix, fəlsəfə, məntiq, din, bəzən də bir neçə elmə aid əsərlərin bir cilddə yerləşməsindən ibarət olur.
Əlyazmalar Institutunda saxlanılan və şəxsi kolleksiyalardan gələn vəqf olunmuş məcmuələr çoxluq təşkil etdiyi kimi həmin əlyazmalar öz paleoqrafık xüsusiyyət-lərinə və yazümış vəqf qeydlərinə görə maraqlıdır.
Vəqf olunmuş əlyazmalar və ümumiyyətlə «vəqf» sözünün mənşəyi haqqmda müəllif bir neçə məqaləsində və müxtəlif ədəbiyyatlarda bir çox məlumatlara qısa ekskurs etməklə haqqmda kifayət qədər damşümış, onunla bağlı fikirləri daha da genişləndirməyə və zənginləşdirməyə müvəffəq olmuşdur.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, «vəqf» ərəb sözü olub,bir yerdə durmaq, sakin olmaq, kiməsə bağışlamaq (övladına,nəsildən-nəslə), hər hansı bir məscidə, sa-raya məxsus etmək deməkdir. Dini və ya xeyriyyə məqsədilə dövlətin və yaxud ayrı-ayrı şəxslərin könüllü bağışladığı daşınar və daşınmaz əmlak vəqf adlanır. Vəqfın yaranma tarixi eramızm VII-VIII əsrlərinə təsadüf edir. Müqayisəli tədqiqatlar sübut edir ki, bu tarix daha erkən dövrlərə - ibtidai icma dövrünə də aid edilir.
Əmlakın vəqf edilməsi «vəqfnamə» adlanan xüsusi fərmanla rəsmiləşdirilirdi. Vəqfı idarə edən şəxs mütəvəlli və ya nazir adlanırdı. Bu vəzifə irsi də ola bilərdi. Vəqf edilmiş əmlak,irsi nə satüa,nə bağışlana,nə də girov qoyula bilərdi.
Vəqfm öyrənilməsi üçün kifayət qədər ədəbiyyat olmasa da bəzi ədəbiyyatda müəyyən hissələr vardır ki, öz fıkrimizi aydmlaşdırmaq və vəqfın tarixini öyrənmək üçün böyük əhəmiyyət kəsb edir (1).
Azərbaycanda şəxsi kitabxana yaratmaqda görülən təşəbbüslər sırasmda Səfəvi-lər sülaləsi nümayəndələrinin işləri xüsusi ilə maraqlıdır. Əhalinin savadlanması üçün şəxsi kitabxanalar yaratmış, mədrəsələr açmış, mədrəsələr nəzdində ümumi kitabxanalar təşkil etmiş, Ərdəbil və İsfəhanm abadlığı üçün tikinti işlərinə köməklik göstərilmişdir. «Miratül-buldan» əsərinin müəllifı Məhəmməd Həsən xanın yazdı-ğına görə «...lsfəhanm abadlığı Səfəvi sultanları zamanında, xüsusilə dövlət imarət-lərinin sayı о qədər idi ki, yer üzünün sultanlarından heç birinin о qədər imarətləri olmamışdır» (2).
I Şah Abbas Qəzvindən paytaxtı Isfahana köçürdükdən sonra tayı-bərabəri olmayan bir bağ, onun baş tərəfındə isə mədrəsə saldırmışdır. Mədrəsəyə gələnlər bağın içərisindən gedərmişlər. Bağm dörd xiyabanı olduğundan Isfəhan əhli о yeri «Çarbağ» adlandırmışlar».
Azərbaycan Arxeologiyası 2003
Azerbaijan Archeology Vol.: 5 Num.: 1-4
Bəzi elmi mənbələrin verdiyi məlumata görə Səfəvilər hakimiyətinin sonuncu dövründə yaşamış $ah Hüseyn şəhər abadlığı işləri ilə xüsusi məşğul olmuş, vəqf olunmuş bir sıra məscid və xiyabanlarda təmir, bərpa işləri gördürmüşdür (3).
Səfəvi şahlarının nəinki Azərbaycanda, eləcə də dünyanın müxtəlif məkanlarında elm və mədəniyyət tərəqqisində xüsusi xidmətləri olmuşdur.
Əlyazma kolleksiyası saxlanan zəngin xəzinələrdən biri Şeyx Səfı imarətidir. Bəhmən Kərimi bu haqda belə yazır və farscadan tərcüməsi belədir:
«§eyx Səfl imarəti... Şeyx Səfı məscidi adı ilə məşhur olan binadır, (h. VIII / m. XIII) ikinci yarısına aiddir».
Səfəvilərin ulu babası Şeyx Səfıəddinin adını daşıyan bu yerdə Şeyx özü, sonralar onun oğlanları bina salmışlar.lllər keçdikcə təxribata uğrayan bu yerlər sonrakı dövrlərdə təmir və bərpa edilmişdir. Şah Ismayıl dövründə əlyazmaları ilə zənginlə-şən kitabxana və çini qablar istehsal edən emalatxanası Şah Abbas Kəbir tərəfındən vəqf edilmişdir.
Səfəvilər kitabxanasmdan gələn vəqf edilmiş kitabları müəyyənləşdirmək üçün onların üzərinə basılmış möhür, kitabdan qeydləri vardır ki, bu qeydlər vasitəsilə onları ayırmaq işi asanlaşırdı.Qeydin fars dilindən tərcüməsi belədir. «Səfəvilərin müqəddəs astanasının vəqfı». Kitabdakı həmin sözlərin yanında fars dilində yazılmış aşağıdakı məzmunda qeydlər də maraqlıdır. Qeydlərdə deyilir ki, «... Abbas Səfəvi ki, Şeyx Səfəvi astanasında yüksək rütbə sahibidir, bu kitabı vəqf etmişdir, kim istəsə oxusun bu şərtlə ki, onu kənara çıxarmasın».
Bütün bunlardan əlavə tarixi faktlar göstərir ki, Şeyx Şəfı məscidinə əlyazma vəqf etmək orta əsrlərdə adət,dəb, ənənə şəklini almışdır. Akad.Həmid Araslı «XVII-XVIII əsrlərdə Azərbaycan ədəbiyyatı tarixi» əsərində yazırdı. «... Xüsusi kitabxanaları düzəltmək, tanmmış şair və alimlərin məşhur xəttatlar tərəfındən üzü köçürülmüş rəssamlar tərəfmdən zinətləndirilmiş əsərlərini toplamaq, yaxud yazdırıb Şeyx Səfı məqbərəsinə, ayrı-ayn məscidlərə vəqf etmək bir dəb halını almışdır» (4).
Səfəvilərin sahib olduğu əlyazmaları içərisindəki qeydlər tədqiqat işlərini xeyli asanlaşdırmış mədəniyyət tariximizin açılmamış səhifələrini öyrənmək üçün bu nüsxə daha bir mötəbər dəlildir.
Əlyazmalar Institutunda saxlanan abidələrdən maraqlı vəqf edilmiş məcmuələrin bir neçəsinə nəzər salaq.
B-2030/ 3655 şifrəli məcmuəyə «Tərkibi-əvamil» (lb-36b), Əl-Quduqi Məhəmməd bin Musa Əlavaraninin yenə də həmin əsəri (37a-41a), Üsaməddin Qazi Izzəddin Əbdürrəhim bin Əhmədin «Risaləti fı-adab» (82a-82a), «Kitabi Isağoci» (83b-91b), Nəsirəddin Tusinin «Məqalətül fı-əl-nəhv» (92a), Dinqozi Əlinin «§ərhi-əl-bina» (93a-127 b.), Şirvani Neman bin Səidin «Haşiyyətil əla-şərhi əl-risalətül əl-bəhriyyə» (128b-156b), Qarabaği Məhəmməd Hənəfınin (Əl-Təbrizi) «Şərhi - adab» (157b-173b) adlı əsərlər daxildir.
Ağ, saya vərəqlərə nəsx xəttilə qara, yarımbaşlıqlar bəzi işarələr, sözlərin altından çəkilmiş xəttlər qırmızı və yaşıl mürəkkəblədir (ölçüsü: 15,5 x 21 sm., həcmi: 174 vərəq). Cildi qəhvəyi rəngdə medalyonlu meşindəndir. Əvvəldən və sondan bir neçə yazı vardır. Əsər lb vərəqindən başlanır. Vərəqin başlanğıcından «Bu xüsusi vəqf Axund Molla Baba Bakyi məskəni Rudbaridən övladlarına vəqf edilmişdir» - qeydi vardır. Əlyazmaya daxil olan bütün əsərlər h.l 133(=1719)-cü ildə Əli vələdi I Məhəmməd tərəfındən köçürülmüşdür.
Əlyazmanın lb, 79b, 157a vərəqlərinə oxunaqlığmı itirmiş möhürlər basılmışdır. I Bəzi vərəqlərin haşiyələrində və cümlələr arasında mətnlə əlaqədar yazılar çoxluq I təşkiledir.
Dilçilikdən bəhs olunan bu əlyazma maraqlıdır və böyük əhəmiyyət kəsb edir.
Axund Molla Rəfınin övladlanna vəqf etdiyi əlyazmalardan biri də В-2040\366И şifrə altında saxlanan, məntiq və dilçilikdən bəhs edilən məcmuədir. Bu əsərin katibil də elə vəqf sahibi Axund Molla Rəfıdir. Gözəl xəttə malik bu şəxsin həm vəqf sahibij olduğu, həm də katib olduğu, özü köçürdüyü abidələr çoxdur. Axund Rəfı Pudbarininl şəxsiyyəti haqqında heç bir məlumat yoxdur. Lakin katib qeydlərindəki tarixlərai görə onun XIX əsrdə yaşadığı və müxtəlif Məhəmməd Rəfıyə məxsus şəxsif möhürün də olduğu aydınlaşmışdır (Məs., Riddbardan olub Bakı Şamaxı, Nəcəfvəl b.) yerlərdə sakin olması haqqında məlumatlar əldə edilmişdir.
. Nəfis əlyazmalardan biri də B-714Y2333- şifrəli vəqf edilmiş məcmuədir. Ərəbİ və türk dillərində olan məcmuəyə Xaqani Şirvaninin «Qəsidə»si (2a-7b),| Əbdürrəhman Caminin «Qəsidə»si (7b-18a), Əbu Bəkr Əbdülqahir bin Əbdürrəhirnl Cürcaninin «Əvamil-fı-nəhv» (21b-29b), «Izahlı əmsilə» (29b-37b), Farsca-türkcəI lüğət (43b-55b), Cürcani Seyid əl-Şərif bin Məhemməd əl-Hənəfınin «Haşiyətül-J şərhül-Şəmsiyyə»si (57b-139a), Əlari Müsləhəddin Məhəmməd bin Salah əl-1 Nəsarinin «Haşiyətül-əla şərhül-hidayətül-Qazi-Mir» (141b-169b) və kiçik həcmlil müxtəlif yazılar vardır.
Göründüyü kimi çox zəngin ədəbiyyata malik bu abidə ağ və göy vərəqlərə' müxtəlif şikəstə ünsürləri olan nəstəliq nəsx və süls xətlərlə, mətn qara, I yarımbaşlıqlar və mətnarası qoyulmuş işarələr qırmızı mürəkkəblədir (ölçüsü: | 17,5x22 sm., həcmi: 170 vərəq). Cildi açıq qəhvəyi rəngdə meşindəndir, medalyonlu və həndəsi cizgilidir. Hər iki üz cildin üzərində ərəb əlifbası ilə veqf sözü yazıl-1 mışdır. Əlyazmaya daxil olan əsərlər müxtəlif katiblər tərəfındən müxtəlif tarixlərdə köçürülmüşdür. Əvvəlinci iki əsərin Hüseyn əfəndinin olması qeyd edilibsə də, о biri əsərlərin katibləri haqqında məlunıat yoxdur.
Əlyazmaya daxil olan əsərlərin demək olar ki, bütün vərəqlərinin haşiyələrində müxtəlif yazdar- şərh, izah və qeydlər vardır. Paleoqrafık cəhətdən zəngin olan bu abidə həm də elmin müxtəlif sahələrinə aid əsərlərdən ibarət olub, məlumatlarla ] zəngindir. Adlarmdan da göründüyü kimi müxtəlif qəsidələr, qrammatikaya aid əsər-lər, lüğət və izahlı əmsilələr bunu sübut edir. Bəzi əsərlərin sonluğunda müxtəlifj katib qeydlərinə də təsadüf edilir. Mətnşünaslıq elminin öyrənilməsi üçün də bu əl-yazma əhəmiyyətlidir. Vəqf edilmiş əlyazmanın müxtəlif aspektlərdə öyrənilməsi maraqlıdır.
B-7683M1345- şifrəli ərəb dilində olan məcmuəyə daxil olmuş əsərlərin müəl-lifləri göstərilməmişdir. Bunlar əsasən Məhəmməd Peyğəmbər səlavatüllahın qırx hədisi ilə əlaqədar əsərlərin əlyazmalarmdan ibarətdir. Məcmuəyə Peyğəmbərlərin tarixlərinə aid səhifələr də vardır. Beləliklə «Əhadisi-Nəbəvi», «Tarixi-ənbiya»ya aid həmin əsərlərin əlyazmaları məcmuədə «Zöhrətül-riyaz», «Kitabi-Qüdsi-Şərif», "Dəqayiqül-əxbar fı-əhadisi-Nəbi», «Duayi-səlati-Şərif», «Qüdsi-Şərif», «Hədisül-Qüds» və s. sərlövhələrlə verilmişdir.
Dini tərbiyəvi əhəmiyəti olan adları çəkilən yazılardan əlavə dini terminlərin izahı, ilahi qüvvəyə inam, mələklərə dua edilməsi, ata-anaya, qohum-qardaşa müna-sibət, doğruluq, ədalət və s. insani keyfıyyətlər xeyli açıqlanır, tərbiyəvi əhəmiyyəti göstərilir. Sonda bir vərəqdə məcmuədə gedən əsələrlə əlaqədar yazılar Azərbaycan dilindədir. Əlyazma vərəqlərinin ardıcıllığı pozulmuşdur. Çox ehtimal ki, qatışıqlıq bərpa edilərkən olmuşdur.
Əlyazma ağ, saya vərəqlərə mətni qara, sərlövhələr, yarımsərlövhələr, seçmə sözlər qırmızı mürəkkəblə nəsx və nəstəliq xətlərlə yazılmışdır. Bəzi vərəqlərdə ya-zılar qırmızı xətlərlə çərçivəyə alınmışdır. Bir çox söz və cümlələr altından çəkilən xətlər də qırmızı mürəkkəblədir.
Məcmuə h.l 175 (=1703)-ci ildə Veys ibn Məhəmməd tərəfmdən köçürülmüşdür. Əlyazmanın əvvəlində, sonunda mətnlə əlaqədar çoxlu yazılar, qeydlər vardır. Cildi üzərinə fıruzeyi kağız çəkilmiş kartondandır (ölçüsü: 14x19,5 sm. həcmi: 177 vərəq). lb vərəqində əlyazmanın Səid əfəndi tərəfindən məktəbxanaya vəqf edilrriəsi haqqında qeyd vardır. Cildin üzərinə 20 a vərəqinə Ə.Dəmirçizadənin imza möhürü, 2a vərəqinə isə onun həm imza, həm də kitabxana möhürü basılmışdır. Əlyazmanın müəyyən vərəqlərində oxunaqlığını itirmiş başqa möhürlərdə vardır ki, bunlar da əlyazmanın vaxtlı ilə müxtəlif şəxslərin ixtiyarmda olduğunu göstərir.
Abidənin Ə. Dəmirçizadə kolleksiyasında yerləşdiyi sıra nömrəsi kiçik ağ vərəq-də yazılıb cildin şirazəsinə yapışdmlmışdır.
Əlyazma qiymətli vəqf kitabı olmaqla ilahiyyat elmi ilə məşğul olanlar üçün raaraqlı qaynaqlardandır.
Ərəb və türk dillərində olan bu məcmuəyə «Risalətül-əzmiyyə fı təsiri fıthətül Allah» (2b-14a), aradan bir neçə vərəg boş qalmış, soma «Risakyi etiqadiyyə» adlı çap əsəri (tarixi h. 1258-ci ildir ), daha sonra 27b-52b vərəqlərində «Risalətü fı vəsf-Nəbi» adlı əsərlər daxil edilmişdir.
Ağ, saya vərəqlərə nəstəliq xəttilə qara, başlıq və yarımbışlıqlar qırmızı rəng-dədir. (ölçüsü: 12x19 sm., həcmi: 152 vərəq). Cildi güllü kartondandır. Mətn qızılı rəngdə çərçivəyə alınmış, mətn arası işarələr və ünvan da həmin rəngdədir.
Birinci, Məhəmməd Sədi bin Yusifın «Risalətün-Əzmiyyə fı təsiri fıthətül Allah» əsəri həm nəzm, həm də nəsrlə yazılmışdır. Dini məzmun kəsb edən bu əsərin katibi və köçürüldüyü tarix qeyd edilməmişdir.
Çap əsərindən sonra, üçüncü əsər «Risalətü fı vəsf-Nəbi» ( Məhəmməd Peyğəm-bərin tərifı adlanır) və h.l252(=1836)-cı ildə Məhəmməd adlı şəxs tərəfındən köçürülmüşdür.
Əlyazmanın la, 14b, 19a, 52b vərəqlərinə vuralmuş möhür üzərində fars dilində «Həza vəqf əl-raci Feyzil-Səmədi əl-Şeyx Əhməd Ziyaəddin bin Mustafa Əl-Xalid» (Bunu vəqf etdi Şeyx Əhməd Ziyaəddin Mustafa oğlu) - sözləri yazılmışdır.
Institutda saxlanılan vəqf edilmiş abidələr çoxluq təşkil edir, onların gələcəkdə bütünlüklə öyrənilməsi və tədqiqatlarm davam etdirilməsi zəruridir. ƏDƏBlYYAT:
Azərbaycan tarixi. I с, Bakı. 1958., Azərbaycan tarixi (yeni nəşr). II c, Bakı 1998, s.217; ASE, II c. s.457; И.П.Петрушевский. «Ислам в Иране в VII-XV веках». Ленинград 1996, с. 160; V.Piriyev. Azərbaycan XIII-XIV əsrlərdə. Bakı, 2003, s.355 və b.
Məhəmməd Həsən xan. Miratül-buldan. I c, 1294, s. 64 (fars dilində).
Bax: Rəhimə Dadaşova. Səfəvilərin son dövrü. Bakı, 2003, s.84.
; 4. Arash H. XVII-XVIII əsrlərdə Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1956, s.83-84.