Salarilər dövləti. Dövlətin yaradıcısı Mərzuban ibn Məhəmməd Gilan vilayətindəki Salarilər tayfasına mənsub olduğundan dövlət Salarilər adlanırdı. Dövlətin təməlini qoyan Mərzuban ibn Məhəmməd çox uzaqgörən, ağıllı, mərd və cəsur şəxsiyyət, görkəmli dövlət xadimi olmuşdu. O, yuxarıda qeyd edildiyi kimi, 942-ci ildə Sacilər hakimi Deysəmi məğlub edərək Azərbaycanı tutdu. Həmin tarixdən hakimiyyət onun təmsil etdiyi Salarilar sülaləsinin (942-981) əlinə keçdi. Salarilər dövlətinin də paytaxtı Ərdəbil idi.
Salari hakimi Mərzuban ibn Mehemmed çətin mübarizə şəraitində Sacilər dövlətinin hakimiyyəti altında olan Azerbaycan toıpaqlarına sahib olaraq öz səltənətini möhkəmləndirməyə çalışdı. Möhkəmlənməkdə olan gənc dövlət yeni fəlakətlə üzləşdi. Mənbələrdə Rus adlanan tayfalar təbiətinin və sərvətinin zənginliyinə görə Qafqazın mirvarisi hesab edilən Bərdə şəhərinə hücum etdilər. Xalq müqəddəs lorpaq uğrunda mübarizəyə qalxdı. Göıünməmiş qırğınlar və talanlar başladı, gözəl binalar dağıldı, şəhər əvvəlki əzəmətini itirdi. Bundan istifadə edən Mosul hakimi Azərbaycanın cənubunda Səlmas şəhərinə basqın etdi. Salari hakimi Bərdənin müdafiəsini sərkərdələrindən birinə tapşırıb, özü Səimasın haıtıyına getdi. Onun bu yürüşü uğurlu oldu. Döyüşlərdəki qələbələr sayəsində ölkənin cənub-qərb vilayətlərindən düşməni qovduqdan sonra, Azərbaycanın şimal-qəıt» vilayətlərini və Ənnəniyəni öz hakimiyyəti altına keçirdi. Sacilərin dövründə olduğu kimi. Şirvanşah Məzyədilər dövləti Salarilərə tabe edildi. Bununla da Salarilərin şimal sərhədi Dərbəndə qədər uzandı.
Azərbaycanın cənub-şərq vilayətlərinin, xüsusilə, Zəncanın, Əbhərin və Qəzvinin İsfahan hakiminin asılılığında qalması Mərzubanı narahat edirdi. Onun məqsadi Azərbaycanın qədim sərhədlərinin bütövlüyünə nail olmaq idi. O, bu niyyətdə 948-ci ildə hərbi yürüşə başlayaraq Qəzvinə getdi. Mərzubanın 5 min nəfərlik ordusu düşməninkindən dəfələrlə az idi. Buna baxmayaraq o, döyüşdən imtina etməyi qeyrətinə sığışdıra bilmədi. Saatlarla davam edən savaş Mərzubamn məğlubiyyəti ilə başa çatdı. O, sərkərdələri ilə birlikdə əsir düşdü. Onun əsirlikdə olduğu dövrdə Azərbaycanda hakimiyyət uğrunda feodal ara müharibələri yenidən qızışdı. Hakimiyyəti əvvəlcə Mərzubanın atası, sonra isə qardaşı Vəhsudan ələ keçirdi. Hakimiyyət uğrunda mübarizadə keçmiş Sacilər dövlətinin hakimi Deysəm də iştirak edirdi. O, Zəncanda, Azərbaycanın və Ərməniyənin bir hissəsində hakimiyyəti bərpa etdi.
Lakin Mərzuban anasının va yaxın adamlarının köməkliyi ilə 953- cü ildə əsirlikdən qaçıb Ərdəbilə gələrək hakimiyyəti ələ keçirdi. Bu xəbari eşidən Deysəm qorxusundan əvvəlcə Mosula, oradan da Bağdada qaçdı. Bu hadisədən iki il sonra Mərzuban Dərbənddəki üsyanı yatırmağa gedən taman Deysəm fürsətdən istifadə edərək Səlması elə keçirdi. Lakin orada çox qala bilmədi. Mərzuban onun gözlərini çıxartdınb, özünü də zindana saldırdı. Bundan sonra ölkədə sakitlik yarandı. Əmin-amanlıq şəraitində ölkəda iqtisadiyyatın bütün sahələrində canlanma başlandı. Sənətkarlıq, ticarət, mədəniyyət inkişaf etməklə yanaşı, əhalinin sayı da artmağa başladı, feodal müharibələrindən təngə gəlmiş adamlar dinclik əldə etdilər.
Mərzuban vilayətlərdən alınan vergiləri nizama saldı, maliyyə işlərinə nəzarəti və diqqəti artırdı. Onun dövründə iki cur vergi toplanırdı. Onlardan biri torpaq və əmlak vergisi idi. İkincisi, asılı ölkələrin hakimlərindən alınan illik xərac idi. Salarilər dövlətinin Azərbaycandan və onun tabeçiliyində olan ölkələrdən vergilər hesabına topladığı illik mədaxil qızılla üç milyon manata çatırdı. Əlbəttə, bu rəqəm sabit ola bilməzdi. Baş verən siyasi dəyişikliklərlə əlaqədar onun məbləği artır və azalırdı.
Salarilarin qoşunu maaşla saxlanılan süvari dəstələrdən və piyada hissələrindən ibarət idi. Onların dənizdə gəmiləri də vardı.
957-ci ilin dekabrında Mərzuban ibn Məhəmməd öldü. Onun ölümündən sonra oğlanları və qardaşı Vəhsudan arasında hakimiyyət uğrunda mübarizə yenidən kəskinləşdi. Hakim sülalə üzvləri arasında gedən mübarizə nəticəsində mərkəzi dövlət zəiflədi və parçalandı. Mərzubanm oğlu İbrahimin hakimiyyəti (961-981-ci illər) dövründə sültənətin əvvəlki şöhrətini bərpa etmək cəhdləri özünü doğrultmadı. Əksinə, vaxtı ilə Salarilərə tabe edilmiş əyalətlərin bir çoxu onlara vergi verməkdən imtina etdilər. Xəzinəyə daxil olan mədaxil kəskin surətdə azaldı. Məzyədilər, Dərbənd və Gəncə vilayəti Salarilər dövlətinin tərkibindən çıxdı. Şəddadilər dövlətinin yaranması ilə Arranın bir hişsəsi və Ərməniyə də onların əlindən çıxdı. Belə bir şəraitdə Əhər və Təbriz hakimi Rəvvadilər nəslindən olan Əbülheyca 981-ci ildə Salari İbrahimi məğlub edib əsir aldı və dövlətin paytaxtı Ərdə- bili tutmaqla hakimiyyəti öz əlinə keçirdi.
40 il yaşamış Salarilər dövləti təkcə Azərbaycan və Qafqazdakı feodal dövlətlərlə deyil, Ön Asiyadakı nüfuzlu dövlətlərlə də müqayisə olunmağa layiq idi.
Dostları ilə paylaş: |