Sacilər dövləti. IX əsrdə xilafətə qarşı mübarizə şəraitində Azərbaycanda meydana gələn feodal dövlətlərdən biri də paytaxtı Ərdəbil şəhəri olan Sacilər dövləti (889-942-ci illər) idi. Yeni sülalənin banisi hesab edilən Əbu Sac Divdad «adlı-sanlı türk sərkərdələrindən» olmaqla xilafət ordularının döyüşlərində dəfələrlə sınaqdam çıxmış, Səhl ibn Sumbatın xəyanəti nəticəsində Babəkin tutulub Bərzəndə. Afşinin düşərgəsinə aparılmasında iştirak etmişdi.
Sacilər mənşəcə türk idilar. Əbu Sac Divdad və onun varisləri Məhəmməd və Yusif müxtəlif vaxtlarda xilafətin əyalət hakimləri olmuş Abbasilər hakimiyyətinə qaışı baş vermiş üsyanların yatırılmasında fəal iştirak etmişdilər.
Sacilərin banisinin Əbu Sac Divdad hesib edilməsinə baxmayaraq, dövlət onun ölümündən xeyli sonra oğlanlan Məhəmmədin və Yusifin dövründə yaranmışdı. Xidmətləri ilə xəlifənin rəğbətini qazandığına görə 889-cu ildə Məhəmməd Azərbaycanın hakimi təyin olundu. Təbərinin yazdığına görə, o, «Azərbaycana gəldikdən dərhal sonra özünü müstəqil elan edib, xilafətə tabe olmaqdan boyun qaçırtdı». Lakin mənbələrdə qeyd edilir ki, Məhəmməd xəlifə ilə əlaqəsini tamamilə kəsə bilmir və tez-tez sazişə girməli olurdu.
Məhəmməd ona qarşı itaəlsizlik göstərən Marağa hakimini susdurdu və şəhəri ələ keçirtdi. 893-cü ildən başlayaraq o, bir neçə dəfə Ərməniyəyə uğurlu yürüşlər təşkil etdi, Naxçıvandan keçərək Dvin hasarlanna qədər çatdı və erməni hakimi I Sumbatın ailə üzvlərini və yaxın qohumlarını əsir götürdü, onun özünü güzəştə getməyə məcbur etdi. Qələbədən sonra Məhəmməd öz oğlu Divdadı Ərməniyəyə hakim tə’yin edib, özü Gürcüstana gedərək, Tiflisi və digər şəhərləri soyub-taladı. Bu qələbələr Məhəmmədin şöhrətini yüksəltdi. Qonşu dövlətlərin hakimləri ondan çəkinməyə başladılar.
İbn əl-Əsir yazır ki, «90l-ci ildə Azərbaycanda yayılan taun xəstəliyindən çoxlu insan tələf olmuşdu. Hətta ölənləri dəfn etmək və onlara kefən tapmaq bele, mümkün deyildi». Həmin ilin martında Bərdə şəhərində Məhəmməd de həmin xəstəlikdən vəfat etdi. Onun ölümündən sonra hakimiyyətə oğlu Divdad keçdi. Lakin onun hakimiyyəti çox davam etmədi. Həmin ilin avqustunda əmisi Yusif Divdadı hakimiyyətdən salıb özü xəlifənin Azərbaycan hakimi və canişini oldu. Xəlifənin mərhəməti müqabilində Yusif xilafətin xəzinəsinə xərac verməli idi. Yusif hakimiyyəti ələ keçirən kimi xilafətdən ayrılmaq üçün cəhd göstərdi. Ərməniyəni, Gürcüstanı qarət etdi, onların mötəbər istehkam və qalalarım dağıtdı. 914-cü ildə dəfələrlə verdiyi andı pozan və dikbaşlıq edən Ərmaniye hakimi I Sumbatı Dəbilde (Dvində) elə keçirib edam etdirdi. Beləliklə, Yusif 915-ci ilə kimi Azərbaycanda və Ərməniyədə öz hakimiyyətini möhkəmləndirə bildi. Dövlətin ərazisi qərbdə Ani və Dəbil şəhərlərinə, şərqdə Xəzər dənizinə qədər, cənubda Zəncan, şimalda Dərbəndə qədər uzanırdı. Mənbələrin me’lumatından aydın olur ki, bir vaxtlar Yusif, Məzyə- dilər dövlətini də özündən asılı vəziyyətə salmış və xəzərlərin hücumu zamanı dağıdılmış Dərbənd hasarını bərpa etdirmişdi. Demək olar ki, Azərbaycan bütövlüklə onun hakimiyyəti altında birləşmişdi.
Yusif hər il Xilafətin xəzinəsinə 120 min dinar xərac verirdi. O, 912-ci ildə xərac verməkdən qəti imtina etdi. Bu hadisə Xilafətlə Sacilər dövləti arasında müharibəyə səbəb oldu. Yusif 948-ci ildəki döyüşlərin birində 7 minlik qoşunla xəlifənin 20 minlik ordusunu məğlub edib Reyə qayıtdı. Xəlifə 919-cu ildə məşhur sərkərdəsi Munisin başçılığı ilə qoşun göndərdi. Ərəb ordusu bu dəfə də məğlub oldu. Munis yenidən daha böyük ordu toplayıb həmin il iyulun 16-da Ərdebil yaxınlığındakı döyüşdə Yusifin qoşununu məğlubiyyətə uğratdı və özünü əsir götürdü. Yusif üç il xəlifənin zindanında saxlanıldı. Bu müddətdə Azerbaycan Sacilər dövləti ərəblərə qarşı müharibəni dayandırmadı. Bə’zi mülahizələri nəzərə alan xəlifə yaxın adamlarının məsləhəti ile 922-ci ildə Yusifi Azərbaycan və Ərməniyə canişini, habelə Rey, Qəzvin, Zincan valisi tə’yin etdi. O, bunun müqabilində hər il xəzinəyə 500 min dinar xərac verməli idi.
Bacarıqlı sərkərdə olan Yusifin qibtə ediləcək dərəcədə çevikliklə raqiblərini əzməsi, hakimiyyəti möhkəmləndirməsi, əvvəlki siyasi nüfuzunu bərpa etməsi, Azərbaycanın müstəqilliyini reallaşdır- ması Bağdadda xəlifə sarayına rahatlıq vermirdi. Ona görə də xəlifə onu «idarə etdiyi Azərbaycan, Ərməniyə, Arran, Beyləqan və s. əyalətlən buraxıb İkiçayarasından «təhlükəli bir səfərə», xilafətə qarşı üsyan qaldırmış qərimətlərə qarşı müharibəyə göndərdi. 927-ci il dekabrın 27-də Kufə şəlıəri yaxınlığındakı döyüş zamanı Yusifin qoşunu məğlub oldu. O özü yaralandı, əsir düşdü və öldürüldü.
Sacilər sülaləsinin hakimləri içərisində Yusif en nüfuzlusu olmaqla 24 il bu dövləti idarə etmişdi. Sacilər dövləti istiqlaliyyət qazandı. Azərbaycan torpaqları mərkəzləşdirildi ki, bunun sayəsində de təsər- rtifatın canlanmasına, şəhərlərin, sənətkarlığın, ticarətin və mədəniyyətin inkişafına xeyli zəmin yarandı. Onun maliyyə və vergi sahəsində obyektiv siyasəti ölkədə iqtisadiyyatın dirçəlməsinə və əhalinin artmasına təkan verdi.
Yusifin ölümündən sonra hakimiyyət əldən-elə keçdi. Onun sərkərdəsi Deysəmin dövründə Azerbaycan yenidən müharibə meydanına çevıildi. 942-ci ildə Sacilər sülaləsinin hakimiyyətini Salarilər əvəz etdilər.
Dostları ilə paylaş: |