Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"



Yüklə 1,84 Mb.
səhifə24/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   103
İstifadə edilmiş ədəbiyyatlar

1. Azərbaycan tarixi. Dərslik. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2014.

2. XX əsr Azərbaycan tarixi II cild Bakı: 2014.

2. İsmayıl Məmmədov, Azərbaycan tarixi. Bakı: 2005.

3. S.Allahverdiyev, Ə.Haqverdiyev, M.Behbudov “Azərbaycan tarixi” Bakı: 2007.

4. İradə Nuriyeva. Azərbaycan tarixi. Bakı: 2015.

5. İlham Məmmədov, Məhərrəm Zülfüqarlı. Azərbaycan tarixi. Bakı: 2018.

Mövzu: Azərbaycan XIV əsrin II yarısı XV əsrdə.

Plan:


1. Azərbaycan XIV əsrin II yarısında Əmir Teymurun və Qızıl Orda xanı Toxtamışın Azərbaycana hücumları.

2. Qaraqoyunlu dövləti.

3. Ağqoyunlu dövləti.

4. XV əsrdə Azərbaycanın sosial-iqtisadi həyatı və mədəniyyət.


1. Azərbaycan XIV əsrin II yarısında Əmir Teymurun və Qızıl Orda xanı Toxtamışın Azərbaycana yürüşləri. Canı bəy, oğlu Bərdi bəyi Təbrizə səltənətə qoyub, Qızıl Orduya qayıtdı. Bərdi bəy atasının ölüm xəbərini aldıqda Təbrizdən getməli oldu. Daxili və xarici vəziyyətin gərginliliyindən istifadə edən Cəlairi Şeyx Üveys (1354-1374) 1358-ci və 1359-cu illərdə Azərbaycana yürüşlər etdi və Təbrizə daxil oldu. Azərbaycan Cəlairilər dövlətinin tərkibinə qatıldı, paytaxt Təbriz oldu. Cəlairilər monqol qəbiləsidir. Şeyx Həsən Cəlairi (Böyük Həsən) 1340-cı ildə Bağdadda Cəlairilər dövlətini təsis etmişdi. Şeyx Üveys 1367-ci ildə Şirvan ərazisini tutdu.

Şeyx Üveysdən sonra oğlu Sultan Hüseynin (1374-1382) dövründə ölkədə mərkəzi hakimiyyətə qarşı çıxışlar artdı. Şahzadə Sultan Əhməd Muğanda və Arranda güclü qoşun hissələri ilə 1382-ci ildə qardaşı Sultan Hüseyni öldürərək taxt-taca sahib oldu və 1410-cu ilədək hakimiyyətdə qaldı. Teymur 1385-ci ildə Azərbaycana daxil oldu, lakin Mərkəzi Asiyada baş vermiş hadisələrlə əlaqədar geri qayıtdı. Sultan Əhməd Bağdada çəkilmişdi. Bu zaman Toxtamış 1385-ci ilin sonunda 90 minlik qoşunla Dərbənddən Şirvana daxil oldu və Təbrizə çatdı. Təbrizlilər müdafiəyə qalxdılar, şəhər ətrafında xəndəklər qazıldı, küçə səngərləri yaradıldı. Düşmən 8 gün Təbrizin ətrafında dövrə vurdu, amma şəhərə girə bilmədi. Toxtamış danışıqlara məcbur oldu, tərəflər arasında razılıq əldə olundu.

Təbriz hakimi Əmir Vəli və şəhər əyanları xərac toplayarkən, əhali sülhə inanıb silahı yerəqoydu. Toxtamış bundan istifadə edib 1382-ci ildə hiylə işlədib şəhərə daxil oldu. Əhali ciddi müqavimət göstərə bilmədi, Toxtamış sonra Marağanı tutdu, yenidən Təbrizə qayıtdı. Bir dəstəsi Mərənd və Naxçıvana tərəf yollandı, digəri isə Əhər yolu ilə irəlilədi, sonra Qarabağa gəldilər. Ölkədən çoxlu qənimət və 200 min əsir aparıldı. Azərbaycan 1386-cı ilin baharında Teymurun hücumlarına məruz qaldı. “Üçillik yürüş” kimi tanınan səfərdə Təbriz tutuldu. Cəlairi əmirlərinin əsas hissəsi Bağdada, bir qismi isə Əlincə qalasına getdi. Teymur payızda Naxçıvana gəldi. Xalq Şeyx Həsənin başçılığı ilə mübarizəyə qalxdı. Teymur Əlincə qalasını mühasirəyə aldı.

1387-ci ilin əvvəllərində Toxtamışın dəstələri Dərbənddən Azərbaycana soxuldu, lakin Miranşahın Kürün şimalına göndərilmiş qoşununa qarşı dura bilməyib geri çəkildilər. Həmin ildə Teymur, Toxtamışın Buxara və Səmərqəndə hücumu ilə əlaqədar Azərbaycanı tərk etdi, Azərbaycanın idarəsini oğlu Miranşaha tapşırdı (qəddarlığına görə “Maranşah”- ilanlar şahı kimi tanınırdı). Təbriz uğrunda Sultan Əhməd və onun Əlincə qalasındakı əmirləri, Qara Yusifin başçılıq etdiyi qaraqoyunlular, Təbrizin yerli əmirləri və Teymuri əmirləri mübarizə aparırdılar. 1387-1392-ci illərdə Təbrizə 17 dəfə hücum edildi və nəticədə şəhər bir feodal qrupundan digərinə keçirdi.

1392-ci ildə Teymur 2-ci dəfə Azərbaycana gəldi və Təbrizə daxil oldu. Cəlairi əmirləri Əlincə qalasında idilər və Teymura tabe olmamışdılar. Qala Sultan Tahirin başçılığı ilə Xacə Cövhər və sonra Əmir Altun tərəfindən müdafiə olunurdu. Qalada 300-dən artıq döyüşçü var idi. Teymur qalanı tuta bilmədi, sonra Gürcüstanı zəbt etdi, Şəki hakimini itaətə gətirdi. 1392-ci ildə Toxtamış Azərbaycana hücum etdi. Cavab olaraq, Teymur 1395-ci ildə Dərbənddən Qızıl Orduya yürüş edərək rəqibinə qalib gəldi və oradan Səmərqəndə qayıtdı. Əlincə qalası mühasirədə qalırdı.

Teymur 1387, 1393, 1397-ci illərdə Əlincə qalasına yürüş etmiş və heç birində qələbə qazan96 mamışdı. İlk yürüş dövründə qalada su qıtlığı baş verir və qalanı təslim etmək qərarına gəlirlər. Teymur qoşunu qalanın ətəklərinə endirir, lakin güclü yağış yağır və bol su ehtiyatı yaranır. Əlincə Teymura tabe edilmir.

1393-cü ildə Teymur qalaya hücum edir, bu zaman qala müdafiəçilərindən bir dəstə, Əmir Altunun başçılığı ilə, qaladan kənara çıxmışdı. Geri qayıdarkən qalanı mühasirə olunduğunu görüb onlara hücum etdilər. Düşmən böyük tələfat verdi, Altun isə öz dəstəsi ilə qalaya girə bildi. Əlincə qalası istisna olmaqla, bütün Azərbaycanı Teymurilər zəbt etmişdilər. Qalanın müdafiəçiləri ilə birləşən Şəki və gürcü feodalları Teymurilərə qarşı vuruşur, hətta qalib gəlirdilər. Bu hadisələrdən narahat olan Teymur 1399-cu ildə 3-cü dəfə yürüş etdi və Qarabağa gəldi. Bir sıra feodal hakimlər, Şəki hakimi Seydi Əhməd, Şirvanşah İbrahimin himayədarlığı ilə Teymurla ittifaqa girərək, 12 ildən sonra daxili çəkişmələr nəticəsində Əlincə qalası Teymura tabe oldu. Tarixçi İbn Ərəb şahın yazdığına görə, Teymur Azərbaycanda olmadığı vaxtda Əlincədə Sultan Tahir ilə Əmir Altun arasında ciddi münaqişə baş verir. Tahir ərzaq gətirmək üçün getmiş Altunu qalaya buraxmır. Əlincəlilər Tahirdən üz döndərir. Tahir öz acizliyini hiss edir və xəzinəni götürüb Bağdada qaçır. Əlincə müdafiəsiz qalır. Teymur 1400-cü ildə başsız qalmış qalaya girir. Teymur bir müddətdən sonra Səmərqəndə qayıtmış və 1405-ci ildə vəfat etmişdir. Azərbaycanın Şirvana qədər olan əraziləri Miranşahın oğlu Mirzə Ömər tərəfindən idarə olunurdu.


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin