Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


XIX əsrin 40-cı illərində Şimali Azərbaycanda inzibati-məhkəmə və aqrar islahatların keçirilməsi



Yüklə 1,84 Mb.
səhifə45/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   41   42   43   44   45   46   47   48   ...   103
2. XIX əsrin 40-cı illərində Şimali Azərbaycanda inzibati-məhkəmə və aqrar islahatların keçirilməsi.

İnzibati-məhkəmə islahatı. XIX əsrin 30-cu illərində baş vermiş üsyanlar yatırıl­dıqdan sonra çar hökuməti Cənubi Qafqazda inzibati - idarə sistemini dəyişdirmək və bu sistemi ümumimperiya inzibati - ərazi bölgüsünə uyğunlaşdırmaq üçün islahatlar hazırlamağa başladı. Uzun müzakirələrdən sonra çar I Nikolay 1840-cı il aprelin 10-da komendant idarə üsulunun ləğv edilməsi və Cənubi Qafqazda inzibati-məhkəmə islahatı haqqında qanun imzaladı. 1841-ci il yanvarın 1-dən qüvvəyə minən bu qanuna görə komendant idarə üsulu ləğv olunur və Cənubi Qafqaz inzibati cəhətdən iki yerə bölünürdü: 1. Gürcüstan-İmeretiya quberniyası; 2. Xəzər vilayəti. Bu qanunda Şimali Azərbaycan torpaqlannm vahid inzibati bölgüdə birləşdirilməsi nəzərdə tutulmamışdı və xalqımızın sosial-hüquqi, etnik və mədəni xüsusiyyətləri çox az nəzərə alınmışdı. Şamaxı, Qarabağ, Şəki, Bakı, Quba, Lənkəran və Dərbənd qəzaları mərkəzi Şamaxı olan Xəzər vilayətinin tərkibinə, Yelizavetpol (Gəncə), Naxçıvan, İrəvan və Balakən qəzaları isə mərkəzi Tiflis olan Gürcüstan-İmeretiya quberniyasına daxil edilmişdi.

Hələ 1828-ci il martın 21-də I Nikolayın əmri ilə tarixi Azərbaycan torpaqları olan İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “erməni vilayəti” adlı inzibati bölgü yaradılmışdı. 10 aprel 1840-cı il qanununa görə “erməni vilayəti” ləğv edilmiş və yerində İrəvan və Naxçıvan qəzaları yaradılmışdı.

Quberniya və vilayət qəzalardan, qəzalar isə sahələrdən (nahiyələrdən) ibarət olurdu. Mahalların ləğv edilməsi ilə mahal naibləri olan bəylər idarə işindən uzaqlaş­dırılır, onlar ruslardan təyin olunan sahə iclasçılan ilə əvəz edilirdilər.

Ali hakimiyyət Qafqazın baş hakiminə məxsus idi. Baş hakimin sədrliyi ilə Baş İdarə Şurası yaradılmışdı.

1840-cı il 10 aprel qanununa görə, ümumrusiya qanunları əsasında quberniya, vilayət, qəza və dairə məhkəmələri yaradıldı və məhkəmələr rus dilində aparılırdı. Şəriət məhkəmələri yalmz kəbin-talaq və vərəsəlik məsələlərinə baxırdı.

1844-cü ildə çar hökuməti Cənubi Qafqazda öz mövqeyini daha da möhkəmlətmək üçün Baş İdarə Şurasının əvəzinə canişinlik idarəsi sistemi yaratdı. Qafqaz canişini təyin olunan qraf M.S.Vorontsov çox böyük hərbi və mülki səlahiyyətlərə malik idi və çardan başqa heç kimin qarşısında hesabat vermirdi.

1846-cı il 14 dekabr tarixli çar fərmanı ilə Cənubi Qafqazın inzibati-ərazi qurulu­şunda ciddi dəyişikliklər edildi: Gürcüstan-İmeretiya quberniyası və Xəzər vilayətinin yerində Tiflis, Kutais, Şamaxı və Dərbənd quberniyaları təşkil edildi. Sonralar 1849-cu ildə İrəvan quberniyası, 1868-ci ildə isə Yelizavetpol quberniyası yaradıldı. Yeni inzibati-ərazi bölgüsü Azərbaycanın parçalanmasını daha da dərinləşdirdi.


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin