Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən işğalının başlanması



Yüklə 1,84 Mb.
səhifə42/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   38   39   40   41   42   43   44   45   ...   103
Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən işğalının başlanması. 1801-ci il sentyabnn 12-də Rusiya imperatoru I Aleksandr (1801-1825) Kartli-Kaxetiyamn Rusi­ya­ya birləşdirilməsi haqqında manifest verdi. Kartli-Kaxetiya ilə birlikdə Azər­baycanın Qazax, Borçalı Şəmşəddil və Pəmbək torpaqları da Rusiyanın tərkibinə qatıldı. Bununla Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən işğalı başlandı.

Rusiya Qacar hökumətini qabaqlamaq və Azərbaycan xanlıqlanm öz siyasi təsiri altına almaq üçün ilk vaxtlar diplomatik addımlara üstünlük verərək Azərbaycanın şimal xanlarını Georgiyevsk şəhərində danışıqlara dəvət etdi. Xanların əksəriyyəti bu təklifi rədd etsələr də, 1802-ci il dekabrın 26-da Rusiya ilə Quba-Dərbənd (Şeyxəli xan Quba və Dərbəndin hakimi kimi müqaviləyə imza atmışdı) və Lənkəran xanlan, habelə Tarku şamxalı və Qaraqaytaq usmisi arasında müqavilə bağlandı. 12 maddədən ibarət olan Georgiyevski müqaviləsinə qoşulan xanlar və hakimlər könüllü olaraq Rusiyanın himayəsinə keçməklə, Qacarlar hücum edəcəyi təqdirdə birgə çıxış etməyə söz verirdilər. Müqavilədə Cənubi Qafqazda ticarətin genişləndirilməsi və Xəzər dənizi vasitəsilə ticarətin inkişaf etdirilməsi məsələləri də nəzərdə tutulmuşdu. Bu müqavilə əslində Rusiyanın işğalçılıq niyyətini pərdələyən dəyərsiz bir kağızdan başqa bir şey deyildi. Çünki onu imzalayanlar az sonra Qacarlann deyil, Rusiyanın təcavüzünə məruz qaldılar. Qacarlann isə Abbas Mirzənin başçılığı ilə göndərdiyi Azərbaycan ordusu şimal torpaqlarımızda rus işğalına qarşı savaş aparan əsas qüvvə idi.

1803-cü ildə Qafqazın baş komandanı təyin edilmiş general Sisia- novun başçılıq etdiyi rus ordusu Qanıx çayı sahilində döyüşdə carlılar üzərində qələbə qazanaraq Balakəni ələ keçirtdi. Ruslar əhaliyə amansız divan tutaraq Balakəni tamamilə dağıtdılar.

1803-cü il aprelin 12-də Tiflisdə Car-Balakən camaatılığı ilə Rusiya arasında imzalanmış “Andlı öhdəlik” haqqında saziş bağlandı. Sazişə görə Car-Balakən əhalisi Rusiya xəzinəsinə hər il 220 pud ipək bac ödəməli, carlılar sədaqət əlaməti olaraq Tiflisə girovlar (əmanət) verməli. Car-Balakən ərazisində rus qoşunlan yerləşdirilməli idi.

1804-cü ildə yenidən Cara hücum edən rus qoşunu Zaqatalada məğlub edildi və general Qulyakov öldürüldü. Həmin ilin yanvarında general Sisianov Car-Balakən cama­atlığını yenidən rus silahmm hökmünə tabe etdi,

1803-cü ildə Şəmkiri ələ keçirən rus qoşununun növbəti hədəfi Gəncə oldu. Gəncə hakimi Cavad xan rusların tabe olmaq təklifini qətiyyətlə rədd etdi. Şəhər qəhrəmanlıqla işğalçılara müqavimət göstərsə də, silah və sayca üstün olan ruslar 1804-cü il yanvar ayımn 2-dən 3-nə keçən gecə Gəncə şəhərini zəbt etdilər. Cavad xan və oğlu Hüseynqulu ağa qəhrəmanlıqla vuruşaraq Vətənimiz yolunda şəhid oldular. General Sisianov Gəncə savaşım kütləvi qırğına-qətliama çevirdi. Əhaliyə amansız divan tutuldu. Üç saat ərzində xalqı kütləvi şəkildə qırdılar. 3 mindən bir qədər çox əhalinin yaşadığı Gəncənin müdafiəçilərindən təkcə ölənlərin sayı 1500 nəfərdən çox idi. Bununla bağlı tarixçimiz Mir Mehdi Xəzani yazırdı: “Bu cür qala almaq və bütövlükdə qətliam olunmaq Çingiz xan və Teymurləng zamanından sonra bu vilayətlərdə görünməmişdi”.

Rus hərbçilərini təltif etmək üçün xüsusi olaraq “Gəncənin alınmasında iştirakına görə” medalını təsis edən Rusiya hökuməti Gəncə xanlığım ləğv edərək dairəyə çevirdi. Minillik tarixi olan Gəncənin adı dəyişdirildi və çar I Aleksandrm arvadı Yelizavetanın şərəfinə bu tarixi şəhərimiz Yelizavetpol adlandırıldı. Kim “Gəncə” sözünü dilinə gətirər­disə, bir rus gümüş manatı cərimə olunurdu.


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin