Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"



Yüklə 1,84 Mb.
səhifə53/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   49   50   51   52   53   54   55   56   ...   103
Kənd təsərrüfatı. Birinci dünya müharibəsi ərəfəsində Şimali Azərbaycanda əkinə yararlı torpaq sahəsi 1,3 milyon desyatinə bərabər idi və bu torpaqların yarıdan çoxunda buğda, arpa, düyü, 12%-ində isə pambıq əkilirdi. 1913-cü il məlumatına görə bütün taxıl əkinlərinin 10%-ni təşkil edən qolçomaqların - yəni kənd burjuaziyasının təsərrüfat­larından 20 milyon pud, yaxud bütün ölkə taxılının üçdə biri qədər taxıl yığılmışdı.

Bütün Cənubi Qafqazda istehsal olunan çəltik (düyü) məhsulunun 85%-dən çoxu Şimali Azərbaycanda becərilirdi.

Sənaye pambıqçılığının inkişafının tələblərinə uyğun olaraq 1900-1913-cü illərdə Şimali Azərbaycanda pambıq əkin sahələri 5 dəfədən çox, pambıq məhsulu isə 15 dəfə artaraq 4,5 milyon pudu ötüb keçmişdi. Pambıqçılıqda maşın və traktorlardan istifadə edilir və cərgəli əkin üsulu tətbiq olunurdu.

1914-cü ildə Cənubi Qafqazda becərilən baramanın 81% - indən çoxunu Şimali Azərbaycan verirdi. Əldə olunan barama məhsulunun bir hissəsi yerli fabriklərdə emal edilir, bir hissəsi isə Milan, Marsel, Lion və başqa şəhərlərə ixrac olunurdu.

Şimali Azərbaycanda əsas tütünçülük plantasiyaları Nuxa qəzası və Zaqatala dairəsində idi.

Şimali Azərbaycanda üzüm bağlarının böyük hissəsi mülkədarlara və ayrı-ayrı şirkətlərə, cəmi 9%-i isə qolçomaqlara məxsus idi.

Azərbaycan kəndinin yeni kənd təsərrüfatı texnikası və maşınla təminatı aşağı səviyyədə idi. Çünki ölkədə belə texnika istehsal olunmurdu və xaricdən gətirilməsi baha başa gəlirdi. Kənd təsərrüfatı texnikasım yalnız imkanlı mülkədarlar və varlı kəndlilər - qolçomaqlar satın ala bilirdilər. XX əsrin əvvəllərində Şimali Azərbaycanda neft və ya buxar mühərriki ilə işləyən, 6-8 kotanı hərəkətə gətirə bilən bir neçə traktor və 840 səpin maşını işləyirdi. 1913-cü ildə Rusiya üzrə əkinçilikdə istifadə olunan 152 traktordan cəmi 6-sı Şimali Azərbaycanın payına düşürdü.

Azərbaycan kəndində mövcud olan torpaqsızlıq və torpaq azlığı şəraitində çar hökuməti köçürmə siyasətini davam etdirirdi. 1900-1905-ci illərdə təkcə Bakı quberniya­sına köçürülən rus kəndliləri üçün 44 min desyatin yararlı torpaq sahəsi ayrılmışdı. Halbuki elə həmin quberniyada torpaqsız kəndli ailələrinin sayı 16 min nəfəri ötüb keçmişdi. Muğanda və Mildə 4 kənddə 2 mindən çox azərbaycanlı kəndli ailəsi öz ata-baba yurdundan qovulmuş, torpaqları isə gəlmə rus köçkünlərinə verilmişdi. Rusiyadan müxtəlif vaxtlarda Muğana köçürülmüş 20 min rus əhalisinin yaşaması üçün 49 kənd salınmış, yerli əhalidən qorunmaq üçün dövlət rus kəndlilərinə silah paylamışdı. Rus hökümətinin köçürmə siyasəti etnik münaqişə yaratmaqla bərabər, bu torpağın əsl sahibləri olan Azərbaycan türklərində hakimiyyətə qarşı dərin nifrət hissi yaratmışdı.




Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin