Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


XX əsrin əvvəllərində Şimali Azərbaycanda iqtisadi vəziyyət



Yüklə 1,84 Mb.
səhifə52/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   48   49   50   51   52   53   54   55   ...   103
XX əsrin əvvəllərində Şimali Azərbaycanda iqtisadi vəziyyət.

Sənaye. XX əsrin əvvəllərində Şimali Azərbaycan Rusiya imperiyasının müstəm­ləkəsi olaraq qalırdı və ölkəmizin iqtisadiyyatı Rusiya sənayesinin xammal və yanacaq tələbatının ödənilməsi məqsədinə tabe edilmişdi. Artıq Bakı şəhəri nəinki Rusiyanın, bütün dünyanın neft sənayesi mərkəzinə çevrilmişdi. Ümumiyyətlə, Azərbaycanın neft sənayesi inkişaf sürətinə və məhsul istehsalına görə 1901-ci ildə dünyada birinci yerə çıxmışdı. Həmin ildə dünyada istehsal olunan neftin yarısından çoxunu (671,2 milyon pud) və Rusiyada istehsal olunan neftin isə demək olar ki, hamısını Şimali Azərbaycan verirdi.

1900-1903-cü illərdə dünyada baş vermiş iqtisadi böhran Azərbaycanın neft sənayesinə, neftlə bağlı olan digər istehsal sahələrinə və dağ - mədən sənayesinə mənfi təsir göstərmişdi. Neft hasilatı və emalı kəskin şəkildə aşağı düşmüşdü. Böhranla bağlı olaraq xırda və orta müəssisələrin iflasa uğraması neft sənayesində istehsalın təmərküz­ləşməsi prosesini sürətləndirmişdi. Belə ki, Bakıda çıxarılan neftin 50 %-i 6 nəhəng neft şirkətinin payına düşürdü. "Nobel qardaşlan birliyi", Mantaşov və Rotşildin nəzarət etdikləri 3 neft şirkəti 1901-ci il məlumatlanna görə, Bakıda istehsal olunan neftin 25%-nə, ixrac olunan ağ neftin 40%-nə, Rusiyaya göndərilən neft məhsullannm 70%-nə nəzarət edirdi. 1904-cü il məlumatına görə İngiltərə ağ neftə olan tələbatının 47,1 %-ni, Fransa isə 71,1%-ni Bakının hesabına ödəyirdi. Hətta böhran dövründə də iri neft şirkətləri neftin ixracını daha da artıraraq neft satışından böyük gəlir götürürdülər. 1902-1904-cü illərdə "Nobel qardaşları" şirkəti 9,3 milyon manat, "Bakı Neft Cəmiyyəti" isə 1 milyon manatdan çox xalis gəlir əldə etmişdi.

1910-cu ildən Rusiyada başlayan sənaye yüksəlişi dövründə də Bakıda neft istehsalını sabitləşdirmək mümkün olmadı. Belə ki, 1913-cü ildə cəmi 468 milyon pud neft çıxarılmışdı ki, bu da 1901-ci ildəkindən 200 milyon pud az idi. Ümumiyyətlə, XX əsrin əvvəllərində inkişaf etmiş kapitalist ölkələrinin neft sənayesində dərin nasoslar, kompressorlar, elektrik matorları və daxiliyanma mühərrikləri kimi müasir texnika geniş şəkildə tətbiq olunduğu halda, 1913 - 1914- cü illərdə Bakıda neftin 4/5 hissəsi artıq öz dövrünü keçirmiş buxar mühərrikləri ilə çıxarılırdı. İri neft şirkətləri isə süni neft qıtlığı şəraitində qiymətləri 2-8 dəfə qaldıraraq böyük qazanc götürürdülər.

Böhran əlvan metallurgiya sənayesinə də ciddi təsir göstərmişdi. 1900-1903-cü illərdə mis filizi çıxarılması 3,9 milyon puddan 3,2 milyon puda enmişdi. Üstəlik 1906-cı ildə Moskvada missaflaşdırma zavodu tikildiyindən Qalakənd zavodu bağlanmışdı. Alman “Simens qardaşları” şirkətinə məxsus Gədəbəy mis mədənlərində almazla qazma üsulu tətbiq olunmuşdu. 1902-ci ildə həmin mədənlərdən mis çıxarılmasında elektrik eneıjisi ağır əl əməyini əvəz etmiş. Qalakənd çayı üzərində ikiturbinli elektrik stansiyası tikilmişdi.

1900-cü ildə "Simens qardaşları" və "Voqau" şirkətləri arasında mis satışı üzrə bağlanmış müqavilədən sonra Şimali Azərbaycanın əlvan metallurgiya sənayesində inhisarlaşma prosesi başlanmışdı. Gədəbəy mis zavodu 1907-ci ildə yaradılan Rusiya "Mis" sindiqatmm tərkibinə daxil edilmiş və 1917-ci ilədək bu inhisarın nəzarətində qalmışdı. Burada əridilmiş misin böyük hissəsi Rusiyanın zavodlarına satılmışdı. "Simens qardaşlan" şirkəti Daşkəsəndə istehsal etdiyi bütün kobaltı Almaniya, İsveç, Norveç və başqa ölkələrə ixrac edirdi. İqtisadi böhran yüngül və yeyinti sənaye sahə­lərinə elə də ciddi təsir göstərməmişdi. Məsələn, təkcə xam ipək istehsalı 1900-1915-ci illər arasmda 13 dəfədən çox, balıq istehsalı isə 8-10 dəfədən çox artmışdı.

Azərbaycanın pambıqtəmizləmə sənayesinə məxsus 100-dən çox zavodda hər il orta hesabla 1,5-2 milyon puddan çox mahlıc istehsal edilirdi. Ümumiyyətlə, 1914-cü ildə Cənubi Qafqazda istehsal edilən mahlıcm 75%-dən çoxu Şimali Azərbaycanın payına düşürdü. Bu sənaye sahəsinə qoyulan kapitalın çox böyük hissəsi - 80%-i milli burjuaziyaya (H.Z.Tağıyev, Mahmudbəyov qardaşları və b.) məxsus idi. Cənubi Qafqazda olan 5 pambıq - parça fabrikindən 4-ü azərbaycanlı sahibkarlar tərəfindən açılmışdı. Maraqlıdır ki, balıqçılıq və balıq emalı sənayesinin 70%-i azərbaycanlı sahibkarların (H.Z.Tağıyev, M.Nağıyev, M.Muxtarov, T.Səfərəliyev və b.) əlində idi. Azərbaycanın balıq və kürü məhsulları Rusiya ilə yanaşı, ABŞ, Almaniya, Fransa, Polşa və başqa ölkələrə ixrac edilirdi. Balıqçılıq da daxil olmaqla, Azərbaycanın yeyinti sənayesi kapital qoyuluşunun həcminə, məhsul istehsalının dəyərinə və fəhlələrin sayına görə neft sənayesindən sonra ikinci yeri tuturdu. Təkcə balıqçılıq sənayesində 40 min nəfərdən çox fəhlə çalışırdı.

Hökumətin yeritdiyi müstəmləkəçi siyasət nəticəsində Şimali Azərbaycan Rusiyanın təkcə "neft çəlləyi"nə, pambıq və tütün plantasiyasına deyil, həm də çaxır çəlləyinə çevrilmişdi. 1913-1914-cü illərdə Cənubi Qafqazda istehsal olunan şərabın 1/3-ni, konyakın 45%-ni, pivənin isə 62%- ni Şimali Azərbaycan verirdi.

Kapitalist sənaye istehsalının sürətli inkişafı şəhərlərin böyüməsi ilə yanaşı, şəhər əhalisinin xüsusi çəkisinin artmasına gətirib çıxartmışdı. 1913-cü ildə Şimali Azər­bycanda qeydə alınan 2,5 milyon nəfərə yaxın əhalinin 580 min nəfərdən çoxu və yaxud 24%-ə qədəri şəhərlərdə yaşayırdı. Şəhərətrafı ilə birlikdə Bakıda 300 min nəfərdən çox əhali yaşayırdı ki, bu da ölkəmizin bütün şəhər əhalisinin 52%-i demək idi.

XX əsrin əvvəllərində Bakı şəhərinin sürətlə artan əhalisinin içməli su ilə təchiz olunması çox müşkül bir problemə çevrilmişdi. Bakı Şəhər Dumasında şəhərin su təchizatı ilə bağlı bir neçə layihə müzakirəyə çıxarılmışdı: 1. Dəniz suyunun duzdan təmizlənib içməli suya çevrilməsi; 2. Bakıya Kür çayından su kəmərinin çəkilməsi; 3. Bakının kəndlərində qazılacaq quyulardan toplanan suyun şəhərə gətirilməsi; 4. Şollar - Bakı su kəmərinin çəkilməsi. Dumanın xristian üzvləri olan ruslar və ermənilər daha ucuz başa gələn Kür çayından su kəmərinin çəkilməsi layihəsinin qəbulunda təkid edirdilər. Ancaq Duma üzvü olan görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Tiflis şəhərinin əhalisinin bir hissəsinin vərəm xəstəsi olmasını və şəhərin bütün kanalizasiya (çirkab) sularının Kür çayına axıdılmasmı əsas gətirərək Şollar su kəməri layihəsi haqqında yekun qərarın qəbul edilməsinə nail oldu. H.Z.Tağıyevin böyük yardımı ilə Şollar su kəmərinin çəkilməsinə 1909-cu ildə başlandı. 1907-1910-cu illərdə işdə fasilə yaransa da, nəhayət, 1917-ci ilin yanvann 21-də Şollar su kəmərinin çəkilişi başa çatdınldı. Kəmərin təntənəli surətdə istifadəyə verilməsi mərasimində ilk su kranı H.Z.Tağıyevin və layihənin müəllifi ingilis mühəndisi VXindleyin iştirakı ilə açıldı. Şollar suyunun şəhərə gətirilməsi Bakıda həqiqətən böyük bu- bayrama çevrildi. Bu münasibətlə kimin imkanı var idi, hətta qurban kəsdi. Çünki Bakıya içməli su əsasən gəmilərlə Həştərxandan gətirilir və əhaliyə pulla satılırdı.


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin