Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"



Yüklə 1,84 Mb.
səhifə4/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   103
Midiya dövləti. Midiya bir dövlət kimi İranın mərkəzində meydana gəlmişdir. Midiya Mannadan cənub- şərqdə yerləşirdi . Mannanın Gizilbulda vilayəti hər iki ərazinin sərhədini təşkil edirdi. Midiya ölkəsinin adı mixi yazılarda Maday , Matay , Amaday şəklində verilmişdir . Yunan mənbələri bu adı Midiya şəklində yazmışdır . Midiya tayfaları haqqında geniş məlumatı yunan tarıxçısı Herodot “Tarıx” əsərində vermişdir . O, midiya ərazisində altı qəbilənin yaşadığını göstərir . Mataylar türk mənşəli tayfa idi. Mataylılar siyasi səhnədə e. ə. I minilliyin başlanğıcında fəallaşdılar. Onlar Mannanın cənub-şərq tərəfində məskunlaşmışdılar. Matay tayfa birləşməsi Azərbaycanın şimalından tutmuş şərq, cənub-şərq tərəfində, Zaqros dağlarının aşağı hissələrindmalnoə yaranmışdır. Midiya ərazisi e.ə. IX-VIII əsrlərdə xırda vilayət hakimləri tərəfindən idarə edilirdi. Midiya ölkəsi haqqında ilk məlumatlar e. ə. XI yüzilliyə aiddir . İlk dəfə Midiya adını Assuriya hökmdarı III Salmanasar işlətmişdir .

E.ə. XI əsrin ikinci yarısında Assuriya hökmdarları Midiyaya yürüşlər edərək, xırda hökmdarları özlərindən asılı vəziyyətə saldılar. Ölkə qarət olundu. Ayrı-ayrı Midiya dövlətləri xərac verməyə məcbur oldu .

E.ə. VIII əsrin ikinci yarısında Assuriyanın Midiya ərazisinə yürüşləri nisbətən çoxalmışdı . II Sarqon Midiya ərazisini işğal etmişdi . Bu zaman Midiya canişini Mannaya tabe idi.

E.ə. VIII əsrin sonunda Midiyada vahid dövlət yaradılması olmuşdur. Rəvayətə görə, Deyok Midiya tayfalarını birləşdirmiş və vahid dövlət yaratmışdır . O, Ekbatan şəhərini saldırmış və onu Midiya dövlətinin paytaxtı elan etmişdir. İskitlərin Ön Asiyaya hücumları zamanı Midiya Assuriyaya qarşı mübarizəyə başladı. Bu mübarizəyə Kaştariti başçılıq etmişdir. E.ə. 672-ci ildə Midiya Assuriya tabeçiliyindən qurtarmış və müstəqil dövlətə çevrilmişdir.

E.ə. VII əsrin 50-ci illərində Kaştariti Assuriyaya qarşı yürüş etmişdir. İskitlər Assuriyanın köməyinə gəlmişlər. Kaştariti məğlubiyyətə uğramış və döyüşdə həlak olmuşdur. Bundan sonar bir müddət Midiya İskitlərin hakimiyyəti altında qaldı.

Tarixi rəvayətə görə Kiaksar ( e.ə. 625-585-ci illər ) olkədə iskit ağalığına son qoydu. O. xırda vilayət hakimlərini Midiya dövlətinə tabe etdi . Kiaksarın vaxtında midiyalılar Hirkaniya, Parfiya, Parsa, Elam, Manna, Urartu və Azərbaycan ərazisində yerləşən Skif şahlığına son qoydular. E. ə. VII əsrdə Midiyada zərdüştilik ilk dəfə rəsmi dövlət dini olmuşdur.

Kiaksar daxili qüvvələri birləşdirdikdən sonar Midiyanın düşməni Assuriyaya qarşı mühüribəyə hazırlaşdı . O. Midiya ordusunu yenidən təşkil etdi. Ordunu silah növünə uyğun nizəçi və oxçu dəstələrinə böldü, süvarıləri piyadalardan ayirdı.

Kiaksar yeni Babilistan dövləti ilə ittifaqa girdi. E.ə. 616-612- ci illərdə müttəfiqlərin qoşunları Assuriyanın Aşşur, Arbela, Kalat şəhərlərini, paytaxtı Nineviyanı tutub taladılar və dağıtdılar . E.ə. 605-ci ildə Assuriya bir dövlət kimi süqut etdi. Onun torpaqları Midiya və Babilistan arasında bölüşdürüldü . Midiyalılar qonşuları Urartu və Asur krallıqlarını məğlub edərək sərhədlərini Ön Asiyanın qərb hissəsində yerləşən Qızılirmaq çayından başlamış müasir İranın şərq sərhədlərinə kimi çatdıra bilmişlər. Yalnız Araz çayının şimal hissəsi Midiya dövlətinin hakimiyyəti altına düşməmişdir.

Kiaksar bu qələbədən sonar Egey dənizinin sahilinə çıxmaq məqsədilə Lidiya dövlətinə qarşı müharibəyə hazırlaşdı. Çünki bu dövlət Kiçik Asiyaya gedən yolun üzərində yerləşirdi. O. ilk növbədə Urartu dövlətinin müstəqilliyinə son qoydu. Kiaksar Lidiya ərazisinə daxil olur və Lidiya hökmdarı Aliatta ilə müharibəyə başlayır. Kiaksarın Lidiya ilə müharibəsi beş il davam edir və bu müharibə tarixə Midiya-Lidiya müharibəsi kimi daxil olur. Beş illik müharibədən yorulmuş hər iki tərəf e.ə. 585-ci ildə sülh müqaviləsi imzalamağa məcbur olur. Diplomatik nigah bağlanır, yəni Aliatta qızını Kiaksarın oğlu Astiaqa ərə verir. Müqaviləyə görə Halis çayı iki dövlət arasında sərhəd kimi müəyyənləşdirilir və beləliklə də, Midiya Ön Asiyanın qüdrətli dövlətinə çevrilir. Manna Midiyanın tərkibinə daxil edildi. Manna rəsmən Midiyadan siyasi asılılığl tanımış və bununla da öz daxili idarəetmə müstəqilliyini saxlamışdı. O müharibə meydanlarından kənarda qalmışdı, Manna ərazisi Midiyanın ən çox inkişaf etmiş vilayəti olduğundan onun ictimai-iqtisadi həyatına və mədəniyyətinə böyük təsir göstərmişdir. Kiaksarın vəfatından sonra hakimiyyətə onun oğlu Astiaq (e.ə. 585-550-ci illər) gəldi. Midiya fateh xarakterli bir hökmdarın uğurları ilə özünü göstərsə də, hökmdar Astiaqın dövründə xeyli zəiflədi. Astiaq zədaganların hüqüqlarını məhdudlaşdırırdı. Hökmdar ilə əyanlar arasında ziddiyətlər artırdı. Midiya sarayında farsmeyilli qüvvələr gizli fəaliyyət göstərirdi. Bir qrup əyan Fars vılayətinin hakimi II Kir ilə gizli sazışə girdi.

Nəticədə II kirin ordusu Astiaq ilə müharibəyə başladı . Üç il davam edən müharıbədə II Kir qələbə qazandı . O. Ekbatan şəhərini tutdu. E.ə. 550-ci ildə qüdrətli Midiya dövləti süqüt etdi .




Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin