Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"



Yüklə 1,44 Mb.
səhifə3/15
tarix30.04.2018
ölçüsü1,44 Mb.
#49527
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   15

MÖVZU III

Azərbaycan erkən orta əsrlərdə


P l a n:


  1. III-V əsrlərdə Azərbaycanda məhsuldar qüvvələrin inkışafı.Feodal torpaq mülkiyyətinin yaranması.

  2. Sasani ışğalı və ona qarşı xalq azadlıq hərəkatı. Məzdəkizm

  3. VI-VII əsr Azərbayan dövlətləri.Mədəniyyətin inkişafı.


Ədəbiyyat


  1. Azərbaycan tarixi. VII-cilddə, II-ci cild, Bakı,2008, səh. 84-118.

  2. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1998, səh. 10-12.

  3. Azərbaycan tarixi. Bakı, 1994, səh. 170-231.

  4. Nizami Cəfərov “ Azərbaycanşünaslığın əsası ” Bakı 2005, səh 7-18.

  5. Məmmədova F. Qafqaz Albaniyasının siyasi tarixi və tarixi

Coğrafiyası. Bakı, 1986.

  1. Osmanov F.L.Qafqaz Albanıyasının maddi mədəniyyəti. Bakı,

1991,səh. 9-12.

  1. Qaybullayev Q. Azərbaycanlıların təşəkkülü tarixindən.

Bakı, 1994.

  1. Qasımova R.M.Azərbaycan xalqının etnogenizi. Bakı,1997.

III-XVIII ясрлярдя Азярбайжанда феодал жямиййяти мювжуд олмушдур. Бу тарихи мярщяля цч дювря бюлцнмцшдц: илкин феодал вя йа илкин орта ясрляр тарихи – III-Х ясрляр; инкишаф етмиш феодализм вя йа классик орта ясрляр дюврц XI-XV ясрляр; сон феодализм вя йа сон орта ясрляр дюврц: - XVI-XVIII яср.Азярбайжанда феодализмин тяшяккцлц просеси III-Y ясрляри ящатя етмиш вя Вятян тарихиндя феодализм ижтимаи – игтисади формасийасынын мцяййян дюврц – III-VII ясрляр – Азярбайжаны Сасани империйасы иля (224-651) баьламышды. Эениш яразийя малик бу Иран дювлятинин пайтахты Ктесифон шящяри олмушдур. III ясрин биринжи йарысында Азярбайжанын жянуб щиссяси – Атропатена Сасани империйасынын тяркибиня гатылмыш,Азярбайжанын шимал торпагларында фяалиййят эюстярян Албан чарлыьы юз мювжудлуьуну сахлайа билмишди.

III-V- əsrlərdə Azərbəycanda feodalizmə xas olan ictimai- iqtisadi münasibətlər yaranmışdı. Çox təəssüf ki, bu dövrə aid yazılı mənbələrin məhdudluğu üzündən quldarlıq təsərrüfatının dağılması gedişini dərindən izləmək mümkün deyildir. Bu dövrdə Sasani imperiyasının hakimiyyəti qismən Ön Qafqazı da əhatə edirdi. Sasani imperiyasına daxil olan ölkələrdə feodal münasibətləri oxşar şəkildə yaranırdı.

Feodal münasibətlərinin iqtisadi və sosial əlamətləri quldarlıq dövründə meydana gəlmişdi. Dəmirdən hazırlanan əmək alətləri əkinçilik və sənətkarlıqda əmək məhsuldarlığının artmasına səbəb oldu. Taxıl əkinləri genişlənirdi. Müxtəlif sənət növləri yaranırdı. Şəhərlərdə və ticarət yollarına yaxın ərazidə mal-qara ticarəti genişləndi.

Tədricən torpaq sahibkarlığının yeni səciyyəvi cəhətləri meydana gəldi. əvvəllər torpaq hökmdara, dini qurumlara, ayrı-ayrı quldarlara mənsub idi.belə torpaqlarda qulların, məcburi əmək adamlarının əməyindən istifadə olunurdu. Belə işçilərin əməyə marağı olmurdu.dövlət torpaqları xidmət müqabilində hərbiçilərə, dövlət işçilərinə payalayırdı. Belə torpaqlar mülk adlanırdı.Mülkün sahibi mülkədar yəni feodal adlanırdı.Kəndlilər-əkinçilər feodalın torpağında işləyirdi.Feodalizm cəmiyyəti adı da buradan götürülmüşdür.Feodalizmin ilk mərhələsində kəndlilərin istismar edilməsinin əsas forması vergilər və dövlət mükəlləfiyyətlərinin icrası idi.kəndlilər feodala vergini , əsasən məhsul formasında verirdi. Kəndlilər feodaldan asılı olub,onun torpağını becərməli məhsulun müəyyən hissəsini ona verməli idi.Eyni zamanda kəndli bir sıra mükəlləfiyətlər(əvəzsiz əmək)də yerinə yetirməli olurdu.Kəndlinin özünə məxsus mülkü(həyətyanı sahə,mal-qara,ev,əmək alətləri)olsa da onun əsas gəliri becərdiyi torpaqla bağlı idi.Kəndlilər əsas istehsalçı qüvvəni təşkil edirdilər..Erkən orta əsrlərdə Azərbaycanda təsərrüfatın natural forması üstün mövqe tuturdu. NATURAL TƏSƏRRÜFAT-bazarla əlaqəsi olmayan zəruri tələbat mallarının malikanə daxilində istehsal olunduğu təsərrüfatdır. Kəndli özünün və asılı olduğu feodalın tələbini ödəmək üçün məhsul istehsal edirdi.
Feodalizmin ilkin mərhələsində kəndlilərin istismar edilməsinin əsas yolu vergi və mükəlləfiyyətlərin icrası idi.Kəndi feodala minik verməli səfər vaxtı onun dəstəsini yedizdirməli idi.Bundan əlavə kəndlinin yolların çəkilməsində,körpü və binaların tikilməsində iştirak etməsi məcburi idi.Kəndlilər feodala vergni məhsul formasında verirdilər.Feodalizmin yaranması məhsuldar qüvvələrin inkişafının bəhrəsi idi.Lakin ölkəmizdə onun inkişafı bərabər səviyyədə getmirdi.Bəzi yerlərdə kəndlilərlə yanaşı qulların da əməyindən istifadə edirdilər.Azərbaycan da əhalinin əsas hissəsini İranda olduğu kimi kəndlilər təşkil edirdilər.Onlarla yanaşı sənətkarlar və tacirlər də vergi verən təbəqəyə daxil idilər. Sasani dovlətində əhali 4 sosial təbəqəyə bölünürdü: 1.kahin ( asravan) 2. döyüşçü (arteştaran) 3. Mrzə (dipiran) 4. Vergi verən (vastrioşan). Axırıncı təbəqə ən ağır can (qezit) və torpaq (xaraq) vergisi verirdi. Бу дюврдя торпаг цзяриндя хцсуси мцлкиййятин ики формасы олуб: дастэирд вя йа дастакерт – нясли вя йа гейри – шярти торпаг сащиблийи вя башга форма – хвостак вя йа хостак – шярти торпаг сащиблийи бу да, щаким сцлаляйя вя йа дювлятя хидмят мцгабилиндя айры – айры щярбчиляря вя йа мямурлара верилян торпаг сащиблийи иди. Feodal torpaq mülkiyyətinin bu iki forması ilə yanaşı məbəd və eləcə də icma və xüsusi kəndli mülkiyyəti də mövcud idi.

V əsr alban səlnaməçisi Movses Xornilinin verdiyi məlumata görə Albaniya əhalisi bu dövrdə hakim sinif olan feoddalara (azatlara) və maddi nemətlərin istehsalçısı olan kəndlilərə (sinakanlara ) bölünürdü. Hakim sinfin nümayəndələri naxarar,naxapet, azqapet və sair terminlərlə ifadə olunurdu. Getdikcə mərkəzləşən dövlətdə hökmdarın (İsxan) hakimiyyəti gücləndi. O, ölkənin həm dünyəvi, həm də dini hakimi kimi qanunvericilik hüququna malik idi. O, həm də hərbi qüvvələrin başçısı sayılırdı. Mənbələrin məlumatına görə feodal münasibətlərinin inkişafının ilk dövrlərində əsas istismar forması natural şəkildə toplanan vergilər təşkil edirdi. Albaniyada toplanan vergilər bunlar idi. Can vergisi-has, kilsə onda biri-tasanord, məhsul vergisi –ptix və s.Afropatendə də 20 yaşından 50 yaşına qədər bütün kişilərdən can vergisi –cizyə alınırdı .Bu vergini verə bilməyənlər qula çevrilirdilər.

Vergilərin ağırlıığı əhalini var-yoxdan çıxarır, xırda torpaq sahiblərinin vergini ödəyə bilməməsi üzündən torpaqlarını satmağa məcbur olurdular.Beləliklə torpaq iri əyanların əilində cəmləşirdi. Bu dövrdə Atropatena və Albaniyada az da olsa qul əməyindən istifadə olunurdu. Lakin göstərmək lazımdır ki, kəndli nə qədər var yoxdan çıxıb torpağını itirsə də, feodaldan tam asılı və ya təhkimçi düşmədi.

Феодлаизм иctимаи – игтисади формасийасынын илкин дюврцндя Азярбайжанда феодал шящярлярисалынмаьа башламышды. Бу шящярляр, мцтляг мцдафия диварлары иля даирялянмиш йашайыш мянтягяляри иди.О дюврдя Азярбайжанын ян мяшщур шящярляри Ярдябил вя Бярдя, Урмийа вя Дярбянд, Тябриз вя Нахчыван, Мараьа вя Бейляган, Шабран вя Хунан, Халхал вя Шяки иди. Бу шящярлярдя сяняткарлар юз сянятляриня уйьун хцсуси мящяллялярдя йашайырдылар. Сяняткарлар ясасян юз сянятляринин мящсулундан ялдя едилян эялирля йашайышларыны тямин едирдиляр.

Azərbaycanda feodal münasibətlərinin yaranması məhsuldar qüvvələrin inkişafının nəticəsi idi. Lakin ölkəmizin ərazisində feodal münasibətlərinin yaranması və formalaşması prosesi bərabər getmirdi.bəzi yerlərdə feodalizmdən əvvəlki münasibətlər qalmaqda idi.

Azərbaycanda feodal münasibətlərinin inkişafı feodalizmin ümumi qanunlarına əsaslanırdı. Lakin onun Avropa ölkələrindəki feodalizmdən fərqli xüsusiyyətləri də var idi. Belə ki, Azərbaycanda feodalların şəxsi təsərrüfatı demək olar ki, yox idi. Təsərrüfat düzəltmək onlar üçün əlverişli deyildi. Çünki süni suvarma tələb olunurdu.

Asılı kəndlilərin vəziyyəti nə qədər ağır olsa da, onlar şəxsən asılı , yəni təhkimli deyildilər.

Avropada feodal cəmiyyəti V əsrin sonlarından XV əsrin sonlarına qədərki dövrü əhatə etdiyi halda, Azərbaycanda bu cəmiyyət daha erkən- III əsrdən başlamış XIX əsrin ikinci yarısınadək davam etmişdir.

2. III-IV əsrlərdə Azərbaycanda feodal münasibətləri yarandı. Илкин феодализм дюврцндя Сасани империйасынын тяркибиня гатылмыш Атропатенадан фяргли олараг, Гафгаз Албанийасы юзцнцн мцстягиллийини феодализмин илкин дюврцнцн айры – айры мярщяляляриндя горуйуб сахлайа билмишди. Е. I ясринин 30-жу илляриндян VI ясрин яввялляриня гядяр фасилялярля Гафгаз Албанийасынын мцстягиллийини Аршакиляр сцлалясинин нцмайяндяляри горуйуб сахлайа билмишдиляр. Дювлятин пайтахты яввялжя Гябяля (Кабалака) сонра ися Бярдя (Партав) олмушду.

Arşakilər sülaləsinin nümayəndəsi Ərdəşir Babəkan 226-cı ildə İranda Parfiya dövlətini süquta uğradaraq Sasanilər dövlətinin əsasını qoydu. Atropatena bu dövrdə də zərdüştlüyə sitayiş edirdi. Albaniya 226-cı ildə Sasanilərdən asılı vəziyyətə düşdü. Atropatena isə 227-ci ildə onun vilayəti oldu. I Xosrov Ənuşirəvanın dövründə (531-579) Albaniya, Atropatena və İberiya Sasani dövlətinin Şimal mərzbanlığına daxil edildi. Erkən orta əsrlərdə Albaniyada, Çola, Şəki, Uti, Arsax, Paytakaran və s. vilayətlər var idi. Uti vilayətində Bərdə şəhəri, Şəki və Çola arasında Qəbələ şəhəri yerləşirdi. Həmin dövrdə Dərbənd “Dəmir qapı” adlanırdı. Paytakaran Mil-Muğanı, Arsax isə Qarabağın dağlıq hissəsini əhatə edirdi. Arsaxın əhalisini türklər təşkil edirdi.

III-V əsrlərdə Sasanilər Roma ilə müharibə edirdi. Sasani şahı I Şapur 260-cı ildə Roma imperatoru Valerianı məğlub edərək onu əsir aldı. 359-cu ildə Sasanilər Albaniyanın köməkliyi ilə Romanı yenə də məğlubiyyətə uğratdılar. Bununla da Arsax, Marlar (Naxçıvan), Kaspiana geri qaytarıldı və Ermənistan Roma və Sasanilər arasında bölüşdürüldü. İran şahı II Sapur (Ⅶ 309-379) Albaniyada özünə sadiq hökmdar görmək istəyirdi. Bu zaman yeni Alban hökmdarı Urnayr (359-371) siyasi səhnəyə çıxdı. Urnayr həm də II Şapurun bacısının əri idi. Ona görə də Sasanilərələ Albaniya arasında müttəfiqlik siyasəti üstünlük təşkil edirdi.

Məs.Ermənistana qarşı döyüşlərdə Urnayr Sasanilərə kömək edirdi. (Movses Xorneli ) Maisey Kalankatulu yazır ki, Albaniya hökmdarı “Armeniya daxilində qələbə bayrağını qaldırdı.” (Dzirav döyüşü 371-ci il) .

IV əsr Roma tarixçisi Ammian Marsellin təsdiq edir ki, o, şəxsən Amidin (Diyarbəkr ) divarları altınada öz dəstələri ilə II Şapuru müşaiyət edən Alban hökmdarını görmüşdür.

Urnayrdan sonra hakimiyyətdə olan II Vaçaqan, Mirhavan, Satoy və Asay (371-430-cu illər) dövründə yerli hakimiyyət məhdudlaşdırıldı. Sasanilərdən asılı olmaq yerli əhalidə mübarizə əhvali- ruhiyyəni artırdı, Sasanilər hər şeydən əvvəl Albaniyaya strateji cəhətdən çox qiymət verirdilər. İranlılar Albaniyada çoxlu istekamlar tikirdilər. Sasanilər hər şeydən əvvəl Alban qapılarını (Dərbənd keçidi) möhkəmlətmək , öz şimal sərhədlərinin təhlükəsizliyini təmin etmək istəyirdilər. Çünki Şimali Qafqazda yaşayan köçərilər Dərbənd keçidi vasitəsilə İrana hücumlar edirdilər

V əsrdə köçəri tayfaların hücumları daha da güclənir. Bu hücumlardan qorunmaq üçün Sasanilər Alban qapıları (Dərbənd ) ərazisində əvvəl torpaq sədlər , Şah II Yezdəqird (438-457) dövründə daşlardan nəhəng divar çəkildi. Bu səddin çəkilməsinin ağırlığı yerli əhalinin üzərinə düşürdü. Moisey Kalankatulu yazırdı: “İran şahları Qafqaz dağları ilə böyük Şərq dənizi (Xəzər) arasında böyük binanı tikmək üçün memarlar toplamaq, müxtəlif materiallar axtarmaqla ölkəmizi taqətdən salmışdılar”.

Sasanilər ölkənin daxilində öz qarnizonlarını yerləşdirmək üçün Beyləqanda, Bərdədə, Şəmkirdə, Şamaxıda, Dərbənddə qalalar tikdirdilər. Eyni zamanda Sasanilər bu yerlərə Fars dillərində danışan əhalidə köçürürdülər. Sasanilər həm də yerli əhali üzərinə ağır vergilər qoymuşdular. (xərac, qezit və s.) Bu istisnmara dözə bilməyən əhali ilk dəfə 450-ci ildə sasani zülmünə qarşı mübarizəyə qalxdı. Həmin il Xalxal yaxınlığında (Qazax ərazisi) üsyançılar sasaniləri məğlub etdilər.Şah II Yezdəgird vəzir Mehr Nersexin başçılığı altında üsyanı yatırmaq üçün qoşun göndərdi. 451-ci il mayın 26-da Avaray gölündə (Maku yaxınlığı )şah ordusu üsyançıları məğlub etdi. Lakin əsarət altına alınmış xalqın mübarizəsi davam edirdi. Alban hökmdarı İranda gedən siyasi hadisələrdən istifadə edərək sasanilərə qarşı üsyan etdi.

II Vaçenin başçılığı altında üsyan 460-cı il də baş vermişdi.Üsyançılar Dərbənd qalasını ələ keçirərkən, Dağıstanda yaşayan dağlı tayfaları ilə ittifaq bağladılar. Bunu görən Sasani şahı Füruz (459-464) hun tayfalarını öz tərəfinə çəkərək üsyançılara qarşı onlardan istifadə etdi. 462-ci ildə hunlar (haylandur) Albaniyaya soxuldular. Bir il uzanan bu müharibə II Vaçenin 463-cü ildə hakimiyyətdən uzaqlaşdırılması ilə başa çatır. II Vaçedən sonra 30 il ərzində Albaniya öz müstəqilliyini itirdi və sasanilərin təyin etdiyi mərzbanlar tərəfindən idarə edilməyə başlandı.Morsey Kalankatulu yazırdı:” Vaçedən mömin Vaçaqana kimi 30 il müddətinə Albaniya hökmdarsız qaldı. 493-cü ildə İran Şahı Kavadın əmri ilə III Vaçaqan Albaniya hakimiyyyətinə gəldi. III Vaçaqan (493-510) ilk növbədə Albaniyada xristianlığı geniş şəkildə yaymağa başladı. O, 498-ci ildə Aguen kilsə məclisi çağırdı və xristian dininə aid qanunlar qəbul etdi. Lakin xristianlıq Albaniyada geniş intişar tapa bilmədi. 510-cu ildə III Vaçaqanın ölümündən sonra Sasanilər buradakı dövlət qurluşunu ləğv etdilər. Albaniyada Sasani mərzbanlarının uzun müddətli (510-629) hökmdarlığı dövrü başladı. I Xosrov Ənuşirəvan (531-579) dövründə Adərbayqan, Albaniya, İberiya və Armeniya bir məzbanlıqda (canişinlik ) birləşdirildi. 628 –ci ildən Azərbaycan Xəzər xaqanlığının işğallarına məruz qalmışdır.



III əsrdə Arşakilər sülaləsinə mənsub olan Mani öz təlimini 216 ci ildə yaymağa başladı. Bu təlim xristian, zərdüşt və buddizm ünsürlərini özündə birləşdirmişdi. Bu təlimə görə, işıqla zülmət arasında gedən mübarizə insanlara da təsir edir, ona görə də insan özünü şər qüvvələrdən azad etməli, dünya nemətlərinə həris olmamalıdır. Mani dini təlimi pəhləvi və Suriya dillərində yayılırdı. Bu təlim tezliklə İrandan tutmuş Roma imperiyasının ucqarlarına, şərqdə isə Orta Asiyaya qədər yayıldıBu təlim dövlətə qarşı çevrildiyinə görə II Şapur Manini 276-cı ildə öldürdü, tərəfdarlarını ölkədən qovdu. Bu təlimin Sasanilərə qarşı məzdəkilər hərəkatına böyük təsiri olmuşdu.
VI əsrin ikinci yarısında Cənubi Qafqazda kəndli çıxışları, ağ hunların hücumları Sasanilər dövlətini zəiflətdi. 484-cü ildə Sasani qoşunlarını məğlub edən ağ hunlar Mərv, Bəlx və Heratı ələ keçirdilər. Sasanilər onlara böyük miqdarda xərac verdilər. Ölkə daxilində iri əyanlar mərkəzi hakimiyyətdən uzaqlaşmağa çalışdılar. 481-ci ildəİranda Məzdəkilər hərəkatı baş verdi. Бу щярякатын баш вермясинин ясас сябяби Иранда игтисади вя сийаси бющранын кяскинляшмяси шяраитиндя шащ щакимиййятинин зяифлямяси, яйанларын вя зярдцшти кащинляринин гцдрятинин артмасы, ящалинин истисмарынын эцжлянмяси, ижтимаи вя мцлки бярабярсизлийин дяринляшмяси, халг кцтляляринин вар-йохдан чыхмасы вя мцфлисляшмяси, харижи сийасятдя мцвяффягиййятсизликляр иди.Bu hərəkat dövlətin və feodalların zülmünə qarşı çevrilmişdi. Мяздякиляр иcтимаи вя ямлак бярабярлийи щаггында мяздякилик тялиминя ясасланараг, яйанларын ямлакыны яля кечириб йохсуллара пайлайыр, садя адамлары йцксяк дювлят вязифяляриня тяйин едир, щярямханалары ляьв едирдиляр.Məzdək yaratdığı təlimi ilk dəfə Həmədanda yaymağa başlamışdı. O, mübarizə yolu ilə ədalətli cəmiyyət qurulmasını mümkün hesab edirdi. Onun təliminə görə, varlıların torpağı və əmlakı alınıb kəndlilər arasında bölüşdürülməlidir. Bu hərəkata kəndlilər,qullar, sənətkarlar, və şəhər yoxsulları qoşulsalar da hərəkatın əsas hərəkətverici qüvvəsi kəndlilər idi. Mərkəzi hakimiyyətə tabe olmayan əyanların və kahinlərin nüfuzunu sarsıtmaq və mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün şah I Qubad bu hərəkata qoşuldu. Məzdəkilərin vasitəsilə iri əyanların müqaviməti qırıldıqdan sonra I Qubad hərəkatdan uzaqlaşıb, oğlu Xosrovla birlikdə hərəkata qarşı çıxdı. 529-cu ildə Məzdək edam edildi, onun tərəfdarlarına isə amansız divan tutuldu. 80-mindən çöx məzdəki tərəfdarına ağır divan tutuldu. Lakin bu hərəkat izsiz qalmadı. Hərəkat iri kahinlərin təsirini zəiflətdfi. Eyni zamanda şah hakimiyyətinə təsir göstərən əyanların hakimiyyətinə zərbə vuruldu.Məzdəkilər hərəkatının məğlub olmasının əsas səbəbi, onun onun pis təşkil olunması və kortəbii xarakterli olması idi. Məzdəkilər hərəkatı məğlub oldu, lakin onun ideyaları xalq arasında uzun müddət yaşadı. Мяздяки щярякатынын якс-сядасы Гафгаз Албанийасы тарихинин сонракы мярщялясиндя павликианлыгда юзцнц эюстярмишди. Павликиляр щаггында илкин мялумат 706-707-жи илляря аиддир. Щямин вахт Партавда чаьрылмыш Албанийа кился йыьынжагларынын гярары павликиляри бидятчи кими пислямишдир. Лакин бу тяригят яряб ишьалы дюврцндя Азярбайжанда халг-азадлыг щярякатынын идеолоjи эюстярижиляриндян бири олмушдур. Мяздяки щярякаты тякcя Иран вя Азярбайжанда дейил, цмумиликдя Мяркязи Гафгазда еркян орта ясрлярдя баш верян халг-азадлыг щярякатынын илщамверижи гцввяси олмушдур.

3. VI əsrin sonu–VII əsrin əvvələrində Allbaniyada Girdiman vilayətinin sahibləri olan feodal Mihranilər nəsli üstünlük əldə etdi. Moisey Kalankatuklunun məlumatına görə saray çevrilişində iştirak edən (Kavada qarşı).Mihr sasani hökmdarı Xosrov II Pərvizin qəzəbindən xilas olmaq məqsədilə 30 min qohumu ilə Xəzərlərə sığınmaq üçün İrandan qaçmışdı.Lakin Xosrov vəziyyətdən ehtiyat edərək, ardınca məktub göndərmiş və istədiyi yeri seçməsinə icazə vermişdi. Şahın məktubunu Uti vilayətində olan Mihr elə burada məskunlaşır. Mihr və onun xəlifələri yerli feoddalları müxtəlif yollarla aradan götürərək bütün Albaniyaya sahib olmuşlar.

Onlar özlərinin farslığını iki nəsil saxlamış, bundan sonra xristianlığı qəbul edəcək albanlaşmışlar. Akademik Bartoldin fikirincə “Yenidən albanların milli, lakin fars mənşəli sülaləsi bərpa olundu.”Mihranilər Albaniyada 603-cü ilə yaxın qərarlaşsalarda, bütün ölkəyə 630-cu ildən tam hüquqlu hakimə çevrildilər.

603-604-cü illərdə İran –Bizans müharibələrindən istifadə edən Albaniya əhalisi sasani hakimiyyətinə qarşı üsyan etdilər. Lakin üsyan IIXosrov tərəfindən amansızlıqla yatırıldı.Alban əyanlarının bir çoxu məhv edildi.Sonralar katolikos Vironun köməyi ilə Mihranilərdən olan knyazlara şah “Girdiman hakimi və Albaniyanın işxanı” titulu verildi. Belə bir titul Varaz Qriqor zamanı əldə edildi. II Xosrov Qafqazın Bizasla əlaqələrini kəsmək məqsəd ilə 612-613-cü illərdə İrana tabe xristianların məclisini çaqıraraq, Bizans diofizifliyin müqavilində monofizit cərəyanını qəbul etdirir.

İlk Girdiman knyazı Mihr (570-590) uzun müddət dinc şəraitdə yaşayır. Onun nəticəsi Qoçaq Vardan (600-615) Girdiman qalasını tikdirir. O, monofizitliyi qəbul edir. O guya Aranşahlar nəslinin 60 nümayəndəsinə zəhər verib öldürmüş, və bütün Albaniyanın sahibinə çevrilmişdir. Onun nəvəsi Varaz Qriqor (625-636) Bizasla ittifaqa daha çox üstünlük verərək xristianlığın diofizit etiqadını qəbul edir. 630-ci ildə Varaz Qriqor əsirlikdən qayıdanVironun təkidi ilə monofizitizmi qəbul edir. Bu isə sasanilərə yaxınlaşmaq demək idi.

Varaz Qriqorun varisi Cavanşir (636-680) bütün Albaniyanı öz hakimiyyəti altında birləşdirir. O, Bərdə şəhərini ölkənin paytaxtı edir. Hakimiyyətinin ilk dövründə Sasani şahı III Yezdəgirdə tabe olan Cavanşir onun tərəfində Ərəblərə qarşı vuruşmuşdur. 651-ci ildə Sasani imperiyası dağıldıqdan sonra Ərəb xilafətindən asılı vəziyyətə düşdü. Ərəb xilafətində çəkişmələr başlayan zaman digər feodallar kimi Bizans imperatorunu II Konstantin (641-668) onu öz himayəsi altına aldı. Bizans imperatorunun sayəsində Cavanşir İberiya sərhədlərindən Araz çayına, Dərbəndə qədər bütün əraziləri əhatə edən Albaniyanın hakiminə çevrilir. Lakin tezliklə Xəzərlərin Albaniyaya hücumları yenidən başladı. Cavanşir Xəzər xaqanı ilə qohum olaraq müəyyən dərəcədə xaqanlıqdan asılı vəziyyətə düşdü. Lakin Ərəblərin yeni yüksəlişi dövründə Cavanşir Şimal təhlükəsini aradan qaldırmaq məqsədilə Ərəb xilafətinə meyl edir. Ərəb xəlifəsinin hüzuruna gederək Şam şəhərində görüşür və ərəblərin himayəsinə sığınaraq Albaniya dövlətinin daxili müstəqilliyini qoruyub saxlayır.

IV MÖVZU

Azərbaycan Ərəb xilafətinin tərkibində
Plan

1.Xilafətin Azərbaycana yürüşlərinin başlanması. Girdiman knyazlığının xarici və daxili siyasəti.

2.Xilafət hökmranlığı dövründə idarəçilik, köçürmə, torpaq və vergi siyasəti. islam dininin yayılması.

3.Xürrəmilər hərəkəti. Babəkin başçılığı altında azadlıq hərəkatı.
ƏDƏBIYYAT


  1. Azərbaycan tarixi. VII cilddə,Icild, Bakı,2008, səh.150-254.

  2. Azərbaycan tarixi: üzrə qaynaqlar.Bakı, 1989, sənəd №14,23

  3. Azərbaycan tarixi: Z.Bünyadovun redaktorluğu ilə. Bakı 1994, səh.

290-272.

  1. Vəlixanlı N.IX-XII əsr ərəb coğrafiyaşünas səyyahları Azərbaycan haqqında.

Bakı,1974, səh. 33-39.

  1. Bünyadov Z.Azərbaycan VII –IX əsrlərdə. Bakı, 1993.

  2. Vəlixanlı N.Ərəb xilafəti və Azərbaycan. Bakı, 1993.

  3. Səid Nəfisi. Babək. Bakı, 1990.

  4. Əliyev R.İ. Azərbaycan XII-XIV əsrlərdə. Bakı, 1980, səh.5-29.

Azərbaycan dövlətçiliyi tarixində zaman –zaman onun imperiyaların tərkibinə daxil olması dövrüdə  olmuşdur. Onlardan biri də Ərəb Xilafəti idi. Mənbələr göstərir ki, VII əsrin birinci qərinəsində Ərəbistan yarımadasında güclü bir feodal dövləti meydana gəldi. Asiyada, Afrikada və Avropada bir sıra ölkələri işğal edib şöhrət qazanan bu dövlətin yaradıcısı Məhəmməd Peyğəmbər Əleyhüssəlamidi.Məhəmməd Peyğəmbər (Ə) 610 cu ildə ərəblər arasında bu dini yaymağa başlamış və onun vasitəsi ilə 630 cu ildə siyasi cəhətdən bir dövlətdə birləşdirmişdi.Məhəmməd Peyğəmbər Əleyhüssəlamin yaratdığı yeni dini təlim-islam (mənası Allaha mütilik deməkdi) feodal münasibətlərinin inkişafında, dövlətin möhkəmlənməsində və genişlənməsində böyük rol oynadı. Ərəb əyanları Məhəmmədin yaratdığı islam dinindən başqa ölkələrin işğal olunmasında bir vasitə kimi istifadə etdilər.

Məhəmməd Peyğəmbər Əleyhüssəlamın vəfatından sonra onun yaratdığı dövləti peyğəmbərin xələfləri idarə etdiyindən, dövlət xilafət adlanırdı. 

Ərəb dövlətinin tarixinə nəzər salsaq 3 dövrə bölmək olar.

Ərəb Xilafətinin I dövrü (630-661) 661-ci ilə qədər olan dövrü əhatə edir. Bu dövrdə Məhəmməd Peyğəmbər və onun 4 xəlifəsi (Peyğəmbərin müavinləri) hakimiyyətdə olmuşdular. 632-ci ildə Məhəmməd Peyğəmbər vəfat etdi. O vəfat edəndən sonra ərəb işğalları genişləndi. Ərəblərin hərbi işğallarının səbəbləri aşağıdakılardır: Bizans ilə İran arasında uzun illər gedən müharibələr hər ikisini zəiflətmişdi; ərəb qoşunlarında döyüşçülərin, xüsusi ilə sürətlə hərəkət edən süvarilərin sayı daha çox idi; Bizans və İran əhalisi ağır vergilərdən azad olmaq üçün ərəblərə xilaskar kimi baxır, onların tərəfinə keçirdi.

Xəlifə Əbu Bəkir (632-634), Ömər (634-644), Osman (644656), Əli (656-661) olub.Xəlifələrin dövründə işğalçılıq müharibələri genişləndi. Əbu-Bəkir dövründə Suriya və İranın işğalına başlandı. Ömər Suriya, İraq və Misiri işğal etdi. Yərmuq (636) döyüşündə Bizans məğlub oldu. 638-cı ildə Kadsiyyə yaxınlığında İran qoşunu məğlub oldu. 642-ci ildə Nahavənd vuruşmasında ərəblər İrana qalib gəldilər. İranın paytaxtı Mədain 4 ay mühasirədə qaldı. Mədain (Ktesefon) 652-ci ildə tutuldu və Sasanilər dövlətinə son qoyuldu. Xəlifə Əli isə ən yaxşı xəlifə idi. O, xəracın yiğilmasına deyil torpağın səmərəli əkilib-becərilməsinə diqqət edir. Əkilməyən torpaqlardan vergi alınmırdı.

Ərəb xilafətinin II dövrü 661-750-ci illəri əhatə edir. 661-ci ildə xəlifə Əli Kufədə öldürüldü. Hakimiyyətə Müaviyə və onun oğlu Yəzid gəldi. Bu sülalə Əməvilər sülaləsi adlanırdı. Bu sülalənin dövründə xilafətin paytaxtı Mədinədən Şam (Dəməşq) şəhərinə köçürüldü.725 ci ildə əhali, mal-qara siyahıya alındı, əvəllər ləğv olunmuş bəzi vergilər bərpa olundu, hətta rahibələrdən belə vergi alınmağa başlandı, vergilərin ümumi miqdarı artırıldı. Ağır vergilər yoxsulları deyil, iri və orta feodalları da müflisləşdirdi.

Ərəb xilafətinin III dövrü 750-1258-ci illəri əhatə edir. Abbasilər 750-ci ildə Kufə məscidində Əməvilərin sonuncu nümayəndəsi Mərvanı qohumları ilə edam etdilər və hakimiyyətə gəldilər. Onlar 762-ci ildə Bağdad şəhərinin əsasını qoydular və paytaxtı Dəməşqdən Bağdada köçürdülər. Elə buna görə də bu dövlət Bağdad xilafəti adlanır. Abbasilər dövründə vergi torpağın əkilib becərilməsindən asılı olmayaraq alınmağa başladı. Xəlifə Mənsur xalq arasında “pul atası” ləqəbini almışdı. Ən qəddar xəlifə olan Harun -Ər-Rəşid (780-809) 15 yaşından yuxarı hər bir şəxsin üzərinə vergi qoydu.

Xilafət qoşunu 634-636-cı illərdə Bizans qoşunlarını məğlub edib Suriyanı ələ keçirdi. Bu qələbə ərəblərin İrana yolunu açmış oldu. Həmin vaxt Azərbaycanda Sasanilər dövlətinin tərkibində idi. Xəzərlərlə müharibələr və daxili çəkişmələr nəticəsində Sasani imperiyası xeyli zəifləmişdi. 638-ci ildə Ərəb qoşunu Kadusiyə yaxınlığında sasaniləri məğlub etdi. 642-ci ildə isə Nahəvənd döyüşündəki məğlubiyyətdən sonra İran orduları demək olar ki, dağıldı.

Ərəblərin İlkin hücumlarını dəf etməyə cəhd göstərən Sasani hökmdarı III Yezdəgird ona tabe olan ölkələrdən kömək istədi. Belə bir əmr olan Alban çarı Varaz Qriqor öz ikinci oğlu Cavanşiri döyüş meydanına göndərdi. O, Xorasan hakimi Fərruxzaq oğlu Rüstəmin rəhbərlik etdiyi İran ordusunun tərkibində ərəblərə qarşı döyşmüşdür. Kadusiyə döyüşündə Cavanşir öz şücaəti ilə seçilmişdi. III Yezdəgird onu qiymətli hədiyələrlə mükafatlandırılmışdır. Demək olar ki, Cavanşir İran qoşunları tərkibində ərəblərə qarşı vuruşmuşdur.

Ktesifonun mühasirəsində də Cavanşir fəallıq göstərmişdi. Təəssüf ki, həmin döyüşdə sərkərdə Rüstəm həlak oldu.639-cu ildə Cavanşir döyüşün mənasızlığını görərək öz qoşunları ilə Albaniyaya qayıdır. Həmin ildə Azərbaycana soxulan İran qoşunları Bərdə yaxınlığında Cavanşir tərəfindən darmadağın edildi.



Ərəblər Sasaniləri məğlub etdikdən sonra 639-cu ildə sərkərdə Hüzeyfənin başçılığı altında ərəb qoşunları Azərbaycan ərazilərinə soxuldular və burada güclü müqavimətə rast gəldilər. Azərbaycan qoşunlarına mərzban Fərruxzad oğlu İsfəndiyar başçılıq edirdi.Lakin o, məğlub olaraq əsir düşür. Bundan sonra onun qardaşı Bəhram qoşuna başçılıq edir. Lakin o da ərəblər tərəfindən məğlub edilir.644-cü ildəİsfəndiyar Ərəb qoşunun başçısı Bukeyr ibn Abdulla ilə müqavilə bağlayır.Müqavilənin şərtlərinə görə azərbaycanlılar ərəblərə tabe olaraq vergi verməli,ərəb əsgərlərini evində saxlamalı idilər. Ərəblər isə bunun müqabilində əhalinin dininə və adət-ənənəsinə toxunmamalı idi. Bukeyr ibn Abdulla Azərbaycanı tutduqdan sonra 642-ci ildəMuğanı, Şirvanı keçərək Dərbəndə qədər gəlib çıxdılar. Dərbənd hakimi müqavimətsiz təslim oldu və müqavilə bağladı. Müqavilənin şərtinə görə Dərbənd əhalisi Xəzərlərin hücumunun qarşısını almaqla, vergilərdən azad olunacaqdı.643 cü ildə Ərəb qoşunları Dərbəndə gəldi və Bələncər yaxınlığında Xəzərlərlə döyüşə girdilər.Ancaq ərəblər məğlub oldular.Sonra Ərəblər 646-cı ildə Naxçıvandan hücuma başlayaraq, əvvəlcə Şəki və Gorus, sonra Beyləqan və Bərdəni tutdular. Daha sonra Qəbələ, Şivan , Şabran əhalisi təslim oldular.

653-cü ildə Bələncər yaxınlığında ikinci dəfə ərəblər Xəzər qoşunları tərəfindən darmadağın edildilər. Lakin ərəblər Azərbaycandan əl çəkmək istəmir və hücumlarını davam etdirirdilər.Azərbaycanı tutmaq uörunda Xəzərlərlə-ərəblər arasında müharibə bir əsrə qədər davam etmişdi. VIII əsrin 30 cu illərində 300 min Xəzər qoşunu Azərbaycana soxuldu və Savalan dağı yaxınlığında ərəbləri məğlub etdilər. Xəzərləri yalnız Hilat şəhəri yaxınlığında Ərəbləri məğlub edərək Azərbaycandan qovdular.

Belə bir dövrdə gənc Cavanşir ölkəni ərəb təhlükəsindən qurtarmaq məqsədilə bir sıra tədbirlər gördü. Moisey Kalankatuklu onun haqqında belə yazırdı: “ Cavanşir İran savaşında ad çıxarıb geri qayıtdı. Hökmdar paltarın geyib taxta çıxdı. Albaniyanı öz səviyyəsinə yüksəltdi. O,Qafqazın vəhşi kimi yaşayan tayfalarını ağıl və haqq yoluna gətirdi. Beləliklə, İberiya sərhədlərindən Hun qapılarına (Dərbənd) və Araz çayına kimi mütləq hökmdarlıq etdi.”

Ərəblər Azərbaycana soxulanda Cavanşir onlara qarşı mübarizə məqsədilə Bizans imperatoru II Konstantin (641-668)ilə ittifaqa girdi.

654 cü ildə hər iki hökmdar görüşüb ərəblərə qarşı birgə mübarizə məsələlərini müzakirə etmişlər. 660-cı ildə ikinci belə görüş olmuşdu.

662-ci ildə ikinci bir təhlükə yarandı. Ərəbləri Bələncən yaxınlığında məğlub edən Xəzərlər Albaniyaya soxuldular. Kür çayı sahilində Cavanşir xəzərləri məqlub edir. Albaniya tarixində göstərilir. “O günü Cavanşir böyük qələbə qazandığı üçün həmin barbar xalqa belə söylədi. “Get,Çola qapıarından (Dərbənd ) geri qayıt və bir də buraya gəlmə, çünki tanrı sənin gücünü heç etmişdir”.

Lakin 665 –ci ildə ərərlər yenidən Albaniyaya hücum etdilər və Araz sahillərinə qədər gəlib çıxdılar. Cavanşir həm ərəblərə, həm də xəzərlərə qarşı mübarizə aparmalı oldu. Bunun çətinliyini görərək Cavanşir xəzərlərlə sülh bağladı, xəzər xaqanının qızı ilə evlənərək əsirlər və aparılmış qəniməti geri qaytardı.

VII əsrin 60-cı illərində siyasi hadisələrin sonrakı gedişi Cavanşiri Xilafətə qarşı öz siyasətini dəyişməyə məcbur etdi. Belə bir şəraitdə Cavanşir ərəblərə qarşı əvvəlki münasibətini dəyişir və 667-ci ildə Şam şəhərinə Müaviyyənin görüşünə gedir.Bu görüş Cavanşir üçün uğurlu alınır. 670-ci ildə Xəlifə yenidən Cavanşiri Şama dövlət etdi. Cavanşir Xilafətlə Bizans arasında gedən diplomatik danışıqlara vasitəçilik etmişdi.

Alban tarixində göstərilir: “Cavanşir Şama gəldi... Xəlifə axşam yeməyinə onunla birlikdə oturdu... Xəlifə onun dərin biliyinə heyrət etdi. Ona bir dəvə, 52 iti yerişli at və Sünik knyazlığının hakimiyyətini bağışladı. Xəlifə həm də Atropatena torpaqlarının da idarələrini zorla ona tapşırmaq istədi. Lakin Cavanşir artıq şöhrət-dən boyun qaçırdı... öz ölkəsinin üzərinə qoyulmuş verginin azaldılmasını xahiş etdi”.

Xəlifə Albaniya hakiminə xeyli güzəştə getdi, onun ölkəsinin daxili müstə-qilliyinə toxunmadı, əhalidən alınan vergiləri üçdə birə qədər azaltdı.

Cavanşir daxildə mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün iri feodal əyanlara qarşı uzun müddət ciddi mübarizə aparmalı oldu və nəticədə 680 (681) ci ildə ölkə daxilindəki Bizanspərəst feodalların gizli qəsdi nəticəsində öldrüldü.

Hakimiyyətə Varaz Trdat keçir. Bu zaman Xəzərlər yenidən Albaniya ərazisinə hücum edirlər. Lakin Varaz onlarla sülh bağlaya bilir.

Xəlifə onu “Şərq vilayyətlərinin canişini, Alban padşahlığının və Uti əyalətinin hakimi “ təsdiq etdi.

VII əsrin 80-ci illərində Bizansın Cənubi Qafqaza yürüşləri başlayır. Azərbaycan üç böyük imperiyanın döyüş meydanına çevrilir.

699 – cu ildə yenidən Albaniyaya hücum edən bizanslılar Varaz Trdat və iki oğlunu həbs edərək Konstantinopola əsirliyə aparılır və onlar orada 705-ci ilə qədər qalırlar.

Hakimiyyət ərəbpərəst Siruyənin (Şeroy) əlinə keçsədə 704-cü ildə ərəblər onu Şama çağıraraq gizli şəkildə aradan götürmüşlər.

705-ci ildə Varaz Trdat əsirlikdən qayıdır. Lakin Albaniya hətta vassal mövqeyini də itirmiş olur. Şimallı- cənublu bütün Azərbaycan qəti şəkildə ərəblərin tabeçiliyinə düşür.

Ərəb ordularının fasiləsiz hücumlarına baxmayaraq əhali onlara asanlıqla boyun əymədi. Yalnız 90- illik kəskin mübarizədən sonra Xilafət orduları Azərbaycanın istilanı başa çatdırdılar.

Ərəblər siyasi və dövlət təşkilatı cəhətdən Bizans və İran imperiyasından geri qalırdılar.Ona görə də ilk vaxtlar onlar işğal etdikləri ölkəmizdə özlərinə qədər mövcud olan idarə qaydalarını saxlamağa məcbur oldular.

Ərəblər bu yerlərdə əraziləri idarə etmək üçün əmirlik sistemi yaratdılar. Azərbaycan və Arran 5 ci əmirliyə daxil idi. Abbasilər dövründə 14 əmirlik yara-dıldı.Əmirliklər kiçik inzibati vahidlərə -nahiyə və rayonlara bölündü. Məs.Hər nahiyə 12 rayondan. hər rayon 12 kənddən ibarət idi. Hər bir əyalətin sərhədləri müəyyən edildi. Azərbaycanın şimal sərhədi Dərbənd , cənub sərhədi Həmədana qədər urtardı. Xilafət dövründə Azərbaycanın paytaxtı Marağa şəhəri idi. Hər bir əmirliyin başında xəlifə tərəfindən təyin edilmiş əmir dururdu. Bütün mülki və hərbi işlər onun əlində idi. Əmrin rəhbərliyi ilə müxtəlif vəzifələri icra edən məmurlar aparatı yaradıldı. Amil – vergilərin toplanmasına nəzarət edir. Qazı- məhkəmə işlərinə baxırdı. Xilafətdə rabitə sistemini yüksək səviyyədə qurmaq üçün “Bəril”adlanan rabitə mərkəzi poçt yaradılmışdı. Xilafətin əyalətlərdə əsas dayağı məmurlar və ordu idi.Ordu əsasən ərəblərdən ibarət idi. Könüllü olaraq ərəb ordusunda xidmət edənlər vergi və mükəlləfiyyətlərdən azad idi.Mənşəcə ərəb olmayan könüllü islam ordusunda xidmət edən şəxslər Mövlalar, könüllü olaraq ərəb odusunda xidmət edən xristianlar isə zimmilər adlanırdı.

Ərəblər Azərbaycanın Ərdəbil, Marağa, Beyləqan, Bərzənd, Dərbənd, Bərdə, Naxçıvan kimi strateji əhəmiyyətli şəhərlərdə hərbi dəstələr saxlayırdılar. Bu hərbi dəstələrdən yerli əhalinin baş verən üsyanlarını yatırmaq üçün istifadə olunurdu.

Ərəblər işğal etdikləri ərazilərdə öz hakimiyyətlərini qoruyub möhkəmlən-dirməkdən ötrü köçürmə siyasətindən istifadə edirdilər. Həmin dövrdə Azərbaycana Ərəbistan çöllərindən çoxlu sayda ərəb əhalisi köçürüldü. Bunu Azərbaycanın müxtəlif ərazilərində “Ərəb” adları ilə başlanan çoxlu kənd adlarının qalması sübut edir. (Şamaxı,Ağsu, Kürdəmir)

Azərbaycan işğal olunduqdan sonra münbit və yararlı torpaqların xeyli hissəsi Xilafətin mülkiyyəti elan olundu. Ərəb xilafətində torpaq sahibliyinin aşağıdakı formaları vardı:

Xəlifə və dövlətə məxsus mülklər — buradan gələn gəlir xəzinəyə gedirdi.

Mülk — yerli feodallara məxsus idi.

İqta — xidmət əvəzinə verilən torpaqlar.

Vəqf — dini müəssisələrə məxsus torpaqlar.

İcma torpaqları — kəndlərin əkin yeri, otlaqlar, biçənəklər, qəbristanlıq və s.

Xilafət dövründə aşağıdakı vergilər alınırdı:

Xərac — torpaq vergisi (məhsulla torpağı olanlardan alınırdı).

Cizyə — can vergisi. Qeyri-müsəlman kişilərdən alınırdı.

Aşağıdakı dini vergilər alınırdı.

Xüms — daşına bilən əmlakdan, adamların faydalandığı bütün şeylərdən alınırdı.

Zəkat (sədəqə) — maldarlıqdan, ticarət və sənətkarlıqdan, əkin və meyvədən alınırdı. Şikəstlərin, əlacsızların ehtiyacı zəkatdan ödənilirdi.

Səkkizinci yüzilin ortalarında Əməvilər sülaləsinin siysətinə qarşı həm Xilafət sarayında, həm də onlara tabe olan asılı ölkələrdə kəskin mübarizə gedirdi. Xəlifə sülalənin taleyi üçün yaranmış siyasi böhranı və təhlükəni aradan qaldırmaq iqtidarında deyildi. Üsyanların əhatə dairəsi genişlənir və təsiri küclənirdi. Xilafətə qarşı çıxışlar Şimali Afrikada, Orta Asiyada və Ön Qafqazda, demək olar ki, eyni vaxtda baş verdiyindən Əməviləri sarsıtmışdı. Xilafətə qarşı Azərbaycanda çıxışlar 748-752-ci illərdə geniş vüsət aldı. Üsyanda əhalinin bütün təbəqələri iştirak edirdi və onlara yerli feodal əyanlar başçılıq_edirdilər. Bu, səbəbsiz deyildi. Ərəblər Azərbaycanda möhkəmləndikcə feodalları dövlət aparatından uzaqlaşdırır, onların torpağını, kəndlilər üzərindəki hüququnu və digər imtiyazlarını məhdudlaşdırırdı. Ona görə də, feodallar Xilafətdən daha çox narazı idilər. Azərbaycanda olan ərəb mənsəb sahiblərinin xeyli hissəsi də Əməvilərin siyasətindən razı deyildi. Onlar da üsyançılarla həmrəy idilər.

 748-ci ildə Beyləqanda başlanmış üsyan tezliklə digər vilayətləri, xüsusilə, Bərdəni və Ərdəbili əhatə etdi. Beyləqandakı üsyana yerli  hökmdar Qəssab Müsafir  başçılıq edirdi.   748-750-ci illərdə üsyan bütün Cənubi Qafqazı bürüdü.

752-ci ildə Şəmkirdə belə bir üsyan baş verdi. Üsyanlar Şəməkirdə olan Ərəb qüvvələrini məhv etdilər.

750-ci ildə hakimiyyətə gələn Abbasilər xilafət ərazilərində, o cümlədən Azərbaycanda baş verən üsyanları qan içində boğdular.

VII əsrin ikinci yarısında Azərbaycanda azadlıq mübarizəsinin parlaq səhifələrindən biri ərəb xilafətinə qarşı 60 ildən artıq davam etmiş xürrəmilər hərakatıdır.Xürrəmilər cəmiyyətdəki bütün ədalətsizliklərin kökünü sosial bərabərsizlikdə görürdülər. Onların şüarı torpağı və digər istehsal vasitələrini xalqın ixtiyarına verməkdən, kəndliləri və sənətkarları feodalların əsarətindən azad etməkdən ibarət idi.

Azərbaycanın istiqlaliyyətini bərpa etmək, onu yadellilərin işğallarından qurtar-maq xürrəmilərin əsas idealı idi.

Xürrəmilər islamın ehkamlarını rədd edir və göstərirdilər ki, dünya daim möv-cud olduğu kimi, insanların ruhu da əbədidir.

Dünyada iki qüvvə -xeyr və şər arasında fasilıəsiz mübarizə gedir, həm də xeyrin şərə qalib gələcəyi labüddür.

Xürrəmiləri ərəblər “müxəmmurə”( qırmızı geyinənlər), farslar “Surxaləm” (qırmızı bayraqlılar) adlandırırdılar.

Tədqiqatçılar “Xürrəm” sözünün mənşəyi haqqında müxtəlif fikirlər söyləyirlər.

Məsələn. IX –X əsr müəlliflərinin fikrinə görə, bu söz Ərdəbil yaxınlığında olan Xürrəm adlı yaşayış məntəqəsinin adı ilə bağlıdır.

“Xürrəm “ termininin Məzdəkin arvadı Xürrəmənin adı ilə bağlı olduğunu söyləyənlər də vardır.Güya Məzdəkin ölümündən sonra onun qadını Xürrəmə Məda-indən Peyə qaçmış və burada ərinin təlimini təbliğ etmişdir. “Xürrəm” sözü fars dilində “Sad, xürrəm” kimi izah edilir.

Akademik Z. Bünyadov göstərir ki, xürrəmilər atəşpərəst idilər. O, “Xürrəm” sözünün pəhləvi : dilində “ xur –od , xvar - günəş anlamında olduğunu göstərir.

Xürrəmilərin ilk çıxışları 778-ci illərdə xəlifə Mehdi dövründə baş vermiş-dir.Tarixçi Nizam əl-Mülk göstərir ki, 778-ci ildə Çurqan batinləri Xürrəmilərlə birləşərək Xilafətə qarşı çıxış etmişdir. Əbul-Bərra və onun oğlanlarının başçılığı ilə Reyə tərəf hərəkət edən üsyançılar məğlubiyyətə uğrayırlar.

Xürrəmilər hərakatı IX əsrin əvələrində dahada genişlənir. Bu dövrdə xürrəmilərin rəhbəri Cavidan ibn Səhl idi. O, Ərdəbil feodalı olmaqla böyük qoyun sürülərinin sahibi idi. Üsyan 808-ci ildə başlamışdır və 816-cı ilə qədər zəif də olsa davam etmişdir. 816-cı ildə Əbu İmranla döyüşdən sonra Cavidan vəfat edir və Xürrəmilərin rəhbəri Babək olur.

Babək Cavidanın ən yaxın silahdaşı olmuşdur. Cavidan Babəkə Zəncandan qayıdarkən Bilalabadda rast gəlmiş və qardaşı Abdulla ilə birlikdə öz dəstəsinə cəlb etmişdi.(Təbəri)

Sonralar xürrəmilərin rəhbəri olan Babək özünü əsl xalq rəhbəri, görkəmli sərkərdə, siyasi xadim kimi göstərə bilmişdir. Azərbaycanın hər yerindən Babəkə qoşulmağa gəlirdilər və tezliklə onun 20 min nəfərlik üsyançı qoşunu təşkil olundu. Babəkin ən yaxın köməkçiləri xalq içərisindən çıxmış istedadlı sərkərdələr –Asim, Muaviyə, Abdulla, Tərxan, Rüstəm və başqaları idilər. Xürrəmilər 819-cu ildən 827-ci ilə qədər Xilafətin 6 böyük ordusunu darmadağın etmişdilər.

819-cu ildə xəlifə əl-Məmun (813-833) xürrəmilər əleyihinə Yəhya İbn-Müazin başçılığı altında böyük qoşun yeritdi. Bərdə yaxınlığında Xürrəmilər ərəb qoşunlarını darmadağın etdilər. 821-ci ildə Babək xilafətin yeni bir ordusunu məğlub edərək Bərdə, Beyləqan, Naxçıvan, Ərdəbil şəhərlərini düşməndən azad etdi.827-ci ildə Xürrəmilərə qarşı məşhur sərkərdə Məhəmməd İbn Humeydin başçılığı ilə böyük qoşun göndərildi. İki il hazırlıqdan sonra 829-cu ilin iyunun 3-də Həşdadsər dağında xürrəmilərlə həlledici döyüşə girdi. Lakin Babəkin hərbi qüdrəti nəticəsində düşmən böyük itki verərək məğlub oldu. Düşmənin 150 minlik qoşunundan 30 mini, o cüm-lədən sərkərdə Hümeyd öldürüldü. Xürrəmilər 830-cu ildə böyük strateji əhəmiyyəti olan Həmədan şəhərini tutdular.

833-cu ildə hakimiyyətə gələn Əl.Mötəsim üsyançılar üzərinə İshad İbn İbrahimin başçılığı altında yeni qoşun göndərir. 833 cü il dekabırın 25-də Həmədan yaxınlığında şiddətli döyüş başladı. Bu döyüşdə Xürrəmilər ilk dəfə ağır məğlubiyyətə uğradılar. Üsyançılar böyük itki verdilər.

835-ci ildə Heydər İbn Kavus Afşinin rəhbərliyi altında yeni Ərəb qoşunları Azərbaycana göndərildi. Babəkin xalq ordusunu daxilən pozmağa çalışan Afşin cəsusluq və fitnəkarlıqdan daha çox istifadə edirdi. Xürrəmilər hər qarış torpaq uğrunda mərdliklə vuruşurdular. Üsyançılar vuruşa-vuruşa Bəzz qalasına çəkildilər. Bununla belə üsyançılar xilafət ordularına rahatlıq vermirdilər. 836-cı ildə Buğa əl-Kəbirin qoşunlarını Həstadsər dağı yaxınlığında məqbul edərək bir neçə sərkərdəsini öldürdülər.

837-ci ildə xilafətdən Afşinin köməyinə iki böyük ordu göndərildi.Avqusda Afşin Bəzz qalasını mühasirəyə olur. Bu vaxt Bizans imperatoru - Babəkin müttəfiqi Feofil 100 minlik qoşunda ərəblər üzərinə hücuma keçsə də, Bəz qalasında mühasirədə olanların taleyinə heç bir təsir göstərmədi.

837-ci il avqustun 26-da Bəzz qalası süqut edir. Babək gizli yolla Bəzz qalasından çıxaraq ölkənin şimal torpaqlarına üz tutur. Şunik torpaqlarının hakimi Səhl İbn Smbat xəyanət edərək Babəki ərəblərə təslim edir.838-ci il martın 14-də Babək Samirə (İraq) şəhərində edam edilir. Qardaşı Abdulla da Bağdada işgəncə ilə edam olunur.

İşgəncənin dəhşətinə baxmayaraq Babək və Abdulla ölümə əzmlə sinə gərdilər, mərdliklə əbədiyyətə qovuşdular. Babəkin adı Azərbaycan xalqının istiqlaliyyəti uğrunda mübarizəyə çevrildi. Xürrəmlər hərakatının məğlub olmasına baxmayaraq çox böyük tarixi əhəmiyyəti olmuşdur. Bu hərakat xalqın əsl azadlıq hərakatı idi. İllərlə davam edən mübarizə Ərəb xilafətini maddi və mənəvi cəhətdən xeyli zəiflədi. Bu hərakat digər xalqların da azadlıq mübarizəsinə təkan verdi.838-840-cı illərdə Təbəristanda Məzyər Kəbirin başçılığı altında Xilafət əsarətinə qarşı güclü azadlıq hərakatı başladı.Onlar da Babəkin şuarları altında çıxış edirdilər.

Beləliklə Xilafətə qarşı bu üsyan və hərakatlar IX əsrin sonlarında Xilafətin dağılmasına gətirib çıxardı.




Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin