Yeni DÜnya düZƏNİ


VII FƏSİL Böyük Orta Şərq Planı və “Böyük Kürdüstan” layihəsi



Yüklə 3,78 Mb.
səhifə45/97
tarix01.01.2022
ölçüsü3,78 Mb.
#103177
1   ...   41   42   43   44   45   46   47   48   ...   97
VII FƏSİL
Böyük Orta Şərq Planı və “Böyük Kürdüstan” layihəsi
Ulus dövlətlərin tədricən etnik, dini və məzhəbi əlamətlərə gödə daha kiçik dövlətlərə parçalamaq siyasıtini gerçəkləşdirməyə ilk olaraq Orta Şərqdən başlayan gizli qüvvələrin, başqa sözlə, qlobalistlərin planları içərisində İraq, Suriya, İran və Türkiyə torpaqları hesabına “Böyük Kürdüstan” layihəsi də önəmli yerlərdən birini tutmaqdadır. Planın gerçəkləşdirilməsinə nədən məhz Orta Şərqdən başlanmasının səbəbi də tam aydındır. Neft və təbii qaz yataqlarının təqribən üçdə biri bu bölgədə yerləşir. Gələcəkdə Çin mərkəzli Yeni Dünya Düzəninin təməlini təşkil etməli olan “Bir zolaq, bir yol” (İpək yolu) layihəsinin Aralıq (Ağ) dənizinə qədər uzanmalı olan önəmli hissələrindən biri məhz həmin regiondan keçməlidir. Yəni hər şey “Vəhy” kitabının Harmageddon savaşından bəhs edən XVI fəslinin 12-ci bəndində deyilən kimi olmalıdır: “Gündoğandan gələn padşahların yolu hazırlansın”.

Əlbəttə, burada söhbət heç də Çin mərkəzli Yeni Dünya Düzəninə, yəni onun təməlini təşkil edəcək “Bir zolaq, bir yol layihəsi”nə dəstəkdən getmir, əksinə, onun önünü kəsməkdən və Çini də Harmageddon (III Dünya) savaşının əsas tərəflərindən birinə çevirməkdən gedir.

Xristian Avropanın Orta Şərqə marağının kökləri 1312-ci ilə qədər uzanmaqdadır. Bölgəyə yönəlik tədqiqatların əsasını Vyana Konsulunun qoyduğu bilinməkdədir. Təsadüfi deyil ki, sözügedən konsulda Oksford, Bolona, Avinyon və Salamanka şəhərlərində ərəb, yunan, ibrani və suryani dillrinin tədrisi məqsədilə bir sıra fakultənin qurulması qərarı alınmışdı. Həmin dövrdə kürdlər və kürd dili hələ onların maraq dairəsinə daxil deyildi.

1850-ci ildən etibarən bütün böyük Avropa universitetlərində Şərqşünaslıq fakultələri qurulmuş, ona qədər və daha sonra, dəqiq desək, 1800-1950 – ci illər arasında 60 minə qədər kitab və məqalə yazılmışdır. Bu araşdırmalar içərisində siyasi, sosial, mədəni, iqtisadi və hərbi mahiyyətli tədqiqat əsərləri üstünlük təşkil edir. Bu sıraya müxtəlif səyyahların bölgə barədə dərc etdikləri kitabları da daxil etmək lazımdır. Bu baxımdan Lamartin və Nervalın Livan, Misir və Tükiyə səyahətləri və onların qələminə məxsus “Voyage to Orient” (Şərqə səyahət) adlı əsərləri çox məşhurdur.

Əldə olan məlumatlara görə, 1860-cı ildə Livanda marunîlər və Dürzîlər arasında qarşıdurma başladıqda Fransa xıristian maruniləri, İngiltərə isə dürzilərin tərfini saxlamışdı. Bu fakt göstərir ki, Avropa ölkələrinin Orta Şərq siyasətində etnik azlıqlara həmişə önəmli yer ayrılmışdır. Bu dövlətlərin hər biri öz mənafeyinə uyğun gələn azlıqlardan birini seçir və onları qoruduğunu iddia edərək, öz geosiyasi və iqtisadi maraqlarını təmin etməyə çalışırdılar. Bu zaman yerli xalqlar arasında milliyətçiliyin və milli ədavətin körüklənməsi ən etibarlı vasitə kimi gözdən keçirilir, təbii ki, kürdlər də diqqətdən kənarda qalmırdı.

M. Yavuz Alptekin özünün “Ortadoğu’da Oryantalist Kışkırtma ve Kürtler” adlı məqaləsində yazır:



Kürt milliyetçiliğini canlandırmaya çalışan en önemli iki aktör Rusya ve Fransa’dır. Bununla birlikte bir İtalyan “katkı” vardır ki, anılmadan geçilemez. P. Maurizio Garzoni isimli Katolik Misyoner Papaz, Türkiye’nin Güneydoğusunda 18 yıl çalışarak 1787 yılında Roma’da İtalyanca olarak bastırdığı ve Kurmançi diyalektini esas alan Kürt Dili ve Grameri Sözlüğü isimli kitabından dolayı bizzat Basile Nikitine tarafından “Kürdülolojinin Babası” olarak nitelendirilir. Dolayısıyla Kürt milliyetçiliğinin canlandırılmasında yer alan aktörlerin geniş bağlamı Avrupa ve Rusya şeklinde olmalıdır. Daha önce Osmanlı Ermenileri ile ilgili olarak derin tecrübeleri bulunan Ruslar, sonraki dönemde de Kürtleri ilgi odağına koymuştur. Nitekim Kürtçe alfabenin hazırlanmasından, Kürtçenin üniversitelerde incelenmesi, eğitim dili olması ve enstitü olarak kurumsallaşmasına kadar bir dizi süreç ilk kez Rusya’da gerçekleşmiştir. İlk Kürdoloji Enstitüsü 1850’lerde Erivan’da, ikincisi 1860 yılında Petersburg Üniversitesi’nde kurulmuştur. Nihayet 1945 yılında Sorbon Üniversitesi’nde kurulan Kürtçe Kürsüsü, 1983’te Enstitü haline getirilmiştir.

Rusya’daki bu çalışmalar kapsamında iki kişinin ismi öne çıkmaktadır. Bunlardan ilki daha 1915 yılında yazılan Kürtler isimli eserin yazarı Rus Şarkiyatçı V. Minorosky; ikincisi de, kendisinden sonra Erivan Kürdoloji Enstitüsüne atanan Kürtler ve Ülkeleri isimli kitabın yazarı Basil Nikitine’dir. Rus Şarkiyatçıların ardından konuyla ilgili ilk kitaplardan birini yazan kişi Arshak Safrastian’dır. Kurds and Kurdistan isimli eseri ilk kez 1948 yılında Londra’da Harvill Press tarafından 106 sayfa olarak basılmıştır. Aynı kitap 2000 yılında Türkçeye çevrilerek bu konudaki yayınlarıyla bilinen Avesta Yayınları tarafından Türkiye’de de yayımlanmıştır.

Chris Kutschera, Kürt Ulusal Hareketi (Le Movement National Kurde) isimli kitabını Fransızca olarak yazmış olup, bu kitap ilk defa 1979 yılında Paris’te basılmıştır. Kitap İngilizceye çevrilmemiş olsa da, bu konuda yazılmış İngilizce kitapların hemen hepsinde ona atıf vardır. Bu çalışmalar ilgili ilk çalışmalardandır. Bunları takip eden son 40 yılda özellikle Amerika, İngiltere ve Fransa’da Kürtler ve Ortadoğu ile ilgili binlerce doktora tez çalışması yapılmış ve yüzlerce kitap kaleme alınmıştır.

Coğrafya olarak Ortadoğu, etnik grup olarak Kürtler Modern Batı’nın üzerine çalışma yapacakları en gözde bölge ve etnik grubu temsil ederler. Yapılan çalışmalar zaman içerisinde, merkezden muhite doğru, dalga dalga etkisini göstermiş ve Kürt milliyetçiliği Ortadoğu’da en belirgin etno-milliyetçilik, bu bölge de dünyada en sorunlu bölgelerden biri haline gelmiştir. Etnik çatışmalar literatüründe de gösterildiği üzere, bu tür bölgesel ve etnik milliyetçiliklerin zamanla ayrılıkçılığa dönüşmesinde uluslar arası müdahil olma durumlarının önemli bir rolü vardır...

...İngilizce kitapların birçoğunda Doğu ve Güneydoğu Anadolu’nun tamamını, Irak ve Suriye’nin kuzeyi ile İran’ın kuzey-batısını Kürt Bölgesi, Kürt Nüfusunun yaşadığı coğrafya veya doğrudan “Kürdistan” olarak gösteren bir harita yayımlamak adet olmuştur. Oysa bu gösterilen coğrafyada yaşayan ve Kürt olmayan Türk, Arap, Zaza, Fars, Süryani, Asuri ve diğer etnik grupların toplam nüfusu Kürtlerin nüfusundan daha fazladır. Doğrudan bir harita yayımlayarak aslında bir algı yönetimi yapılmış olmaktadır.

Dünya üzerindeki belli başlı etnik çatışmaları konu edinen Encyclopedia of Modern Ethnic Conflicts isimli Ansiklopedi, 26 önemli etnik sorunu kendisine araştırma konusu yapmıştır. Amerika Birleşik Devletleri, İngiltere ve Hindistan gibi etnik sorunları fazlaca yaşayan bazı ülkelere birden fazla makale ile yer veren ansiklopedi, etnik çatışmalara, her birini devletlerle ilişkilendirerek, birer makale ile yer vermiştir (Rudolph, 2003). Fakat aynı ansiklopedi, Kürtlerle ilgili makaleyi “The Kurds Struggle for “Kurdistan” ismiyle Middle East bölümü altında vermeyi uygun bulmuştur. Bu kitap planı, Kürt etnik sorununu her hangi bir Ortadoğu ülkesinin hudutlarıyla sınırlandırmama, aksine bütün bölgeye yayma gayreti olduğu izlenimi vermektedir. G. Chaliand A People Without a Country: The Kurds and Kurdistan isimli kitabının Birinci Bölümde Osmanlı idaresi altındaki Kürtleri anlattıktan sonra, ikinci bölümde “Türkiye Kürdistan’ı” (Kurdistan in Turkey) başlıklı bölümde bölgenin sınırlarını İskenderun Körfezi’nden başlatmakta ve Rusya’ya kadar uzatmakta, yazar bununla da yetinmemekte, bu sınırlarla bölgenin genişliğinin Türkiye yüzölçümünün % 30’una ulaştığını; 1970 yılı itibariyle Türkiye’de Kürtçe konuşanların oranının da % 23’e tekabül ettiğini ve bu oranın muhtemelen daha yüksek olduğunu ileri sürmektedir. Benzer bir şekilde “Kürdistan’ın Kolonyal Paylaşımı” (The Colonial Carve up of Kurdistan) başlıklı daha sonraki bir bölümde Lozan’ın Türkler için bir zafer olmasına rağmen Kürtler için “derin bir adaletsizlik” olduğunu ileri sürmekte, Lozan’ın Kürt ulusal bölgesini dört parçaya böldüğünü ve bu antlaşmanın Kürtler için bağımlılık ve kölelik (servitude) döneminin başlangıcını belirlediğini iddia etmektedir”.

İraqın üç hissəyə parçalanması və onun şimalında kürd dövlətinin qurulması planının gerçəkləşdirilməsinə əslində Corc Uoket Buşdan daha öncə, onun atası Corc Buşun hakimiyyəti dövründə baş verən Körfəz savaşı (17 Yanvar 1991-28 Fevral 1991) zamanı başlanmışdı. Həmin savaşdan dərhal sonra İraqın həm şimalında, həm də cənubunda uçuşa yasaq bölgələr elan edildi. Şimalda, yəni 35-ci paralelin şimalında qalan bölgələr Saddam Hüseynə bağlı hərbi qüvvələrinin müdaxiləsinə qapalı sahəyə çevrildi, nəticədə İraqın hava və quru ordularının Quzey İraqa, başqa sözlə, İraq Kürdüstanına girə bilməsinin qarşısında sədd çəkildi. Türkiyədəki İncirlik bazası mərkəz olmaqla, Amerika bu bölgənin tək hakiminə çevrildi.

Hazırda İraq Kürdüstanı kürdlərin yaşadığı bütün ərazilər içərisində muxtariyyət əldə edə bilmiş yeganə ərazidir. Süleymaniyə, Ərbil və Dahuq əyalətdən ibarətdir. Əhalisi 2003-cü ildə 4,621,578 nəfər olub. Ərazisi 41.047 km², inzibati mərkəzi Ərbil şəhəridir. İranda da kürdlərin kompakt yaşadığı əyalət (ostan) rəsmən “Kürdüstan” adlansa da, muxtariyyət hüququna sahib deyil.

İraq kürdlərinin ölkənin daxili siyasətində aktiv rol oynamağa başlamasının tarixi 1958-ci ilə qədər uzanır. Həmin il İraqda Əbdülkərim Qasımın gerçəkləşdirdiyi hərbi çevrilişdən sonra kürdlərin sürgündə olan lideri Mustafa Bərzani İraqa dəvət edilniş və o, yerli xalq tərəfindən çox yaxşı qarşılanmışdı. Qasım ilə Barzani arasındakı razılaşmanın bir parçası olaraq, Qasım kürdlərə regional muxtariyyət vəd etmiş, qarşılığında Bərzaninin siyasi dəstəyini istəmişdi. Bununla belə, 1959–1960-cı illərdə Kürdüstan Demokratik Partiyasının (KDP) sədri olan Bərzani ilə Qasım arasındakı razılaşmadan iki il keçməsinə baxmayaraq, Qasım öz vədlərini gerçəkləşdirmədi. Bu səbəbdən də KDP kürd xalqını regional muxtariyyət uğrunda üsyana qaldırdı və beləcə, İraq 1970-ci ilə qədər davam edən  vətəndaş müharibəsinə, başqa sözlə, I kürd-ərəb savaşına səhnə oldu. kürd üsyan 1960-cı illərdə qızğın, uzun bir müharibəyə çevrilir. Bu, təqribəm 75.000–105.000 insanın həlak olmasına gətirib çıxartdı. Kürdlərin öhdəsindən gələ bilməyən İraq mərkəzi hökuməti özünün Kürdüstan regional hökuməti adlandıran qüvvələrlə danışaqlara getməyə məcbur oldu. Aparılan danışıqlar 1970-ci ildə İraq–Kürdüstan muxtariyyət sazişinin imzalanması ilə nəticələndi.

1970-1973-cü illər arasındakı dövr nisbətən dinc keçsə də, 1974-cü ildə vəziyyət yenidən gərginləşir. Belə ki, 1973-cü ildə ABŞ, İran və İsrail öz aralarında gizli bir saziş imzalayaraq, kürdləri növbəti dəfə üsyana təhrik edirlər. İranın xüsusi xidmət orqanı olan SAVAK, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) və İsrail Mossadının təhriki və İranın birbaşa dəstəyi ilə kürdlər növbəti dəfə ayaqlanırlar. Beləcə, İraq yenidən vətəndaş müharibəsinə sürüklənir. Lakin kürdlər bu dəfə yetərincə müqavimət göstərə bilmirlər və İraq ordusu tərəfindən İran sərhədlərinə qədər sıxışdırılırlar. Üstəlik də araya girən Əlcəzair prezidenti Nauri Bumeyde İraq və İran arasında vasitəçilik edərək, iki dövlətin razılıq əldə etməsinə və İranın kürdlərə dəstəyini kəsməsinə nail olur.

Barzani və tərəfdarlarının çox hissəsi İrana qaçırlar. Nəticədə çoxsaylı itkilər verən və başsız qalan üsyançılar kütləvi şəkildə təslim olurlar, üsyan bir neçə gün sonra tamamilə yatırılır və İraq hökuməti ölkənin şimal ərazilərində hakimiyyətini gücləndirir. Bunun ardınca İraq Kürdüstana yaxın olan, neft yataqları ilə zəngin olan türkmən məntəqələrində, xüsusən də Kərkükdə məskunlaşmış kürdləri oralardan çıxarır, onların əvəzinə bölgəyə ərəblər köçürülməyə başlayır.

Kürdlər məğlub olsa da, bir qismi təslim olmur və dağlara çəkilərək ABŞ, İran və İsrailin dəstəyi ilə partizan hərəkatına start verirlər. Nəticədə İraq əskərləri təkcə 1978–1979-cu illərdə 600-ə yaxın kürd kəndini yandırır, təqribən 200.000 kürd məcburi köçkünə çevrilir.

İran-İraq savaşı zamanı kürdlər İranın tərəfinə keçir və Bağdad hökumətinə qarşı savaşmağa başlayırlar. Nəticə də İraq hərbçiləri Səddam Hüseynin birbaşa əmri ilə Hələbçə şəhərinə kimyəvi bomba atırlar və minlərlə kürd məhv edilir. Bundan başqa, 2.000-ə yaxın kənd məhv edilir, ən azı 50.000 kürd öldürülür, 70.000 nəfərin yaşadığı Qalət-Dizə  tamamilə məhv edilir.

I Körfəz savaşından sonra vəziyyət dəyişməyə başladı. İraqı diz çökdürən ABŞ və İngiltərə İraqın şimal və cənub hissələrində uçuşsuz zona yaratdılar. İraq hökuməti 1991-ci ilin oktyabr ayında İraq ABŞ-ın təzyiqi ilə Kürdüstanının de-fakto müstəqil şəkildə fəaliyyət göstərilməsinə icazə verməyə, qoşunlarını vilayətdən çəkməyə məcbur oldu. Beləcə, bölgə ABŞ-ın əlində gələcəkdə Türkiyə, İraq, Suriya və İran torpaqları hesabına “Böyük Kürdüstan” və ümumilikdə Böyük Orta Şərq planlarının həyata keçirilməsi üçün əsas istinad nöqtəsinə çevrildi.

Hazırda həm İraq, həm də İran kürdləri gələcəkdə BMT-ni əvəz etməli olan və “Dünya hökuməti” kimi fəaliyyət göstərməsi öngörülən UNPO-da təmsil olunurlar. Yeri gəlmişkən qeyd edək ki, Cənubi Azərbaycan türkləri və İran (Xuzistan) ərəbləri də həmin təşkilatda təmsil olunan xalqlar arasında yer almaqdadırlar.

Hazırda ABŞ planın ikinci mərhələsinə start verib. Bu mərhələ Suriyanın şimalında yaşayan kürdlərin İraq sərhəddindən Aralıq dənizinə qədər M4 strateji şosse yolu boyunca uzanan ikinci “kürd dövləti” qurmasını və daha sonra isə bu ərazinin İraq Kürdüstanı ilə birləşdirilməsini nəzərdə tutur. Lakin Türkiyə Suriya ərazisində gerçələşdirdiyi Fərat qalxanı, Zeytun budağı və Barış pinarı əməliyyatları ilə planın ikinci mərhələsinin gerçəkləşməsinin önünü kəsməyi bacarıb.

Haqqında söz açdığımız M4 şosse yolu Çin üzərindən qurulmağa çalışılan “Ümumdünya federativ dövləti”nin can damarını təşkil etməli olan “bir zolaq, bir yol” layihəsinin əsas tərkib hissələrindən biri kimi gözdən keçirilir.



Yüklə 3,78 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin