Yol hərəkəti haqqında


Maddə 24. Yol hərəkəti təhlükəsizliyi vəziyyətinin əsas göstəricilərinin dövlət uçotunun təşkili



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə18/86
tarix06.05.2023
ölçüsü1,33 Mb.
#126467
1   ...   14   15   16   17   18   19   20   21   ...   86
yhq az 062743

Maddə 24. Yol hərəkəti təhlükəsizliyi vəziyyətinin əsas göstəricilərinin dövlət uçotunun təşkili 
I. Azərbaycan Respublikası ərazisində yol hərəkətinin təhlükəsizliyi vəziyyətinin əsas göstəricilərinin dövlət uçotu 
aparılır. Bu göstəricilər aşağıdakılardır: 
1) yol-nəqliyyat hadisələrinin; 
2) yol-nəqliyyat hadisələrində zərər çəkmiş şəxslərin; 
3) nəqliyyat vasitələri sürücülərinin; 
4) yol hərəkəti qaydalarını pozmuş şəxslərin; 
5) yol hərəkəti sahəsində inzibati xətaların və cinayətlərin sayı;
6) yol hərəkəti təhlükəsizliyi vəziyyətini əks etdirən göstəricilər və yol hərəkəti təhlükəsizliyinin təmin 
edilməsinə dair fəaliyyətin nəticələrinin göstəriciləri. 
II. Azərbaycan Respublikası ərazisində yol hərəkəti təhlükəsizliyi vəziyyətinin dövlət uçotu aparılarkən yol-nəqliyyat 
hadisələrində zərər çəkmiş şəxslər aşağıdakılar sayılır: 
1) yaralılar — yol-nəqliyyat hadisəsi nəticəsində səhhətinin müəyyən müddətə pozulmasına səbəb olan 
şəxslər; 
2) həlak olanlar — yol-nəqliyyat hadisəsi yerində həlak olmuş və ya bu cür hadisə nəticəsində sonrakı 7 gün 
ərzində ölmüş şəxslər. 
III. Dövlət uçotunun sistemi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən yol hərəkəti 
təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi işinin təşkilini və 
tətbiqini təmin edir.
IV. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət uçotunun aparılması, məlumat uçotlarının istifadəsi 
və hesabat məlumatlarının formalaşdırılması Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən 
müəyyənləşdirilir. 
Maddə 25. Yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid uçot sistemi 
I. Azərbaycan Respublikasında yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin (avtomobil yollarının, nəqliyyat 
vasitələrinin, sürücülərin və yol hərəkəti sahəsində inzibati xətaların, yol-nəqliyyat hadisələrinin, yol-nəqliyyat 
zədələnmələrinin və sair) vahid dövlət uçotu sistemi müəyyən edilir. 
II. Yol hərəkətinin təhlükəsizliyi göstəricilərinin siyahısını, uçot və hesabat qaydasını Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 


2017v3 
16 
III. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin 
vahid uçotu sistemində nəzərdə tutulmayan hesabatlar verilməsini tətbiq edə bilməzlər. 

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin