Yunesko-nun “İnformasiya hamı üçün” (İfap) Proqramının Azərbaycan komitəsinin 2019-2021-ci illər üçün Tədbirlər Planı” üzrə 2019-cu ilin I yarımilliyi ərzində görülmüş işlər haqqında hesabat


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən görülmüş işlər



Yüklə 94,26 Kb.
səhifə11/25
tarix01.01.2022
ölçüsü94,26 Kb.
#103803
1   ...   7   8   9   10   11   12   13   14   ...   25
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən görülmüş işlər:
- 9 yanvar 2019-cu il tarixində ABŞ-Azərbaycan Ticarət Palatası, NRYTN-in İnnovasiyalar Agentliyi və İsrailin ABŞ-ın Nyu-İnqland ərazisində Baş Konsulluğunun birgə təşkilatçılığı ilə Azərbaycan startapları üçün kapitallaşma və bazara giriş strategiyalarına dair "Bakı-Boston Startap Veb Konfransı 1.0." təşkil edilmişdir.
- 24 yanvar 2019-cu il tarixində NRYTN-in İnnovasiyalar Agentliyinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşəbbüsü, Təhsil Nazirliyinin dəstəyi ilə “Təhsildə İKT və innovativ sahibkarlığın təşviqi” mövzusunda “dəyirmi masa” keçirilmişdir. Tədbirdə İKT üzrə biliklərin tədrisdəki problemləri və təhsilin innovativ sahibkarlığın inkişafında rolu üzrə müzakirələr aparılmışdır. Tədbirdə ali məktəblərdə informatika fənni üzrə tədris planlarının keyfiyyətinin artırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, təhsil sahəsinin informasiyalaşdırılması, təhsildə innovativ sahibkarlığın təbliğ olunması və digər mövzular ətrafında çıxışlar edilmişdir. Dəyirmi masada müxtəlif ali təhsil müəssisələrinin əməkdaşları, İKT və təhsil sahəsi üzrə ekspertlər, o cümlədən İKT şirkətlərinin, müvafiq dövlət qurumlarının nümayəndələri iştirak etmişdir.
- 14 fevral 2019-cu il tarixində NRYTN-in İnnovasiyalar Agentliyinin təşəbbüsü, Vergilər Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı İKT şirkətləri və startaplar üçün məlumat sessiyası keçirilmişdir.

Tədbirdə Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı İKT şirkətlərinə və startaplara ətraflı məlumat verilmiş, mikro və kiçik sahibkarlıq subyektləri üçün yeni vergi güzəştləri və İKT sahəsində fəaliyyət göstərən sahibkarları maraqlandıran digər məsələlər haqqında müzakirələr aparılmışdır. Tədbirdə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidenti tərəfindən 20 dekabr 2018-ci ildə imzalanmış müvafiq Fərman ətraflı şərh olunmuşdur. Startaplar üçün nəzərdə tutulan vergi güzəştləri və bu güzəştlərin tətbiqi mexanizmləri barədə geniş fikir mübadiləsi aparılmışdır.


- 18 fevral 2019-cu il tarixində İnnovasiyalar Agentliyində Fast Track – Akselerasiya Proqramının finalistləri, həmçinin startaplar üçün “From İnvestment to İPO” mövzusunda seminar keçirilmişdir. Seminar maliyyələşmə etapları, investorlar və növləri, sənədləşmə və əsaslandırma, iqtisadi əsaslandırma və İPO kimi mövzuları əhatə etmişdir.

- 20 fevral 2019-cu il tarixində İnnovasiyalar Agentliyində “İdeyadan biznesə: startaplarda effektiv biznes modelinin inkişaf etdirilməsi” mövzusunda təlim keçirilmişdir. Təlimdə konsepsiyadan biznesə, biznes model, biznes model innovasiya, strateji resurslar, dəyər zənciri, əsas strategiya, təchizat zəncirinin idarə edilməsi və biznes modelin dörd əsas komponenti, əsas bacarıqlar və biznesdə əhəmiyyəti kimi mövzular əhatə olunmuşdur.

- 21 fevral 2019-cu il tarixində NRYTN, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkəti ilə birgə həyata keçirilən “I2B – İdeyadan Biznesə” layihəsinin növbəti mərhələsinə start verilmişdir. 2019-cu ilin I yarımilliyi ərzində Mingəçevir, Sabirabad, Sumqayıt, Gəncə, Göyçay, Naxçıvan, Bakı, Lənkəran, Zaqatala, Tovuz, Şamaxı və Şəki şəhərlərində startap turları təşkil olunmuşdur. Startap turu çərçivəsində rayon və şəhərlərə səfərlər zamanı informativ sessiya, interaktiv hissə, müsabiqə və müxtəlif mövzuları əhatə edən təlimlər keçirilmişdir. Tədbirin birinci hissəsində startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes-treninqlər təşkil olunmuş, ikinci hissədə isə onlar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim etmişlər.

- 22 fevral 2019-cu il tarixində NRYTN-in İnnovasiyalar Agentliyinin təşkilatçılığı və BMT-nin Beynəlxalq Ticarət Mərkəzinin dəstəyi ilə İnnovativ Biznes Proqramı çərçivəsində “Virtual Reallıq” texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi üzrə təlim keçirilmişdir. Bu mövzuda ölkəmizdə ilk dəfə keçirilən təlimdə immersiv media texnologiyaları və onların innovativ sahibkarlıq fəaliyyətində tətbiqi, “Virtual Reallıq” (VR) və “Artırılmış Reallıq” (AR) texnologiyaları üzrə nəzəri və praktiki məlumatlar verilmişdir. Təlim iştirakçıları 360° video kontentin çəkilməsi, redaktəsi və internet resurslarda yerləşdirilməsi ilə bağlı əsas bacarıqlara yiyələnmişlər.


- 6-7 mart 2019-cu il tarixlərində “Nutanix” şirkəti “Lenovo Azerbaycan”ın texnoloji partnyorluğu və İnnovasiyalar Agentliyinin dəstəyi ilə partnyor və müştəriləri üçün 2 günlük treninq-seminar keçirilmişdir.Təlim zamanı iştirakçılar “Nutanix” şirkətinə aid virtuallaşma platformasının idarə və koordinasiya edilməsi, Nutanix əməliyyat sisteminin əsasında ThingAgile Lenovo HX demonstrativ klaster bazası üzərində praktiki tecrübə həmçinin şirkətin ABŞ-da yerləşən baza mərkəzi ilə uzaqdan əlaqə keçirmişlər. Təlim dünyanın qabaqcıl texniki mütəxəssisi Maksim Şapoşnikov tərəfindən keçirilmişdir.

- 2 iyun 2019-cu il tarixində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi və NRYTN “Mars Academy”-nin dəstəyi ilə Bakıda ilk dəfə yerli istehsalçılar üçün öz məhsullarını sərgiləmək, master-klasslarda iştirak etmək və layihələrini beynəlxalq münsiflər heyətinə təqdim etmək məqsədi ilə “TechFest” sərgisi keçirilmişdir.


- 29 iyun 2019-cu il tarixində İnnovasiyalar Agentliyində biznesin inkişafı, beynəlxalq marketinq, fandreyzinq və idarəetmə sahəsində geniş təcrübəsi olan investor, peşəkar mentor və müxtəlif sahələr üzrə ixtisaslaşmış sahibkar Tal Katran tərəfindən "From Dreamers to Doers" adlı Master Kalss keçirilmişdir. Tal Catran beynəlxalq və İsrail təcrübəsindən bəhs edərək, biznes startapların akselerasiyasına nail olmaq üçün nələrin tələb olunduğuna və startapların dayanıqlı İnkişaf məqsədlərinə uyğunlaşdırılmasının vacibliyi haqqında məlumat verilmişdir.
- NRYTN-in İKT-nin Tətbiqi və Tədrisi Mərkəzində yaradılmış Microsoft Laboratoriyasının ilk təcrübə proqramı “Əşyaların interneti – İnternet of Things” sahəsini əhatə etmişdir.

Təcrübə proqramı çərçivəsində peşəkar mentorların dəstəyi ilə “Əşyaların interneti” sahəsi üzrə real layihə senarilərinin reallaşdırılması həyata keçiriləcək.

Proqramın məqsədi gəncləri real layihə icrasına cəlb etmək və əşyaların interneti üzrə yeni startaplar yaratmaqdır. Proqramda artıq 350 nəfərdən çox gənc qeydiyyatdan keçib.


Yüklə 94,26 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin