Milli Arxiv İdarəsi tərəfindən görülmüş işlər: Milli Arxiv İdarəsində və İdarənin tabeliyində fəaliyyət göstərən Dövlət Arxivlərində İKT-nin tətbiqi üzrə cari dövr ərzində Elektron Arxiv Sistemi (EAS), Elektron Arxiv Məlumat Sistemi (EAMS), Elektron Hesabatlar Sistemi (EHS) üzrə yeni məlumatların əlavə edilməsi, həmçinin təkmilləşdirmə işlərinin aparılması davam edilmişdir. Qeyd edilən müddət ərzində 400 minə yaxın sənəd elektronlaşdırılaraq, EAS-a daxil edilmiş, onlardan 5000-i indeksləşdirilmişdir. 200-ə yaxın fond, 15 minə yaxın saxlama vahidi haqqında məlumat EAMS-a yerləşdirilmişdir. EHS üzrə İdarənin tabeliyində fəaliyyət göstərən 77 dövlət arxivi barədə statistik hesabatlar və planlar elektron şəkildə sistemə daxil edilmiş və onlar üzərində bütün əməliyyatlar
elektronlaşdırılmışdır.
2.7.
Startapların yaradılması və inkişafına dəstək göstərilməsi məqsədilə təlimlərin təşkili