Yunesko-nun “İnformasiya hamı üçün” (İfap) Proqramının Azərbaycan komitəsinin 2019-2021-ci illər üçün Tədbirlər Planı” üzrə 2019-cu ilin I yarımilliyi ərzində görülmüş işlər haqqında hesabat


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (VXSİDA) tərəfindən görülmüş işlər



Yüklə 94,26 Kb.
səhifə12/25
tarix01.01.2022
ölçüsü94,26 Kb.
#103803
1   ...   8   9   10   11   12   13   14   15   ...   25
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (VXSİDA) tərəfindən görülmüş işlər:

- 10 mart 2019-cu il tarixində Agentliyin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və Tech Academiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Hadoop istifadəçilər qrupunun görüşü keçirilmişdir. Big data texnologiyalarının tətbiq sahələri, yeni nəsil datawarehouse sistemləri, Data Analitika mərhələləri və bir çox əhəmiyyətli mövzuların müzakirə olunduğu görüşdə tanınmış xarici və yerli mütəxəssislər iştirak etmişdir.

- 12.04.2019 – 01.06.2019 tarixlərində VXSİDA-nın dəstəyi ilə Azərbaycan İnternet Forumu tərəfindən ölkədə innovasiya fəaliyyətinin təşviqi, paytaxt və region gənclərinin yeni ideyalarının üzə çıxarılması, startap mühitinin yaxşılaşdırılması və innovasiya ekosisteminin bütün üzvləri üçün əlverişli mühitin yaradılması işinə dəstək olmaq məqsədilə “Startup Günləri” layihəsi keçirilmişdir. Tədbir Azərbaycan Texniki Universiteti, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Qərbi Kaspi Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedoqoji Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Lənkəran Dövlət Universitetinin tələbələri arasında keçirimişdir. Ümumilikdə 1000-dən çox gənci əhatə edən layihə 3 ay ərzində davam etmişdir. Layihə çərçivəsində 400-ə yaxın tələbəyə biznes planın hazırlanması, investorlara prototiplərin təqdimatı, start-up məhsulunun bazarda yerləşməsi mövzusunda təlimlər keçirilmişdir. Təqdim edilmiş ideyaların arasından 40-dan çox layihə seçilmiş və onların biznes planı hazırlanaraq, jüri qarşısında təqdimatı edilmişdir. Uğurlu biznes planlarına görə 120-dən çox tələbə təşkilatçılar tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

- 13 may tarixində Agentliyin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində akselerasiya proqramını uğurla başa vurmuş startapçılarla görüş - “Demo Day” təşkil olunmuşdur. “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən startapların Azərbaycan və beynəlxalq bazarda inkişafına kömək məqsədi ilə intensiv akselerasiya proqramı həyata keçirilmişdir. Proqramı uğurla başa vurmuş layihələr Demo Day-ə dəvət olunmuşdur. “Demo Day”də aqro, təhsil, maliyyə, İKT, loqistika, turizm kimi fəaliyyət istiqamətlərini əhatə edən startaplar çıxış etmişdir. Tədbir çərçivəsində bir sıra şirkətlər məzun startapçılarla maraqlanmış və investisiyaların yatırılması ilə bağlı danışıqlara başlanılmışdır.










Yüklə 94,26 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin