Zabrat qəsəbəsi — Abşeron yarımadasının mərkəzində, dəniz səviyyəsindən 20-30 m hündürlükdə yerləşir, sahəsi 20 km²-dir. Toponim



Yüklə 387,61 Kb.
səhifə4/4
tarix13.12.2023
ölçüsü387,61 Kb.
#140101
1   2   3   4
Zabrat qəsəbəsi

Əhalinin məşğuliyyəti:
Zabrat əhalisinin məşğuliyyəti əkinçilik, maldarlıq, qismən sənətkarlıq və ticarət olmuşdur. Zabratda taxılçılıqla yanaşı, xırçılıq, bostançılıq, bağçılıq, daha məhsuldar bitki növlərinin və sortların yaradılmasında böyük təcrübəyə malik olmuşıar.Zabrat özünün üzüm növləri və zəfəranı ilə seçilən kəndlərdəndir. Zəfəran sahəsi 250 hektar olmuşdur. Zabratda əhalinin məşğuliyyətləri içərisində dəvəçiliyin özünəməxsus rolu vardı. Azərbaycan etnoqrafiyası kitabının dəvəçilik bölməsində Zabratda dəvə saxlanılması və Dəvədamlarının və ya Dəvəliyin yəni xüsusi tövlələrin tikilməsi haqqında izahlı məlumat verilmişdi. Zabratda əhali vaxtilə toxuculuq, xalçaçılıq, zərgərlik, dəmirçilik, silahsızlıq, pinəçilik, nalbəndlik, xarratlıq, qalayçılıq, tuluzçuluq, daşyonma, boyaqçılıq və s. sənətkarlıq növləri ilə məşğul olmuşdur.
Sənaye müəssisələri:

  • Zabrat Neftqazmaş ASC zavodu - 1930-cu ildə neft-mədən avadanlıqları və alətlərinin istehsalı və təmirindən ibarətdir.

  • Zabrat maşınqayırma zavodu - 1921-ci ildən fəaliyyət göstərir. Ərazisi 4.6 ha olub, 118 nəfər işçi heyəti vardır. Zavod buruq qüllələrin istehsalı üzrə ixtisaslaşmışdır. Hal-hazırda özüllər, metal konstruksiyaların istehsalı ilə fəaliyyət göstərir.​

  • Zavod APİ və İSO beynəlxalq sertifikatlara malikdir. Zavod qüllə özüllərini Rusiyaya ixrac edir.

  • Zabrat neft maşınqayırma zavodu - Bakı neft maşınqayırma zavodu TASC 2010-cu ildə Səttərxan adına maşınqayırma zavodu TASC və Bakı neft mədən maşınqayırma zavodu TASC-in birləşməsi nəticəsində yaranmışdır. Zavod quyuların qazılması və əsaslı təmiri üçün neft mədən avadanlıqların istehsalı sahəsi üzrə ixtisaslaşmışdır. İstehsal etdiyi məhsullar fontan armaturları, qazma rotorları, siyirtmələri göstərmək olar. Zavodun ərazisi 19.6 ha-dır. Zavodda 314 nəfər işçi çalışır.

Ukrayna və Rusiyaya fontan armaturları və kəmər başlıqları ixrac edir.
Səhiyyə müəssisələri
21 №-li Şəhər Poliklinikası, 22 №-li Uşaq Ruhi-əsəb Sanatoriyası, 37 №-li Kardiorevmatoloji Uşaq Sanatoriyası, Zabrat Müalicə Diaqnostika Mərkəzi fəaliyyət göstərir.
Mədəniyyəti:

  • Əvəz Paşayev adına Mədəniyyət Evi, 32 nömrəli musiqi məktəbi, Sabunçu rayon MKS-nin 4 və 12 saylı kitabxana filialları fəaliyyət göstərir.

Təhsil müəssisələri:

  • Tam orta məktəblər: 71, 75, 81, 192, 307

  •  İlk-peşə təhsil müəssisələri: 15 saylı Bakı Peşə Liseyi

  •  Məktəbəqədər müəssisələri: 260, 282 saylı körpələr evi-uşaq bağçası, 197 saylı uşaq bağçası





Hazırladı:Vəliyeva Səkinə
Yüklə 387,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin