Zaman budaq cüMLƏSİNİn funksional-qrammatik xüsusiYYƏTLƏRİ


Zaman budaq cümləsinin struktur tipləri və sıralanma qaydası



Yüklə 0,86 Mb.
səhifə20/49
tarix02.02.2022
ölçüsü0,86 Mb.
#114087
1   ...   16   17   18   19   20   21   22   23   ...   49

2.2. Zaman budaq cümləsinin struktur tipləri və sıralanma qaydası

Zaman budaq cümlələrinin struktur tipləri və sıralanma qaydası mühüm səciyyə daşıyır. Q.Kazımov tabeli mürəkkəb cümlədə baş və budaq cümlənin yerləşmə qaydası haqqında danışarkən yazır ki, informasiyanın verilmə tərzinin, danışanın, yazanın üslubunun, struktur formalardan hansına daha çox meylli olmasının, hansı bağlayıcı vasitələrdən istifadə etməsinin baş və budaq cümlənin bu və ya digər pozisiyada yerləşməsində rolu vardır [33, s. 317]. Buna görə də zaman budaq cümləsinin sıralanma qaydası quruluş və kommunikativ cəhətlərlə bağlı müxtəlif məsələlərdən asılıdır. Sıralanma, bir tərəfdən, müqayisə olunan dillərdə zaman budaq cümləli tabeli mürəkkəb cümlələrin sintaktik-semantik təşkilinin xüsusiyyətləri ilə müəyyənləşirsə, digər tərəfdən, aktual üzvlənməni əks edən cümlənin kommunikativ vəzifəsi ilə təzahür edir.

İngilis və Azərbaycan dillərində zaman budaq cümləsinin sıralanma qaydasını təhlil etməklə belə mürəkkəb cümlələrin strukturunun nə dərəcədə mütəhərrik və ya çevik olmasını, onların bu və ya başqa şəkildə sıralanmasına təsir edən amilləri aşkar etmək mümkün olur.

Tabeli mürəkkəb cümlələrin komponentlərinin sıralanma qaydası bağlayıcı vasitələrin semantikası ilə üzə çıxır. Baş və budaq cümlənin bir neçə yerləşmə variantına və sıralanma qaydasından asılı olaraq çevik və ya qeyri-çevik strukturlar mümkün olur. Belə ki, qeyri-çevik strukturlu cümlələrdə baş və budaq cümlənin yeri dəyişmir, sıralanma qaydası bir cür olur. Çevik strukturlu cümlələrdə isə zaman budaq cümləsinin müxtəlif variantları mümkün olur ki, bunun nəticəsində də mürəkkəb cümlənin tərkibində budaq cümlə baş cümləyə görə prepozitiv və ya postpozitiv mövqedə işlənir.

İngilis və Azərbaycan dillərində zaman budaq cümləsinin sıralanma qaydasını nəzərdən keçirək.

Ümumiyyətlə, Azərbaycan dilinin tabeli mürəkkəb cümlələrinin strukturunda bağlayıcı, bağlayıcı söz, ədat, korrelyat sözlər, buraxılan üzvlərin “qəlibləri” və komponentlərin sırası başlıca rol oynadığı üçün bütövlükdə görünüş qeyd edilən cəhətlərə nəzərən müəyyənləşdirilir. Məsələn, Azərbaycan dilçisi Ə. Abdullayev bu dil vahidlərini nəzərdə tutaraq tabeli mürəkkəb cümlənin quruluşunun 4 vəziyyətdə olduğunu göstərir [5, s. 140-144].

Qarşılaşdırılan dillərdə zaman budaq cümləsinin quruluşunu sıralanmasına görə, eləcə də həmin sıralanmanın meydana çıxmasına yardım edən əlaqə vasitələrinə görə müqayisə etməyi lazım bilirik. Burada budaq cümlənin işlənmə yeri, vəziyyəti də nəzərə alınır.

I vəziyyətdə budaq cümlə baş cümlədən əvvəl (prepozitiv mövqe) gəlir. Budaq cümlədə bağlayıcı sözlər işlənir. Əksər halda baş cümlə də həmin bağlayıcı sözlərin korrelyatı işlənir. Budaq cümlənin xəbərində çox zaman -sa2 şəkilçisi olur. Baş cümlənin işlənilməsi zərurəti budaq cümlədən meydana çıxır. Bu cür zaman budaq cümlələri ümumilik və qeyri-müəyyənlik bildirir və onların mənası baş cümlə əsasında konkretlik qazanır. Danışıq dili üçün xarakterik olan analitik-sintetik tipli zaman budaq cümlələrinin baş cümləsində qeyd edilən bağlayıcı sözlərə uyğun zaman bildirən leksik vahidlər (o vaxt, onda…) iştirak edir. Bununla belə, çox zaman baş cümlədəki həmin zaman anlayışını ifadə edən söz ellipsisə uğrayır. Məsələn:



Haçan dəvət etsən, (onda) təşrif buyuraram (danışıq dilində).

Azərbaycan dilində müxtəlif bağlayıcı sözlər zaman budaq cümləsini bu vəziyyətə əmələ gətirir.

1) nə vaxt, nə zaman, havaxt bağlayıcı sözləri ilə əmələ gələnlər:

Nə vaxt kəndə gəlsən, hədiyyəni orda verəcəyəm (danışıq dilində),

2) haçan, haçan ki sözləri ilə əmələ gələnlər:



Haçan qəlbinə toxunsa, mənə deyərsən (M. Süleymanov)

3) nə qədər, nə qədər ki bağlayıcı sözləri ilə əmələ gələnlər:



Nə qədər ki ölməmişəm, sənin bu yaxşılığını yaddan çıxarmayacağam (Ə. Səmədov).

Zaman budaq cümləsinin çox işlənən bu tipində yeni, təzəcə, yeni-yeni, yenicə sözlərindən biri iştirak edir ki, bu vasitələr zaman budaq cümləsinin gerçəkləşməsinə xidmət etməklə adekvat olaraq budaq cümlədəki hərəkətin zamanı ilə baş cümlədəki hərəkətin zamanı arasındakı fasiləni daha da qısaltmağa imkan yaradır. Məsələn:




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin