Zaman budaq cüMLƏSİNİn funksional-qrammatik xüsusiYYƏTLƏRİ



Yüklə 0,86 Mb.
səhifə35/49
tarix02.02.2022
ölçüsü0,86 Mb.
#114087
1   ...   31   32   33   34   35   36   37   38   ...   49
(1) Uşaq yuxudan oyandı, mən onu qollarımın üstünə götürdüm;

(2) Nə zaman uşaq yuxudan oyandı, mən onu qollarımın üstünə götürdüm;

(3) Haçan uşaq yuxudan oyandı, onu qollarımın üstünə götürdüm;

(4) Nə vaxt uşaq yuxudan oyandı, onda mən onu qollarımın üstünə götürdüm. Bu formaları sintaktik variantlar hesab edilə bilər. Lakin bu formalar temporal məna baxımından feili tərkiblərlə ifadə olunanda, bu zaman sintaktik sinonimlik yaranır. Məsələn, həmin sintaktik variantların sinonimi Azərbaycan dilində aşağıdakı kimidir:

Uşaq yuxudan oyananda mən onu qollarımın üstünə götürdüm (cüttərkibli geniş cümlə formasında).

İngilis dilində as soon as bağlayıcısı directly zərfi ilə işlənən zaman budaq cümlələrində hərəkətin bir-birinin ardınca baş verdiyi göstərilir. Məsələn:



I wrote her a letter almost as soon as I was housed at the Seaside.

Bu zaman budaq cümləsinin Azərbaycan dilində sintaktik variantı aşağıdakı kimidir:



Mənə dəniz qırağında ev verildi, mən də, demək olar, ona məktub yazdım

Nə zaman mənə dəniz qırağında ev verildi, o zaman mən, demək olar, ona məktub yazdım.

Haçan mənə dəniz qırağında ev verildi, onda mən, demək olar, ona məktub yazdım.

Bu sintaktik variantlar aşağıdakı feili bağlama tərkibli sadə cümlə ilə sintaktik sinonimlik təşkil edir:



Mənə dəniz qırağında ev veriləndə, demək olar, ona məktub yazdım.

Sonuncu cümlə funksional cəhətdən yuxarıdakı sintaktik variantlarla ekvivalentdir.

Azərbaycan dilində zaman budaq cümləli tabeli mürəkkəb cümlə tərkibində bir element digəri ilə əvəzlənir. Məsələn:

O gün ki, səninlə ailə qurdum, onda evim yıxıldı.

O gündən ki, səninlə ailə qurdum, o zaman evim yıxıldı.

O zaman ki səninlə ailə qurdum, evim yıxıldı.

Nə zaman ki səninlə ailə qurdum, o zaman evim yıxıldı.

Nə vaxt ki səninlə ailə qurdum, onda evim yıxıldı

Elə ki səninlə ailə qurdum, onda evim yıxıldı və s.

Əvəz olunan elementlər o gün ki, o gündən ki, o zaman ki, nə vaxt ki, nə zaman ki, elə ki bağlayıcı sözləridir

Müxtəlif quruluşda olan zaman budaq cümlələrində bir element, xüsusən də qəlib sözlər - balayıcı sözlər (o gün, o gündən, o zaman, nə zaman, nə vaxt) digəri ilə əvəz edilmişdir. Baş cümlədə isə qarşılıq bildirən o zaman, o vaxt, onda sözləri işlənə və ya işlənməyə bilir. Temporal məna eynidir, cümlələrin quruluşunda diferensiasiya mövcuddur. Belə bir xüsusiyyətlə ingilis dilində qarşılaşmırıq.

Azərbaycan dilində zaman budaq cümləli tabeli mürəkkəb cümlələrdə elementləri yenidən bərpa etmək olur. Məsələn:



Mən bilirdim ki, anamın iki xalasını ermənilər əsir aparıblar (bərpa olunmamış variant)

O zaman mən bilirdim ki, iyirminci ildə anamın iki xalasını ermənilər əsir aparıblar (Məmməd Oruc). (bərpa olunmuş variant).

Zaman budaq cümləsinin Anamın iki xalasını ermənilərin əsir apardığını o zaman mən bilirdim potensial mənanı ifadə edən sadə cümləni yuxarıda verilmiş budaq cümlə tipləri ilə yenidən rekonstruksiya etmək mümkündür. Transformasiyanın elementlərini artırmaq və ixtisar etmək mümkündür.

Sintaktik konstruksiyaların (subodinativ, kordinativ və korrelyativ-zaman konstruksiyaları və cüttərkibli feili tərkibli cümlələr) sinonimliyi aşağıdakılarla təsdiqlənir:

1) zamanın identik xüsusiyyəti - həmcinsliyi əsas, başlanğıc cümlədə və transformada saxlanılır;

2) Bir dildən digər dilə tərcümə edilir.

Zaman budaq cümləsinin feili tərkiblərə transformasiyası prosesində hər bir quruluş elementi qaydaya salınır. Nizama salınmada bəzən budaq cümlənin bir sıra elementlərinin frazalara transformasiya olunmasında müəyyən maneələr meydana çıxır.

Transformasiya prosesi zamanı feilin şəxsli formaları da əsaslı rol oynayır. Hər bir feil eyni vaxtda bir sıra mənalara malik olur. Feilin ayrı-ayrı növləri də transformasiyanın formalaşmasında böyük rol oynayır. Felin növləri qrammatik və leksik vasitələrlə ifadə olunur.

Sintaktik sinonimlikdə, həmçinin köməkçi sözlərin leksik-qrammatik sinonimliyi də əsaslı rola malikdir. Bunların sırasında bağlayıcılar, önlüklər, zərflər əsas yer tutur. Bu vasitələr müxtəlif situasiyada, müxtəlif kontekstlərdə cümlələr arasında sintaktik münasibətləri yaradır.

Baş cümlə ilə budaq cümlənin arasında olan zaman münasibəti digər budaq cümlələrlə müqayisədə zaman konstruksiyalarında daha dərindir. İ.Verxovskaya yazır ki, zaman budaq cümləli tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlə arasında zaman münasibətləri təkcə tərz-zaman formaları ilə deyil, həm də budaq cümləni daxil edən tabelilik bağlayıcısının mənası ilə müəyyən edilir. Bu tipli tabeli mürəkkəb cümlə özlüyündə zamanın seçilməsinin ciddi təsbit edildiyi sabit modeldir [78, s. 8.].

İngilis dilində after, before, when bağlayıcıları baş və budaq cümlələr arasında zaman münasibətini yaradır. Zaman münasibətlərini mütləb və nisbi zaman formaları gerçəkləşdirir. Məsələn:


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin