Zaman budaq cüMLƏSİNİn funksional-qrammatik xüsusiYYƏTLƏRİ



Yüklə 0,86 Mb.
səhifə36/49
tarix02.02.2022
ölçüsü0,86 Mb.
#114087
1   ...   32   33   34   35   36   37   38   39   ...   49
I hated him as one hates a thief one may not accuse nor punish (mütləq).

I always understood you had winter about eight months in the year, and no sun to speak of (nisbi).

Azərbaycan dilində isə zaman budaq cümləli tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlənin zaman münasibəti müxtəlif olur. Tədqiqatçılar bu cəhətdən zaman budaq cümlələrini bir neçə qrupa ayırırlar:



1. Baş və budaq cümlənin zaman məzmunu uyğun olur, yəni budaq cümlə baş cümlədəki işlə eynizamanlı işi, hadisəni bildirir;

2. Budaq cümlədəki iş vaxt etibarı ilə baş cümlədəki işdən əvvələ aid olur;



3. İkinci vəziyyətin əksinə olaraq, baş cümlədəki iş budaq cümlədəki iş və hadisədən əvvələ aid olur.

1-ci qrupa aid nümunə: Səhərin açılmasına iki saat qalırdı ki, güclü zəlzələ baş verdi – Səhərin açılmasına iki saat qalanda güclü zəlzələ baş verdi.



2-ci qrupa aid nümunə: Elə ki yağış kəsdi, yenə qaranquşlar havada süzməyə başladı – Yağış kəsəndə yenə qaranquşlar havada süzməyə başladı.

3-cü qrupa aid nümunə: Müəllim sinfi tərk etmək istəyirdi ki, tələbə onu qapının ağzında saxladı. – Müəllim sinfi tərk etmək istəyəndə tələbə onu qapının ağzında saxladı.

Sadə və mürəkkəb formalar arasında sintaktik sinonimliyin yaranmasında zaman formaları da aparıcı yerlərdən birini tutur. Bu vaxt bir formada olan qrammatik zaman digər formada olan zamanla uzlaşır. Məsələn:

keçmiş zamanda: Uşaq o zaman yuxudan durdu ki, həyətdə çığır-bağır eşidilirdi (mürəkkəb forma) - Həyətdə çığır-bağır eşidiləndə uşaq yuxudan durdu (sadə forma).

Qeyd etmək lazımdır ki, funksional ekvivalentlik təşkil edən bu formaların xəbəri feilin keçmiş zamanı ilə ifadə olunmuşdur. Göründüyü kimi, həmin konstruksiyalar arasında heç bir semantik fərq nəzərə çarpmır, mənanın tam uyğunluğuna baxmayaraq, həmin ekvivalentlər arasında quruluş fərqi özünü komponentləri bir-birinə bağlayan bağlayıcı vasitələrdə büruzə verir.

Mürəkkəb formalarla (zaman budaq cümləsi) feili bağlama tərkibli sadə cümlə əvəzlənəndə bağlayıcıların və digər vasitələrin düşməsi adi haldır. Məsələn: Azərbaycan dilində “ki” bu məqamda düşür:

Buludlar təzəcə dağılırdı ki, göy üzü əlvan naxışlara boyandı – Buludlar təzəcə dağılanda göy üzü əlvan naxışlara boyandı.

Beləliklə, zaman budaq cümləsi öz sinonim ekvivalentindən mürəkkəb sintaktik vahid olduğu üçün fərqlənir. Ekvivalenti funksional cəhətdən əvəz edən cümlə isə sadə sintaktik vahiddir.

Zaman budaq cümləsi funksional ekvivalentindən yaratdığı mənanın həcminə görə də fərqlənir.

Predikatın köməyi ilə zaman budaq cümləsində situasiya dinamik, onun sadə formalı ekvivalentində isə statik şəkildə özünü göstərir.



Zaman budaq cümləsi ilə onun ekvivalenti üslubi məqamlarına görə də bir- birindən fərqlənir. Üslubi effekt zaman budaq cümləsində daha güclüdür.

Nəticə olaraq göstərə bilərik ki, sintaktik sinonimlik iki və daha çox müxtəlif cümlə modellərindən ibarətdir, bunlar müxtəlif səviyyələrdə tamamilə eyni, oxşar qrammatik mənaları və invariantlığı qoruyub saxlayır.

Tədqiqat nəticəsində zaman budaq cümləsi ilə onun funksional ekvivalentinin sintaktik sinonimliyi üçün bir sıra kriteriyalar da müəyyənləşdirilmişdir:



1) sinonim cərgələrin, konstruksiyaların bir-birini əvəz etməsi eyni mühitdə mümkün olur;

2) müqayisə edilən modellərin leksik tərkibcə həmcinsliyi və yaxud qeyri - həmcinsliyi, eləcə də leksik cəhətdən əvəzlənmə;

3) mümkün ola bilən elementin yenidən qurulması və ya dəyişdirilməsi;

4) transformun ilk vəziyyətinə dönmə, qayıtma qabiliyyəti; transformların bir- birinə təsir istiqaməti;

5) sintaktik sinonimliyin, transform və paradiqmaların aşkar edilməsinin xüsusiyyətləri;

6) eyni elementlərin dəyişməsi və müxtəlif elementlərin varlığı;

7) tabeli mürəkkəb cümlə səviyyəsində əvəzolunma;

8) budaq cümlənin oxşar və əsas mənaları və onların sinonimliyi.

Müqayisəli-tipoloji tədqiqatın nəticələri bir daha göstərir ki, zaman budaq cümlələri müxtəlifsistemli dillərdə inkişaf və təkamülün məhsulu olub, hər bir dilin sintaktik quruluşunun əsas əlamətləri ilə müəyyən edilir. Bundan sonra konkret dillərinin tipologiyasında ümumi və diferensial cəhətlər ortaya çıxır” [23, s.82].

Beləliklə, ingilis dilində zaman budaq cümləsinin və zaman mənasını bildirən feili sifət tərkiblərinin sinonimliyinin öyrənilməsi göstərir ki, zaman əlaqəsi bu cür konstruksiyalı cümlələrdə, cümləni izah edən və izah edilən tərkib hissələrinin, komponentlərinin leksik və qrammatik mənaların həcminin əlaqəsi vastəsilə ifadə olunur. Bununla yanaşı, feili sifət tərkibinin leksik vahidləri zaman zərfliyi funksiyasında aktiv iştirak edir, bu vaxt zaman əlaqəsinin müxtəlif xarakteri onları ayırır. Leksik tərkibin özünəməxsus əlaməti və zaman əlaqəsinin xarakteri, həmçins bağlayıcılarla daxil edilən zaman budaq cümləsinin sərhədlərinin ayırılmasına səbəb olur.

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin