Mənzər gəldimi, bacısı evdən çıxıb gedərdi – Mənzər gələn kimi bacısı evdən çıxıb gedərdi.
3. Elə ki – an2- kimi qoşması:
Elə ki məktubu yazıb qurtardım, poçta aparacığam – Məktubu yazıb qurtaran kimi poçta aparacağam.
4. Nə qədər sözü- onda temporal sözü- -dıqca4 feili bağlama şəkilçisi:
Nə qədər dərsinə fikir vermirdi, o qədər də zəif oxuyurdu – Dərsinə fikir vermədikcə zəif oxuyurdu.
5. Elə ki- arkən2:
Elə ki gördülər Həsrət həddən artıq ağ eləyir, hər biri otaqdan çıxdı –
Həsrətin həddən artıq ağ elədiyini görərkən hər biri otaqdan çıxdı.
6. Ki bağlayıcısı- dıqda4 feili bağlama şəkilçisi:
Qulu nə isə demək istəyirdi ki, Sirac onu qabaqladı. – Qulu nə isə demək istədikdə Sirac onu qabaqladı.
7. Ki bağlayıcısı –ma+mış-
Qədir stansiyaya çatmamışdı ki, arxasınca çapar gəldi. – Qədir stansiyaya çatmamış arxasınca çapar gəldi.
8. Nə zaman, nə vaxt- temporal sözləri- - anda2 feili bağlama şəkilçisi:
Nə vaxt namazını qılıb qurtarsaydı, başının üstə qızını görərdi. – Namazını qılıb qurtaranda qızını başının üstə görərdi.
Azərbaycan dilində zaman budaq cümləsinin digər cümlələrlə əlaqəsindən də danışmaq lazım gəlir. Belə əlaqə tamamlıq budaq cümləsi ilə yaranır. Belə ki, tamamlıq bulaq cümləsi zaman budaq cümləsinin tərkib hissəsi kimi çıxış edir. Məsələn:
Hazırlaşırdı ki, özü maşınla şəhərə getsin, bu zaman dünənki məsələ yadına düşdü (S.Əhmədov).
Bu tabeli mürəkkəb cümlədə “bu zaman dünənki məsələ yadına düşdü” hissəsi baş cümlə, “hazırlaşırdı ki, özü maşınla şəhərə getsin” hissəsi isə zaman budaq cümləsidir. Burada budaq cümlə iki hissəlidir: hazırlaşırdı – baş cümlə, özü maşınla şəhərə getsin – tamamlıq budaq cümləsidir. Deməli, tərkib hissələr bir yerdə zaman budaq cümləsini yaratmışdır.
Hər bir dilin sintaktik quruluşunda transformalar mühüm rol oynayır. Transformalar dildə sintaktik cərgəni yaradır; sintaktik sinonimliyi meydana gətirir. Dilin transformasiya sistemi bütövlükdə sintaktik sinonimlik hadisəsini doğurur. Sintaktik sinonim olan iki cümlə modeli formalaşır ki, bunlar quruluş cəhətdən fərqli görünsələr də, eyni semantik yükü daşımalı olur. Bir leksik morfemin əlavəsi və ya itirilməsi müxtəlif frazalar arasındakı sintaktik münasibətləri dəyişdirmir, cümlənin dairəsini aralayır, açır, özünəməxsus nüvəsini yaradır.
Beləliklə, dilin sintaktik quruluşunda dəyişkənlik baş verir, eyni fikir müxtəlif sintaktik quruluşda ifadə olunur. Sintaktik quruluşda funksional ekvivalentlik yaranır. Sintaktik ekvivalentlik sionimlik anlayışı ilə eyni mahiyyət daşıyır.
Sintaktik sinonimlik məsələsi dilçilik ədəbiyyatında mübahisəlidir. Mübahisənin mahiyyətini sintaktik sinonimlərin kriteriyalarının təyin olunması və sərhədlərinin, invariantlarının müəyyənləşdirilməsi təşkil edir. Dilçilikdə bu problemin tədqiqi üçün funksional-transformasiya metodu adlanan bir metod yaranmışdır ki, həmin metoddan istifadə etməklə sintaktik sinonimlik məsələsini öyrənmək mümkündür.
L.Rodionova ingilis dilinin materialları əsasında yazdığı tədqiqatını zaman budaq cümləli tabeli mürəkkəb cümlələrdə “before” və “after” sözönülərinin iştirak etdiyi cerund tərkibli cümlələrin sintaktik sinonimliyinə həsr etmişdir. Qeyd olunan sintaktik sinonimlik sintaktik vahidlərdə qrammatik mənanın ümumiliyi və funksional oxşarlıq tələbləri baxımından müqayisə edilmişdir [134].
Sintaktik sinonimlikdə ən yüksək səviyyə mürəkkəb və sadə cümlələr arasındadır. L.Rodionova zaman məzmunlu feili tərkiblər və zaman budaq cümləsi arasında sintaktik sinonimliyin semantik ümumiliyi və onların bir-birini əvəzetmə imkanlarını araşdıraraq belə qənaətə gəlmişdir ki, eyni linqvistik səviyyəyə, yəni sintaksisə aid olan həmin konstruksiyalar tam şəkildə identik olmur. Əsas meyarlardan biri də konstruksiyaların bir-birini qarşıllıqlı şəkildə əvəzetməsidir. Qarşılaşdırılan konstruksiyalar müəyyən dərəcədə quruluşca ekvivalent olsa da, bir sıra hallarda aralarındakı struktur müxtəlifliyi ucbatından bir-birini əvəz etməsi mümkün olmur. Bundan başqa, onların arasında müəyyən üslubi məhdudlaşma özünü göstərir. Məhz bu səbəbdən də qarşılıqlı əvəzetmə sintaktik sinonimliyin yalnız mümkün olan nəticəsidir, onun zəruri şərti deyildir.
Sinitaktik sinonimliyin öyrənilməsi bir sıra kateqoriyaların ifadə imkanlarının üzə çıxmasına da şərait yaradır. Məsələn, zaman anlayışı parametrlərinin əhatəliliyi və dildə ifadə olunma imkanlarının genişliyi ilə digər linqvistik anlayışlardan fərqlənir. “Hərəkət və ya əlamətin zamanı” zaman anlayışının kiçik bir kəsiyi olub ənənəvi və aktual sintaksisdə həm zaman budaq cümləsi ilə, həm də feili tərkiblərlə öz ifadəsini tapmış olur. Sinonimliyin bu səviyyəsi ən yüksək səviyyədir, zamanı ifadə edən digər nitq vahidlərindən (zaman zərfi, zaman bildirən frazalar və s.) fərqlənir.
“Sinonimlik cəhətdən zaman budaq cümləsinin ekvivalenti feili tərkiblər, konkret olaraq feili bağlama tərkibi ola bilər. İkinci birincinin funksiyasını yerinə yetirir; ona görə də zaman budaq cümləsinin funksional ekvivalenti (yəni onun funksiyasını, vəzifəsini yerinə yetirən) adlandırılır” [118, s. 6].
Transformasiya təhlili müxtəlifsistemli dillərdə zaman budaq cümləsi və onun funksional ekvivalentlərini iki planda – sintaqmatik və paradiqmatik planda öyrənilməsinə imkan verir.
Sintaktik paradiqmatika leksik-qrammatik qrupları və yaxud “sintaktik sahə”ni - müxtəlif sintaktik vahidləri birləşdirməyə, əlaqələndirməyə kömək edir.
Paradiqmatik təhlilin köməyi ilə cümlə modellərə ayrılır. Hər bir model paradiqmatik cümlə cərgələrini təşkil edir, ”konkret formalar, konkret sistemlər, paradiqmatik sıralar yaranır”. Müxtəlif cümlə modelləri – özünəməxsus “struktur sintaqmlar”la, kateqorial mənsubluğu ilə, eləcə də paradiqmaların xarakteri və miqdarı ilə təyin edilir.
Cümlənin modellərə ayrılması sintaktik sinonim və sintaktik variant arasında sərhəd haqqında fikir yürütməyə kömək edir. Bu iki sintaktik vahid müxtəlif strukturda olduğu üçün bir-birindən fərqlənir, lakin həmin vahidlər yaxın qrammatik mənaları ifadə edir. Sintaktik sinonimlikdə cümlənin modeli, sintaktik variantlılıqda isə cümlənin forması əvəz edilir.
Sintaktik sinonimlikdə sinonim cərgə bir-birinin paradiqmasından və ya tranformalarından ibarətdir. Bu o demək deyildir ki, bütün paradiqma və transformalar sintaktik sinonim hesab olunur. Belə başa düşülməlidir ki, sintaktik sinonimliyin əsası qrammatik mənanın müxtəlif strukturluğu və invariantlılığıdır, həmçinin fikrin mahiyyətidir; əsas paradiqma və transforma müxtəlif strukturdadır, beləliklə, konstruksiyaların struktur oxşarlığı artıq sintaktik sinonimliyi təmin edir.
İngilis dilində zaman budaq cümləsi ilə feili tərkiblər, digər sadə cümlələr həm sinifdaxili, həm də sinifxarici transformasiyaya uğraya bilir.
Qarşılaşdırılan sintaktik konstruksiyaların sinonimliyi qarşılıqlı surətdə olan əvəzlənməni şərtləndirir və konstruksiyalar arasında sistem münasibətlərini aydınlaşdırır. S.Seytlin yazır ki, cümlənin bütün vəziyyətlərdə istifadə olunması zamanı onun ümumi qrammatik mənası ilə siqnifikativ şəraiti arasında özünəməxsus qarşılıqlı asılılıq meydana çıxır. Həmin qarşılıqlı təsirin nəticəsi eyni bir sinonimik cərgə çərçivəsində cümlələri diferensiallaşdıran semantik çalarları üzə çıxarır [153, s. 79].
İngilis dilində zaman budaq cümləsinin feili tərkiblərlə, cerundlarla əvəzlənməsi göstərir ki, feili sifət, feili baglama, məsdər, cerund bəzən zaman zərfinin funksiyasını yerinə yetirir.
Tipoloji cəhətdən qarşılaşdırılan ingilis və Azərbaycan dillərində iki sinonim sintaktik konstruksiyanın tranformasiyasının qurulma mexanizminin bir sıra xüsusiyyətləri müəyyən edilmişdir:
- zaman budaq cümləsi ilə feili tərkiblər və ad qrupları arasında transformasiya mümkündür. Məsələn, ingilis dilində baş cümlədən əvvəl işlənən When it was awake, I took the little baby in my arms zaman budaq cümləsi Azərbaycan dilinə aşağıdakı mürəkkəb cümlə formalarında çevirmək olar:
Dostları ilə paylaş: |