Narın: Mehdi, qurbanın olum, anan başına dönsün, Allah məni sənə sədəqə eləsin. (qucaqlayır)
Vahid: Mehdi, xoş gəlmisən, bala. Necəsən? Özünü necə hiss edirsən?
Mehdi: (küskün və əsəbi) Heç yaxşı deyiləm. Bu qədər vaxt sanatoriya, xəstəxana, həkim müayinələri, nevropatoloqlar, psixatrlar... Həkim-həkim, qapı-qapı gəzmişəm. Həftədə bir dəfə sizdən zəng gəlsə sevinmişəm. Niyə maraqlanmırsız mənimlə?
Vahid: Oğul, biz elə səninlə maraqlanırıq da. Sənin müalicələrin, müayinələrin, sanatoriya xərcləri – bunların hamısı puldur e. Mən işləyirəm ki, onları ödəyə bilim. Anan da evə baxır.
Mehdi: Ata, ata. Bəsdir görək. Nə pul? Nə iş? Hamısını bilirəm. Yarım saatdır qapıdan sizə qulaq asıram ki, görüm bir dəfə adımı çəkəcəksiz ya yox. Elə şeylər eşitdim ki, məni tamam unutsaydınız bundan yaxşı idi. Siz mənə böyrəyini verən adama tələ qurmusuz? Esmeraldanı ərə vermək üçün onu hədələmisiz?
Narın: Mehdi, sən özünü yorma. Bunlar hamısı düzələcək. Axı həkim deyib ki, sənə hirslənmək olmaz. (onu qucaqlayır)
Mehdi:Burax məni, ana. Sən də bu çirkaba qoşulmusan?