|
|
səhifə | 5/83 | tarix | 07.01.2022 | ölçüsü | 341,27 Kb. | | #84650 |
| Zaman: (qapıya tərəf addımlayır) Dönər sifariş vermişdim, yəqin odur.
Zaman qapını açır. Qoca Zaman əlində iki paketlə içəri girir.
Qoca Zaman: Dönər sifariş vermişdiniz?
Zaman: (çaşqın) Vermişdik... Amma siz kuryersiz?
Qoca Zaman: Bəli.
Murad: Dayı, bu yaşda kuryer olar? Soruşmaq ayıb olmasın, ayaqların ağrımır?
Qoca Zaman: Yox, əksinə, yerimək məni daha da gümrahlaşdırır.
Zaman: Əhsən! Belə enerjili qocalara həsəd aparıram. Mənim 24 yaşım var, amma yüz metr yeriyəndə təngnəfəs oluram.
Qoca Zaman: Çox oturmaqdandır. Bütün gün oturaq halda təcrübələr aparmaqdan əzələləriniz quruyub.
Zaman: Siz mənim təcrübə apardığımı hardan bilirsiz?
Dostları ilə paylaş: |
|
|