Zaqatala rayon Mamrux kənd tam orta məktəbinin VI sinfində
19 sentyabr 2017- cı il tarixində keçirilmiş 1 saylı sinif iclasının
PROTOKOLU
İştirak edir: sinif rəhbəri S. Həsənov və 11 nəfər V sinif şagirdləri.
İclasın sədri: Elmir Ramazanov . Katibi : Pəri Sulxayeva
İclasın gündəliyi:
- sinif özünüidarə orqanı üzvlərinin seçilməsi
- yeni dərs ilində qarşıda duran vəzifələr
Eşidildi:
Sinif rəhbəri S. Həsənov çıxış edərək yeni dərs ilində qarşıda duran vəzifələr, sinfin şərəfinin və nüfuzunun qorunmasında hər bir şagirdin üzərinə düşən məsuliyyəti onların diqqətinə çatdırdı.Həmçinin o bildirdi ki dövlətimizin və xalqımızın gələcəyi bu günün şagirdlərindən asılıdır. Zəngin intellektə sahib, vətənpərvər ruhlu şagirdlərin formalaşması məktəbdə reallaşır. Qeyd olunan keyfiyyətlərə sahib olmaq üçün şagirdlər yeni tədris ilində də qarşıda duran əsas vəzifələrin uğurla həyata keçirilməsi üçün çalışmalıdırlar.
S. Həsənov öz çıxışında eyni zamanda yeni tədris ilində kollektivə rəhbərlik etmək üçün sinif özünüidarə orqanı üzvlərinin təyin olunmasının vacibliyini qeyd etdi.
Çıxışlar:
1) A. Isayeva çıxış edərək bu tədris ilində əlaçı olmaq üçün səylə çalışacağını, üzərinə düşən vəzifələri yerinə yetirəcəyini bildirdi. O, eyni zamanda təlimdə geri qalan şagirdlərə hər cür yardım etməyə hazır olduğunu bildirdi. İsayeva sinif nümayəndəliyinə namizəd olaraq Sulxayeva Pərini gördüyünü, kollektivin də onunla həmrəy olduğunu qeyd etdi.
2) Ramazanov Elmir öz çıxışında dərsdə və dərsdənkənar tədbirlərdə fəal olacağını qeyd etdi. O, təmizlik işləri üzrə komissiya sədri vəzifəsinə İsayeva Aysunun namizədliyini irəli sürdü.
3) Rəcəbova Məftunə məktəbdə müəllimlərin ümidlərini doğruldacağını, ictimai yerlərdə özünü nümunəvi aparacağını qeyd edərək sinif yoldaşlarının da hamısını bu cür olmağa çağırdı.
4) Davudov Cahid bir şagird olaraq təhsilində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyini bildirdi.
Qərar:
1. Yeni dərs ilində qarşıda duran əsas vəzifələrin həyata keçirilməsi üçün hər bir şagirdin üzərinə düşən məsuliyyət vicdanla dərk edilərək əməli olaraq həyata keçirilsin.
2. Səsvermənin nəticəsinə uygun olaraq sinif nümayəndəliyinəSulxayeva Pərinin, təmizlik işləri üzrə komissiya sədrliyinəİsayeva Aysunun təyin olunduğu qərara alınsın.
Qərar səsə qoyulsun:
Lehinə: 11 nəfər; Əleyhinə: yoxdur; Qərar qəbul edilsin.
İclasın sədri: E. Ramazanov
Katib: P. Sulxayeva
Zaqatala rayon Mamrux kənd tam orta məktəbinin VI sinfində
03 oktyabr 2017- ci il tarixində keçirilmiş 1 saylı valideyn
iclasının protokolu
Mövzu: təlim keyfiyyətinin yüksəldilməsində valideynin rolu.
İştirak edir: sinif rəhbəri S. Həsənov, təşkilatçı T. Mahmudova , psixoloq M. Həsənov və valideynlər.
İclasın sədri: T. Mahmudova
Katibi : P. Sulxayeva
İclasın gedişi:
Sinif rəhbəri S. Həsənov çıxış edərək əvvəlcə şagirdlərin valideynlərin hüquq və vəzifələrini onlara xatırlatdı. Ailə tərbiyəsinin düzgün qurulmasının şəxsiyyətin formalaşmasında rolu qeyd edildi. O eyni zamanda məktəblə daha sıx əlaqə qurmagın yolları və müəllimlərlə birgə həyata keçirilməsi zəruri olan mühüm məsələləri qeyd etdi.
Təşkilatçı T. Mahmudova aşağıda qeyd olunan məsələlərin əhəmiyyətindən danışdı:
- valideyn nəzarəti;
- valideyn tələbi;
- gündəliklərin vaxtlı-vaxtında yoxlanılması;
- evdə münasib şəraitin yaradılması.
Psixoloq M. Həsənov öz çıxışında ailədə saglam psixoloji mühitin şagirdlərin formalaşmasında rolunu valideynlərin nəzərinə çatdırdı və lazım olan tövsiyyələrini verdi.
Valideyn Ramazanov Elçin valideyn-məktəb əlaqələrinin səmərəli qurlumasında əlindən gələni edəcəyini bildirdi.
Valideyn Sulxayeva Pirdas övladının müxtəlif fənlərdən olan ugur və nöqsanları ilə bağlı məsələlər barədə öz fikirlərini dedi.
Valideyn Rəcəbova Səfurə övladının saglamlıgı ilə baglı olan məsələri dilə gətirdi.
Ümumilikdə iclasda çıxış edən bütün valideynlər uşaqlarının təhsili üçün üzərlərinə düşən bütün vəzifələri yerinə yetirməyə hazır olduqlarını bildirdilər.
Qərara alındı:
Valideynlərin üzərinə düşən məsuliyyətin artırılması, övladları üzərində nəzarətin və tələbkarlığın gücləndirilməsi ilə bağlı məsələlərin onların diqqətinə çatdırıldığı qeyd edilsin
İclasın sədri: T. Mahmudova
Katib: E. Ramazanov
Dostları ilə paylaş: |