Zaur vediLİ


YUSİF (təəccüblə): – Cin (Gülür) Bəyəm o cin o qədər qor­xuludu? KƏMALƏ



Yüklə 1,39 Mb.
səhifə8/19
tarix21.10.2017
ölçüsü1,39 Mb.
#7777
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

YUSİF (təəccüblə): – Cin (Gülür) Bəyəm o cin o qədər qor­xuludu?

KƏMALƏ: – Qorxulu deyil bəs nədi? Adam cini görsə heç bilirsən nə olar?! (Divanda otururlar) O dəqiqə ürəyi part­la­yıb ölər! Ya da başına hava gələr!

YUSİF: – Doğrudan?!

KƏMALƏ: – Əlbətdə doğrudan! (Yusif qəhqəhə çəkib gü­lür) Nəyə gülürsən?

YUSİF: – Onda mən dağıymışam ki,! İndiyə qədər nə öl­mü­­şəm, nə də başıma hava gəlib!

KƏMALƏ (həyəcanla): – Bəyəm sən cini görmüsən?!

YUSİF: – Görübsən nədi?! Hələ üz-üzə oturub söhbət də etmişəm.

KƏMALƏ: – Ola bilməz! Sən cini nə vaxt, harada görmü­sən?!

YUSİF: – Hər gün, hər saat. Elə bu dəqiqənin özündə də görürəm.

KƏMALƏ (qorxulu halda otağın dörd bir tərəfinə baxır): – Hanı?! Evdə ki, biz ikimizdən başqa heç kim yoxdu!

YUSİF:–Var əzizim, var. Bəs sən nəsən? Bəyəm oxşa­mır­san?

KƏMALƏ (hirslə ayağa qalxır): –Sən mənə cin deyir­sən?!

YUSİF (əlini havada yellədır): – Yox əşi, elə belə. (Musiqi çalınır. Kəmalə ağlaya-ağlaya oxuyur.)

KƏMALƏ: – Gör nə günə mən qalmışam,

Ürəyimə dərd salmışam.

Kəmoşuydum, cin olmuşam,

Gəl bu dərdə döz Kəmalə!


Gəzdim ərin mən mərdini,

Tapdım ancaq namərdini.

Çəkib oğul, ər dərdini,

Vur qəlbinə köz Kəmalə!


Ürəyimə batan oxdu,

Dağlar kimi dərdim çoxdu.

Mən yazığa deyən yoxdu,

Az özünü üz Kəmalə!


YUSİF (Kəmalənin yanına gəlir): – Ay arvad boşla getsin sən Allah. Az gözlərinin yaşını axıt. Səninlə də heç zarafat et­mək olmur ki! Nə deyirəm o dəqiqə xətrinə dəyir. (Kəmalənin ba­şına sığal çəkə-çəkə) Ay arvad, sənin kimi gözəl, yaraşıqlı qadın nəinki buralarda, heç dünyada yoxdu eey.

KƏMALƏ: – Doğrudan zarafat edirdin?!

YUSİF: – Əlbətdə ay mənim əzizim. Yaxşı arvad, indi de gö­rüm bayaq mən evə gələndə sən əsəbləşib öz-özünə nə danı­şır­dın?

KƏMALƏ: – Hə, yaxşı yadıma saldın. Heç Muraddan xə­bə­­rin var?

YUSİF (qorxaraq): – Murada nə olub?! Yoxsa bir hadisə üz verib?!

KƏMALƏ: – Hadisə üz verməyib bəs nə olub?! Görüm bu əsgərlik çıxardanın başı batmasın, yazıqdı! Bu erməni köpək uş­aq­larının balaları ölsün! Evləri yıxılsın! Çıraları sönsün!

YUSİF: – De görüm Murada nə olub?!

KƏMALƏ: – Bir danışmağa macal ver daa. Görürsən ki, de­yə-deyə gəlirəm. Görüm bu erməni dğalarının balaları qaynar qazanda bişsin!

YUSİF (hirslə əlini-əlinə çırpır): – Lənət şeytana haa! Ay arvad, dedim ki, de görüm Murada nə olub?!

KƏMALƏ: – Bıy, başıma xeyir. Ay kişi, macal ver­mə­yəs­sən ki, ağzımızı açıb bir kəlmə söz danışaq? Muradı əsgərliyə ça­ğırıbdılar eey, əsgərliyə!

YUSİF: – Kimi? Muradı?! Axı hələ onun yaşı...

KƏMALƏ: – Bilirəm ay kişi, bilirəm. Əsgərliyə yox ey, çağırıbdılar tibbi müayinədən keçsin!

YUSİF: – Elə de də ay arvad. Deyirəm axı elə şey olmaz. Axı Murad hələ uşaqdı.

KƏMALƏ: – Bilirsən kişi, nağdı çağırıbdılar! Ancaq nə­yin bahasına olursa olsun, qızıllarımı, evimi satmalı da olsam Mu­­ra­dı əsgərlikdən saxlatmalıyam! Mən razı olmaram ki, balam ge­­dib buz kimi səngərlərdə gecələyə. Ya da Allah eləməsin er­mə­ni gülləsinə tuş gələ!

YUSİF (hirslə): – Deyirəm onda bu qədər səngərlərdə ya­tan­ların, bu qədər erməni gülləsinə tuş gəlib şəhid olanların nə ba­laları baladı, nə də ki, anaları ana?! Elə tək bizimki bizə əziz­di?! Özgələrinə vətənpərvərlikdən dəm vura-vura, Vətən, torpaq sev­gisindən danışa-danışa nə varım-dövlətim varıydısa kim­lə­rin­sə cibinə töküb öz oğlum Samiri 2-cı qurup əlil adıyla əs­gər­lik­dən saxlatdım! İndi də (Qolunu uzadıb) odur ey, gedib nə­şə­xor­la­ra qoşulub avara, nəşəxor olub! İndi də Muradı saxlatdıraq ki, o da gedib qumarbazlara qoşulub ən məşhur qumarbaz olsun hə?! Sonra da gəlib pulumuzu, malımızı, ev-eşiyimizi, əlacsız qa­landa da səni və məni qumara qoysun hə?! Yox, mən bu işə qol çəkə bilmərəm! (Bir az susurlar)

KƏMALƏ: – Ay kişi nə olar, qurban olum tök bu daşı ətə­yin­­dən! Muradın nə canı var ki, gedib qışın ortasında buz kimi sən­­gərlərdə qalsın?! Nə olar ay kişi fikirləşib bir yol tapaq!

YUSİF (hirslə yumruğunu stola çırpır): – Dedim ki, mən bu işə qol qoymuram vəssəlam!

KƏMALƏ (hirslə): – Yox kişi, mən səninlə razılaşmıram! Nə­yin bahasına olursa olsun biz Muradı əsgərlikdən saxlat­ma­lı­yıq! Əgər Murad əsgərliyə getsə qoy onda atam Məşədi Heydərə lənət olsun!

YUSİF: – Amin!

KƏMALƏ (hirslə): – Necə? Mən atama lənət dedim, sən də ona amin dedin?!

YUSİF: – Yox əşi ay arvad. Sən atanın adını çəkdin, mən də ürəyimdə ona fatihə bağışlayıb ona amin dedim. Atanın qəbri haqqı!

KƏMALƏ (şirin dillə): – Hə? Deyirəm axı mənim kişim elə kişi deyil! (Qollarını Yusifin boynuna dolayır) Nə olar ay kişi, gəl bu daşı ətəyindən tök. Vallah sənin əziz canın üçün son­ra özün peşman olacaqsan. Sən Muradı Samirə tay tutursan? Nə ol­sun oğlumuzdu, onların arasında at-eşşək fərqi var ey, at-eşşək fər­qi! (Yusifin üzündən öpür) Sənə qurban olum ay kişi, əgər Murad əsgərliyə getsə heç bu sənin üçün də yaxşı çıxmaz!

YUSİF: – Niyə yaxşı çıxmır ki? Məgər mənim oğlum öz Və­tənini qorumağa getsə, mən də başqa atalar kimi fərəhlə “Əs­gər atası” adı daşısam bu mənim üçün yaxşı olmaz?!

KƏMALƏ: – Yaxşı olar ey ay kişi, yaxşı olar. Amma...

YUSİF: – Nə amma?!

KƏMALƏ: – Bilirsən ay kişi, əgər Murad əsgərliyə getsə onda sən də, mən də el arasında nüfuzdan, hörmətdən düşərik. Denə niyə?

YUSİF: – Yaxşı, niyə?

KƏMALƏ: – Bax ay kişi, əgər bizim uşağımız əsgərliyə get­sə biz ona görə hörmətdən düşəcəyik ki, bizi tanıyan dost-ta­nış, qohum-qardaş deyəcəkdi Yusif müəllim o böyüklükdə mək­təbin direktoru olsa da, qonşuların və ya başqalarının ya­nın­da ac­izdi! Ona görə ki, otur-dur etdiyin dost-tanışların, qo­hum­ların ço­xu balasını odun-alovun ağzından qurtarıb, lakin o bö­yük­lük­də məktəbin direktoru, həm də biznesmen Yusif müəllim qurtara bil­mədi! Deyəcəklər yəqin onun özündən başqa heç kimin ya­nın­da hörməti yoxdu! Bilirsən ay kişi, əgər SSRİ-nin vaxtı ol­say­dı olardı, hamı kimi bizim də balamız gedərdi! Ancaq indi ha­mı getmir ey ay sağolmuşun balası! Necə deyərlər “palaza bürün, ellə sürün!” Hə kişi, indi özün fikirləşib bir qərara gəl!

YUSİF (Yusif əlini alnına dayayıb xeyli fikirə gedir): – Bi­lir­sən ay arvad, sözlərin həqiqətdi. Ancaq yaxşı-yaxşı fikirləşib bir işıqlı çıxış yolu tapmaq lazımdı!

KƏMALƏ (sevincək ayağa qalxır): – Hə sənə qurban ol­um. Sən fikirləş, mən də gedim bir ətirli çay dəmləyim! (Gedir)

YUSİF (öz-özünə): – Arvadın sözlərində həqiqət var. An­caq fikirləşib elə bir yol tapmaq lazımdır ki, quracağımız kələk, gö­rəcəyimiz iş baş tutsun! (Dərindən nəfəsini dərib yenə fikirə ge­dir. Bir azdan Kəmalə sevincək halda sinidə çay dolu stəkan gə­lir)

KƏMALƏ: – Tapdım-tapdım! Ay kişi, mən çıxış yolu tap­dım!

YUSİF: – Yaxşı, de görüm o tapdığın çıxış yolu ağıla ba­tan­dı ya yox!

KƏMALƏ: – Əlbətdə ağıla batandı. İndi qoy mən deyim, sən də eşit. (Musiqi çalınır. Kəmalə oxuyur və stolun ətrafına dövrə vura-vura Yusiflə oynayır)
Var bu işə tək bircə yol,

Gör tapmışam mən neçə yol.

Əgər qoysan bu işə qol,

Qazanarıq uğur kişi!


Az qəlbini fikirlə öy,

Toy eləyək, Murada toy.

İstəyimiz tez atar boy,

Qazanarıq uğur kişi!

Bağda açar tər qönçəmiz,

İşıqlanar hər gecəmiz.

Olar nəvə-nəticəmiz,

Qazanarıq uğur kişi!


Uşaqlardı noğulumuz,

Qanadımız, həm qolumuz.

Əsgər getməz bal oğlumuz,

Qazanarıq uğur kişi!



YUSİF (Oxuyaraq): –

Nə ördəksən, nə də qazsan,

Nə kamasan, nə də sazsan.

Sən nə yaman kələkbazsan,

Qol çəkdim bu işə arvad!

BİRLİKDƏ: – Əsgər getməz Muradımız,

O, arzumuz, muradımız.



İşıqlanar həyatımız.

KƏMALƏ: – Qazanarıq uğur kişi!

YUSİF: – Qol çəkdim bu işə arvad!

KƏMALƏ: – Hə kişi, indi de görüm necə fikirdi?

YUSİF: –Arvad mən ölüm professorun, akademikin, ali­min başı sənin başının yanında heçdi! Sənin ayağın biləni heç on­ların bəzilərinin başı bilmir.

KƏMALƏ (Yusifi dümsükləyərək): – Bəs sən nə bilmişdin ay kişi?

YUSİF: – Bir problem də var ay arvad. Bəs Murad özü bu­na razı olacaqmı?

KƏMALƏ: – Əşi, ay kişi sən də nə itirib, nə axtarırsan? Ne­cə deyərlər “Babalı Sərvərin boynuna!” Bir də sənin oğlundur da niyə razı olmur ki? Artırsa atasına oxşayacaq! Yadından çıxıb ki, səni evləndirmirdilər üç gün, üç gecə ac-suz qalmış­dın?! (Gü­lürlər)

YUSİF: – Hə arvad, orası düzdü. (Əl-qol ölçərək) Ancaq sən heç demirsən qohum-qonşular, dost-tanışlar soruşsalar ki, ay Kəmalə, ay Yusif müəllim Sabir dura-dura Muradı niyə evlən­di­rirsiniz? Elimizin adəti var axı, gərək əvvəl böyük oğul evlənə son­ra da kiçik. Bəs onda nə deyəcəyik?

KƏMALƏ: – Ay kişi, babalı (Sinəsinə deyərək) mən Sər­və­­rin boynuna dedim. Soruşsalar onda deyərik bunu özümüz be­lə edirik ki, bəlkə Samir bir şey anlayıb o, piyaniskalıqdan, o nə­şə­­xorluqdan əl çəkə.

YUSİF: – Hə arvad, ağıllı fikirdi. Yaxşı, bəs gəlinimiz kim olcaq?

KƏMALƏ: – Əsas məsələ də elə budur ay kişi. Gərək əv­vəl biz Muradı danışdıraq görək onun öz sevdiyi var yoxsa yox. Əgər olsa lap əla! Yox əgər olmasa axtarıb tapmalıyıq.

YUSİF: – Niyə bəyəm itirmişik ki, axtarıb tapaq? Bir də ki, Murad hələ asqırdığıyla öskürdüyünü qanır ki, üstəlik qız da seçə? O, nə qanır ki, məhəbbət nədir, sevgi nədir, eşq nədir!

KƏMALƏ (gülə-gülə): – Oyunun olsun ay kişi! Gör hələ mə­nə nə sual verir?! Ay kişi, bu zəmanə sən gördüyün zəmanə de­yil ey! İndi üç günlük südəmər körpə də bələkdə ağlayanda da­ha “İnqə” demir ey. “İnqə” əvəzinə oğlandırsa “mən arvad al­maq istəyirəm”, qızdırsa “mən ərə getmək istəyirəm” deyir!

YUSİF (zarafatla): – Doğrudan deyirsən ay arvad?

KƏMALƏ: – Əlbətdə ay kişi, əlbətdə.

YUSİF (əlini-əlinə çırparaq): – Bay atonan! Gör bu arvad olan şey nədir ey! Rəhmətlik anam sağ olsaydı soruşardım görüm mən ağlayanda nə demişəm?! Bəlkə elə bir yolluq “mən Kəmaləni istəyirəm” demişəm! (Kəmalə ürəkdən qəhqəhə çəkib gülür. Qapının zəngi çalınır. Kəmalə qapıya səmt gedir)

KƏMALƏ (gedə-gedə): – Yəqin Muraddı. (Qapını açır. Mu­rad gəlir. Kəmalə Muraddan qabaq gəlib Yusifin qulağına nə­sə pıçıldayır. Murad gəlir)

MURAD: – Salam əleyküm.

KƏMALƏ: – Ay əleyküm salam gözümün işığı!

MURAD: – Gözləriniz gülür! Ana, deyəsən nə isə olub?

KƏMALƏ (sevinclə): – Bəli olubdu oğul.

MURAD: – O, nə hadisədi ki, onu mən bilmirəm?

YUSİF: – Nə hadisə olduğunu qoy anan başa salsın. (Mu­rad anasının üzünə baxır. Kəmalə oxuyur və Yusiflə Muradın başına dolana-dolana oxuyur)

KƏMALƏ: – Çox düşünüb daşındıq biz, axır gəldik qərara,

İstəyirik qışımızı biz döndərək bahara.

İstəyirik oğlumuzu biz çatdıraq tez yara,

Gərək sən də “hə” deyəsən bu arzuya ay oğul!

İnan vallah bu dünyada yoxdu sənə tay oğul!
İstəyirik gəlinizim olsun bizim ay bala,

Bu arzudu, bu istəkdi bizi salan bu hala.

Aşıq olsa mənim oğlum xumar gözlü marala,

Çaldıraram gecə-gündüz qapımızda toy oğul!



İnan vallah bu dünyada yoxdur sənə tay.
Hə, oğlum, indi de görüm razısanmı?

MURAD: – Əlbətdə razıyam. Bəs Samir özü nə deyir bu işə? Bəs qardaşımın sevdiyi qız kimdi?

KƏMALƏ: – Aa, başıma xeyir ay oğul Samir kimdi?!

MURAD: – Necə yəni Samir kimdi? Qardaşım. Bəs siz toyu kimin üçün etmək istəyirsiniz?

KƏMALƏ: – Anan qurban gözlərinə, əlbətdə sənin üçün!

MURAD: – Necə? Mənim üçün? Məndən böyük qardaşım dura-dura mən qabağa düşüm evlənim? Bu hansı qanunda ya­zı­lıb? Yox ana, mən evlənmirəm! Bir də ki, axı mənim nə yaşım var ki, evlənim? Mən oxuyub ali təhsil almaq istəyirəm ana, ev­lən­mək yox!

KƏMALƏ: – Sənə qurban olum ay bala, səni ali təhsil almağa kim qoymur ki,? Bir də ki, ay anan qurban boyuna, bu yaşda ev­lə­nən niyə bircə sənsən?

MURAD (hirslə): – Dedim ki, Samir dura-dura mən evlən­mə­yə­cəm! Vəssalam!

KƏMALƏ (hirslə): – Evlənmirsən heç də evlənmə! Biz sən­dən ötrü əziyyət çəkirik, bizə nə?! (Stolun örtüyünü qaldırıb al­tından çağırış vərəqini çıxardıb Murada uzadır) Al oxu! (Mu­rad vərəqi alıb oxuyur)

MURAD (sevinclə): – Məni əsgərliyə aparacaqlar?! Ura! De­­mək əsgər olacam, əsgər! Bax bu lap əla oldu, ana! Mən er­məni köpək uşaqlarının analarını elə ağlar qoyum ki, özləri də mənə “əhsən” desin. Elə nümunəvi əsgər olacam ki, hərbi hissə­dən sizə təşəkkür məktubu da göndərəcəkdilər! Özü­nüz görə­cək­siniz ata! (Kəmalə başı ilə Yusifə işarə edir. Yusif otaqdan çıxır)

KƏMALƏ (hirslə): – Murad, məni eşidirsən?!

MURAD: – Bəli, eşidirəm.

KƏMALƏ: – Eləsə gəl otur böyrümə! (Murad gedib ana­sının yanında oturur) Eşit sözlərimi oğul! Əgər sən məni hə­qi­qə­tən də özünə ana bilirsənsə, onda sözlərimə bir qulaq as və bir nə­ticəyə gəl. Əgər məni eşitsən heç, yox əgər sözümdən çıxsan, onda and olsun dədəm Məşədi Heydərin goruna ya zəhər, ya da sirkə içib özümü öldürəcəm! (Murad qorxmuş halda anasına baxır) Oğlum, özün də yaxşı bilirsən ki, mən dediyimə əməl edə­nəm! Hə Murad, indi de görüm yaşamağımı istəyirsən, öl­mə­yi­mi? (Murad anasını qucaqlayıb kövrəlir) Sən qərarını de.

MURAD: – Sözündən çıxmaram.

KƏMALƏ (Muradı öpür və başına sığal çəkir): – Bax, bu baş­qa məsələ. Gözümün işığı, əgər sən evlənməyə razı olsan on­da həm özün xətadan qurtararsan, həm də Samiri xətadan qur­tar­mış olarsan. Sənin xətadan qurtarmağın o olar ki, əsgər­lik­dən qa­lacaqsan. İndiki zamanda əsgərlik xətadı ay bala. Birdən sər­həd bölgəsinə düşüb Allah eləməsin, dilimə qara daşlar gedən dö­yüşlərdə erməni gülləsinə tuş gəlsən onda neyləyərik ay bala? (Doluxsanır) Samir də ona görə xatadan qurtarar ki, sənə, sənin ailənə baxıb utanar! Bəlkə onda o zəhərmara qalmış nəşədi nə zibildi ondan əl çəkə!

MURAD (təəccüblə): – Yəni deyirsən onda Samir nəşə­xor­luq etməz?

KƏMALƏ: – Əlbətdə ay oğul, əlbətdə.

MURAD: – Anacan bəs onda Vətən, torpaq? Bəs onda...

KƏMALƏ: – Ay oğul, sən Allah qurtar bu boş-boş sözləri. Nə torpaqbazlıq, Vətənbazlıqdı? Sənin yerin ha­­rada xoş keçsə, elə ora da sənin üçün Vətəndi! Hə ay gözü­mün işığı, keçək əsas mətləbə. İndi de görüm evlənməyə razı­san­­mı?

MURAD: – Nə deyirəm ki,? Mənim borcum ata-ana sözü­nə qulaq asmaqdı.

KƏMALƏ (sevincək): – Ay anan sənin gözlərinə qurban kə­silər. (Muradı bağrına basıb öpür) Mən belə də bilirdim. Mən bi­lirdim ki, oğlum ömrü boyu anasının sözünü yerə salmaz! Murad ömrüm mənim, yaxşı, de görüm sevdiyin qız varmı?

MURAD (utancaq və gülümsəyərək): – Sevdiyim qız? Var ana, var!

KƏMALƏ (sevincək): – Ay anan sənin gözlərinə qurban ol­sun! (Muradı bir də bağrına basır)Yaxşı bəs ay bala de gö­rüm qız kimdi? Kimlərdəndi? Hansı sənətin sahibidi? Adı nədi? (Mu­rad pencəyinin qoltuq cibindən bir qız şəkili çıxardıb ana­sı­na göstərir)

MURAD: – Sevdiyim qız bax budur ana. Görürsən necə kuk­la kimi qızdı? Bilirsən ana qız deyil ey...

KƏMALƏ (pərt halda): – Necə?! Qız deyil?! Deyirsən yəni duldu?!

MURAD: – Pa, dul sənin özünsən! Dul nədir ay ana? Demək istəyirdim ki, qız deyil ey, maraldı, maral! Maral nədir hələ maraldan da gözəldi! Elə səndən də! Onun qadasını alaram!

KƏMALƏ (sarsılmış halda): – Necə?! Deyirsən məndən də gözəldi?! Sən məni indidən yad qızının ayağına verirsən?! Sağ ol! Heç gözləməzdim!

MURAD: – Nəyi? Kimi? Gəlinini gözləməzdin?

KƏMALƏ: – Yox, məni yad qızının ayağına verəcəyini gözləməzdim! Demək o, anandan gözəldi? Məni onun ayağına verirsən demək?!

MURAD: –Yox, yox ey ay ana, bir balaca. (Ciddi) Bi­lir­sən nə var ana? Sən ki, indidən belə başlayırsan, onda ev­lən­mi­rəm!

KƏMALƏ (yalandan gülümsəyir): – Yox ay anan boyuna qur­ban, mən özüm zarafat üçün belə etdim. Sən Allah hirs­lən­mə! (Şəkilə baxa-baxa) Bəh-bəh-bəh. Qıza bax ey qıza. Zalım qı­zı elə bil huri mələkdi! (Murada) Yaxşı bəs ay bala heç de­mə­din qız kimdi? Nəçidi? Kimin qızıdı?

MURAD: – Qızın adı Sahilədi. Özü də telefonçudu.

KƏMALƏ: – Telefonçu gəlinimiz oldusa daha denən gü­nü­müz doğdu ki.

MURAD (təəccüblə): – Niyə ki, ay ana?

KƏMALƏ: – Bəs nədir ay oğul? Bir telefonlar düz işləyir ki, o da qala onun telefonçusu? Bir nömrəni yığıb həmin nöm­rə­yə düşüncə azı bir 10-15 dəqiqə vaxt lazımdı. Hələ 07-ni de­mi­rəm. Onda gərək ən azı bir həftə ləlik olasan. 5 dəqiqə da­nış­dın­sa da səndən 15 dəqiqənin pulunu alacaqdılar.

MURAD (hirslə): – Dedim ki, bir də belə danışsan evlən­mə­­­­yəcəm!

KƏMALƏ (gülümsəyərək):Hirslənmə ay bala, hirs­lən­mə. Mən elə şəxsən Sahiləni demirəm ki. Hə, sözünü unutma de gəlsin.

MURAD: – Deməyə qoyursan ki? Hə qızın atası da müəl­limdi, anası da. Sərxan müəllimlə, Günay müəllimə. Hər ikisi də atamla işləyir. Ünvanları da şəkilin arxasında yazılıb.

KƏMALƏ (sevincək): – Atanla işləyirlərsə demək işimiz dü­zəldi. Yaxşı, sən keç o biri otağa atanı çağırım məsləhətləşək. Elə günü bu gün elçiliyə gedib, gələn həftə də gəlinimizi gə­ti­rək! (Murad o biri otağa keçir. Kəmalə Yusifi çağırır) Yusif gəl. İşı­miz düzəldi! (Yusif gəlir)

YUSİF: – Hə arvad neylədin? Bir iş görə bildinmi?

KƏMALƏ: – Əlbətdə gördüm ay kişi, əlbətdə! (Əlindəki şəkili ona göstərir) Gör necə qiyamət qızdı! Məncə tanımamış olmazsan? (Yusif şəkili Kəmalədən alıb baxır)

YUSİF – Dayan-dayan, bu qız mənə tanış gəlir. (Şəkilə ba­xır) Hə tanıdım, bu qız Sahilədi. Sərxanın qızı Sahilə. Özü də bu qız mənim şagirdim olub.

KƏMALƏ: – Hə, düz tanımısan ay kişi. Sən bilirsən qız necə qızdı? Elçi getsək atası bizi əliboş qaytarmaz?

YUSİF: – Qıza söz yoxdu, qiyamət qızdı. Murad doğrudan da mənim oğlumdu. Ona görə də quşu gözündən vurub. O ki, qaldı Sərxana, o, heç vaxt mənim sözümü yerə salmaz.

KƏMALƏ: – Bəs onda nə durmuşuq ay kişi? Atalar de­miş­­kən: “Əldən qalan əlli il qalar!” Dur hazırlaş elə günü bu gün gedək elçiliyə! Qızın ünvanı da şəkilin arxasında yazılıb. El­çilik üçün də hər şey hazırdı. Qır-qızıl, pal-paltar hamısını al­mışam.

YUSİF: – Yaxşı nə deyirəm ki, get hazırlaş gedək. Qızın “həyə”sini alaq. (Kəmalə otağa girir və tez də qayıdır. Musiqi ça­lınır. Hər ikisi oynaya-oynaya oxuyurlar)
Murada qız almaq üçün,

Balamız bəy olmaq üçün.

Əsgərlikdən qalmaq üçün,

Biz gedirik elçiliyə!


Üzük taxaq gəlinə biz,

Çiçək verək əlinə biz.

Kəmər taxaq belinə biz,

Biz gedirik elçiliyə!


Murad alar Sahiləni,

Qurar xoşbəxt ailəni.

Təbrik edin Kəmaləni,

Biz gedirik elçiliyə!


Qoy açılsın ürəyimiz,

Allah olsun köməyimiz.

Baş tutacaq kələyimiz,

Biz gedirik elçiliyə!


Gedirlər. Murad gəlir. Telefonu götürüb divanda oturur və Sahiləyə zəng edir.

MURAD (telefonla): – Alo. Sahilə sənsən? Mənəm Murad. Ne­cəsən canik? Sağ ol kefim lap əladı! Eşit Sahilə, nə boyun ol­ur­san sənə bir şad xəbər verim? Yox, lap ürəyincə olan xəbərdi. Hə, nə boyun olursan, deyib səni sevindirim? Onda deyim. At­am gil sizə gəldilər! Necə yəni nəyə? Elçiliyə. Yaxşı əzizim hə­lə­lik. Evdəkilərə bildir hazır olsunlar. Sahilə, əgər ut­an­ma­say­dım vallah atam gillə mən də sizə gələrdim. Canik, əgər qoysalar to­yumuzda tamadalığı da özüm edəcəm. Eh, niyə olmur ki, indi de­mokratiyadı. Gələcəyə gedirik ey, keçmişə yox. Yaxşı, hələlik. Gö­rüşənəcən. Öpürəm. (Dəstəyi yetrindən asıb divanda oturur və stolun üstündəki kitabı götürüb oxuyur. Bir azdan qapının zən­gi çalınır. Murad qapını açır. Qələm Beytulla qovluğu qo­l­tu­ğun­da içəri girir) Keçin, gəlin Beytulla əmi xoş gəlibsiniz.

QƏLƏM BEYTULLA (lovğalıqla): – Mərhəba.

MURAD (duruxaraq): – Nə dediniz?

QƏLƏM BEYTULLA (dodaqları arasından siqaretini götürür): – Nə var nə deyəm? Deyirəm mərhəba. (Murad tez ge­­dib hamamdan asılmış can mərhəbasını gətirib ona uzadır)

MURAD: – Alın Beytulla əmi.

QƏLƏM BEYTULLA (gülə-gülə): – Ədə, mən onu ney­lə­yi­rəm? (Murad çiyinlərini çəkir)

MURAD: – Bəs siz məndən nə istədiniz?

QƏLƏM BEYTULLA:–Ədə mən səndən nə istəməliyəm ki? Bəyəm sən mənim tayım-tuşumsan ki, səndən nəsə istəyəm? Mən sənə sadəcə olaraq dedim ki, mərhəba.Yəni salam. Qan­dın?

MURAD: – Qanmağına qandım ey, ancaq Məşədi İbad de­­mə­li sən elə qəliz sözlər deyirsən ki, başa düşmək olmur. Yax­şı qapıda durmayaq, gedək otağa. (Otağa keçib divanda otu­rur­lar)

QƏLƏM BEYTULLA: – Başa düşmək üçün gərək adam­da baş ola bala. Şükür Allaha ki, o da nə səndə var, nə də qar­da­şın­­da. Nə isə, keçək mətləbə. Yaxşı, bəs bu evin adamları hara­da­dırlar?

MURAD: – Evdə yoxdular Beytulla əmi. Bir azdan gələ­cək­­dilər.

QƏLƏM BEYTULLA: – İndi mənimlə bu evdə oturub söh­­­bət etməyə bir adam yoxdu? Mənə əvvəldən niyə xəbər ver­mədin?

MURAD: – Mən ki, evdəyəm.

QƏLƏM BEYTULLA (gözlərini süzərək): – Kim, sən? (Acı-acı gülür) Bəyəm mən sənin tayınam? Murad oğlum, əgər mən səninlə oturub-dursam onda el-aləm mənə gülər. Axı mənə ya­­raşmaz səninlə oturub-duram. Sən bilirsən ki, el arasında mə­nə Qələm Beytulla deyirlər. Ona görə də yaraşanı odur ki, mən şa­irlərlə, yazıçılarla, müəllimlərlə, alimlərlə və başqa tanınmış ad­­amlarla oturub-duram. Sən hələ uşaqsan bala, elə şeyləri qan­ma­z­san. Durum gedim bir azdan gələrəm. (Durub getmək istəyir. Telefonun zəngi çalınır. Murad dəstəyi qaldırır)

MURAD: – Alo. Bəli Muraddı. Dediniz Samirə nə olub? Haradadı? Oldu, bu saat gəlirəm. Çox sağ olun. (Dəstəyi yerin­dən asıb qanıqaralmış halda dərindən nəfəsini dərir)

QƏLƏM BEYTULLA: – Kim idi zəng edən? Niyə rən­gin qaçdı, yoxsa bir hadisə üz verib?

MURAD: – Qonşudu zəng edən. Deyir Samir içib bu ya­xın­lıqdakı restoranın böyründə yerdə uzanıb, yoldan ötənə söyür. Gedim onu gətirim evə.

QƏLƏM BEYTULLA: – O zırrama da bu piyaniskalıqdan, nə­şəxorluqdan əl çəkmir ki, çəkmir! Murad, bala sən onun da­lın­ca tək gedib onu gətirə bilməzsən. Bu dəqiqə onun ağlı özünü yax­­şı idarə eləmir. Gəl birlikdə gedək. Biz gəlib Samiri ra­hat­la­ya­­na qədər yəqin ki, atan gil də gələr. Gəl gedək. (Ge­dir­lər)

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin