33. Multatuli – Niderlandiya yazıçısıdır (əsil adı – Eduard Danes Dekker, 1820-1887).
E.FROMM.
Psixoanaliz və din
Erix Fromm 23 mart 1900-cu ildə Frankfurt-Maynda şəhərində anadan olmuşdur. Heydelberq və Münhen universitetlərində fəlsəfi təhsil alıb, sosial psixologiya üzrə ixtisaslaşıb. Eyni zamanda Berlin psixoanalitik institutunda psixoanalitik kursları keçib. 1925-ci ildən başlayaraq psixoanalitik vəzifəsində çalışır, lakin onun diqqətini daha çox nəzəri məsələlər cəlb edir: başlıca olaraq, insanda bioloji və sosialın nisbəti məsələsi.
Fromm öz fəaliyyəti ortodoksal (mühafizəkar) Freydçi kimi başlamış, lakin artiq 20-ci illərin əvvəllərində insan haqqında Freydin təlimini o, şübhə altına alır. Frommun baxışlarının formalaşmasında onun, 1929-1932-ci illərdə sosial tədqiqatlar institutun (Frankfurt-Maynda) əməkdaşın olması, mühüm rol oynayıb. Burada о zaman Frankfurt məktəbi formalaşmaqda idi (M.Hörnhaymer, T.Adorno, H.Markuze). Fromm, bu məktəbdəki marksizmin interpretisiyasını qəbul etmişdir; о, “gənc Marksın” ideyalarını psixoanaliz ilə, digər, özünə müasir olan fəlsəfi təlimlərlə (ekzistensializm, fəlsəfi antropologiyası və s.) uzlaşdırmağa çalışmışdır.
Frommun dinə olan marağı artıq onun ilk əsərlərində duyulur: 1930-cu ildə O, “Xristian ehkamı” adlı böyük məqaləni çap etdirir; bu məqalədə, ilk dəfə olaraq, marksizm sosiologiyasını psixoanaliz ilə birləşdirərək xristianlığın təkamülünü izləməyə çalışır. Z.Freyd, T.Reyk tərəfindən irəli sürülmüş fikirləri (dinin, uşaqlıq yaşlarında qazanılan komplekslərinə və əl çəkməyən vəziyyətlər nevrozlarına gətirib çıxarılması) tənqid atəşinə tutulur, erkən xristianlıq, dövlət dini səviyyəsində qəbul edilmiş xristianlığa qarşı qoyulur.
Nasistlər hakimiyyətə gələn zaman (1933-cü il) Fromm ABŞ-na köçür; məhz burada о, neofreydizmin aparıcı tədqiqatçısı adını qazandı. Psixoanalizin bu cərəyanının digər nümayəndələri ilə yanaşı (K.Xorni, Q.S.Sallivan) Fromm, mühafizəkar freydizmdə, insanın sosial xüsusiyyətlərini yalnız instiktlərlə izah etmək cəhdini tənqid edirdi. Fromm, həm sağlam, həm xəstə ruhu müxtəlif mədəni amillərlə əlaqələndirir, cəmiyyətdə mövcud olan sosial münasibətlərlə bağlayırdı. Bu zaman Fromm, psixi xəstəliklərin yaranmasında kapitalizm cəmiyyətini tənqid etməklə məşğul idi. Fromm daima kapitalizmə qarşı istismarı, ağalıq və tabelik münasibətləri olmayan “sağlam cəmiyyəti” qoyurdu.
1941-ci ildə Fromm “Azadlıqdan qaçış” kitabının birinci hissəsini çap etdirdi. Burada Onun sosial fəlsəfəsinin əsas müddəaları izah olunur. Bu müddəaları o, daha sonra “Özü üçün insan” (1947), “Sağlam cəmiyyət” (1955), “İnsan ürəyi” (1964), “Ümidlər inqilabı” (1968) adlı əsərlərində inkişaf etdirərək, təkmilləşdirib. Sonuncu əsərlərində, yəni “İnsanın dağılmasının anatomiyası” (1973) və “Olmaq və ya əldə etmək” (1976) – Frommun sosial fəlsəfəsi öz qəti ifadəsini tapır.
50-ci illərdə, Frommun çoxsaylı kitab və məqalələrində “humanizm dini” mövzusu ön plana çəkilir. “Dzenbuddizm və psixoanaliz” (1960) və “Siz Allah kimi olacaqsınız. Tövrətin radikal yozulması və onun ənənələri” (1966) Fromm “Psixoanaliz və din” kitabında qısa şəkildə qeyd edilən fikirləri inkişaf etdirir. “Olmaq və ya əldə etmək” əsərinin bir fəsli (“Din, xasiyyət və cəmiyyət”) humanist dinə həsr edilib. Frommun baxışları geniş şöhrət qazanmışdır; 60-cı illərdə “yeni solçuların” çıxışları zamanı bu, xüsusilə duyulurdu. Fromm 1980-cı ilin martın 18-də İsvəçrənin Muralto şəhərində vəfat etmişdir.
Oxuculara təqdim olunmuş mətn A.A.Uakovlev tərəfindən ingilis nəşrindən (Fromm F. Psichoanalisis and Reliqion. New Haven Yale University Press, 1950) rus dilinə tərcümə edilmişdir.
“Layf” – populyarlıq qazanmış Amerika həftə jurnalı.
Aristotel (e.ə. 384-322) – qədim yunan filosofu və alimi, peripatetik məktəbin (Litseyin) təsisçisi, Makedoniyalı İskəndərin tərbiyəçisi. Aristotelin təliminin səciyyəvi cəhətləri – sistemlilik və əhatəlilikdir. O, bir sıra elmlərin, о cümlədən məntiq, psixologiya, fizika, biologiya, etikanın yaradıcısıdır. Aristotelin sosial-siyasi təlimi, eyni ilə onun ontologiyası (“metafizika”sı) Avropa fəlsəfəsinin sonrakı inkişafina böyük təsir etmişdir.
3. Maarifçilik dövrü – feodalizmin dağılması və kapitalizm cəmiyyətinin bərqərar olunması dövrüdür. “Maarifçilik”, Fransanın 1789-cu ilin inqilabının digər ölkələrdə antifeodal islahatların və çıxışların hazırlanmasında böyük rol oynamış siyasi ideologiyanın, fəlsəfənin, incəsənət və ədəbiyyatın təsviri üçün istifadə olunan ifadədir. Maarifçilik dövrünün fəlsəfəsinin bir sıra səciyyəvi xüsusiyyətləri, о cümlədən zəkaya olan inam, dini ehkamların, müstəbilliyin, mövhumatın tənqidi, insan cəmiyyətinin gələcəyini “ağıl səltənəti” kimi nikbin təsəvvürü var idi. F.Engels yazırdı: “Biz indi bilirik ki, bu ağıl səltənəti əslində ideallaşdırılmış burjua səltənətidir, bilirik ki, əbədi ədalətlilik öz ifadəsini burjua ədliyyəsində tapıb; bərabərlik qanun qarşısında vətəndaş bərabərliyi ilə məhdudlaşdı, insanların ən əhəmiyyətli hüquqlarından biri burjua mülkiyyətinə hüquq olduğu elan edildi”.
İnsanı maarifçilər, öz tələbatlarını ödəməyə, cəmiyyəti rasional transformasiya yolu ilə əldə edilə biləcək səadətə nail olmağa çalışan təbii bir varlıq olduğunu qeyd edirlər; cəmiyyəti təkmilləşdirmək üçün savadlanmaq, elmi bilikləri əldə etmək, geniş xalq kütlələrini maarifləndirmək lazımdır.
4. Rasionalizm (lat. dilində ratio – ağıl deməkdir) – insan dərki və davranışının əsasında ağılın olmasını qəbul edən fəlsəfi cərəyandır. İdrak nəzəriyyəsində, idrak prosesində duyğuların rolunu əsas tutan empirizmə (sensualizmə) qarşı durur. “Rasionalizm” dedikdə həm də, insan ağlının hədsiz imkanlarına inamı, insanın, dünyanın dərk edilməsi və onu, təbiətin və cəmiyyətin dərk edilmiş qanunlarına uyğun dəyişdirilməsi nəzərdə tutulur. Məhz bu mənada Fromm “İntibahın rasionalizmi” haqqında danışır (idrak nəzəriyyəsində maarifçilər əksər hallarda sensualizm mövqeyindən çıxış edirdilər); müasir irrasional nəzəriyyələr ona qarşı çıxış edir. Fromm, Freydi “Maarifçilik dövrün rasionalizminin sonuncu görkəmli nümayəndəsi” adlandırıb: axı, Freydə görə nevrotik simptomlardan azadolunma, müalicə olunma yolu – onların səbəblərinin dərk olunmasıdır. Freydin tezisi belə səslənir: “Onun yerini – Mən tutmalılıdır”, yəni bişüuri istəklər insan ağlının, şüurunu nəzarəti altına keçməlidir. Freyd, dinin tənqidini də XVIII əsrin maarifçilərinə yaxın olan mövqelərdən aparırdı.
5. “Həqiqət sizi azad edəcək” (İncil, 8:32)
6. Yunq Karl Hustav (1875-1961) - İsvəçrə psixoloqu və psixiatrı. 1906-cı ildən 1913-cü ilədək Freydin şagirdi və görkəmli davamçısı, Beynəlxalq psixoanalitik cəmiyyətinin prezidenti olub. Lakin “Libidonun işarələri və bir haldan başqa hala keçməsi” kitabında o, Freydin Libido haqqında olan fikrə (yəni libidonun seksual interpretasiyasına) qarşı çıxır və bununla freydizmdən uzaqlaşır. О illərdə Yunq və Freyd, bir də onun davamçıları arasında mübahisələr səngimirdi: bu mübahisələr həm də din ətrafında aparılırdı. Psixoloq olaraq Yunq, psixoloji tiplər haqqındakı təlimi ilə şöhrətləndi. Onun “analitik psixologiya”sında başlıca yeri kollektiv bişüuri tulur; burada bütün bəşər tarixi xüsusi strukturlar (arxetiplər) şəklində təsvir olunub. Arxetiplər – insan davranışının və təfəkkürünün ən ümumi sxemləridir. Onlar öz ifadəsini simvolik təsəvvürlərdə, yəni əfsanələrdə, dinlərdə, gizli təlimlərdə, şifahi xalq yaradıcılığında, bədii yaradıcılıqda, xəyallarda, hallüsinasiyalarda (qarabasmalarda), yuxularda, nevrotik simptomlarda tapır. Yunq, analitik psixologiyanın, həm müasir psixologiyanın bir qolunun, həm də “Qərbin yoqa”sı, yəni “azadolunma yolu”nun olmasını qeyd edir. Yunq hesab edirdi ki, onun təlimi qnostisizm və əlkimya təlimlərinin davamıdır; qeyd olunan təlimlər iki min il ərzində xristianlıqla yan-yana mövcud olan dini-fəlsəfi cərəyanını təşkil edir. Yunqun təlimini tənqid edən Fromm, onun təlimində bioloji tərəfə üstünlük verilməsini, yəhudi-xristiançı personalizm ənənəsindən uzaqlaşmasını qeyd edir.
7. Cems Vilyam (1842-1920) Amerika filosofu və psixoloqu, praqmatizmin banilərindən biridir. Psixologiyada o, assosiasiyalar (şüurda ayrı-ayrı təsəvvürlər arasında əlaqə) nəzəriyyəsinin davamçılarını tənqid edərək, “Şüur axını” təlimini irəli sürdü; öz dövründəki psixologiya elminə qarşı çıxaraq, o, ön plana psixi həyatın fəallığı prinsipini irəli sürdü; burada iradə və faydalılıq marağı üstünlük təşkil edir. Cems həqiqətin meyyarını faydada, mənfəətdə, fəaliyyətin xeyrində görürdü; eyni zamanda Cems dini dünyagörüşünün mühafizəkarı kimi çıxış edərək, dinin xeyrinə olan bir əsas irəli sürür: Allaha olan inamın insan üçün praktiki cəhətdən faydalı olması ideyasını.
8. Dyui Con (1859-1892) – Amerika filosofu, praqmatizmin nümayəndəsidir. Dyuinin fıkrincə, dərketmə - ətraf mühitə uyğunlaşmaq alətidir. Elmi nəzəriyyə, əxlaqi qaydalar, dini ehkamlar insan həyatı üçün faydalıdırsa hər hansı bir konkret vəziyyətdə insan üçün səmərə gətirirsə həqiqidir.
9. Otto Rudolf (1869-1937) – alman protestant ilahiyyatçısı, müqayisəli dinşünaslıq üzrə bir sıra əsərlərin müəllifidir. Ona ən çox şöhrət gətirən “Müqəddəs” (1917) adlı kitab olub; burada dini təcrübə fenomenoloji cəhətdən (hadisələr) xarakterizə olunaraq ilahi qüdrətinin irrasional duyumu kimi (numinozlu, latın sözü “pitep”dən) təsvir edilir; bu zaman insanı, onun qəlbinə xaricdən basıb girən qorxunc və əsrarəngiz qüvvələr qarşısında əyilməsi və heyran qalması hissləri bürüyür. Yunq, Ottonun fikirlərini hüsn-rəğbətlə ifadə edərək, hesab edir ki, kollektiv bişüurinin arxetiplər təcrübəsi elə numinozludur; onun üçün ilahi başlanğıc insan psixikasına bərabərdir.
10. Kalvin Jan (1509-1564) – Fransa dinşünası, Reformasiya fəallarından biri, kalvinizmin (protestantizmin vacib qollarından biri olan) banisidir. Kalvinin ilahiyyat nəzəriyyəsində əsas yeri tale, qismət tezisi tutur; o hesab edirdi ki, insan taleyini Allah müəyyən edir, insan tanrı tərəfindən xilasolunma yoluna gətirilməsi üçün “seçilməyibsə”, ona heç bir “xeyriyyəçilik” kömək etməyəcək. İlkin günaha batan insan, iradə azadlığından məhrumdur, yalnız Allahın xeyirxahlığına ümid edə bilər.
11. “Allah mövhumu olmayan dinlər – buddizm, daosizm və yaxud konfusiçilikdir”. Qədim Çin fəlsəfi təlimləri – daosizm və konfusiçilikdir; Lao-Tzı və Konfutsi tərəfindən yaradılıb; onlar xristianlığın dini təliminə bənzəmir: Konfusiçilik – sosial-əxlaqi və hüquqi təlimdir, daosizm – dao (yol) haqqında nəzəriyyədir. Sonradan Konfusiçilikdə dini ibadət keyfiyyətləri də əmələ gəldi, daosizm isə - “məxfi təlim” şəklində (Avropada buna bənzər “əlkimya”nı qeyd etmək olar) çıxış edirdi. Erkən buddizm azadlığa doğru yol haqqında fəlsəfi təlim olub; Maxayana – buddizm şəklində o, dünya dini kimi yayılmağa başladı.
12. “Cənnətdən qovulmuş, təbiətlə vəhdətini itirmiş insan” - əbədi səyahətçiyə, qaçqına çevrilir. (Odissey, Edip, İbrahim, Faust kimi) Frommun müraciət etdiyi ədəbi və yaxud mifoloji qəhrəmanlar həqiqətən səyahətçidirlər. Məsələn, Yunan mifologiyasının qəhrəmanı, İtakanın çarı olan Odissey, Troyanın süqutundan sonra evə qayıdır, bu zaman onun, on illərlə davam edən qorxu və sərgüzəştlərlə dolu səyahətləri başlayır. Homerin “Odisseya” əsərinin 5-12-ci kitabları məhz bu hadisələri təsvir edir. Yunan mifologiyasının digər qəhrəmanı çar Lay və İokastanın oğlu Edipin qismətində yazılıbmış ki, onlar, öz doğmaca atasını öldürərək, anası ilə evlənəcək. Hadisədən neçə il sonra xəbər tutan Edip öz gözlərini kor edir və Yunanıstanın çöllərinə düşür. Bu mifoloji süjet öz davamını Sofoklun “Edip çar” və “Kolonda Edip”. İbrahim – İncildə göstərilən yəhudilərin və ərəblərin qədim əcdadıdır, Yahve Allahın elçisidir, onunla Yahve “Zavet” (Tövrat) müqaviləsini imzalayıb. İbrahim, Allahın tələbi ilə Xaldeyalı Urunu tərk edir: “Çıx get torpağımdan, tərk et ata evini... qeyd etdiyim məkana” (Varlıq kitabı, 12:1). Sara adlı arvadı və qardaşı oğlu Lott ilə İbrahim Xanaana köçür, burada maldarlıqla məşğul olaraq, köçəri həyat sürür. Faust – XVI əsrin əvvəllərində yaşamış əlkimyaçı və cadugarı olub. Onun həqiqi yaşayışı haqqında əslində heç bir məlumat yoxdur: əfsanə var ki, Faust İblislə şərt kəsibmiş (cavan qalmaq, bilikli, cadugar olmaq üçün); bu əfsanədən Marlou, Lessinq və Hötenin əsərlərində bir süjet kimi istifadə edilmişdir. Fromm, Faustun adını çəkəndə, “Faust” əsərinin ikinci hissəsinin qəhrəmanını, onun, Mefistofelin, müşaiyətilə, səyahətlərini nəzərdə tutur.
13. On ehkam və yaxud Qızıl qayda-qanunlar. On ehkam (On qayda, Dekaloq) – iki daş kitabədə Allah tərəfindən cızılmış – “Tövrətin ehkamları” – ibadət və əxlaqla bağlı normalar (“öldürmə”, “oğurlama” və s.) Allah bu ehkamları Sinay dağında Musaya çatdırıb. “Qızıl qayda” – özünə qıymadığını başqalara etmə - müxtəlif ifadələr şəklində qədim filosofların əsərlərində əks olunub; Yeni Tövrətdə də var. “Beləliklə, hər bir şeydə insanlar tərəfindən özünüzə necə münasibət bəsləməsini istəyirsinizsə, siz də onlara elə bir münasibət bəsləməlisiniz” (Matofey, 7:12).
14. “Fransa inqilabında Ağıl İbadəti” Hebertistlər (sol yakobinçilər, kordelyerlər klubunun rəhbərləri) Böyük Fransa inqilabı zamanı Ağıl ibadətini təsis etdilər. Şometin təşəbbüsü ilə Parisdə (Notr-Damda) 20 brümer (10 noyabr) 1793-cü ildə xüsusi bayram tədbirləri keçirilirdi, bu tədbirlər xristianlığın Allaha sitayişi və ibadətlərini əvəz etməli idi. Hebertistlər dağıdılıb edam ediləndən sonra (1794-cü il, mart) Ağıl ibadəti ləğv edildi; Onun əvəzinə Robespyer Ali varlıq ibadətini təsis etdi (1794-cü il, may).
15. Nirvana – buddizmin başlıca anlayışı, ölüm və anadan olmaların dövranışından azadolunma deməkdir (sansara), bir formadan başqa formaya keçməsinin sonu, mütləq pozulmayan təskinlikdir. Bu – ruhun ən ali zirvəsidir, bütün yer üzündə onu müşaiyyət edən hisslər və ehtirasların aradan qaldırılması üstələnməsidir.
16. D.T.Suzuki (1869-1960) – yapon filosofu, buddizm üzrə ən böyük mütəxəssislərdən biri, dzen-buddizm üzrə çoxsaylı əsərlərin müəllifi, Qərbdə geniş tanınan alim. Fromma müəyyən təsir göstərmişdir, 1960-cı ildə onlar “Dzenbuddizm və psixoanaliz” adlı birgə əsəri çapdan buraxmışdılar.
17. Qəsidizm - XVIII əsrdə Qərbi Avropa yəhudiləri arasında dini hərəkat (Polşa, Ukrayna, Moldaviya). Qəsidizm üçün panteizmə əsaslanan mistisizm, insan və Allah arasında ibadət zamanı bilavasitə ünsiyyətin yaradılması ideyası səciyyəvidir ki, bu da Talmud tədqiqatlarını lüzumsuz edir.
18. “Simbioz münasibətləri” – təbii əlaqələrdən, təbiətdən ayrı düşmüş insan tənhalıq və dəli olmaq təhlükəsi ilə rastlaşır, ona görə də о, dünya ilə vəhdətini bərpa etməyə çalışaraq, insanlarla ünsiyyəti yaradır. Lakin Fromm hesab edir ki, müasir cəmiyyətdə belə yaxınlaşma və birləşmələrin qeyri-məhsuldar formaları üstünlük təşkil edir. Simbioz münasibətləri məhz belələrdən biridir. Tənhalıqdan uzaqlaşmaq üçün insan şəxsə, qrupa, instituta, Allaha tabe olmağa məcbur olur. İnsan nəyinsə hissəciyinə çevrilir, bütöv ilə özünü eyniləşdirir, baxmayaraq ki, o, bu qüvvəyə tabedir. O, özünü əks istiqamətdə tapa bilər, bu zaman, dünya ilə qovuşaraq, hakimiyyəti əldə edir. Digərləri özünün tərkib hissəsinə çevirərək, hökmranlıq yolunda tənhalığı tərk edir. Hər iki halda azadlıq və insan bütövlülüyü itir. Təbiətdən fərqli olaraq, insan belə simbiozda yaşaya bilməz, o, öz şəxsi simasını itirir. Tabe olma (mazoxizm) və hökmranlıq (sadizm) insanı digərlərdən asılı vəziyyətə qoyur. Mazoxizmə və sadizmə qarşı Fromm məhəbbəti qoyur; sonuncu “faydalı, məhsuldar istiqamətlənmədir”dür (oriyentasiya) – burada fəallıq və yaradıcılıq insanı təbiətə, digər insanlarla, özü-özü ilə qovuşdurur; burada nə hökmranlıq, nə də ki tabeçilik mövcuddur.
19. Reyк Teodor (1888-1969) Avstriya mənşəli Amerika psixoanalitiki, Freydin şagirdidir, nasistlərin hakimiyyətə gəlməsi dövrünə qədər Berlin və Vyanada psixoanaliz üzrə mühazirələr oxuyurdu. 1938-cı ildə ABŞ-a köçdü. Psixoanalizin tətbiqi sahələri üzrə çoxsaylı əsərlərin müəllifidir.
20. Sallivan Harri Sten (1892-1949) Amerika psixiatrı, “şəxsiyyətlərarası psixiatriya” nəzəriyyəsinin yaradıcısıdır. K.Xorni və Fromm ilə yanaşı neofreydizmin görkəmli nümayəndəsi olub. Freydin biologiyalaşdırmasına qarşı çıxış edir, əsas diqqətini insanlar arasındakı kommunikasiyaya, şəxsiyyətlərarası münasibətlərə yetirir.
21. Şveytser Albert (1875 1965) alman filosofu, teoloq, həkim, musiqiçi. 1913-cü ildə öz vəsaiti hesabına Afrikada (Lambarene) cüzam xəstəliyə məruz qalanlar üçün xəstəxana yaradaraq ömrünün son günlərinədək orada işləyib. Müharibə əleyhinə qarşı öz çıxışları ilə şöhrətlənib. Şveytserin əxlaqi təlimində başlıca prinsip – “həyata səcdə etmək", onun qarşısında diz çökmək prinsipidir ki, o, yeni universal, kosmik etikasının çıxış nöqtəsinə çevrilməlidir. Mədəniyyətin inkişaf meyarı cəmiyyətin əldə etdiyi humanizmin zirvəsidir. 1952-ci ildə Şveytser Sülhün Nobel mükafatı ilə təltif edilmişdir.
22. Tillix Paul (1886-1965) Almaniyanın protestantizm yönümlü teoloqu və filosofu, xristian sosializminin nümayəndəsi, 1933-cü ildə ABŞ-a köçüb.
23. Riqveda - Vedaların 4 hissəsindən biri. Vedalar (“Veda” – sanskrit dilində biliklər, bilicilik), qədim hind dilində yazılmış çox qədim mətnlər məcmusu, e.ə. ikinci minilliyin ortalarından başlayaraq b.e. VI əsrləri əhatə edən dövrdə yaradılmışdır. Vedalar “Riqveda”dan (himnlər), “Yacur veda”dan (qurbankəsmə ibadətləri), “Samaveda”dan (nəğmələr) və “Atxarnaveda”dan (cadular) ibarətdir.
24. Kvakerlər – XVII əsrdə İngiltərədə yaranmış protestant sektası nümayəndələridirlər. İngiltərə və ABŞ-da kilsə mərasimlərini inkar edən xristian dini təriqətin üzvləridir. Kvakerlərin təliminə görə hər hansı bir formal xarakter daşıyan ənənə və ibadətə, ruhanilərin özünə belə ehtiyac yoxdur. İnamın yeganə mənbəyi – müqəddəs kitab, yəni İncildir. Həqiqi inam insanın daxili işıqla qərq olunmasının mənbəyidir. Kvakerlərin çox ciddi, asketizm əxlaqına əsasən yaşamalı, icmanın bütün üzvləri mütləq işləməli, insanlarla münasibətdə vicdanlı, sülhsevər və əliaçıq olmalıdırlar.
25. Kempbel C. (1904-1994) – Amerikanın ədəbiyyat tarixi, qədim hind mifologiyası və dini üzrə mütəxəssis, K.G.Yunqun davamçısı. Başlıca əsərləri – “Min sifəti olan qəhrəman”, “Allahın maskaları”, “Mifoloji obraz”dır.
26. Maymunid (1135-1204) – orta əsrlərdə yəhudi filosofu, Saleh-əd-din Sultanının leyb-mediki olub. Başlıca fəlsəfi əsəri “Şübhə edənlərin yol göstəricisi”dir.
27. Ekxart İohann və yaxud Mayster Ekxard (təxminən 1260-1327) – alman ilahiyyatçısı və filosofu, orta əsr alman mistisizmin görkəmli nümayəndəsi; 1329-cu ildə onun təliminin 28 müddəası Roma papasının xüsusi əmri ilə (bulla) yanlış olduğu göstərilmişdir. Ekxartın mistik fəlsəfəsi alman ilahiyyat və fəlsəfı fikrinə böyük təsir göstərib və təsir göstərməkdədir.
Dostları ilə paylaş: |