1. İqtisadiyyatın dövlət tənzimlənməsinin zəruriliyi
Bazar iqtisadiyyatı şəraitində iqtisadiyyata vahid sistem kimi baxılmışdır. Bu sistemə dövlət iqtisadi siyasətinə uyğun olaraq qanunçuluq, icraçılıq, nəzarətedici səlahiyyətləri, dövlət müəssisələrini, ictimai təşkilatları dəyişilən şəraitə uyğunlaşdırmaq və sosial-iqtisadi stabilləşdirmək vəzifəsi daxildir.
Bazar iqtisadiyyatının inkişafı prosesində elə problemlər vardır ki, onların həlli xüsusi mülkiyyət əsasında qeyri mümkün olur: məsələn, aşağı rentabelli müəssisələrə investisiya verilməsi, sahə və ümumi təsərrüfat böhranlarının ləğv edilməsi, kütləvi işsizlik, pul dövriyyəsinin pozulması, dünya bazarında rəqabətin güclənməsi və s. bütün bunların hamısı dövlət tərəfindən həll edilə bilər.
Müasir dövrdə iqtisadiyyatın dövlət tənzimlənməsinin zəruriliyi bütün dünya ölkələrində birmənalı qəbul edilib. Dünya təcrübəsi göstərir ki, dövlət və iqtisadiyyat bir-birini tamamlayaraq inkişaf edir.
Bazar münasibətləri şəraitində iqtisadiyyatın tənzimlənməsi onda dövlətin mütləq iştirakı konsepsiyasına əsaslanır. Lakin, iqtisadi proseslərdə dövlətin rolu təkcə bazar mexanizminin tənzimlənməsi və «oyun qaydaları»-nın qoyulması ilə bitmir, o həm də mülkiyyətçi və bazarın subyekti kimi də çıxış edir.
Dövlət iqtisadiyyatın inkişafını dəstəkləməklə yanaşı, onun fəaliyyətinə nəzarəti də həyata keçirməlidir. Bu məqsədlə normativ-hüquqi aktlardan, iqtisadi-hüquqi tənzimləmə mexanizmindən istifadə olunur.
Dostları ilə paylaş: |