Ankara məktəbi” məktəb-liseyin müəllimi Zeynalova Aynurə “Elektron Təhsil” müsabiqəsi üçün Fənn: Coğrafiya Sinif: 9



Yüklə 32,17 Kb.
tarix08.06.2018
ölçüsü32,17 Kb.
#53045
növüDərs





Ankara məktəbi” məktəb-liseyin müəllimi Zeynalova Aynurə

Elektron Təhsil” müsabiqəsi üçün



Fənn: Coğrafiya

Sinif: 9

Mövzu: “Azərbaycanın su anbarları və kanalları”

Dərsin icmalı

Alt standart:

Şagird:

2.1.5 Hidrosferin iqtisadi həyata təsirini izah edir.



Təlim nəticəsi:

  • Xəritələrdən ,mətndəki informasiyadan və əlavə mənbələrdən istifadə edərək respublikanın hidroehtiyatları haqqında məlumat toplayır,sistemləşdirir və tədqim edir.

Dərsin tipi: Beyin həmləsi,anlayışın çıxarılması,müzakirə

Təlim forması: fərdi

Təlim üsulu: interaktiv tapşırıqlar

Qiymətləndirmə üsulu: Yazılı təqdimat

Qiymətləndirmə vasitəsi: nailiyyət səviyyəsi üzrə qiymət cədvəli

Təchizat: Prometan lövhə,Active İnspire proqramında işlənmiş fayl,proyektor

Dərsin gedişi:

Səhifə 1-2. Titul

Səhifə 3. Motivasiya

Motivasiyada Anlayışın çıxarılması üsulundan istifadə olunmuşdur.Verilmiş şəkillərdən və köməkçi sözlərdən istifadə edərək mövzunun tapılması tələb olunur.



Səhifə 4. Mövzunun adı verilmiş yazıya toxunduqda http://www.video.edu.az/video/34

Elektron ünvanında yerləşdirilmiş video dan istifadə olunmuşdur.



Səhifə 5 Lentə toxunmaqla tədqiqat sualını oxumaq olar.

Azərbaycanın hidroenerji ehtiyatlarını (su anbarları və kanallarını) necə sistemləşdirmək olar?”



Tədqiqatın aparılması:

Tədqiqat iki mərhələdə aparılır.

”Beyin həmləsi” metodundan istifadə edərək mövzuya aid olan bütün interaktiv tapşırıqlar həll olunur.Tapşırıqları aşağıdakı Veb alətlərdən istifadə edərək yığmışam.

http://learningapps.org/display?v=paq9egn0j17



http://learningapps.org/display?v=pum3j2sp317

Səhifə 6. Mövzu "Praktik dərs"formasında olduğu üçün əvvəlcə bütün siniflə dərslikdə səh 102 də verilmiş müzakirə suallarını tədqiqatın aparılmasına başlanğıc kimi işləyirik.

Səhifə 7. Onlayn tapşırıq verilmişdir.

Səhifə 8. Onlayn tapşırıq verilmişdir.

Səhifə 9. Bu səhifədə döndərmə funksiyasından və sözlərin dəyişimindən istifadə edilib.

Səhifə 10. http://learningapps.org/display?v=pnfyhff6517 Bu ünvanda işlədiyim tapşırıq açılır.İnternet bağlantısı olmalıdır.Suallara milyonçu oyunu vasitəsilə cavab verirlər.

Səhifə 11. Verilmiş tapşıriğı həll etmək üçün su anbarları haqqında verilmiş cədvəli doldurmaq tələb olunur.Açar sözlər qlobusun içərisində gizlədilmişdir.

Səhifə 12. Verilmiş tapşıriğı həll etmək üçün kanallar haqqında verilmiş cədvəli doldurmaq tələb olunur. Cavabı yoxlamaq üçün delfini boşluqlara aparmaq lazımdır

Səhifə 13. Məsələ verilmişdir.Cavabı yoxlamaq üçün oxları üst-üstə gətirmək lazımdır.

Səhifə 14. Ölkəmizin ərazisindəki su anbarlarını xəritədə göstərmək lazımdır.Cavab nöqtələrə toxunanda görünür.



Səhifə 15. Ölkəmizin ərazisindəki SES ləri xəritədə göstərmək lazımdır.Cavab nöqtələrə toxunanda görünür.

Səhifə 16. Verilmiş səhifədə gözlər üçün gimnastika hərəkətləri verilmişdir.Gözləri çox yormamaq üçün,gözlərimizin sağlamlığı üçün vacib hesab etdiyim videoroliki görəcəksiniz



Səhifə 17 Bu resursda ölkəmizin əsas kanalları və onlar haqqında məlumat verilmişdir.Xəritədə kanallara toxunanda kanalların adı və şəkli açılır.Şəklə toxunanda isə haqqında məlumat açılacaq.



Səhifə 18 Bu səhifədə 2 komanda yarışa bilər.hər komanda üçün 5 sual hazırlanmışdır.Yarışa başlamaq üçün zər atılır.Hər bir suala 5 san vaxt verilir. Vaxtı aşağı paneldə yatan smaylik müəyyən edir. Hər səhv cavabda qırmızı,hər düzgün cavanbda isə yaşıl işarə uzanacaqdır.

Səhifə 19 Bu slaydda isə müəllimin istəyindən asılı olaraq 2 şagird və ya bir neçə şagird yarışa bilər.

Səhifə 20 Bu səhifədə həm onlayn ,həm də səhifədə hazırlanmış krossvord vardır.

Ümumiləşdirmə və nəticə : Bu tapşırıqlar həll olunduqdan sonra izaha ehtiyacı olan başlıqlara izah verilir və müzakirə yolu ilə yeni məlumatlar mənimsənilir.

Səhifə 21 Su anbarlarının xəritəsi və video roliklər yerləşdirilib.

Səhifə 22 Əsas kanallar və onlar haqqında videoroliklər,xəritələr yerləşdirilib.

Səhifə 23 Sərsəng su anbarı işğal altında olduğu üçün onun haqqında ürəkağrıdan videorolik və xəritə,məlumatlar yerləşdirilmişdir.

Səhifə 24 Kontur xəritə üzərində su anbarları və kanalları göstərmək tələb olunur.Böyüdücü tutan şagirdə toxunanda xəritəni oxuya bilən kəpənək peyda olacaq.

Səhifə 25 Produktiv(Yaradıcı tətbiqetmə )verilmişdir.Avtomobili hərəkət etdirib nəyi tətbiq edəcəklərini görmək olar. Azərbaycanın fiziki xəritəsindən istifadə edərək su anbarları və kanalları kontur xəritədə göstərmək.

Səhifə 26 Praktik dərs olduğu üçün hər bir şagird ayrılıqda qiymətləndirilir.



Səhifə 27 Resurslar verilmişdir

http://www.prometheanplanet.com/en-us/index.html

http://www.edu.gov.az/

https://www.google.com/maps

https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_su_anbarlar%C4%B1

https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan%C4%B1n_daxili_sular%C4%B1

http://eco.gov.az/az/67-hidrometeorologiya

https://www.youtube.com/watch?v=wMaIvwFnLww

https://www.google.az/search?q=school+images+png&tbm=isch&cad=h

http://azerbaijan.az/_Maps/_physical_a.html

https://www.youtube.com/watch?v=PqvR_Im3_dM





Yüklə 32,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin