radio əsərlərinin yaradıcılarına ödənilən müəllif qonorarlarının və sair
ödənilən haqların miqdarı və verilməsi Q A Y D A L A R I
1. Bədii televiziya filmlərinin və pyeslərin ədəbi ssenarilərinə görə müəllif qonorarı
Qonorarın miqdarı hər bir konkret halda əsərin bədii-ideya səviyyəsindən, mövzunun aktuallığından, yaradıcılıq işinin orijinallığından və mürəkkəbliyindən, materialların axtarışı və öyrənilməsi çətinliyindən, müəllifin peşəkarlıq səviyyəsindən və filmin həcmindən asılı olaraq müəyyənləşdirilir. Bu halda çəkilişə hazırlanan filmin həcmi sifariş edilən və ya əldə olunan hazır ssenari əsasında müəyyən edilir.