AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
TƏHSİL PROBLEMLƏRİ ÜZRƏ RESPUBLİKA ELMİ-METODİK MƏRKƏZ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
«VERGİ VƏ VERGİQOYMA» KAFEDRASI
Bakalavr dərəcəsi alan ali məktəb tələbələri üçün
«VERGİ UÇOTU, HESABATI VƏ AUDİT» fənninin
P R O Q R A M I
BAKI – 2014
ТƏRTİB EDƏNLƏR: i.е.n., dos. SADIQOV T.Ə.
i.е.n., dos. RZAYEV İ. M.
ELMİ REDAKTOR: i.е.n., dos. SALAyeV R. A.
rəyçİ: i.е.n., dos. RZAYEV Z. H.
Proqram bakalavr pilləsində təhsil alan ali məktəb tələbələri üçün qüvvədə olan tədris planına əsasən tərtib edilmiş, Azərbaycan Dövlət İqtisad Universitetinin “Vergi və vergiqoyma” kafedrasında müzakirə edilmiş və universitetin tədris-metodik şurasının qərarı ilə təsdiq edilmişdir.
GİRİŞ
Bazar münasibətlərinə keçid ölkənin bütün maliyyə sisteminin keyfiyyət islahatına səbəb olmuşdur. Odur ki, beynəlxalq təcrübəyə əsaslanaraq respublikamızda nəzarət fəaliyyətinin ən mühüm sahələrindən biri olan diqqət mərkəzində olmalı, onun vergi uçotu və hesabatının məlumatları əsasında həyata keçirilməsinin nəzəri və praktiki aspektləri tələbələr tərəfindən diqqətlə öyrənilməlidir.
Tərtib olunmuş bu proqram ali təhsilin bakalavr pilləsində “Vergi işinin təşkili və idarə edilməsi” ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Qeyd olunan fənnin öyrənilməsində məqsəd tələbələrə müəssisə və təşkilatlarda vergi uçotunun təşkili və aparılması qaydası, gəlir və xərclərin uçotunun təşkili, təsərrüfat subyektlərində maliyyə nəticələri, məsrəflərin uçotu qaydası və auditinin aparılması metodikasının mənimsənilməsi üçün lazım olan nəzəri bilik və praktiki vərdişləri öyrətməkdir.
Fənnin tədris edilməsi üçün 60 saat (o cümlədən 30 saat mühazirə, 30 saat seminar) ayrılmışdır. Fənnin öyrənilməsi imtahan verilməsi ilə sona çatır.
Мövzu 1. Vergi uçotunun təşkili
Vergi uçotunun mahiyyəti. Vergi uçotunun predmeti. Vergi uçotunun metodu. Vergi uçotu vahidləri. Vergi uçotunun metod və üsulları. Vergi uçotu göstəricilərinin müəyyən edilməsi. Vergi maya dəyəri. Vergitutma bazasının formalaşması üsulunun müəyyən edilməsi. Vergitutma bazasının təyin edilməsi üsulları. Vergi diskontu.
Vergi uçotunun məqsədi. Vergi uçotunun vəzifələri.
Vergi uçotunun təşkili prinsipləri (ardıcıllıq, fasiləsizlik, tamlıq). Müəssisələrdə vergi uçotunun təşkili qaydası. Müəssisələrdə vergi uçotunun təşkili qaydası qarşısında qoyulan tələblər. Vergi uçotunun norma və qaydalarının ardıcıl tətbiq edilməsi prinsipi.
Vergi uçotunun təşkili. Vergi uçotunun özündə əks etdirdiyi məlumatlar. Vergi uçotunun məlumat mənbələri. Vergi uçotu məlumatlarının düzgünlüyünü təsdiq edən sənədlər. İlkin uçot sənədləri. Analitik vergi uçotu registrləri. Vergi bəyannaməsi.
Vergitutma məqsədləri üçün vergi siyasəti. Uçot siyasəti mühasibat və vergi uçotunun aparılmasını reqlamentləşdirən əsas sərəncamverici sənəd kimi. Uçot siyasəti hazırlanarkən mühasibat və vergi uçotları üçün ümumi olan uçot elementlərinin seçilməsi.
Vergi və mühasibat uçotunun fərqli cəhətləri. Mühasibat və vergi uçotlarının aparılmasındakı əsas oxşarlıqlar. Mühasibat və vergi uçotlarının aparılmasındakı əsas fərqlər. Vergi uçotunun əsas fərqli cəhəti.
Nəzarət sualları:
-
Vergi uçotunun mahiyyəti nədən ibarətdir?
-
Vergi uçotunun predmeti nədir?
-
Vergi uçotunun hansı metodları mövcuddur?
-
Vergi uçotunun qarşısında duran vəzifələri həll etmək üçün aşağıdakı metod və üsullardan istifadə olunur?
-
Xüsusi vergi sənədləri hansılardır?
-
Vergi uçotunun məqsədi nədən ibarətdir?
-
Vergi uçotunun qarşısında duran vəzifələr hansılardır?
-
Vergi uçotunun təşkili prinsipləri hansılardır?
-
Vergi uçotu sənədləri özündə hansı məlumatları əks etdirməlidir?
-
Vergi uçotu məlumatlarının düzgünlüyünü təsdiq edən sənədlər hansılardır?
-
Vergi və mühasibat uçotunun fərqli cəhətləri var?
Ədəbiyyat: (1,2,3,7)
Mövzu 2: Mühasibat uçotu registrləri
Vergi uçotu registrlərinin tərtib edilməsi qaydası. Mühasibat uçotu registrlərini vergi uçotunun tələblərinə uyğun gəlməsi baxımından nəzərdən keçirilməsi. Mühasibat (maliyyə) uçotu registrlərinə əsasən formalaşmış vergi uçotu məlumatları.
Mühasibat uçotu registrləri. Mühasibat uçotunun registr formaları. İlkin uçot sənədləri. İlkin uçot sənədlərinin tərkibi. Unifikasiya edilmiş ilkin sənəd formaları.
Analitik vergi uçotu registrləri. Vergi uçotu məlumatlarının formalaşması. Vergi uçotu registrlərinin tərtib olunması qarşısında duran əsas tələb. Analitik uçot registrlərinin tərtib olunması məqsədi. Analitik uçot registrlərinin qruplaşdırılması. Aralıq haqq-hesab registrləri. Vergi uçotu (obyektinin) vahidinin vəziyyətini uçota alan registrlər. Təsərrüfat əməliyyatlarının uçotu registrləri. Hesabat məlumatlarını formalaşdıran registrlər.
Nəzarət sualları:
-
Vergi uçotu registrləri nədir?
-
Mühasibat uçotunun registr formaları hansılardır?
-
İlkin uçot sənədləri hansılardır?
-
Unifikasiya edilmiş ilkin sənəd formaları hansılardır?
-
Analitik vergi uçotu registrlərinin mahiyyəti nədən ibarətdir?
-
Vergi uçotu məlumatlarının formalaşması dedikdə nə başa düşülür?
-
Vergi uçotu registrləri hansı tələblərə cavab verməlidir?
-
Analitik uçot registrləri necə təsnifləşdirilir?
Ədəbiyyat: (1,2,4,5,6,7)
Mövzu 3: Gəlir və xərclərin uçotu
Gəlir və xərclərin uçotunun təşkili prinsipləri. Gəlir və xərclərin uçotunun aparılması metodları. Gəlir və xərclərin uçotunun mahiyyəti. Gəlir və xərclərin müəyyən edilməsi metodları. Gəlirin müəyyən edildiyi vaxt. Xərclərin çəkildiyi (qəbul edildiyi) vaxt.
Hesablama metodu ilə gəlir və xərclərin uçotu. Hesablama metodu ilə gəlir və xərclərin uçotunun mahiyyəti. Hesablama metodunun tətbiqi zamanı gəlirin müəyyən edildiyi vaxt. Hesablama metodunun tətbiqi zamanı xərclərin çəkilmə vaxtı. Vergi uçotunun hesablama metodundan istifadə zamanı müqavilə üzrə xərclərin qəbul edilməsi üçün yerinə yetirilməli olan şərtlər. Xərclərin növündən asılı olaraq vergitutma məqsədləri üçün xərclərin çəkilmə (qəbul edilmə) tarixinin müəyyən edilməsi xüsusiyyətləri. İcarə (öhdəlik) müqaviləsi bir neçə hesabat dövrünü əhatə etdikdə, icarə haqqı (borc öhdəliyi) üzrə faizlər ödənildikdə xərclərin bölüşdürülməsi.
Kassa metodu ilə gəlir və xərclərin uçotu. Kassa metodu ilə gəlir və xərclərin uçotu prinsipləri. Kassa metodunun tətbiqi zamanı gəlirin müəyyən edildiyi vaxt. Kassa metodunun tətbiqi zamanı xərclərin çəkilmə vaxtı. Vergi uçotunun kassa metodundan istifadə zamanı müqavilə üzrə xərclərin qəbul edilməsi üçün yerinə yetirilməli olan şərtlər. Kassa metodunun tətbiqi zamanı xərclərin növündən asılı olaraq vergitutma məqsədləri üçün xərclərin çəkilmə (qəbul edilmə) tarixinin müəyyən edilməsi xüsusiyyətləri.
Nəzarət sualları:
-
Gəlir və xərclərin uçotunun təşkili prinsipləri hansılardır?
-
Gəlir və xərclərin uçotu hansı metodlarla aparılır?
-
Hesablama metodu ilə gəlir və xərclərin uçotunun aparılması qaydası necədir?
-
Hesablama metodunun tətbiqi zamanı gəlirin müəyyən edilmə vaxtı necə müəyyən edilir?
-
Hesablama metodunun tətbiqi zamanı xərclərin çəkilmə vaxtı necə müəyyən edilir?
-
Kassa metodu ilə gəlir və xərclərin uçotunun aparılması qaydası necədir?
-
Kassa metodunun tətbiqi zamanı gəlirlər əldə edilmə vaxtı necə müəyyən edilir?
-
Kassa metodunun tətbiqi zamanı xərclərin çəkilmə vaxtı necə müəyyən edilir?
Ədəbiyyat: (1,2,4,5,6,7)
Mövzu 4. Müəssisə gəlirlərinin tərkibi və onların təsnifləşdirilməsi
Müəssisə gəlirlərinin təsnifləşdirilməsi. Fəaliyyət sahələrinə görə gəlirlərin qruplaşdırılması (istehsalat fəaliyyətindən olan gəlirlər, ticarət fəaliyyətindən olan gəlirlər, xidmətlərin göstərilməsindən olan gəlirlər).
Fəaliyyət növlərinə görə gəlirlərin daxil oluğu mənbələr. Əsas fəaliyyətdən olan gəlirlər. İnvestisiya fəaliyyətindən olan gəlir. Maliyyə fəaliyyətdən olan gəlir.
Əmələgəlmə mənbəyinə görə gəlirlərin qruplaşdırılması. Məhsulların (işlərin, xidmətlərin) satışından olan gəlirlər. Sair daxilolmalar. Əməliyyat gəlirləri. Satışdankənar gəlirlər. Fövqəladə gəlirlər.
Vergiyə cəlb olunma xarakterinə görə gəlirlərin qruplaşdırılması.
İnflyasiya prosesinin təsirinə görə gəlirlərin qruplaşdırılması. Normal gəlirlər. Real gəlirlər.
Formalaşma dövrünə görə gəlirlərin qruplaşdırılması. Əvvəlki dövrün gəlirləri. Hesabat dövrünün gəlirləri. Planlaşdırılmış dövrün gəlirləri (planlaşdırılan gəlir).
Müəssisənin əsas fəaliyyətdən olan gəlirləri. Məhsulların (işlərin, xidmətlərin) satışından olan gəlirlər. Dövriyyədənkənar aktivlərin (əsas vəsaitlərin, qeyri-maddi aktivlərin). Digər aktivlərin satışından olan gəlirlər.
Satışdan olan gəlirlər. Məhsulların satışından olan mənfəət. Dövriyyədənkənar aktivlərin satışından əldə edilən mənfəət (zərər). Material qiymətliləri və digər aktivlərin satışından olan mənfəət (zərər). Ümumi gəlir. Balans mənfəəti. Xalis mənfəət.
Satışdankənar əməliyyatlardan əldə edilən gəlirlər. Maliyyə əməliyyatlarından olan gəlirlər (alınası faizlər, qiymətli kağızlardan əldə edilən gəlirlər, valyuta hesablarının məzənnə fərqi və xarici valyuta əməliyyatlarından olan gəlirlər, xarici valyutaların satışından olan gəlirlər, başqa müəssisələrdə pay iştirakından olan gəlirlər).
Əmlak əməliyyatlarından olan gəlirlər. Tara əməliyyatlarından olan gəlirlər. Qiymət fərqindən olan gəlirlər. Mal-material qiymətlilərinin artıq gəlməsindən olan gəlirlər.
Sair gəlirlər. Alınmış cərimə, peniya və dəbbələmə məbləğləri. Ümidsiz borcların daxil olmasından gəlirlər. Keçmiş illərin mənfəəti. Digər gəlirlər.
Nəzarət sualları:
-
Müəssisə gəlirləri necə təsnifləşdirilir?
-
Fəaliyyət sahələrinə görə gəlirlər necə qruplaşdırılır?
-
Əmələgəlmə mənbəyinə görə gəlirlər necə qruplaşdırılır?
-
Vergiyə cəlb olunma xarakterinə görə gəlirlər necə qruplaşdırılır?
-
İnflyasiya prosesinin təsirinə görə gəlirlər necə qruplaşdırılır?
-
Formalaşma dövrünə görə gəlirlər necə qruplaşdırılır?
-
Müəssisənin əsas fəaliyyətdən olan gəlirləri hansılardır?
-
Məhsulların satışından olan mənfəət necə müəyyən edilir?
-
Dövriyyədənkənar aktivlərin satışından əldə edilən mənfəət (zərər) necə müəyyən edilir?
-
Material qiymətliləri və digər aktivlərin satışından olan mənfəət (zərər) necə müəyyən edilir?
-
Ümumi gəlir nədir?
-
Balans mənfəəti nədir?
-
Xalis mənfəət nədir?
-
Hansı gəlirlər satışdankənar əməliyyatlardan əldə edilən gəlirlərdir?
-
Hansı gəlirlər maliyyə əməliyyatlarından olan gəlirlərə daxildir?
-
Hansı gəlirlər əmlak əməliyyatlarından olan gəlirlərə aid edilir?
Ədəbiyyat: (4,5,6,7,10)
Mövzu 5. Vergitutulan gəlirdən çıxılan xərclərin tərkibi və qruplaşdırılması
Xərclərin iqtisadi mahiyyəti və qruplaşdırılması. Məsrəflərin təsnifləşdirilməsi. İdarəetmə qərarlarının qəbul edilməsi məqsədilə xərclərin təsnifləşdirilməsi. Real xərclər. Alternativ məsrəflər.
Qəbul edilən qərarların xüsusiyyətindən asılı olaraq məsrəflərin təsnifləşdirilməsi. Relevant (əsaslı, əhəmiyyətli) məsrəflər. Qeyri-relevant məsrəflər. Səmərəli məsrəflər. Səmərəsiz məsrəflər.
İqtisadi məzmununa görə məsrəflərin təsnifləşdirilməsi. Xərc elementləri. Material məsrəfləri. Əməyin ödənişi üzrə məsrəflər. Sosial ehtiyaclara ayırmalar. Amortizasiya ayırmaları. Sair məsrəflər. Kalkulyasiya maddələri.
İstehsalın həcminə münasibətdə məsrəflərin təsnifləşdirilməsi. Daimi məsrəflər. Dəyişən məsrəflər..
Maya dəyərinə aid edilməsi üsuluna görə məsrəflərin təsnifləşdirilməsi. Birbaşa (müstəqim) xərclər. Dolayı (qeyri-müstəqim) xərclər.
Xarakterindən, həyata keçirilməsi şərtindən və müəssisə fəaliyyətinin istiqamətindən asılı olaraq xərclərin qruplaşdırılması. Kommersiya fəaliyyəti ilə bağlı olan xərclər. Kommersiya fəaliyyəti ilə bağlı olmayan (satışdankənar) xərclər. Satışdankənar xərclərin tərkibi.
Vergitutulan gəlirdən çıxılan xərclər. Vergitutulan mənfəətdən çıxılan xərclərin qruplaşdırılması. Vergitutma məqsədləri üçün nəzərə alınmayan xərclər. Vergitutulan mənfəətdən çıxılmayan xərclərin tərkibi.
Nəzarət sualları
-
İdarəetmə qərarlarının qəbul edilməsi məqsədilə xərclər necə təsnifləşdirilir?
-
Hansı xərclər real xərclər adlanır?
-
Hansı xərclər alternativ məsrəflər adlanır?
-
Qəbul edilən qərarların xüsusiyyətindən asılı olaraq xərclər necə təsnifləşdirilir?
-
Hansı xərclər relevant adlanır?
-
Hansı xərclər qeyri-relevant adlanır?
-
İqtisadi məzmununa görə məsrəflər necə təsnifləşdirilir?
-
Xərc elementləri hansılardır?
-
Kalkulyasiya maddələri hansılardır?
-
Maya dəyərinə aid edilməsi üsuluna görə necə təsnifləşdirilir?
-
Birbaşa xərclər hansılardır?
-
Dolayı xərclər hansılardır?
-
Kommersiya fəaliyyəti ilə bağlı olan xərclər hansılardır?
-
Hansı xərclər satışdankənar adlanır?
Mövzu 6: Maliyyə nəticələrinin uçotu
Satışdan olan maliyyə nəticələrinin uçotu. Müəssisənin hesabat ilindəki fəaliyyətinin maliyyə nəticələri haqqında informasiyanı ümumiləşdirmək üçün mühasibat uçotunun hesablar planında nəzərdə tutulan hesab. 80 saylı hesabın dövriyyələrini tutuşdurmaqla hesabat dövrünün maliyyə nəticəsi müəyyən edilməsi.
Maliyyə nəticələrinin tərkib elementləri arasındakı fərq. Müəssisələrdə maliyyə nəticələrinin formalaşması prosesi. Maliyyə nəticələrinin formalaşması üzrə təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsi metodikası.
Satışdan olan maliyyə nəticələrinin tərkibi (hazır məhsulların, işlərin, xidmətlərin, əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, material resurslarının və digər aktivlərin satışından olan mənfəət). Məhsulların satışından olan mənfəətin müəyyən edilməsi. Məhsulların satışından olan maliyyə nəticələrinin müəyyən edildiyi hesab.
Əsas vəsaitlərin satışından olan maliyyə nəticələri.Əsas vəsaitlərin satışından olan mənfəətin müəyyən edilməsi. Əsas vəsaitlərin satışından olan maliyyə nəticələrinin müəyyən edildiyi hesab.
Qeyri-maddi aktivlərin satışından olan maliyyə nəticələri. Qeyri-maddi satışından olan mənfəətin müəyyən edilməsi. Qeyri-maddi satışından olan maliyyə nəticələrinin müəyyən edildiyi hesab.
Məhsul satışının uçotu. Məhsulun satılma vaxtının müəyyən edilməsi metodları. Məhsul satışı üzrə təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsi qaydası. “Ödəmə üzrə” (kassa) metodunun tətbiqi zamanı məhsul satışının uçotu. “Ödəmə üzrə” (kassa) metodunun tətbiqi zamanı məhsul satışı üzrə təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsi qaydası.
“Yükləmə üzrə” (hesablama) metodunun mahiyyəti. “Yükləmə üzrə” metodunun tətbiqi zamanı məhsul satışının uçotu. “Yükləmə üzrə” metodunun tətbiqi zamanı məhsul satışı üzrə təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsi qaydası.
Satışdankənar maliyyə nəticələrinin uçotu. Satışdankənar əməliyyatlardan olan mənfəətin müəyyən edilməsi. Satışdankənar əməliyyatların mühasibat hesablarında əks etdirilməsi qaydası.
Mənfəət vergisi üzrə büdcə ilə hesablaşmaların uçotu. Mənfəət vergisi üzrə hesabat dövrü. Cari vergi ödəmələrinin hesablanması metodları. Mənfəət vergisinin hesablanması və büdcəyə köçürülməsini uçota alan hesablar. Cari vergi ödəmələrinin hesablanması üzrə əməliyyatın mühasibat uçotunda əks etdirilməsi. Mənfəət vergisinin hesablanması və büdcəyə köçürülməsi üzrə təsərrüfat əməliyyatlarının uçotda əks etdirilməsi.
Nəzarət sualları:
-
Satışdan olan maliyyə nəticələrinin uçotu qaydası necədir?
-
Maliyyə nəticələri haqqında informasiyanı ümumiləşdirmək üçün mühasibat uçotunun hesablar planında hansı hesab nəzərdə tutulmuşdur?
-
Maliyyə nəticələrinin tərkib elementləri arasındakı fərq nədən ibarətdir?
-
Müəssisələrdə maliyyə nəticələrinin formalaşması prosesi necədir?
-
Maliyyə nəticələrinin formalaşması üzrə təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsi metodikası necədir?
-
Məhsulların satışından olan mənfəətin müəyyən edilməsi qaydası necədir?
-
Əsas vəsaitlərin satışından olan mənfəətin müəyyən edilməsi qaydası necədir?
-
Qeyri-maddi aktivlərin satışından olan mənfəətin müəyyən edilməsi qaydası necədir?
-
Satışdankənar maliyyə nəticələrinin uçotu qaydası necədir?
-
Mənfəət vergisinin hesablanması və büdcəyə köçürülməsi üzrə təsərrüfat əməliyyatlar uçotda necə əks etdirilir?
Ədəbiyyat: (2,6,12,13,15,19)
Mövzu 7: Məsrəflərin uçotu və məhsulun maya dəyərinin kalkulyasiyası
Məsrəflərin uçotunun əsas vəzifələri. Məsrəflərin uçotunun təşkili prinsipləri. Məhsulun maya dəyəri. Məsrəflərin uçotu və məhsulun maya dəyərinin kalkulyasiyasının metodları. Məsrəflərin qiymətləndirmə üsuluna görə uçotu. Məsrəflərin faktiki maya dəyəri üzrə uçotu. Məsrəflərin uçotunun normativ metodu. Məsrəflərin plan (proqnoz) maya dəyəri ilə uçotu.
Texnoloji proseslərə münasibətdə məsrəflərin uçotunu metodları. Mərhələ metodunun mahiyyəti. Sifariş metodunun mahiyyəti. Məsrəflərin tam maya dəyəri üzrə uçotu. Məsrəflərin məhdud maya dəyəri üzrə uçotu.
İstehsal məsrəflərinin uçotu qaydası. Məsrəflərin uçotu kalkulyasiya variantı. Məsrəflərin uçotunun ənənəvi variantı. Məsrəfləri uçota alan hesablar. Birbaşa məsrəflərin uçotu. Dolayı məsrəflərin uçotu. Şərti-dəyişən xərclərin uçotu. Birbaşa şərti-daimi xərclər uçotu.
Nəzarət sualları:
-
Məsrəflərin uçotunun əsas vəzifələri hansılardır?
-
Məsrəflərin uçotunun təşkili prinsipləri hansılardır?
-
Məsrəflərin uçotu və məhsulun maya dəyərinin kalkulyasiyasının metodları hansılardır?
-
Məsrəflərin faktiki maya dəyəri üzrə uçotu necədir?
-
Məsrəflərin uçotunun normativ metodunun mahiyyəti nədən ibarətdir?
-
Məsrəflərin tam maya dəyəri üzrə uçotunun mahiyyəti nədən ibarətdir?
-
Məsrəflərin məhdud maya dəyəri üzrə uçotunun mahiyyəti nədən ibarətdir?
-
Texnoloji proseslərə münasibətdə məsrəflərin uçotunu metodları hansılardır?
-
İstehsal məsrəflərinin uçotu qaydası necədir?
-
Məsrəfləri uçota alan hesablar hansılardır?
Ədəbiyyat: (2,3,4,5,6,7,10,12,13,14,15,16,17)
Mövzu 8: Vergi auditi
Vergi nəzarətinin mahiyyəti. Vergi nəzarətinin əmələgəlmə zəruriliyi. Vergi nəzarəti dövlət idarəçiliyinin funksiyalarından biri kimi. Vergi nəzarətinin formaları.
Vergi auditi dövlət idarəetmə funksiyalarından biri kimi. Vergi auditinin mahiyyəti. Vergi auditinin məqsədi. Vergi auditinin vəzifələri.
Vergi auditinin mərhələləri. Vergi ödəyicisinin vergitutma sisteminin qiymətləndirilməsi. Müəssisələr tərəfindən büdcəyə ödəniləcək vergilərin hesablanması və ödənilməsinin düzgünlüyünün yoxlanması və təsdiq edilməsi.
Vergi auditinin təşkili prinsipləri. Qanunçuluq. Vergi auditinin hərtərəfli və tam olması. Vergi ödəyicisinə zərər yetirilməməsinə əməl olunması. Vergi orqanlarının gündəlik işi ilə onların nəzarət fəaliyyətlərinin uzlaşdırılması. Vergi qanunlarının keyfiyyət səviyyəsinin yüksəldilməsi. Vergi orqanlarının fəaliyyətinin optimallaşdırılması.
Nəzarət sualları:
-
Vergi nəzarətinin mahiyyəti nədən ibarətdir?
-
Vergi nəzarəti hansı formalarda həyata keçirilir?
-
Vergi auditinin mahiyyəti nədən ibarətdir?
-
Vergi auditinin məqsədi nədən ibarətdir?
-
Vergi auditinin qarşısında hansı vəzifələr durur?
-
Vergi auditi hansı mərhələlərdən ibarətdir?
-
Vergi ödəyicisinin vergitutma sisteminin qiymətləndirilməsi prosedurları hansılardır?
-
Büdcəyə ödəniləcək vergilərin hesablanması və ödənilməsinin düzgünlüyünün yoxlanması necə həyata keçirilir?
-
Vergi auditinin təşkili prinsipləri hansılardır?
Ədəbiyyat: (2,3,4,5,6,7)
Mövzu 9: Vergi auditinin formaları
Vergi auditinin təsnifləşdirici əlamətləri. Aparılması yerinə görə vergi auditinin təsnifləşdirilməsi. Kameral yoxlama. Səyyar vergi yoxlaması. Sənədli yoxlamanın mərhələləri aparılır: yoxlamaya hazırlıq, yoxlamanın aparılması, yoxlama nəticələrinin rəsmiləşdirilməsi, aktın imzalanması və onu ödəyiciyə təqdim edilməsi, yoxlama materiallarına baxılması və müvafiq qərarın qəbul edilməsi və yoxlama materiallarının realizə edilməsi.
Yoxlanılan məsələlərin həcminə görə vergi auditinin təsnifatı. Kompleks vergi yoxlaması. Tematik (qismən) yoxlamalar. Məqsədli yoxlama. Planlaşdırma (təşkili) üsuluna görə vergi auditinin təsnifatı. Planlı (növbəti) yoxlama. Növbədənkənar (plandankənar) yoxlama.
Aparılma vaxtına görə nəzarət tədbirlərinin təsnifatı. İlkin nəzarət. Cari nəzarət (tədqiqat, xronometraj, müşahidə). Sonrakı nəzarət (sənədli yoxlama üsulu).
Aparılması üsuluna görə vergi auditinin təsnifatı. Tam (kompleks) yoxlama. Seçmə yoxlama. Hesabat ilinin ayrı-ayrı dövrlərinin bütün sənədləri, ya da bütün hesabat ili sənədlərinin bir qismi yoxlanması.
İnformasiya təminatının müxtəlifliyi baxımından vergi auditinin təsnifatı. Sənədli nəzarət. Yoxlanılan obyekt haqqında ilkin sənədlərdəki məlumatların yoxlanması. Sənədli yoxlamanın üsulları. Faktiki nəzarət. Faktiki nəzarətin xüsusi üsulları. Faktiki nəzarətin metodları. İnventarlaşdırma. Tədqiqat. Ekspertiza.
Aparılma müddətinə görə vergi auditinin təsnifləşdirilməsi. Operativ nəzarət. Dövrü nəzarət. Aparılma mənbəyinə görə vergi auditinin təsnifləşdirilməsi. Sənədli nəzarət. Faktiki nəzarət (baxış keçirmə, ölçmə, yenidən hesablama, ekspertiza).
Nəzarət sualları:
-
Vergi auditinin təsnifləşdirici əlamətləri hansılardır?
-
Aparılması yerinə görə vergi auditi necə təsnifləşdirilir?
-
Yoxlanılan məsələlərin həcminə görə vergi auditi necə təsnifləşdirilir?
-
Planlaşdırma (təyinat) üsuluna görə vergi auditi necə təsnifləşdirilir?
-
Aparılma vaxtına görə nəzarət tədbirləri necə təsnifləşdirilir?
-
Aparılması üsuluna görə vergi auditi necə təsnifləşdirilir?
-
İnformasiya təminatının müxtəlifliyi baxımından vergi auditi necə təsnifləşdirilir?
-
Aparılma mənbəyinə görə audit necə təsnifləşdirilir?
-
Keçirilməsi müddətinə görə audit necə təsnifləşdirilir?
Ədəbiyyat: (2,3,4,6,7,8,10)
Mövzu 10: Maliyyə nəticələrinin auditi
Maliyyə nəticələri auditinin vəzifələri. Yoxlamanın aparılması zamanı nəzərdən keçirilən məsələlər. İlkin sənədlərin yoxlanması. Uçot registrlərinin yoxlanması. İlkin sənədlərin və mühasibat uçotu registrlərindəki yazılışlar bütünlüklə yoxlanması. İlkin sənədlərin və mühasibat uçotu registrlərin seçmə yolu ilə yoxlanması. Sənədlərin formal və riyazi yoxlanması.
Məhsul satışından daxil olan faktiki pul vəsaitlərinin (satış pulunun) yoxlanması üçün informasiya mənbələri. Məhsul satışından olan maliyyə nəticələrinin auditi. Mənfəət vergisinin audit yoxlaması. Vergitutma obyektinin (balans mənfəətinin) düzgünlüyünün yoxlanması).
Məhsulların (işlərin, xidmətlərin) satışından əldə edilmiş pul vəsaitlərinin düzgünlüyünü yoxlamaq üçün lazım olan informasiya mənbələri. Məhsulların satışından əldə edilmiş gəlirlərin düzgünlüyünün yoxlanması. Sair satışdan olan maliyyə nəticələrinin auditi. Sair satışdan olan maliyyə nəticələrinin düzgünlüyünün üçün lazım olan informasiya mənbələri.
Satışdankənar əməliyyatlardan olan maliyyə nəticələrinin auditi. Satışdankənar əməliyyatlardan olan maliyyə nəticələrinin düzgünlüyünün üçün lazım olan informasiya mənbələri. Digər müəssisələrin qiymətli kağızlarına, dövlət istiqrazlarına maliyyə qoyuluşunun auditi. Məzənnə fərqlərinin hesablanmasının düzgünlüyünün yoxlanması. Müəssisənin nizamnamə kapitalına xarici valyutada vəsaitlərin qoyuluşunun yoxlanması. Debitor borcları (təsərrüfat müqavilələri) üzrə məzənnə fərqinin yoxlanması. Müqavilə şərtlərinin pozulmasına və dəymiş zərərin ödənilməsinə görə cərimə, peniya, dəbbə və digər sanksiyaları formasında alınmış (ödənilmiş) gəlirlərin (zərərin) düzgünlüyünün yoxlanması.
Nəzarət sualları:
-
Maliyyə nəticələri auditinin vəzifələri hansılardır?
-
Yoxlamanın aparılması zamanı nəzərdən keçirilən məsələlər hansılardır?
-
İlkin sənədlər və uçot registrlərinin yoxlanması necə həyata keçirilir?
-
Yoxlama zamanı hansı informasiya mənbələrindən istifadə olunur?
-
Məhsul satışından olan maliyyə nəticələrinin auditi necə aparılır?
-
Sair satışdan olan maliyyə nəticələrinin auditi necə aparılır?
-
Satışdankənar əməliyyatlardan olan maliyyə nəticələrinin auditi necə aparılır?
Ədəbiyyat: (2, 3, 4, 6, 7, 8, 10, 12, 14)
Mövzu 11: Məsrəflər və məhsulun maya dəyərinin auditi
Məhsulun maya dəyərinin auditinin məqsədi. Məhsulun maya dəyərinin auditinin vəzifələri. Məhsulun maya dəyərinin auditi. Məhsulun maya dəyərinin auditi zamanı nəzarət prosesinin həyata keçirildiyi mərhələlər. Məsrəflərin satılmış (yüklənmiş) və anbarında olan hazır məhsullar arasında bölüşdürülməsinin əsaslı və düzgünlüyünün yoxlanması. Məsrəflərin tərkibini formalaşdıran xərclərin düzgünlüyünün yoxlanması.
İstehsal məsrəfləri uçotunun auditi. Bilavasitə istehsal prosesi ilə bağlı olan birbaşa (müstəqim, istehsal) məsrəflərin uçotunun auditi. Hesabat dövrü ilə daha sıx bağlı olan dövrü məsrəflərin uçotunun auditi. Məhsulun maya dəyərinə daxil ediləm material məsrəflərinin yoxlanması. Xüsusi təyinatlı fondlar hesabına ödənilməli olan xərclərin yoxlanması. Material resurslarının güzgün qiymətləndirilməsinin yoxlanması.
Nəzarət sualları:
-
Məhsulun maya dəyərinin auditinin məqsədi nədən ibarətdir?
-
Məhsulun maya dəyəri auditinin qarşısında duran vəzifələr hansılardır?
-
Məhsulun maya dəyərinin auditi necə aparılır?
-
Məhsulun maya dəyərinin auditi zamanı nəzarət prosesi hansı mərhələlərdə həyata keçirilir?
-
Məsrəflərin satılmış (yüklənmiş) və anbarında olan hazır məhsullar arasında bölüşdürülməsinin əsaslı və düzgünlüyünün yoxlanması qaydası necədir?
-
Məsrəflərin tərkibini formalaşdıran xərclərin düzgünlüyünün yoxlanması qaydası necədir?
-
İstehsal məsrəfləri uçotunun auditi necə aparılır?
Ədəbiyyat: (2,3,4,7,8,9,10,11,14,15,17)
«Vergi uçotu, hesabatı və audit» fənni üzrə tədris saatlarının bölgüsü
Sıra
№si
|
Mövzuların adı
|
Cəmi saatlar
| Mühazirə |
Məşğələ
|
1.
|
Vergi uçotunun təşkili prinsipləri
|
4
|
2
|
2
|
2.
|
Vergi uçotu registrləri
|
4
|
2
|
2
|
3.
|
Gəlir və xərclərin uçotu
|
4
|
2
|
2
|
4.
|
Müəssisə gəlirlərinin tərkibi və onların təsnifləşdirilməsi
|
4
|
2
|
2
|
5.
|
Vergitutulan gəlirdən çıxılan xərclərin tərkibi və onların qruplaşdırılması
|
4
|
2
|
2
|
6.
|
Maliyyə nəticələrinin uçotu
|
4
|
2
|
2
|
7.
|
Məsrəflərin uçotu
|
4
|
2
|
2
|
8.
|
Vergi auditi
|
8
|
4
|
4
|
9.
|
Vergi auditinin formaları
|
8
|
4
|
4
|
10.
|
Maliyyə nəticələrinin auditi
|
8
|
4
|
4
|
11.
|
Məsrəflər və maya dəyərinin auditi
|
8
|
4
|
4
|
CƏMİ:
|
60
|
30
|
30
|
Ədəbiyyat
-
Vergi Məcəlləsi. 2015.
-
F.Ə. Məmmədov, A. F. Musayev, M.M. Sadıqov, Z.H. Rzayev, Y. A. Kəlbiyev. Vergilər və vergiqoyma. Ali məktəblər üçün dərs vəsaiti. B.: 2006.- 432 s.
-
Bağırov D.A. Vergi auditi.B.: “Maarif”, 1999.–428 s.
-
Abbasov İ. M. Audit. Dərslik. B.: 2007.- 530 s. Б.: 2002.-482 с.
-
Sadıqov Ə.A. Sadıqov T.Ə. Мühasibat (maliyyə) uçotu. 2008.
-
Sadıqov T.Ə. Sadıqov T.Ə. İdarəetmə uçotu. Dərslik, 2012.
-
Sadıqov T.Ə. Rzayev İ. Vergi uçotu və audit. 2014.
-
B.A. Xankişiyev B.A. Maliyyə nəzarəti. Turan nəşriyyatı.B.: 2002. – 91 s.
-
Аудит: Учебник для вузов / Под редакцией профессора В.И.Подольского – М.: Аудит, ЮНИТИ, 1997.-432 с.
-
Аудит: Учебник для вузов / Под ред.проф. В.И.Подольского. – 3-е изд, перераб.и доп.-М.: 2003.
-
Бухгалтерский учет: Учебное пособие / Под общ. ред. И.Е. Тишкова Мн.: Выш. шк., 1994.-592 с.
-
Бухгалтерский учет: Учебник / Под ред. П.П.Новиченко.– 2-е изд. Перераб. и доп. – М.: Финансы и статистика, 1990 – 464 с.
-
Бухгалтерский учет / под редакцией Л.В.Соколова. – М.: 2004 г.
-
Карп М.В. Налоговый менеджмент: Учебник для вузов. – М.: ЮНИТИ-ДАНА. 2001.–477 с.
-
Караваева Н.В. Налоговое регулирование рыночной экономики: Учебное пособие для вузов. – М.: ЮНИТИ-ДАНА. 2000.-215.
-
Коновалова Н.Р. Развития учета прибыли в условиях трансформации отношений собственности. – М.: Экономист, 2003.
-
Козлова Е.П. Бабченко Т.Н., Галанина Е.Н. Бухгалтерский учет в организациях. М.: Финансы и статистика, 1999.
«İqtisad Universiteti» nəşriyyatı
Bakı – 370001, İstiqlaliyyət küçəsi, 6.
Dostları ilə paylaş: |