Azərbaycan Respublikasında rabitə və



Yüklə 387,59 Kb.
səhifə1/3
tarix21.10.2017
ölçüsü387,59 Kb.
  1   2   3

«Azərbaycan Respublikasında rabitə və

informasiya texnologiyalarının inkişafı üzrə

2005-2008-ci illər üçün Dövlət Proqramı»nın (Elektron

Azərbaycan)» təsdiq edilməsi haqqında
«Azərbaycan Respublikasında rabitə və

informasiya texnologiyalarının inkişafı üzrə

2005-2008-ci illər üçün Dövlət Proqramı»nın (Elektron

Azərbaycan)» təsdiq edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin

Sərəncamı


Azərbaycan

Respublikasında rabitə və informasiya

sistemlərinin və texnologiyalarının inkişafını

və informasiya kommunikasiya

texnologiyalarının inkişafı üzrə Milli

Strategiyanın həyata keçirilməsini təmin etmək

məqsədi ilə qərara alıram:1. «Azərbaycan Respublikasında

rabitə və informasiya texnologiyalarının

inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət

Proqramı» (Elektron Azərbaycan)» təsdiq edilsin

(əlavə olunur).

2. Bu sərəncamın 1-ci bəndinə müvafiq

olaraq təsdiq edilmiş Dövlət Proqramının

əlaqələndirici orqanı Azərbaycan

Respublikasının Rabitə və İnformasiya

Texnologiyaları Nazirliyi müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər

Kabinetinə tapşırılsın ki, bu sərəncamın 1-ci

bəndinə müvafiq olaraq təsdiq edilmiş Dövlət

Proqramının maliyyələşdirilməsi üçün zəruri

olan tədbirlər görsün və bu sərəncamdan irəli

gələn digər məsələləri həll etsin.

4. Bu sərəncam dərc edildiyi gündən

qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 21 oktyabr 2005-ci il

№ 1055


«Azərbaycan» qəzetində dərc edilmişdir (22

oktyabr 2005-ci il, № 245).


Azərbaycan Respublikası

Prezidentinin 2005-ci il 21 oktyabr tarixli

Sərəncamı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikasında rabitə və

informasiya texnologiyalarının inkişafı üzrə

2005-2008-ci illər üçün
Dövlət Proqramı (Elektron Azərbaycan)
I. Giriş
Azərbaycan

Respublikasında dövlət quruculuğu, güclü

iqtisadiyyatın yaradılması, cəmiyyətin

demokratikləşməsi, əhalinin rifahının

yüksəldilməsi və insan inkişafının təmin

edilməsi istiqamətlərində çoxşaxəli fəaliyyət

həyata keçirilir. Görülən işlər, eyni zamanda

Azərbaycanın siyasi, hüquqi, iqtisadi, sosial və

digər sahələrdə beynəlxalq əlaqələrinin

genişlənməsinə, qloballaşan dünyada etibarlı

tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinə

xidmət edir və ölkənin müdafiə qabiliyyətinin

artırılmasına, ərazi bütövlüyünün bərpa

edilməsinə və qorunub saxlanılmasına, davamlı

inkşafının təmin edilməsinə yönəlmişdir.

Qeyd olunan məsələlərin həllində rabitə və

informasiya texnologiyalarının xüsusi yeri vardır və sahənin inkişaf səviyyəsi

qarşıya qoyulan məqsədlərə çatmağa təsir edən amillərdəndir. Müxtəlif

dövlətlərdə, xüsusən də inkişaf etmiş dövlətlərdə bu məqsədlə informasiya

cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılmasına səy

göstərilir və bu fəaliyyət BMT-nin Minilliyin Sammitində müəyyən edilmiş inkişaf

məqsədləri ilə tam uzlaşır.

Azərbaycan Respublikasında da bu sahədə

məqsədyönlü fəaliyyət aparılır və informasiya texnologiyaları sahəsi ölkənin

inkişaf prioritetlərinə daxil edilmişdir. Azərbaycan Respublikasının Prezidenti

tərəfindən 2003-cü il fevralın 17-də 1146 nömrəli sərəncamı ilə təsdiq edilmiş

«Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya

texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)» yaxın 10 il ərzində

görüləcək işlərin ümumi xəttini müəyyənləşdirmişdir.

Bu addımlar ölkədə

informasiya-kommunikasiya texnologiyalarının dövlət orqanlarında istifadəsinin

səmərəliliyinin artırılmasının, əhalinin bu orqanlarla əlaqələrində ünsiyyətinin

asanlaşdırılmasının və bürokratik əngəllərin aradan qaldırılmasının, ölkədə

yaradılan müxtəlif təyinatlı informasiya sistemlərinin qarşılıqlı uzlaşmasının

əsasını qoydu.

2004-cü ildə qəbul edilmiş «Elektron imza

və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanunu ölkədə elektron

sənəd dövriyyəsinin yaradılmasına və elektron imza tətbiq edilən yeni

proseslərin, o cümlədən yeni iqtisadi fəaliyyət sahələrinin inkişafına şərait

yaratdı.


«Azərbaycan Respublikasının Rabitə və

İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi

barədə» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli, 111

nömrəli fərmanı ilə «Azərbaycan Respublikasında rabitə və informasiya

texnologiyalarının müasir tələblərə uyğun olaraq inkişafını təmin etmək

məqsədilə Dövlət Proqramı»nın hazırlanması barədə verdiyi tapşırıq ölkə

rəhbərliyinin müasir texnologiyaların ardıcıl inkişaf etdirilməsində növbəti

addımı oldu.

Azərbaycan Respublikası Prezidentinin

2004-cü il 21 avqust tarixli, 355 nömrəli sərəncamı ilə təsdiq edilmiş

«Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və

kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)»

2005-2007-ci illər ərzində təhsilin keyfiyyətinin yüksəldilməsində, gənclərin

inkişafında və ümumiyyətlə, Azərbaycanın tərəqqisində müasir texnologiyaların

rolunu bir daha təsdiqləmişdir.

Hazırlanmış bu Dövlət Proqramında

Azərbaycanın mövcud potensialından səmərəli istifadə edilməsi və onun inkişaf

etdirilməsi, rabitə və informasiya texnologiyaları sahəsinin təşkilati, hüquqi,

texniki, kadr baxımından modernləşdirilməsi, İKT sənayesinin formalaşdırılması,

bu sahəyə yeni investisiyaların cəlb edilməsi və sahibkarlığın

genişləndirilməsi, azad bazar və sağlam rəqabət prinsiplərinin gözlənilməsi,

sosial əhəmiyyətli layihələrin həyata keçirilməsi və nəticədə Azərbaycanda

informasiya cəmiyyətinə keçidin təmin edilməsinə yönəlmiş müxtəlif tədbirlər

nəzərdə tutulur.

Rabitə və informasiya texnologiyaları

sahəsinin sürətli inkişafı ilə əlaqədar olaraq Dövlət Proqramında 2012-ci ilədək

olan Milli Strategiyanın 2005-2008-ci illər üzrə ilkin mərhələsinin icrası

nəzərdə tutulmuşdur. Dövlət Proqramının yerinə yetirilməsi üzrə nəticələr və

sahə üzrə baş vermiş dəyişikliklər nəzərə alınmaqla, növbəti mərhələnin

tədbirləri müəyyənləşdiriləcəkdir.

2005-ci ildə qəbul edilmiş

«Telekommunikasiya haqqında» Azərbaycan Respublikasının Qanunu ölkədə

telekommunikasiya fəaliyyətinin hüquqi, iqtisadi, təşkilati əsaslarını

müəyyənləşdirdi və telekommunikasiya resurslarının məqsədyönlü

planlaşdırılmasına və ədalətli istifadə olunmasının tənzimlənməsinə şərait

yaratdı.
II. Mövcud vəziyyət


Azərbaycan Respublikasında rabitə və

informasiya texnologiyaları sahəsi son illərdə ardıcıllıqla inkişaf edir. Bu

illər ərzində bu sahəyə ümumi investisiya qoyuluşunun həcmi təxminən 500 milyon

ABD təşkil etmişdir və bunun 70 faizi xarici investisiyalar olmuşdu. Xüsusi qeyd

olunmalıdır ki, daxili investisiyaların həcmi ildən-ilə artmaqdadır. Nəticədə

müxtəlif sahələrdə fəaliyyət göstərən yeni birgə müəssisələr yaradılmışdır.

Ölkədə mobil telefon operatorları kimi «Azercell Telecom MMM» BM və «Baksell

LTD» MMC şirkəti, yerli telefon rabitəsi sahəsində isə «AzEvrotel», «Katel» və

«Ulıc» birgə müəssisələri yaradılmışdır və xidmət göstərirlər.

Respublikada rabitə sahəsinin ÜDM-dəki payı

2,3 faizdir, inkişaf etmiş ölkələrdə bu göstərici təxminən 5-7 faiz təşkil edir.

Rabitə infrastrukturunun modernləşdirilməsi əsas məsələlərdən biridir. Görülmüş

işlər nəticəsində telefon şəbəkəsinin təqribən 50 faizi elektron tiplidir. Bakı

şəhərində isə bu göstərici 57,8 faiz təşkil edir. Respublikanın bir sıra

bölgələrində-Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində, Abşeron,

Şəki, Zaqatala, Balakən, Xızı, Siyəzən, Yevlax rayonlarında telefon

şəbəkələrinin 100 faiz elektron tipli olması təmin edilmişdir.

Bu tədbirlər nəticəsində son 10 ildə

telefon şəbəkəsinin ümumi tutumu təxminən 50 faiz artmış, göstərilən xidmətlərin

keyfiyyəti yüksəlmiş və çeşidləri çoxalmışdır. Hal-hazırda hər 100 nəfərə düşən

əsas telefon aparatlarının sayı 12,81 ədəddir, o cümlədən Bakı şəhərində 28,92

ədəd, respublikanın digər əraziləri üzrə isə 8,2 ədəddir. Digər sahələrdə 14,6

ədəd, kənd yerlərində isə 3,6 ədəddir.

Azərbaycan Respublikasının ərazisində

uzunluğu 1161 kilometr olan Trans-Asiya-Avropa (TAE) fiber-optik kabel

magistralı çəkilmişdir. Bu şəbəkə daxili resurslar hesabına daha da

genişləndirilmiş, ölkənin digər bölgələri magistral xəttə qoşulmuş və şimal

sərhədinə qədər optik xəttin tikintisi təmin edilmişdir.

Son bir neçə ildə mobil rabitə Azərbaycanda

dinamik olaraq inkişaf etmişdir və abunəçilərin sayı hər il orta hesabla 2,1

dəfə artmışdır. 1994-cü ildə Azərbaycanda mobil rabitə abunəçilərinin sayı 2000

nəfər təşkil edirdisə, hal-hazırda bu rəqəm 1,7 milyondan çoxdur. Hazırda

Azərbaycanda hər 100 nəfərə təxminən 20,03 mobil telefon aparatı düşür və bu

göstəriciyə görə Azərbaycan MDB ölkələri arasında altıncı yerdədir.

1997-ci ildən 2005-ci ilə qədər rabitə və

İF sahəsinin gəlir göstəriciləri özəl sektor üzrə 32 faizdən 73,8 faizədək

artmışdır.

Ölkədə hər 100 nəfərə təxminən 1,5 ədəd

kompüter düşür (bu göstərici Azərbaycan üzrə ümumdünya ölkələrinin orta

səviyyəsindən aşağıdır). İstifadədə olan bu kompüterlərin çoxu dövlət

orqanlarında və özəl qurumlarda cəmləşmişdir və əsasən karküzarlıq işləri ilə

bağlı istifadə edilir. Əhali tərəfindən fərdi məqsədlər üçün evlərdə istifadə

edilən kompüterlər cüzi saydadır, ancaq son illər bu tendensiya dəyişməkdədir və

fərdi istifadçilərin sayı daim yüksəlir. Buna səbəb İnternetin istifadəsinin

genişlənməsi və xidmət haqlarının aşağı düşməsidir.

Azərbaycanda İnternet 1995-ci ildən inkişaf

etməkdədir və hal-hazırda istifadəçilərin sayı təxminən 400 min nəfərə

çatmışdır. Təqribən hər 100 nəfərə 5 istifadəçi düşür (ümumdünya göstəricisindən

azdır). Bakı şəhərində və bəzi rayonlarda təxminən 450-dən çox internet-klub

açılmışdır. Onlar əsasən özəl sektor tərəfindən yaradılmışdır, ancaq dövlət

xətti ilə yaradılmış İnternet mərkəzləri şəbəkəsi də mövcuddur. Ölkənin müxtəlif

regionlarında yerləşən 20-dək mərkəzdə əhaliyə İnternetə çıxışla yanaşı,

kompüter biliklərinin öyrədilməsi də həyata keçirilir.

Hal-hazırda Azərbaycanda 22 İnternet

provayderi xidmət göstərir və bunlardan yalnız ikisi dövlət müəssisəsidir.

«Bakİnternet» və «Aztelekomnet» dövlət İnternet provayderlərinin xidməti

nəticəsində respublikanın bütün bölgələrindən İnternet şəbəkəsinə çıxış imkanı

yaradılmışdır.

Sahə üzrə lisenziyalaşdırma yalnız rabitə

xidmətlərinin göstərilməsinə tətbiq edilir. Qanunvericilik bazasının

formalaşdırılması son illərdə sürətlənmişdir və bu illərdə «Elektron imza və

elektron sənəd haqqında», «Poçt rabitəsi haqqında» və «Məlumat toplularının

hüquqi qorunması haqqında», «Elektron ticarət haqqında», «Telekommunikasiya

haqqında» Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir, «İnformasiya

azadlığı haqqında» və s. qanun layihələri isə hazırlanmışdır.

Azərbaycan hökumətinin BMTİP ilə birgə

«Elektron hökumət» layihəsi çərçivəsində respublikanın bütün bölgələrini əhatə

edəcək «AzDATAKOM» şəbəkəsinin təşkilinə hazırlıq işləri aparılır. Ölkədə həyata

keçirilən NATO-nun Elmi Proqramının «Virtual İpək Yolu» layihəsi ali təhsil

ocaqlarının, ACİ, BMTİP, AzRENA və RİTN-in birgə «AzNet» layihəsi isə orta

məktəblərin İnternetlə əhatə olunmasına imkan yaradacaqdır.

Ölkədə hal-hazırda radio-televiziya

proqramlarının peykdən yayımını təmin edən (TV-UP-Link) peyk rabitə stansiyaları

ilə yanaşı, xarici ölkələrlə rabitənin təşkili, məlumatların ötürülməsi və

qəbulu, İnternet şəbəkələrinin təşkili, daxili korporativ şəbəkələrin

yaradılması məqsədi ilə müxtəlif peyklər üzərindən peyk rabitə kanalları

(daşıyıcılar) vasitəsilə bir neçə peykə işləyən yerüstü stansiyalar qurulub

istismar olunur. Rəqəmli TV hələlik tətbiq olunmur.

Əhaliyə, o cümlədən ölkə xaricində yaşayan

azərbaycanlılara informasiya çatdırmaq üçün televiziya və radionun imkanlarından

istifadə olunur. AzTV televiziya və «Respublika» radio proqramlarının

hal-hazırda iki peyk üzərindən Orta Asiya və Avropa ölkələrinə yayımı təmin

edilmişdir. Hazırda ölkə əhalisinin təxminən 99,8 faizi AzTV proqramını qəbul

etmək imkanına malikdir.

2005-ci il avqustun 29-dan İctimai

Televiziya proqramı yayımlanmağa başlamışdır. Hazırda respublika əhalisinin 60

faizi İctimai Televiziyanın proqramlarını qəbul etmək imkanına malikdir. İctimai

Televiziya ilə yanaşı, özəl və yerli radio-televiziya proqramları, xarici

ölkələrin TV kanalları da respublika ərazisində efir vasitəsilə yayımlanır.

«Lider», «Speys», ANS özəl radio-televiziya proqramlarının yerüstü efir yayımı

ilə yanaşı, peyk vasitəsilə də yayımı təmin edilmişdir. Özəl TV proqramlarına

ölkə əhalisinin təqribən 40-50 faizi baxa bilir.

Qeyd olunmalıdır ki, istismarda olan mövcud

dövlət radio-televiziya yayım verilişlərinin (əsasən, güclü və azgüclü) və orta

dalğa radiovericilərinin böyük hissəsi mənəvi və fiziki cəhətdən köhnəlmiş

olduğundan müasir tələblərə cavab vermir və yeni yayım texnologiyalarından

istifadəyə imkan yaratmır.

Respublikanın poçt bazarında 11 özəl poçt

müəssisəsi fəaliyyət göstərir. Onların sırasında DHL, Fedex, TNT və s. kimi

dünyada tanınmış poçt operatorları da vardır. Poçt xidmətlərinin göstərilməsi

üzrə əldə olunan ümumi gəlirin 55-60 faizi özəl poçt şirkətlərinin payına düşür.

Ölkə əhalisinin universal poçt xidmətlərindən istifadə imkanı təxminən 70 faiz

təşkil edir.

Mövcud vəziyyətin təhlili aşağıdakı qənaətə

gəlməyə əsas verir:
rabitə və informasiya texnologiyaları sahəsində

müəyyən inkişafa baxmayaraq, Azərbaycan bir çox göstəricilərə görə ümumdünya

inkişaf səviyyəsindən hələlik geri qalır;

statistik göstəricilərlə əhalinin rabitə və

informasiya texnologiyalarına artan tələbatının müqayisəsi göstərir ki,

Azərbaycan Respublikasının bu sahədə böyük inkişaf potensialı mövcuddur.


III. Dövlət Proqramının məqsədi
Dövlət Proqramının məqsədi Azərbaycanda

rabitə və informasiya texnologiyalarının inkişafını təmin etmək və bu yolla

ölkənin hərtərəfli tərəqqisi üçün xidmət göstərmək, eyni zamanda İKT-nin

inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsini təmin etmək, müəyyən

edilmiş məqsədlərə və fəaliyyət istiqamətlərinə uyğun olaraq layihələri

planlaşdırmaq və icra etməkdir.

Bununla əlaqədar aşağıdakı məsələlərin

həlli xüsusi əhəmiyyət kəsb edir:


rabitə və informasiya texnologiyaları sahəsinin

gələcək inkişafı üçün islahatların aparılması və effektiv mexanizmin

formalaşdırılması;

qlobal informasiya fəzasına inteqrasiyanın

genişləndirilməsi;

cəmiyyətin, iqtisadiyyatın, dövlət orqanlarının,

hüquqi və fiziki şəxslərin ümumistifadəli rabitə və informasiya

texnologiyaları şəbəkələrinə qoşulma imkanlarının və onların artan

tələbatının təmin edilməsi;

ölkənin milli informasiya təhlükəsizliyi sisteminin

yaradılması, informasiya fəzasının təhlükəsizliyinin və vətəndaşların

informasiya hüquqlarının müdafiəsinin təmin edilməsi;

rabitə və informasiya texnologiyalarının inkişafını

təmin etmək üçün normativ-hüquqi bazanın təkmilləşdirilməsi;

rabitə və informasiya texnologiyaları sahəsində

standartlaşdırmanın, sertifikatlaşdırmanın, radiotezlik və nömrələnmə

ehtiyatlarının tənzimlənməsinin beynəlxalq standartlara uyğun təşkil

edilməsi;

rabitə və informasiya texnologiyaları sahəsinə

investisiyaların cəlb edilməsinə şərait yaradılması və özəl sektorun inkişaf

etdirilməsi;

poçt şəraitinin modernləşdirilməsi və yeni xidmət

növlərinin istifadəyə verilməsi;

yeni texnika və texnologiyalar tətbiq edilməklə,

daha keyfiyyətli radio-televiziya yayımı və peyk rabitəsi xidmətlərinin

göstərilməsi;

innovasiya siyasətinin müəyyənləşdirilməsi və

informasiya cəmiyyətinin qurulmasını təmin edən fundamental və tətbiqi elmi

tədqiqatların aparılması;

təhsil sahəsində müasir texnologiyalardan geniş

istifadə olunması, yüksək ixtisaslı kadrların, o cümlədən informasiya

təhlükəsizliyi üzrə mütəxəssislərin hazırlığının təmin edilməsi;

sahə üzrə sənayenin inkişafının təmin edilməsi,

yerli istehsalın stimullaşdırılması və onun ixrac potensialının

dəstəklənməsi;

rabitə və informasiya texnologiyaları bazarında

sərbəst və azad rəqabət şəraitinin yaradılması;

dövlət, ictimai və sahə informasiya resurslarının

formalaşdırılması, informasiya sistemlərinin və şəbəkələrinin yaradılması.
IV. Proqramın həyata keçirilməsinin əsas istiqamətləri
Dövlət Proqramında qarşıya qoyulan məqsədə

nail olmaq üçün aparılacaq fəaliyyət aşağıdakı istiqamətlərdə həyata

keçiriləcəkdir:
rabitə və informasiya texnologiyaları sahəsində

iqtisadi-struktur islahatlarının aparılması;

rabitə və informasiya texnologiyaları sahəsində

modernləşmə və yeni texnologiyaların tətbiqinin həyata keçirilməsi;

informasiya cəmiyyətinə keçid üzrə layihələrin

hazırlanması və həyata keçirilməsi.

4.1. İqtisadi-struktur islahatları
Özəlləşmə, bazarın liberallaşması və

sahənin inkişafına yeni investisiyaların cəlb olunması rabitə və informasiya

texnologiyaları sahəsində inkişafın mühüm amillərindəndir. Bazarda azad və

ədalətli rəqabətin təşkili, münasibətlərin şəffaflığının təmin edilməsi üçün

rabitə və informasiya texnologiyaları sahəsində tənzimləmə və təsərrüfat

fəaliyyətinin həyata keçirilməsi səlahiyyətlərinin bölünməsi ilkin addımlardan

biridir. Bununla əlaqədar aşağıdakı tədbirlər nəzərdə tutulur:

Liberallaşma sahəsində


respublikanın telekommunikasiya sahəsində ardıcıl

olaraq özəlləşdirmənin həyata keçirilməsi və idarəetmə mexanizmlərinin

təkmilləşdirilməsi;

rabitə və İT sahəsinə investorların cəlb olunmasına,

yerli istehsal və xidmətlərin inkişafına, xüsusən də onların regionlarda

təşkilinə, həmçinin ixracat potensialının gücləndirilməsinə dair

stimullaşdırıcı tədbirlərin müəyyənləşdirilməsi;

rabitə və informasiya texnologiyaları sahəsinin

normativ-hüquqi bazasının təkmilləşdirilməsi;

fərdi məlumatlar təhlükəsizliyinin təmin edilməsi

üçün qanunvericilikdə dəyişikliklərin aparılması;

sahə üzrə istehlakçıların hüquqlarının qorunması

üçün qanunvericiliyin təkmilləşdirilməsi;

telekommunikasiya sahəsinə dair siyasət planının

işlənib hazırlanması;

milli innovasiya siyasətində İKT sahəsi üzrə

prioritetlərin müəyyənləşdirilməsi;

sahə üzrə beynəlxalq standartların tətbiqinin

genişləndirilməsi;

informasiya təhlükəsizliyi sahəsində milli

standartların hazırlanması, o cümlədən beynəlxalq standartların (İSO 15408,

İSO 17799 və s.) tətbiqi;

transmissiya şəbəkəsinin telefon operatorlarından

ayrılması;

yerli və xarici investisiyaların cəlb olunması üçün

tədbirlərin görülməsi;

sahədə intellektual və maddi məhsulların yerli

istehsalçılarının dəstəklənməsi;

İKT xidmətlərinin və məhsullarının istehsalının

genişləndirilməsi və ixracının stimullaşdırılması üçün müvafiq mexanizmlərin

hazırlanması.

Tənzimləmə sahəsində


bazarda ədalətli rəqabət mühitinin yaradılması;

operatorlar arasında qarşılıqlı əlaqələrin

standartlaşdırılması;

lisenziyalaşdırma prosedurunun təkmilləşdirilməsi;

radiotezliklərin verilməsi qaydalarının

təkmilləşdirilməsi;

sahə üzrə müstəqil tənzimləyici qurumun yaradılması;
«Son mil problemi»nin həllinin tənzimlənməsi;

nömrə resurslarının və yüksək səviyyəli domen

adlarının tənzimlənməsi.

4.2. Modernləşmə


Azərbaycanda rabitə və informasiya

texnologiyaları sahəsinin inkişafını təmin etmək üçün texniki və texnoloji

cəhətdən modernləşmə, habelə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması

vacibdir.

Bunun üçün aşağıdakı tədbirlərin həyata

keçirilməsi nəzərdə tutulur:


transmissiya şəbəkəsinin tam rəqəmləşdirilməsi;

kommutasiya şəbəkəsinin tam rəqəmləşdirilməsi;

milli rabitə şəbəkəsinin idarəetmə sisteminin

təkmilləşdirilməsi;

milli informasiya fəzasının təhlükəsizliyinin

beynəlxalq tələblərə uyğun idarəolunma sisteminin yaradılması;

telefon rabitəsinin inkişaf etdirilməsi və kəndlə

şəhər arasındakı fərqlərin aradan qaldırılması;

Azərbaycanın tranzit imkanlarından səmərəli istifadə

edilməsi;

TAE-nin mövcud imkanlarından səmərəli istifadə və

onun inkişaf etdirilməsi;

milli Super Kompüter mərkəzinin yaradılması;

bütün ölkəni əhatə edən «AzDATAKOM» şəbəkəsinin

yaradılması;

işğaldan azad olunmuş regionlarda rabitə

şəbəkələrinin bərpası;

respublikanın bütün ərazisində universal xidmətlərin

təşkili və geniş çeşidli telekommunikasiya xidmətlərinin göstərilməsinin

təmin edilməsi;

sahə üzrə fəaliyyət göstərən müəssisələrdə İSO-9001

standartlarının tətbiqinin təmin edilməsi;

Azərbaycan Respublikasında istehsal və idxal olunan

bütün növ telekommunikasiya və informasiya texnologiyaları sistemləri

avadanlıqlarının beynəlxalq standartların tələblərinə uyğunluğunun

müəyyənləşdirilməsi üçün milli sertifikatlaşdırma sisteminin elmi-texniki

bazasının yaradılması;

radio-televiziya yayımının texniki cəhətdən

modernləşdirilməsi;

poçt sahəsinin texniki cəhətdən modernləşdirilməsi

və göstərilən xidmətlərin genişləndirilməsi;

təhsil sahəsində yerli İT və kommunikasiya

mütəxəssislərinin hazırlanması üçün yeni strateji proqramın işlənib

hazırlanması;

internet şəbəkəsinin istifadə dairəsinin

genişləndirilməsi;

dövlət idarəetmə orqanları arasında operativ rabitə

şəbəkəsinin inkişafı;

dövlət idarəetmə orqanlarının informasiya mübadiləsi

şəbəkəsinin yaradılması;

dövlət idarəetmə orqanlarının İnternet şəbəkəsinin

xidmətlərindən istifadəsinin təkmilləşdirilməsi;

hər hansı fəlakətdən xilasetmə üçün təcili qəza

xidmətinin rabitə şəbəkəsinin yaradılması («112» xidməti).


Naxçıvan Muxtar Respublikasının ərazisində

olan rabitə və informasiya texnologiyalarının texniki

modernləşdirilməsi:
abunə və danışıq haqlarının ödənişinin poçt

şöbələrində kompüter şəbəkəsi vasitəsilə yığımının təşkili;

sürətli İnternet kanalının təşkili;

Naxçıvan Muxtar Respublikasının rabitəsinin TAE

fiber-optik kabel magistralı vasitəsilə təşkili;



Yüklə 387,59 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə