Azərbaycan Respublikasının 1992-ci IL respublika büdcəsi haqqında



Yüklə 24,72 Kb.
tarix22.10.2017
ölçüsü24,72 Kb.
#9744

Azərbaycan Respublikasının 1992-ci il respublika büdcəsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi 1992-ci il üçün respublika büdcəsinə baxaraq qərara alır:



1.    1992-ci il üçün respublika büdcəsi mədaxil üzrə 37872468 min rubl, məxaric   üzrə 42645751  min rubl  (əlavə № 1), o cümlədən yerli büdcələrə verilən subsidiya 6739140 min rubl   (əlavə № 2), kəsir həddi 4773283 min rubl məbləğində təsdiq edilsin.

2.    Müəyyən edilsin ki,  respublika  büdcəsinin  mədaxili  aşağıdakı mənbələr hesabına formalaşır:

aksizlər—100 faiz (Naxçıvan Muxtar Respublikası ərazisində kildən başqa);

1 və 2 nömrəli əlavələr dərc olunmur;

royalti—100 faiz;

müəssisələrin, birliklərin və təsərrüfat təşkilatlarının mənfəət vergisindən—şəhərlər üzrə: Bakı—54 faiz, Əli Bayramlı—74 faiz,  Gəncə—10 faiz,  Mingəçevir-63  faiz,  Sumqayıt—75  faiz;

Respublika səhmdar-kommersiya banklarının, kommersiya banklarının,  sığorta təşkilatlarının  mənfəət vergisindən—50 faiz;

ixracat və idxalat vergisi—100 faiz;

gömrük rüsumu—100 faiz;

əmtəə-material sərvətlərinin yenidən qiymətləndirilməsindən daxil olan vəsait—100 faiz;

respublika orqanlarının idarəetməsində olan müəssisələrin,

birliklərin və təşkilatların fəaliyyətindən daxil olan digər qeyri-vergi ödənişləri—100 faiz;

əlavə dəyər vergisi məbləğindən—şəhərlər üzrə: Bakı—96 faiz, Əli Bayramlı—90 faiz, Yevlax—54 faiz, Gəncə—39 faiz, Mingəçevir—89 faiz, Sumqayıt—50 faiz, Şəki—46 faiz, rayonlar üzrə: Balakən—47 faiz, Zaqatala—30 faiz, Saatlı—32 faiz, Sabirabad—15 faiz, Salyan—33 faiz, Samux—51 faiz, Xanlar—26 faiz, Şamaxı—8 faiz.

3.   Müəyyən edilsin ki, respublika büdcəsinin vəsaiti respublika orqanlarının  idarəetməsində  olan  xalq təsərrüfatı    sahələrinin, sosial-mədəni tədbirlərin və ümumrespublika əhəmiyyətli digər xərclərin  maliyyələşdirilməsinə,  lazımi  maliyyə  ehtiyatı  yaradılmasına, habelə öz gəlirləri ilə xərclərini təmin edə bilməyən yerli büdcələrə subsidiya verilməsinə yönəldilir.

4.   Aksiz məbləğindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə 100 faiz ayırma müəyyən edilsin.

5.   Nəzərə alınsın ki, mülkiyyət formasından  asılı olmayaraq kooperativ təşkilatlarının,  məhsul  istehsalı  və xidmət kooperativlərinin, ictimai təşkilatların mənfəət vergisi, vergi orqanları tərəfindən vətəndaşlardan tutulan gəlir vergisi, dövlət gömrüyü, tikinti və nəqliyyat vasitələri sahiblərindən tutulan vergilər, sənaye müəssisələrinin su təsərrüfatı sistemindən götürdükləri suya görə haqq, təbii ehtiyatlardan istifadəyə və ətraf mühitə çirkləndirici maddələrin atılmasına görə haqq, torpaq vergisi, fiziki şəxslərdən tutulan gəlir vergisi, meşədən istifadəyə görə haqq, pul lotereyasından daxil olan vəsait, digər rüsumlar və qeyri-vergi gəlirləri tamamilə Naxçıvan Muxtar Respublikasının büdcəsinə, respublika tabeli şəhərlərin və rayonların yerli büdcələrinə, müəssisələrin, birliklərin və təsərrüfat təşkilatlarının mənfəət vergisinin 46 faizi Bakı şəhəri büdcəsinə, 26 faizi Əli Bayramlı şəhəri büdcəsinə, 90 faizi Gəncə şəhəri büdcəsinə, 37 faizi Mingəçevir  şəhəri büdcəsinə, 25 faizi Sumqayıt şəhəri büdcəsinə,   100 faizi Naxçıvan Muxtar Respublikasının büdcəsinə, respublika tabeli digər şəhərlərin və rayonların yerli büdcələrinə daxil olur, habelə respublika səhmdar-kommersiya banklarının, kommersiya banklarının və sığorta təşkilatlarının mənfəət vergisinin 50 faizi həmin büdcələrin mədaxilinə verilir.

Bu qərarın 2-ci bəndində göstərilən şəhərlər və rayonlar üzrə əlavə dəyər vergisinin qalan hissəsi, eləcə də Naxçıvan Muxtar Respublikası, respublika tabeli digər şəhərlər və rayonlar üzrə həmin vergi tamamilə yerli büdcələrə köçürülür.

6.   Azərbaycan  Respublikasının Milli Bankına  icazə verilsin ki, respublika  və  yerli  büdcələrin  tarazlaşdırılması  məqsədilə Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyinə  6  milyard  rubl məbləğində ssuda versin.

7.   Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, büdcə kəsirinin maksimum azaldılması məqsədilə büdcə vəsaitinin xərclənməsinin ciddi iqtisadi rejimini tətbiq etsin, yerli büdcələrə subsidiya verərkən onların gəlirlərinin və xərclərinin icrası vəziyyətini nəzərə alsın.

8. Respublikanın nazirlikləri və baş idarələri, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, şəhər və rayon icra hakimiyyətləri öz tabeliklərində olan müəssisələrin və təşkilatların ahəngdar işləməsi və bunun əsasında iqtisadi və maliyyə planlarını, həmçinin büdcə qarşısında olan öhdəliklərini yerinə yetirməsi sahəsində əməli tədbirlər həyata keçirsinlər.

 

Azərbaycan Respublikası Ali Sovetinin sədri

İ.  QƏMBƏROV.

Azərbaycan Respublikasının 1992-ci il büdcəsində dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin su təsərrüfatı təşkilatlarının saxlanılmasında yaranmış vəziyyəti nəzərə alaraq onların xərclərinin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:



1.   Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 1992-ci il büdcəsinin kəsirini artırmaq hesabına Azərbaycan Respublikasının Meliorasiya və Su Təsərrüfatı Nazirliyinə 370 milyon rubl vəsait ayırsın.

2.    Azərbaycan Respublikasının Milli Bankına icazə verilsin ki, büdcənin tarazlaşdırılması məqsədilə Azərbaycan Respublika Maliyyə Nazirliyinə əlavə 370 milyon rubl məbləğində ssuda versin.

 

Azərbaycan Respublikası Ali Sovetinin sədri

İ. QƏMBƏROV.

Bakı şəhəri, 17 dekabr 1992-ci il.

                     № 412.

 

Azərbaycan Respublikasının 1992-ci il büdcəsində dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

 

Azərbaycan Respublikası Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi Bakı su kəmərinin magistral sahələrində yaranmış təhlükəli vəziyyəti və sifarişçisi Bakı şəhər İcra hakimiyyəti olan dövlət sifarişi obyektlərində tikinti işlərinin yerinə yetirilməsi ilə əlaqədar yaranmış borcların, habelə tikinti təşkilatlarında əmək haqqının vaxtında ödənilməsinin vacibliyini nəzərə alaraq həmin xərcləri maliyyələşdirmək məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:



1.   Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 1992-ci il büdcəsinin kəsirini artırmaq hesabına Azərbaycan Respublikasının Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinə (“Kommunal sənaye təchizat” istehsal-istismar birliyinə) 500 milyon rubl, Bakı şəhər İcra hakimiyyətinə 1.700 milyon rubl məbləğində vəsait ayırsın.

2.   Azərbaycan Respublikasının Milli Bankına icazə verilsin ki, büdcənin tarazlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə əlavə 2200 milyon rubl məbləğində ssuda versin.

 

Azərbaycan Respublikası Ali Sovetinin sədri

İ. QƏMBƏROV.

 

Bakı şəhəri, 23 dekabr 1992-ci il.



№ 420.
Yüklə 24,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin