«Azərbaycan Respublikasının 2002-ci il Dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə



Yüklə 352,71 Kb.
tarix21.10.2017
ölçüsü352,71 Kb.
#8582

«Azərbaycan Respublikasının 2002-ci il Dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Azərbaycan Respublikasının 2002-ci il Dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. «Azərbaycan Respublikasının 2002-ci il Dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi ilə nəzərdə tutulan gəlirlərin Dövlət büdcəsinə mədaxil olunmasını təmin etmək üçün aşağıdakı məbləğdə tapşırıqlar müəyyən edilsin:


Azərbaycan Respublikasının Vergilər Nazirliyi üzrə



3620,0 milyard manat

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə



920,0 milyard manat

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi üzrə (dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar)



10,0 milyard manat

2. İri vergi ödəyiciləri olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Azərbaycan Respublikasının Rabitə Nazirliyi, «Azərenerji» Səhmdar Cəmiyyəti, «Azəriqaz» Səhmdar Cəmiyyəti, Azərbaycan Dövlət Dəmir Yolu, Azərbaycan Dövlət Xəzər Gəmiçiliyi, «Azərikimya» Dövlət Şirkəti, «Azərbaycan Hava Yolları» Dövlət Konserni və Abşeron Regional Su Cəmiyyəti növbəti ayın 15-dək əvvəlki ay ərzində hesablarına və kassalarına daxil olmuş pul vəsaitlərinin məbləği və onun istifadə istiqamətləri barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə bu orqanların hazırladığı forma üzrə hesabat təqdim etsinlər.

Bu bənddə adı çəkilən iri vergi ödəyiciləri və digər dövlət müəssisə və təşkilatları, o cümlədən Dövlət büdcəsindən maliyyələşən təşkilatlar malların, işlərin və xidmətlərin alınması, barter (mal, iş, xidmət mübadiləsi) əməliyyatlarını və üçüncü şəxsin iştirakilə aparılan əməliyyatları mal (iş, xidmət) təqdim edən şəxslərin vergi uçotunun təmin edilməsi üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyinin müəyyən etdiyi qaydalara müvafiq rəsmiləşdirməklə həyata keçirsinlər.

3. «Azərbaycan Respublikasının 2002-ci il Dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi ilə nəzərdə tutulan Dövlət büdcəsinin əsas xərcləri aşağıdakı kimi bölüşdürülsün:



(milyon manatla)

Sıra №-si

Xərclərin istiqaməti

Dövlət büdcəsi

Mərkəzləşdirilmiş xərclər

Yerli xərclər

1.

Azərbaycan Respublikası icra hakimiyyəti orqanlarının saxlanılması xərcləri

761341,3

671719,5

89621,8

 

O cümlədən:

 

 

 

 

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı

26113,4

26113,4

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti

7825,9

7825,9

 

 

Azərbaycan Respublikasının Vergilər Nazirliyi

28046,6

28046,6

 

 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

15272,1

15272,1

 

 

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

8803,5

8803,5

 

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

6834,5

6834,5

 

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

6627,7

6627,7

 

 

Azərbaycan Respublikasının xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri

53014,9

53014,9

 

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

5728,0

5728,0

 

 

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

5498,4

5498,4

 

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

4268,3

4268,3

 

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi

2128,3

2128,3

 

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

1339,0

1339,0

 

 

Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi

1252,5

1252,5

 

 

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi

1143,6

1143,6

 

 

Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi

1293,6

1293,6

 

 

Azərbaycan Respublikasının Rabitə Nazirliyi

729,4

729,4

 

 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

791,1

791,1

 

 

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

12262,9

12262,9

 

 

Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

3168,3

3168,3

 

 

Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi

1627,7

1627,7

 

 

Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

1493,5

1493,5

 

 

Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi

1477,3

1477,3

 

 

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

1184,7

1184,7

 

 

Azərbaycan Respublikasının Dövlət Elm və Texnika Komitəsi

958,2

958,2

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi

949,9

949,9

 

 

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

606,3

606,3

 

 

Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi

445,1

445,1

 

 

«Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi

3000.1

3000.1

 

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası

1623.2

1623.2

 

 

Azərbaycan Respublikasının Hesablama Palatası

1403,0

1403,0

 

 

Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

736,4

736,4

 

 

Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyası

519,7

519,7

 

 

Satınalmalar üzrə Dövlət Agentliyi

499,5

499,5

 

 

Baş Arxiv İdarəsi

231,9

231,9

 

 

Azərbaycan Respublikası Avropa Birliyinin Texniki Yardımı üzrə Koordinasiya bürosu

79,1

79,1

 

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi

69038,0

69038,0

 

 

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

188270.4

188270.4

 

 

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi

33752,1

33752,1

 

 

Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti

34035,6

34035,6

 

 

Azərbaycan Respublikasının Hərbi Əks-Kəşfiyyat Xidməti

11656,2

11656,2

 

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Baş İdarəsi

38990.4

38990.4

 

 

Azərbaycan Respublikasının Dövlət Material Ehtiyatları Komitəsi

2197,4

2197,4

 

 

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti

44237,9

44237,9

 

 

Azərbaycan Respublikasının Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi

1587,8

1587,8

 

 

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası

164,8

164,8

 

 

Dövlət Feldyeger Xidməti

2230,1

2230,1

 

 

Dövlət Sularda Xilasetmə Xidməti

951,1

951,1

 

 

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

7885,7

7885,7

 

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi

26370,5

26370,5

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının İşçi Qrupu

220,6

220,6

 

 

Azərbaycan Respublikasının Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu

106,3

106,3

 

 

Aztəminatlı şəxslərə inzibati qaydada hüquqi yardımın göstərilməsi, fiziki şəxslərə dəymiş maddi və mənəvi ziyanın, məcburi işburaxma ilə bağlı işçiyə dəymiş ziyanın ödənilməsi ilə bağlı xərclər

1000,0

1000,0

 

 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının xərcləri

419,2

419,2

 

 

Ehtiyat vəsait

586.0

586.0

 

2.

Elm xərcləri

61705,1

60425,3

1279,8

 

O cümlədən:

 

 

 

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

4843.4

4843.4

 

 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2706.2

2706.2

 

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi

1708.9

1708.9

 

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

1114.8

1114.8

 

 

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

454.5

454.5

 

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

262,7

262,7

 

 

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

90.2

90.2

 

 

Azərbaycan Respublikasının Xüsusi Maşınqayırma və Konversiya Komitəsi

2456.8

2456.8

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi

1173.6

1173.6

 

 

Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi

369.9

369.9

 

 

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi

122.7

122.7

 

 

Azərbaycan Respublikasının Baş Arxiv İdarəsi

3316,0

2036,2

1279,8

 

Azərbaycan Milli Elmlər Akademiyası

41216.2

41216.2

 

 

Azərbaycan Dövlət Neft Akademiyası

455.2

455.2

 

 

Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyası

60.8

60.8

 

 

Bakı Dövlət Universiteti

798.0

798.0

 

 

Azərbaycan Dövlət Tibb Universiteti

285.0

285.0

 

 

Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsinin tabeliyində fəaliyyət göstərən elmi idarələr

270.2

270.2

 

3.

Müdafiə xərcləri

608577,0

608577,0

 

 

O cümlədən:

 

 

 

 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

599497,6

599497,6

 

 

Hərbi-Sənaye Kompleksi

9000,0

9000,0

 

 

Könüllü Hərbi Vətənpərvərlik Cəmiyyəti

79,4

79,4

 

4.

Təhsil xərcləri:

1082269,6

158172,6

924097,0

 

O cümlədən:

 

 

 

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi

1046536,9

122439,9

924097,0

 

Azərbaycan Respublikasının Vergilər Nazirliyi

4,0

4,0

4,0

 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

5314,8

5314,8

 

 

Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi

4169,1

4169,1

 

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

1097,8

1097,8

 

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

532,6

532,6

 

 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

211,9

211,9

 

 

Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

250,0

250,0

 

 

Bakı Dövlət Universiteti

7515,0

7515,0

 

 

Azərbaycan Dövlət Tibb Universiteti

6640,9

6640,9

 

 

Azərbaycan Dövlət Neft Akademiyası

5116,3

5116,3

 

 

Dövlət Kənd Təsərrüfatı Akademiyası

2981,1

2981,1

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

1740,5

1740,5

 

 

Bələdiyyələrlə iş və Bələdiyyələrə Metodoloji Yardım Mərkəzi

158,7

158,7

 

5.

Səhiyyə xərcləri

270163,0

64532,8

205630,2

 

O cümlədən:

 

 

 

 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

255981,9

50351,7

205630,2

 

Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi

144,0

144,0

 

 

Dövlət Dəmir Yolu

4037,1

4037,1

 

 

Tibbi sığorta

10000,0

10000,0

 

6.

Sosial müdafiə xərcləri

690000,0

690000,0

 

 

O cümlədən:

 

 

 

 

Dövlət Sosial Müdafiə Fondu

545000,0

545000,0

 

 

Kommunal və digər xidmətlər üzrə güzəştlərin ləğvi ilə əlaqədar vətəndaşlara ödəniləcək kompensasiya

145000,0

145000,0

 

7.

Sosial təminat xərcləri

236125,6

212649,8

23475,8

 

O cümlədən:

 

 

 

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

36672.2

13196.4

23475.8

 

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (qaçqınların və məcburi köçkünlərin yemək və məskunlaşdırılması xərcləri)

199453.4

199453.4

 

8.

Mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri xərcləri

113569,8

68979,7

44590,1

 

O cümlədən:

 

 

 

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

63792,1

19202,0

44590,1

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi

296,2

296,2

 

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

189,2

189,2

 

 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

188,2

188,2

 

 

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi

322,9

322,9

 

 

Dövlət Teleqraf Agentliyi «AzərTAc»

4296,5

4296,5

 

 

Bakı Dövlət Universiteti

63,0

63,0

 

 

Mərkəzi Seçki Komissiyası yanında İnformasiya Mərkəzi

767,8

767,8

 

 

«Vətən» Cəmiyyəti

132,3

132,3

 

 

«Azərbaycan Dünyası» Beynəlxalq Əlaqələr Mərkəzi

123,4

123,4

 

 

Yazıçılar Birliyi

186,3

186,3

 

 

Bəstəkarlar İttifaqı

136,0

136,0

 

 

Dövlət Teleradio Verilişləri Şirkəti

40022,7

40022,7

 

 

«MİR» Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyi

438,7

438,7

 

 

«Azərbaycan» jurnalı

250,0

250,0

 

 

«Ədəbiyyat» qəzeti

290,0

290,0

 

 

«Savalan» qəzeti

110,0

110,0

 

 

«Literaturnıy Azerbaydjan» jurnalı

122,0

122,0

 

 

«Ulduz» jurnalı

111,0

111,0

 

 

«Göyərçin» jurnalı

60,0

60,0

 

 

«Günəş» jurnalı

63,0

63,0

 

 

«Qobustan» jurnalı

55,0

55,0

 

 

Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Füzuli adına Beynəlxalq Mükafat Komissiyası (Füzuli adına mükafat)

100,0

100,0

 

 

Mədəniyyət Nazirliyi («Xatirə kitabı» redaksiyası)

325,5

325,5

 

 

Müəllif Hüquqları Agentliyi

130,0

130,0

 

 

Azərbaycan Atatürk Mərkəzi

598,5

598,5

 

 

Milli Televiziya və Radio Şurası

399,5

399,5

 

9.

Bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin xərcləri

14805,0

6737,7

8067,3

 

O cümlədən:

 

 

 

 

Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi

14805,0

6737,7

8067,3

 

Bundan:

 

 

 

 

Bədən tərbiyəsi və idman tədbirləri üçün

11565,0

5627,7

5937,3

 

Gənclər siyasəti tədbirləri üçün

3240,0

1110,0

2130,0

10.

Mənzil-kommunal təsərrüfatı xərcləri

95288,3

3182,4

92105,9

 

O cümlədən:

 

 

 

 

Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi

3182,4

3182,4

 

 

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, şəhər və rayon icra hakimiyyətləri

92105,9

 

92105,9

11.

Yanacaq və enerji kompleksi xərcləri

1300,0

1300,0

 

 

O cümlədən:

 

 

 

 

Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsi

1300,0

1300,0

 

12.

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri bölməsinə aid edilən digər tədbirlər üzrə xərclər

245161,7

223693,7

21468,0

 

O cümlədən:

 

 

 

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

40982,8

19514,8

21468,0

 

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

19777,6

19777,6

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi

167492,7

167492,7

 

 

Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

16908,6

16908,6

 

13.

Sənaye və tikinti xərcləri

18205,9

18205,9

 

 

O cümlədən:

 

 

 

 

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

11350,9

11350,9

 

 

Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi

255,0

255,0

 

 

Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

6600,0

6600,0

 

14.

Nəqliyyat və rabitə xərcləri

171657,4

171657,4

 

 

O cümlədən:

 

 

 

 

«Azərbaycan Hava Yolları» Dövlət Konserni (Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə görə yaranmış zərərin ödənilməsi)

43604,4

43604,4

 

 

Avtomobil yolları təsərrüfatı

75000,0

75000,0

 

 

Ondan:

 

 

 

 

«Azəravtoyol» Dövlət Şirkəti

56000,0

56000,0

 

 

«Naxavtoyol» Dövlət Şirkəti

5000,0

5000,0

 

 

Bakı Şəhər İcra Hakimiyyəti

14000,0

14000,0

 

 

Bakı Metropoliteni

53053,0

53053,0

 

 

Ondan:

 

 

 

 

Metronun vaqon parkının və avadanlıqlarının təzələnməsi üçün ayrılmış vəsait

40000,0

40000,0

 

 

Metronun fəaliyyətini tənzimləmək üçün dövlət yardımı

13053,0

13053,0

 

15.

İqtisadi fəaliyyətlə bağlı sair xərclər bölməsinə aid edilən digər tədbirlər üzrə xərclər

38253,0

38253,0

 

 

O cümlədən:

 

 

 

 

Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi (turizm xərcləri)

600,0

600,0

 

 

Milli Kulinariya Mərkəzi

153,0

153,0

 

 

Dövlət əmlakının özəlləşdirilməsi prosesində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili və müəssisələrin özəlləşdirmə qabağı sağlamlaşdırılması xərcləri

37500,0

37500,0

 

16.

Banklarla hesablaşma xərcləri

25016,0

25016,0

 

 

o cümlədən:

 

 

 

 

Valyuta konvertasiyası üzrə xərclər

3000,0

3000,0

 

 

Beynəlxalq Bankın nizamnamə kapitalında dövlət payının ödənilməsi xərcləri

22016,0

22016,0

 

17.

Başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri

900,0

900,0

 

 

o cümlədən:

 

 

 

 

Mərkəzi Seçki Komissiyası (seçkilərin keçirilməsi ilə bağlı xərclər)

500,0

500,0

 

 

Dövlət Statistika Komitəsi (dövlət statistika sistemində islahatların aparılması xərcləri)

400,0

400,0

 

18.

Məqsədli büdcə fondlarının xərcləri

2760,0

2760,0

 

 

o cümlədən:

 

 

 

 

Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu

1000,0

1000,0

 

 

Meşələrin Qorunub Saxlanılması və Təkrar İstehsalı Fondu

1600,0

1600,0

 

 

Sahibkarlığa Kömək Milli Fondu

160,0

160,0

 

4. 2002-ci ildən başlayaraq «Azərbaycan Respublikası icra hakimiyyəti orqanlarının saxlanılması xərcləri» bölməsi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Ali Attestasiya Komissiyasının; «Elm xərcləri» bölməsi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Elm və Texnika Komitəsinin, Yerli xərclərin; «Məhkəmə hakimiyyəti, hüquq-mühafizə, təhlükəsizlik orqanlarının və prokurorluğun saxlanılması xərcləri» bölməsi üzrə Azərbaycan Respublikası Prokurorluğunun, Dövlət Material Ehtiyatları Komitəsinin, Dövlət Sularda Xilasetmə Xidmətinin; «Təhsil xərcləri» bölməsi üzrə Mədəniyyət Nazirliyinin; «Mədəniyyət, incəsənət və kütləvi informasiya vəsaitləri xərcləri» bölməsi üzrə Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsinin; «Mənzil kommunal təsərrüfatı tədbirləri xərcləri» bölməsi üzrə Yerli xərclərin büdcədənkənar vəsaitləri üzrə gəlirlər dövlət büdcəsinin sair gəlirlərinə daxil edilsin, xərclər isə 2002-ci il dövlət büdcəsində həmin tədbirlərə nəzərdə tutulmuş vəsait daxilində həyata keçirilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:



    • «Azərbaycan Respublikasının 2002-ci il Dövlət büdcəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə dövlət büdcəsinin gəlirləri üzrə təsdiq olunmuş göstəricilərin yerinə yetirilməsini nəzarətdə saxlasın və zəruri hallarda müvafiq tədbirlər görs ün;

    • «Azərbaycan Respublikasının 2002-ci il Dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 14-cü bəndinin 1-ci yarımbəndinin (fermer təsərrüfatlarına kredit güzəştləri fondu), 18-ci bəndinin 1-ci yarımbəndinin (iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı xərclər) və 2-ci yarımbəndinin (kiçik sahibkarlığa investisiya yardımı), 19-cu bəndinin (Beynəlxalq təşkilatlara üzvlük haqqı), 20-ci bəndinin (Dövlətin xarici borcları üzrə xərclər), 23-cü bəndinin mərkəzləşdirilmiş xərclərinin (Ehtiyat fondunun xərcləri), 28-ci bəndinin (Yerli büdcələrə ayrılan dotasiya) və bu Fərmanın 3-cü bəndinin 1-ci yarımbəndində «Azərbaycan Respublikasının xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri»nə və 5-ci yarımbəndində «Tibbi sığorta»ya ayrılmış vəsaitin bölüşdürülməsini həyata keçirsin;

    • Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qanunun 6-cı maddəsinin 16-cı bəndində nəzərdə tutulan vəsaitin (Dövlət investisiya xərcləri) konkret obyektlərin maliyyələşdirilməsinə yönəldilməsini 1 ay ərzində müəyyənləşdirib təsdiq etsin və onun səmərəli istifadəsinə nəzarəti gücləndirsin. Bu vəsaitin bölgüsü zamanı onun ilk növbədə 2002-ci ildə tikintisi başa çatması nəzərdə tutulan obyektlərin maliyyələşdirilməsinə yönəldilməsini təmin etsin;

    • ayrı-ayrı nazirliklərdə və dövlət orqanlarında cəmləşən büdcədənkənar vəsaitin formalaşması və istifadə istiqamətlərini araşdırsın, onların 2003-cü il Dövlət büdcəsinin layihəsinə daxil edilməsi üçün zəruri tədbirlər həyata keçirsin və nəticəsi barədə 2002-ci il aprel ayının 1-dək Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

    • dövlət müəssisə və təşkilatları tərəfindən hesablaşmalarda qarşılıqlı ödəmələrin aparılmasının və borcların mal ilə örtülməsinin məhdudlaşdırılması istiqamətində təsirli tədbirlər görsün və ödəməmələr probleminin aradan qaldırılması barədə təkliflərini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

    • Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə ölkənin yanacaq-energetika kompleksinin inkişaf strategiyası, bu kompleksdə maliyyə intizamının möhkəmləndirilməsi və qarşılıqlı ödəməmələr probleminin həlli ilə bağlı təkliflərini hazırlayıb 2 ay müddətində Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

    • Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi ilə birlikdə yanacaq-enerji ehtiyatlarının səmərəli istifadə olunması məqsədilə ölkənin 2002-ci il yanacaq-enerji balansını hazırlayıb 1 ay müddətində təsdiq etsin. 2002-ci ildən başlayaraq hər ilin noyabr ayından gec olmayaraq növbəti il üçün ölkənin yanacaq enerji balansını təsdiq etsin;

    • hər rüb «Azərenerji» və «Azəriqaz» Səhmdar Cəmiyyətlərinin sahələr və növlər üzrə yanacaq sərfini, Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən aldıqları müvafiq ödənişləri geniş təhlil etsin, xüsusi monitorinqlər keçirsin və müvafiq uçotun aparılmasını təşkil etsin. Ödənilməyən məbləği isə Dövlət Neft Şirkətinin dövlət büdcəsinə olan borcları ilə əvəzləşdirilməsini həyata keçirsin və hər rüb bu məsələlərin səmərəliliyinin daha da artırılması üçün təxirəsalınmaz tədbirlər görsün, Dövlət büdcəsinin icrası ilə birgə bu məlumatları mətbuatda dərc etdirsin;

    • Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən enerji sektoruna verilən subsidiyaların həcmini 2003-cü il Dövlət büdcəsi layihəsində müvafiq qaydada əks etdirilməsi barədə təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

    • xüsusi maşınqayırma və konversiya sənayesi müəssisələrinin perspektiv inkişafına dair 1 ay müddətində xüsusi proqram hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    • Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə Abşeronda tikinti daşları istehsalının vəziyyətini təhlil etsin və bu sahənin perspektiv inkişafına dair 2 ay müddətində Azərbaycan Respublikasının prezidentinə təkliflər təqdim etsin. Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birlikdə bu sahədə vergi ödənişi problemlərini aradan qaldırmaq istiqamətində müvafiq tədbirlər görsün;

    • Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi, Azərbaycan Respublikasının Milli Bankı və digər aidiyyatı dövlət orqanları ilə birlikdə ayrı-ayrı regionların, o cümlədən dağ və sərhədyanı rayonların, habelə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatını inkişaf etdirmək və əhalinin məşğuliyyətini artırmaq məqsədilə həmin regionların iqtisadi inkişaf proqramlarını və onlarda əmək haqqına tətbiq olunan əmsalların, enerjidaşıyıcılarına güzəştli tariflərin, vergi ödəyicilərinə müddətli tətillərin, istehsalın inkişafına yönəldilən güzəştli kreditlərin tətbiqi barədə təkliflərini hazırlayıb 6 ay müddətində Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

    • Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə birlikdə ölkədə aksizli mallar bazarına dövlət nəzarətinin gücləndirilməsi məqsədilə mövcud qaydalara yenidən baxıb zəruri dəyişikliklər etsin;

    • Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə birlikdə ölkədə istehsalın inkişafını həvəsləndirmək, yerli istehsal mallarının daxili bazarda rəqabət qabiliyyətini artırmaq məqsədilə gömrük rüsumlarının tətbiqinin çevik mexanizmini hazırlayıb tətbiq etsin;

    • kommunal və digər xidmətlər üzrə güzəştlərin ləğvi ilə bağlı meydana çıxa bilən problemləri təxirə salmadan həll etsin;

    • Azərbaycan Reşpublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Milli Bankı ilə birlikdə hökumət zəmanəti ilə alınan kreditlərə xidmətin daha da təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması və dövlət borcunun idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə «Dövlət Borcu və Dövlət Qarantiyası haqqında» Azərbaycan Respublikası Qanununun layihəsini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

    • dövlət zəmanəti ilə alınan kreditlərin yalnız Dövlət İnvestisiya Proqramı çərçivəsində prioritet hesab edilən sahələrə cəlb edilməsi işini təmin etsin, bu kreditlərin səmərəli istifadəsi və vaxtında qaytarılması üçün zəruri tədbirlər görsün;

    • mühasibat uçotu sahəsində islahatların Dövlət Proqramının və «Mühasibat uçotu haqqında» yeni Qanunun layihələrini 1 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

    • Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə birlikdə «Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə»ni 1 ay müddətində təsdiq etsin;

    • «Elektrik və istilik enerjisinin, təbii qazın və suyun satıcıları ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Dövlət büdcəsi vəsaitinin baş sərəncamçıları arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi barədə qaydalar»ı 1 ay müddətində təsdiq etsin;

    • Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Milli Bankı ilə birlikdə müəssisə və təşkilatlarda kassa əməliyyatlarının aparılması qaydalarını 2 ay müddətində hazırlayıb təsdiq etsin;

    • Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə sərnişin nəqliyyatında nağd hesablaşmaların aparılması qaydalarını 1 ay müddətində hazırlayıb təsdiq etsin;

    • dövlət idarə və müəssisələrinin mülkiyyətində olan mənzil fondunun, o cümlədən yataqxanaların (tədris müəssisələrinin və internat məktəblərinin yataqxanaları istisna olmaqla), yaşayış sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi barədə və mənzil kommunal təsərrüfatı sistemində islahatların sürətləndirilməsi haqqında Azərbaycan Respublikasının prezidentinə 1 ay müddətində təklif təqdim etsin;

    • Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər aidiyyatı dövlət orqanları ilə birlikdə 2002—2003-cü tədris ilindən etibarən ali və orta ixtisas təhsil müəssisələrinə dövlət hesabına tələbə qəbulunun həddinin müvafiq qərarlar əsasında rəsmiləşdirilməsini təmin etsin;

    • Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə 2 ay müddətində texniki-peşə məktəblərinin fəaliyyətini təhlil edib, onların yeni şəraitə uyğun. profilinin dəyişdirilməsinə və maddi-texniki bazası müasir tələblərə cavab verməyən məktəblərin fəaliyyətinin dayandırılmasına dair Azərbaycan Respublikasının prezidentinə təkliflər versin;

    • məktəbdən sonrakı peşə təhsilini əmək bazarının dəyişən tələbinə uyğunlaşdırmaq məqsədilə 2 ay müddətində peşə təhsili sahəsində yeni ixtisas və ixtisaslaşma klassifikatorunu hazırlayıb təsdiq etsin;

    • Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə ölkədə sığorta bazarının inkişaf etdirilməsi, təkrar sığorta əməliyyatlarının tənzimlənməsi, sığorta xidmətləri üzrə dövlət büdcəsinə daxilolmaların artırılması, sığorta növlərinin tətbiqi ilə bağlı normativ hüquqi aktların hazırlanması və sığorta xidməti səviyyəsinin yüksəldilməsinə dair təkliflərini 1 ay müddətində Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

    • Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Milli Bankı ilə birlikdə Avropa İttifaqı Komissiyasının Texniki Yardım Proqramı üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru, Avropa İttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıq üzrə Dövlət Komissiyasının tərkibi, habelə Beynəlxalq Valyuta Fondunda, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankında, Avropa Yenidənqurma və İnkişaf Bankında, Asiya İnkişaf Bankında, İslam İnkişaf Bankında Azərbaycan Respublikasının nümayəndəliyinin müəyyən edilməsi məsələsinə yenidən baxsın və bununla bağlı 15 gün müddətində təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

    • Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə birlikdə idarə, müəssisə və təşkilatlarda rəsmi sənədlərin (o cümlədən mühasibat uçotu sənədlərinin) qanunsuz məhv edilməsinə və gizlədilməsinə görə məsuliyyətin artırılması üçün qanunvericilik aktlarına lazımi dəyişikliklərin edilməsi barədə təkliflərini 1 ay müddətində Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

    • beynəlxalq maliyyə-bank institutları ilə birgə hazırlanmış ölkənin iqtisadi və maliyyə proqramlarının yerinə yetirilməsini hər ay geniş təhlil etsin, bu proqramların yerinə yetirilməsi üçün müvafiq icra hakimiyyəti orqanları ilə birgə təxirəsalınmaz tədbirlər görsün və bu barədə mütəmadi olaraq Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

    • bu Fərmandan irəli gələn digər məsələləri həll etsin və dövlət büdcəsinin icrasını təmin edən müvafiq tədbirləri həyata keçirsin.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

    • 2002-ci ilin Dövlət büdcəsinə daxilolmaların aylıq bölgüsünü təsdiq etsin;

    • «Azərbaycan Respublikasının 2002-ci il Dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci, 9-cu, 10-cu və 11-ci maddələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsini, bu Qanunun 6-cı maddəsinin 22-ci bəndində (Dövlətin daxili borcunun ödənilməsi ilə bağlı xərclər) və 25-ci bəndində (Əsas bölmələrə aid edilməyən sair xərclər), habelə bu fərmanın 3-cü bəndinin 16-cı yarımbəndində (Banklarla hesablaşma xərcləri) və 3-cü bəndinin 1-ci yarımbəndində (Aztəminatlı şəxslərə inzibati qaydada hüquqi yardımın göstərilməsi, fiziki şəxslərə dəymiş maddi və mənəvi ziyanın, məcburi işburaxma ilə bağlı işçiyə dəymiş ziyanın ödənilməsi ilə bağlı xərclər) nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini təmin etsin;

    • Dövlət büdcəsindən xərcləri yalnız Dövlət Xəzinədarlığı tərəfindən qəbul edilmiş öhdəliklər çərçivəsində yaranan borcların ödənilməsinə yönəltsin;

    • 2002-ci il yanvar ayının 1-dən başlayaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin və xərclərinin kassa icrasını Dövlət Xəzinədarlığı vasitəsilə həyata keçirilməsini təmin etsin;

    • ölkənin büdcə sisteminə daxil olan büdcələrin qarşılıqlı münasibətlərini tənzimləyən və onların məlumatlarının bütün səviyyələrdə müqayisəsini təmin edən «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun layihəsini və büdcə təsnifatının yeni layihəsini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

    • Dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatların nəzdində fəaliyyət göstərən təsərrüfat hesablı təşkilatların vəsaitini müvafiq xəzinə hesablarına cəlb edilməklə bütün maliyyə əməliyyatlarını Dövlət Xəzinədarlığı vasitəsilə həyata keçirsin;

    • Dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlarda mal (iş, xidmət) alqısı üzrə əməliyyatların həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və bu sahədə tenderlərin keçirilməsində şəffaflığın təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi ilə birlikdə müvafiq tədbirlər görsün və nəticələri barədə ildə iki dəfə Azərbaycan Respublikasının prezidentinə hesabat təqdim etsin;

    • dövlət zəmanəti ilə alınmış vəsaitlərin xərclənməsi üzərində tam xəzinə nəzarətinin həyata keçirilməsini mərhələlərlə təmin etsin;

    • Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə büdcədən maliyyələşən sahələrdə xərclərin proqnozlaşdırılması və maliyyə ehtiyatlarından istifadənin müvafiq məsrəf normaları vasitəsilə tənzimlənməsi məqsədilə bazar iqtisadiyyatı prinsiplərinə uyğun xərc normativləri hazırlayıb təsdiq etsin;

    • Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklər tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza blanklarının ciddi hesabat sənədi kimi uçotu və tətbiqi qaydalarını 1 ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

    • büdcədən maliyyələşən idarə və təşkilatların xərclər smetasının və ştat cədvəllərinin maliyyə orqanlarında qeydiyyatdan keçirilməsi qaydalarını 1 ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

    • dövlətin xarici borclarının vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının prezidentinə geniş arayış təqdim etsin, habelə vaxtı çatmış xarici borcların qaytarılmasında yaranmış problemlərin həllinə dair təkliflər versin.

7. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi:

    • Bu fərmanın 3-cü bəndinin 15-ci yarımbəndində «dövlət əmlakının özəlləşdirilməsi prosesində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili və müəssisələrin özəlləşdirmə qabağı sağlamlaşdırılması xərcləri» üzrə nəzərdə tutulmuş vəsaitin qanunvericiliyə uyğun istifadə olunmasını təmin etsin;

    • Dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əmlakının icarəyə verilməsindən daxil olacaq vəsaitin tam həcmdə yığılmasını təmin etsin, dövlət əmlakının inventarizasiya olunmasını və daşınmaz dövlət əmlakı reyestri sisteminin yaradılması sahəsində görülən işləri 6 ay müddətində başa çatdırsın, habelə dövlət əmlakından səmərəli istifadə olunması barədə görülmüş tədbirlərə dair rübdə bir dəfə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

    • aidiyyatı təşkilatlarla birlikdə özəlləşdirilən dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması məqsədi ilə həmin müəssisələrin dövlət vergi və məcburi sosial ödəmələr üzrə yaranmış borclarının, habelə dövlət müəssisələrinə olan borclarının restrukturizasiyası ilə bağlı təkliflərini 1 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin.

    • «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»na uyğun olaraq qaz və su təsərrüfatı müəssisə və obyektlərinin özəlləşdirilməsi və ya uzunmüddətli idarəetməyə verilməsi ilə bağlı təkliflərini 1 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin.

    • «Sumqayıtelektrikşəbəkə», «Gəncəelektrikşəbəkə» və «Əli Bayramlıelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyətlərinin uzunmüddətli idarəetməyə verilməsi ilə bağlı işləri sürətləndirsin;

    • Azərbaycan Respublikasının sərhədlərindən kənarda yerləşən dövlət əmlakından istifadənin səmərəliliyinin artırılmasına dair təkliflərini 2 ay müddətində Azərbaycan Respublikasının prezidentinə təqdim etsin.

    • Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi və digər aidiyyatı dövlət orqanı ilə birlikdə neftayırma, qaz emalı və kimya sənayesi müəssisələrinin texnoloji cəhətdən bağlılığını nəzərə alaraq onların idarəetmə strukturunun təkmilləşdirilməsinə dair təkliflər hazırlayıb 1 ay müddətində Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

    • ölkədə əlverişli investisiya mühiti yaratmaq məqsədi ilə təbii inhisarçı təsərrüfat subyektlərinin (elektrik enerjisi, qaz, su, dəmir yolu, hava və dəniz nəqliyyatı, rabitə və digərlərinin) fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsinə və həmin subyektlərin tariflərinə yenidən baxılmasına dair təkliflərini 2 ay müddətində Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

    • kiçik və orta sahibkarlığın inkişafını sürətləndirmək məqsədilə bu sahəyə dövlət köməyinin əsas istiqamətlərini müəyyənləşdirən Dövlət Proqramının layihəsini və «Lizinq fəaliyyəti haqqında» yeni Qanun layihəsini 2 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

    • Azərbaycan Respublikasının Milli Bankı ilə birlikdə kiçik və orta sahibkarlıq subyektlərinin investisiya layihələrini maliyyələşdirən xüsusi bank sisteminin yaradılmasına dair təkliflərini 2 ay müddətində Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

    • sahibkarlığa kömək tədbirlərini maliyyələşdirmək üçün yaradılmış Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) fəaliyyətinin səmərəliliyini yüksəltmək və onun funksiyalarını təkmilləşdirmək məqsədilə 1 ay müddətində Fondun Əsasnaməsini yenidən işləyib təsdiq olunmaq üçün Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

    • sahibkarların hüquqlarının müdafiəsinə və onların fəaliyyətinə müxtəlif dövlət orqanlarının, o cümlədən hüquq-mühafizə orqanlarının qeyri-qanuni müdaxiləsinin qarşısının alınmasına həsr olunmuş Azərbaycan Respublikası prezidentinin 1996-cı il 17 iyun tarixli 463 nömrəli və 1999-cu il 7 yanvar tarixli 69 nömrəli fərmanlarının icrasının gedişi barədə hesabat və sahibkarlıq fəaliyyətinə dövlət nəzarətinin daha da təkmilləşdirilməsinə dair təkliflərini 1 ay müddətində Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

    • Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi ilə birlikdə əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədilə elektroenergetika sənayesinin perspektiv inkişafına dair Proqram hazırlayıb 3 ay müddətində Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

    • ölkə iqtisadiyyatının prioritet sahələrinin inkişafına investisiya qoyuluşlarına dair üçillik müddət üçün «Azərbaycan Respublikasının Dövlət İnvestisiya Proqramı»nı hazırlayıb 3 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə versin. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Proqramı müvafiq orqanlarla müzakirə edib baxılmaq üçün Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

    • iqtisadiyyatın qeyri-neft bölməsinin inkişafını sürətləndirmək məqsədilə bu sahəyə dövlət köməyinin əsas istiqamətlərini müəyyənləşdirən xüsusi proqramlar hazırlayıb 2 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

    • Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə 2 ay müddətində dövlət ali və orta ixtisas müəssisələrində pullu kadr hazırlığının həddini və təhsil haqqı məbləğini, habelə dövlət səhiyyə müəssisələrində pullu xidmətlərin yol verilən həddini və bu xidmətlərin qiymətlərini (tariflərini) müəyyənləşdirib təsdiq etsinlər;

    • lisenziyalaşdırma qaydalarını sadələşdirmək və özəl bölmənin inkişafına mane olan bürokratik əngəlləri aradan qaldırmaq məqsədilə xüsusi razılıq (lisenziya) tələb edən fəaliyyət növlərinin yeni siyahısının layihəsini və lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsinə dair təkliflərini 2 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim edilmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə versin;

    • «Azərbaycan Respublikasında yoxsulluğun azaldılması sahəsində Dövlət Proqramı»nın hazırlanması ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirsin və bu sahədə görülən işləri sürətləndirsin.

8. Azərbaycan Respublikasının Milli Bankı:

    • ölkədə mövcud olan makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi məqsədilə 2002-ci ildə inflyasiyanın proqnozlaşdırılmış səviyyədə saxlanılmasını və manatın xarici dönərli valyutalara nisbətən mövcud məzənnəsinin qorunmasını, habelə ölkənin ödəmə qabiliyyətinə uyğun valyuta ehtiyatlarının olmasını təmin etsin;

    • Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birlikdə pul dövriyyəsinin yaxşılaşdırılması, iqtisadi agentlər arasında hesablaşmalarda nağd puldan istifadənin məhdudlaşdırılması, habelə iqtisadiyyatın dollarlaşmasının qarşısının alınması üzrə 2 ay ərzində təkliflər hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

    • özəl bankların ölkə iqtisadiyyatında, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafında rolunun yüksəldilməsi məqsədilə onların nizamnamə kapitallarının artırılması istiqamətində əlavə tədbirlərin görülməsini təmin etsin;

    • daxili bazarda rəqabət mühitinin inkişaf etdirilməsi üçün xarici bank kapitalının bank bazarına buraxılmasının liberallaşdırılması və nüfuzlu, yüksək reytinqli xarici bankların cəlb edilməsi üzrə təşviqedici tədbirlərin həyata keçirilməsini davam etdirsin;

    • əmanətlərin sığortalanması mexanizmini də özündə əks etdirən «Banklar və bank fəaliyyəti haqqında» Qanunun yeni redaksiyada layihəsini hazırlayıb 3 ay ərzində müvafiq qaydada Azərbaycan Respublikası prezidentinə təqdim etsin;

    • 2002-ci ildə elektron ödəniş sisteminin yaradılması üzrə görülən işlərin xırda ödənişləri əhatə edən ikinci mərhələsinin başa çatdırılması, xırda ödəniş sisteminin vacib elementi olan plastik kartlarla hesablaşmaların inkişafını sürətləndirsin;

    • Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə 3 ay müddətində kommunal xidməti göstərən əsas təşkilatlarda ödənişlərin daxili avtomatlaşdırılmış informasiya sisteminin yaradılmasını təmin etsin.

9. Azərbaycan Respublikasının Milli Bankına, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Rabitə Nazirliyinə, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, aidiyyatı təşkilatlarla birlikdə kommunal ödənişlərinin tam yığılmasını və onların düzgün uçotunun aparılmasını təmin etmək məqsədilə 3 ay müddətində etibarlı kassa sisteminin təşkilini və yığılan vəsaitin bank sistemi vasitəsilə istifadəsini təmin etsinlər.

10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi bu fərmanın 2-ci bəndində göstərilən iri vergi ödəyicilərinin hesablarına və kassalarına daxil olan vəsaitin məbləği və onun istifadə istiqamətləri barədə rüblük hesabatlarını təhlil etsin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu barədə məlumat versin;

11. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, vergi qanunvericiliyinin tələblərinə riayət etməklə vergilərin tam yığılmasına nəzarəti gücləndirsin, vergidən yayınmanın qarşısını almaq məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirsin və onların nəticələri barədə rübdə bir dəfə Azərbaycan Respublikasının prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Bu fərmanın 2-ci bəndinin icrasına nəzarəti təmin etsin və nəticələri barədə hər rüb Azərbaycan Respublikası prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:


    • daşınmaz əmlakın alqı-satqısı və icarəyə verilməsi üzrə bağlanmış və notariuslar tərəfindən təsdiq edilmiş əqdlər barədə məlumatları Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə razılaşdırılmış formada hər rüb qurtardıqdan sonra növbəti ayın 15-dək vergi orqanlarına göndərilməsini təmin etsin;

    • Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə vergi öhdəliyinin təmin olunması məqsədilə vergi ödəyicilərinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında məhkəmə qərarlarının icrasını qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə təmin etsin.

13. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi:

    • Dövlət büdcəsində nəzərdə tutulmuş vergi və rüsumların tam həcmdə yığılmasını təmin etsin, idxal zamanı vergidən və rüsumdan yayınma hallarına qarşı nəzarəti və valyuta nəzarətini, habelə qaçaqmalçılığa qarşı mübarizəni gücləndirsin, bu sahədə görülmüş tədbirlər və onların nəticələri barədə rübdə bir dəfə Azərbaycan Respublikasının prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

    • Azərbaycan Respublikasının Milli Bankı ilə birlikdə idxal-ixrac əməliyyatları qaydalarını pozan şəxslər haqqında Azərbaycan Respublikasının Vergilər Nazirliyinə mütəmadi olaraq məlumat versin.

14. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

    • məşğulluq xidməti orqanlarının və Əlillərin Sosial Müdafiəsi Fondunun idarə aparatının yeni strukturu barədə təkliflərini 15 gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

    • 2002-ci ildə əhalinin məşğulluğunun təmin edilməsinə, əlillərin sosial müdafiəsinə və reabilitasiyasına ayrılan vəsaitin məqsədli xərclənməsini nəzərdə tutan proqramları 1 ay müddətində hazırlayıb baxılmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

15. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Milli Bankına və Azərbaycan Respublikasının prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə tapşırılsın ki, dövlət büdcəsinə əlavə vəsaitin cəlb edilməsi məqsədilə dövlət qısamüddətli istiqrazlarının ilkin yerləşdirilməsində bütün hüquqi və fiziki şəxslərin iştirakına bərabər şəraitin yaradılmasını təmin etsinlər.

16. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinə tapşırılsın ki, bazar iqtisadiyyatının prinsiplərinə uyğun olaraq sudan pullu istifadənin tətbiq edilməsi məqsədilə sudan istifadənin yeni tariflərini və qaydalarını Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə 2 ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

17. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə 1 ay müddətində Azərbaycan Respublikasının xaricdə fəaliyyət göstərən səfirlik, konsulluq və digər diplomatik nümayəndəliklərində yığılan dövlət rüsumlarının saxlanılması və Dövlət büdcəsinə köçürülməsi qaydalarını hazırlayıb təsdiq etsin.

Müəyyən edilsin ki, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri və konsulluqları sərəncamlarında olan vəsaitin istifadəsi barədə hər ay Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə geniş hesabat verirlər.

18. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Milli Elmlər Akademiyası elmi-tədqiqat institutlarının fəaliyyətindəki paralelçiliyi aradan qaldırmaq və büdcə vəsaitindən istifadənin səmərəliliyini artırmaq məqsədilə tabeliklərindəki elmi-tədqiqat institutlarının fəaliyyətini 2 ay müddətində araşdırıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq təkliflər təqdim etsinlər.

19. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi:



    • dövlət və yerli özünüidarəetmə orqanlarını və elmi təşkilatları cəlb etməklə 3 ay müddətində ölkədə meşələrin bərpa edilməsinə və artırılmasına dair Milli Proqram hazırlayıb baxılmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

    • dövlət və yerli özünüidarəetmə orqanlarını və elmi təşkilatları cəlb etməklə 2 ay müddətində ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram hazırlayıb baxılmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

    • heyvandarlığın və əkinçiliyin inkişafı ilə əlaqədar olaraq yay-qış otlaqlarının və biçənəklərin səmərəli istifadə olunması, torpaqların dağ yamaclarında erroziyaya uğramasının, dağətəyi və düzən rayonlarda şoranlaşmasının qarşısının alınmasına dair 3 ay müddətində Milli Proqram hazırlayıb baxılmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

20. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və «Azəriqaz» Səhmdar Cəmiyyətinə tapşırılsın ki, kimya və neftkimya sənayesinin ahəngdar iş rejimini bərpa etmək və alınmış kreditlərin vaxtında qaytarılmasını təmin etmək məqsədilə «Azərikimya» Dövlət Şirkətinin «Etilen-Polietilen» zavoduna 2002-ci ildə 300 min ton kimya üçün birbaşa qovulmuş benzinin və 300 milyon kubmetr təbii qazın satışını təmin etsin.

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi ilə birlikdə «Etilen-Polietilen» zavodunun rentabelli işləməsini nəzərə almaqla 2002-ci il yanvar ayının 1-dən benzinin və qazın satış qiymətlərini müəyyən etsin.

21. «Azərbaycan Hava Yolları» Dövlət Konserninə, «Azərikimya» Dövlət Şirkətinə, «Azərenerji» və «Azəriqaz» Səhmdar Cəmiyyətlərinə, Abşeron Regional Səhmdar Su Cəmiyyətinə tapşırılsın ki, öz maliyyə-təsərrüfat fəaliyyətlərində ciddi qənaət rejiminə keçsinlər və fəaliyyətlərindən əldə etdikləri vəsaiti (zəruri xərclər ödənildikdən sonra) ilk növbədə dövlət zəmanəti ilə alınmış kreditlərin qaytarılmasına yönəltsinlər.

22. Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinə, «Azəriqaz» Səhmdar Cəmiyyətinə, «Azərenerji» və elektrik enerjisi paylayan digər səhmdar cəmiyyətlərinə, Abşeron Regional Səhmdar Su Cəmiyyətinə, şəhər və rayon icra hakimiyyəti orqanlarına tapşırılsın ki, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq elektrik və istilik enerjisinin, qazın və suyun istifadəçiləri tərəfindən bu məhsulların dəyərinin ödənilməsi sahəsində mövcud nöqsanların aradan qaldırılması barədə ciddi tədbirlər görsünlər və həmin məhsulların haqqının yığım səviyyəsinin artırılmasını təmin etsinlər.

23. Dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlar elektrik və istilik enerjisi, təbii qaz, su təchizatı və rabitə xidmətləri üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən müəyyən edilmiş limitlərə ciddi riayət etsinlər. Müəyyən edilmiş limitdən artıq istifadəyə və bununla əlaqədar büdcə vəsaitinin israfçılığına yol verən müəssisə və təşkilatların rəhbərləri buna görə şəxsən məsuliyyət daşıyırlar.

24. Bakı şəhər İcra hakimiyyətinə tapşırılsın ki, ölkənin paytaxtı — Bakı şəhərinin təsərrüfat kompleksinin inkişafını və onun modernləşdirilməsini, habelə şəhərin sosial-iqtisadi tərəqqisini təmin etmək məqsədi ilə şəhərə xüsusi status verilməsinə dair 3 ay müddətində təkliflərini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin.

25. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, şəhər və rayon icra hakimiyyəti orqanlarına tapşırılsın ki, həmin ərazilərdə fəaliyyət göstərən müəssisə və təşkilatların vergi borclarının vaxtında və tam ödənilməsini təmin etmək üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yerli orqanlarına lazımi kömək göstərsinlər.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 26 dekabr 2001-ci il

612



«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2001-ci il, № 12, maddə 758) («VES Consultancy» LLC).

10 sentyabr 2002-ci il tarixli, 783 nömrəli; 6 dekabr 2002-ci il tarixli, 820 nömrəli fərmanlara əsasən dəyişikliklər və əlavələrlə («VES Consultancy» LLC).

© VES Consultancy LLC
Yüklə 352,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin