MARAĞI İFADƏ EDƏN ƏRİZƏlər üçün DƏVƏT
Ölkə: Azərbaycan
Kredit №: 4210 AZ
Layihənin Adı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi yanında Səhiyyə Sektorunda İslahatlar Layihəsi
Tapşırığın adı: Ölüm və Xəstəliklərin Kodlaşdırılması Üzrə Tibb İşçilərinin XBT-10-dan İstifadəyə dair bilik və bacarıqlarının təkmilləşdirilməsi
Tapşırıq üçün əsas № : MÜQAVILƏ No. SSİL/ XBT-09 və 10 və AZS#66 haqqında Seminar və Təlimlər /TR/AP/10.02-1
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzdində yaradılmış Səhiyyə Sektorunda İslahatlar Layihəsi (SSİL) Səhiyyə Sektorunda İslahatlar Layihəsinin (SSİL) icrası üçün Dünya Bankından (DB) maliyyə vəsaiti almışdır və onun müəyyən hissəsini məsləhətçi xidmətlərinə sərf etmək niyyətindədir.
Məsləhətçi şirkətin xidmətlərinə (“Xidmətlər”) aşağıdakılar daxildir:
Məsləhətçi şirkətin tapşırığı Ölüm və Xəstəliklərin Kodlaşdırılması üzrə Tibb İşçilərinin XBT-10-dan İstifadəyə dair bilik və bacarıqlarının təkmilləşdirilməsidir.
XBT-10 və XBT- 09 - PKS diaqnozların kodlaşdırma sistemi üzrə bilik və bacarıqların inkişaf etdirilməsi məqsədilə Azərbaycanın əksər dövlət stasionar tibbi xidmət müəssələrində həkimlərin 4 günlük təlimlə təmin edilməsi bu tapşırığın başlıca məqsədini təşkil edir. Nəzərdə tutulmuş təlim aşağıdakı mövzuları əhatə edir:
-
XBT -10 üzrə Təlim:
-
Xülasə:
-
XBT-10-KM Kodlaşdırma Konvensiyası;
-
Diaqnostik kod seçimi üzrə mərhələlər;
-
Cari XBT - 10 diaqnostik kodlaşdırma qaydaları;
-
Xüsusi xəstəliklərin diaqnozlarının kodlaşdırılması üzrə təlim:
-
Yoluxucu və parazitar xəstəliklər;
-
Yenitörəmələr;
-
Qan xəstəlikləri və Qan-yaradan orqanlar;
-
Endokrin, Qidalanma və Maddələr mübadiləsi Xəstəlikləri;
-
Xüsusi hallar üçün kodlaşdırma;
-
Psixi və Davranış Pozğunluqları;
-
Sinir sistemi xəstəlikləri;
-
Göz və Göz artımları Pozğunluqları;
-
Qulaq və Mastoid xəstəlikləri;
-
Qan dövranı sisteminin xəstəlikləri;
-
Tənəffüs orqanlarının xəstəlikləri;
-
Həzm sisteminin xəstəlikləri;
-
Dəri və dərialtı toxuma xəstəlikləri;
-
Əzələ skelet apparatı sistemi xəstəlikləri və birləşdirici toxumalarının xəstəlikləri;
-
Cinsi orqanların xəstəlikləri;
-
Hamiləlik, doğuş və doğuşdan sonrakı bərpa dövrü;
-
Perinatal müddətdə yaranan müəyyən hallar;
-
Anadangəlmə inkişaf qüsurları, deformasiyalar və Xromosom anormallığı;
-
Simptomıar, əlamətlər və Anormal Kliniki laboratoriya nəticələri;
-
Zədə, zəhərlənmə və xarici səbəblərdən yaranan digər müəyyən nəticələr;
-
Xəstəliyin xarici səbəbləri;
-
Səhiyyə xidmətləri ilə əlaqə və Səhiyyə statusuna təsir edən amillər.
-
XBT – 9 PKS üzrə Təlim:
-
XBT – 9 PKS –nin xülasəsi: kodun strukturu və formatı;
-
Tibbi & Cərrahi bölmə - Kodun seçilməsi;
-
Mamalıq – Prosedurlara dəstək
Təlim Azərbaycanın müxtəlif iqtisadi rayonlarının stasionar tibbi xidmət müəssələrində 1600 həkim arasında keçiriləcək:
-
Bakı –550 təlim iştirakçısı;
-
Sumqayıt – 88 təlim iştirakçısı;
-
Abşeron iqtisadi rayonu – 20 təlim iştirakçısı;
-
Gancə-Qazax iqtisadi rayonu – 257 təlim iştirakçısı;
-
Şəki-Zaqatala iqtisadi rayonu – 129 təlim iştirakçısı;
-
Lənkəran iqtisadi rayonu - 94 təlim iştirakçısı;
-
Quba-Xaçmaz iqtisadi rayonu - 93 təlim iştirakçısı;
-
Aran iqtisadi rayonu - 294 təlim iştirakçısı;
-
Dağliq Şirvan iqtisadi rayonu – 75 təlim iştirakçısı.
Bu tapşırıq çərçivəsində aşağıdakı fəaliyyətlər icra olunmalıdır:
-
Tibb işçilərinin idarə olunması üzrə təlimə dair hazırlıq:
-
Səhiyyə Nazirliyinin mütəxəssisləri və LİQ-in üzvləri daxil olmaqla, bütün cəlb olunmuş tərəflərlə aparılan müzakirələr çərçivəsində Azərbaycanda səhiyyə sektorları üzrə XBT-in təqdim edilməsində mövcud siyasət və irəli sürülən təşəbbüslərlə tanışlıq;
-
Təlim metodları, təlimin tarixi və təlim iştirakçılarının siyahısının verilməsi:
-
Paylayıcı materialların, digər təlim materiallarının, çalışmaların, tədqiqat işlərinın, qrup işlərinin hazırlanması:
-
Təlimin keçirilməsi:
-
Təlimçi və təlim iştirakçılarının, təlimin məqsədləri və təlim proqramının təqdim edilməsi və təlim üçün əlverişli şəraitin yaradılması;
-
Təlim iştirakçıları ilə daxili qaydalar və təlim müddətinin funksional prinsipləri barəsində razılığa gəlmək, təlim iştirakçılarının hüquq və məsuliyyətləri haqqında məlumatlandırma;
-
İştirakçıların ehtiyaclarına uyğun olaraq təlim metodologiyasını təsvir etmək və müxtəlif təlim metodlarını nəzərə almaq (görmə, dinləmə, oxuma-yazma);
-
Təlim iştirakçılarının təlimdə davamiyyətinə dair razılaşdırılmış formada qeydlər aparmaq;
-
Təlimdə müntəzəm olaraq iştirakla bağlı hər hansı qüsurlar və ya təlimin keçirilməsi və keyfiyyətinə təsir edə biləcək aspektlər barəsində LİQ-in məsul nümayəndəsinə birbaşa hesabat vermək;
-
Yüksək professional və pedaqoji metodlardan istifadə etməklə dəqiq vaxtda qrup təlimlərinin (təx., hər qrupda 20 nəfər) keçirilməsi;
-
Razılaşdırılmış təlim materiallarını gündəlik olaraq təlim iştirakçılarına təqdim etmək;
-
Hər gün təlimin sonunda təlim iştirakçılarının gün ərzində öyrəndiklərinin qavranılmasına əmin olmaq məqsədilə Sual və Cavab sessiyasının keçirilməsi;
-
Təlim iştirakçılarına verilən tapşırıqların nəticələrinin yoxlanılması;
-
Hər bir təlim sessiyası zamanı və sessiyanın sonunda təlim iştirakçılarını təlim zamanı göstərdiyi fəallıq, davamiyyət və təlim mövzularının qavranılmasına görə qiymətləndirmək (yekun qiymətləndirmə LİQ-in məsul nümayəndəsi ilə əməkdaşlıq zəmnində aparılacaq)
Gözlənilən nəticələr:
-
Tibbi xidmətin həyata keçirilməsində XBT-10 və XBT-09-PKS-dən istifadə olunmasına dair həkimlərin bilik və bacarıqların inkişaf etdirilməsi;
-
XBT -10 və XBT- 09-PKS-ə əsaslanan beynəlxalq təcrübə ilə tanışlıq;
-
Azərbaycanda əhalinin sağlamlıq vəziyyətinə dair məlumatların keyfiyyəti və inamın yüksəldilməsi
Əldə olunacaq nəticələr:
-
XBT -10 və XBT- 09-PKS üzrə 1600 həkimin təlimlənməsi;
-
Təlim materiallarının hazırlanması və təqdim edilməsi (Paylayıcı materiallar, digər təlim materialları, çalışmalar, tədqiqat işləri, qrup işləri, və s.);
-
Təlim sessiyası zamanı səhiyyə işçiləri tərəfindən doldurulan qiymətləndirmə sorğusu və təlimdən qabaq və sonrakı qiymətləndirmə əsasında təlimçilərin məlumatlanma səviyyəsi və fəaliyyətlərinə dair qısa hesabat;
-
Yekun hesabat.
Səhiyyə Sektorunda İslahatlar Layihəsi hazırda, bu müsabiqədə iştirak etmək münasib ölkəni təmsil edən məsləhətçi şirkətləri (“Məsləhətçiləri”) qeyd olunmuş Xidmətlərin təmin edilməsində maraqlı olduğunu bildirməyə dəvət edir. Maraqlı olan Məsləhətçi şirkətlər həmin xidmətlərin təmin olunması üçün tələb olunan təcrübə, bilik və bacarıqlara malik olduğunu, habelə aşağıdakı keyfiyyət meyarlarına cavab verdiklərini əks etdirən məlumatı (şirkət portfoliosu, təklif olunan işçilərin CV formaları və s.) təqdim etməlidirlər.
Maraqlı olan Məsləhətçilərin diqqəti Dünya Bankının Təlimatı: Dünya Bankından Borcalanlar tərəfindən Məsləhətçilərin Seçilməsi və İşə götürülməsi (cari nəşr) (“Məsləhətçi üçün Təlimat”) sənədinin 1.9 bəndinə cəlb edilir, hansı ki Dünya Bankının maraqların toqquşmasına dair siyasətini təsvir edir.
Öz keyfiyyət və bacarıqlarını artırmaq üçün Məsləhətçilər başqa firmalar ilə birgə müəssisə kimi çıxış edə və ya subpodrat formasında məsləhətçilik xidmətlərini təklif edə bilər.
Məsləhətçinin seçimi, Məsləhətçi üçün Təlimdə göstərilmiş “Məsləhətçilərin İxtisaslarına görə Seçilməsi” üsuluna əsasən həyata keçiriləcək.
-
Bu tapşırığı öhdəsinə götürən Məsləhətçi Şirkət aşağıdakı keyfiyyətlərə malik olmalıdır:
-
Oxşar mövzuda fəaliyyətlərin həyata keçirilməsi üzrə ən azından 5 illik təcrübə;
-
Beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən layihələrdə qabaqcıl təcrübə;
-
Müvafiq proseslə bağlı resurs və ekspertlərin müəyyən edilməsi və səfərbər olunması və ekspertiza qabiliyyəti.
-
Qrup üzvləri üçün minimum keyfiyyətlər və təcrübə:
-
Statistik kodlaşdırma, XBT, ölkədə səhiyyə sektoru ilə tanışlıq, səhiyyə xidmətlərinə dair məlumatlar və statistika üzrə minimum 4 illik müvafiq iş təcrübəsi
-
Oxşar təlimlərin təşkili və keçirilməsi üzrə minimum 4 illik müvafiq iş təcrübəsi;
-
XBT-10 və XBT-09-PKS, xüsusilə də təlim üçün müəyyən olunmuş mövzular və oxşar vasitələrdən istifadə etməklə digər ölkələrin təcrübəsi üzrə mükəmmməl bilik;
-
Azərbaycan dilində mükəmməl dil qabiliyyəti və İngilis dili arzuolunandır;
-
Əla təşkilatçılıq, ünsiyyət, təqdimat və hesabat bacarığı;
Əlavə məlumat aşağıdakı ünvanda iş saatları ərzində, saat 10:00-dan 17:00-dək, əldə edilə bilər.
Marağı İfadə edən Sənəd 2013-cü il 31 yanvar tarixinə (saat 18:00-a) qədər aşağıdakı ünvana çatdırılmalıdır.
Ünvan:
Səhiyyə Nazirliyi yanında Səhiyyə Sektorunda İslahatlar Layihəsi
H. Zərdabi küç. 96, Bakı, Az1122, Azərbaycan
Tel: +994-12-431-1968
Faks: +994-12-431-1937
Elektron ünvan: office@hsrp.az
Dostları ilə paylaş: |