AYƏTULLAH MÜRTӘZА MÜTӘHHӘRİ
MATERİALİZMƏ YÖNƏLMƏNİN ƏSAS SƏBƏBLƏRİ
Mürtəcim: Mirzə Rəsul İsamilzadə
1992
Kitаbın аdı: Materializmə yönəlmənin əsas səbəbləri
Müәllif: Əllamə Mürtәzа Mütәhhәri
Tәrcümә еdәn: M.R. İsamilzadə
Nәşr еdәn: Azərbaycanın Qumdakı mədəniyyət
ocağı
Çаp tаriхi: 1371/1992
Çаp növbәsi: Birinci
Tirаj: 5000
1. MATERİALİZMƏ YÖNƏLMƏNİN ƏSAS SƏBƏBLƏRİ
MATERİALİZM
Bəhsimizin mövzusu materializmə yönəlmənin səbəbləri haqqındadır. Hər şeydən əvvəl, bəhsimizin mövzusu olan materializminin bu günkü anlamını açıqlayıb onun hüdudunu müəyyən etdikdən sonra əsl bəhsinizə keçəcəyik.
Materializm sözünün, çeşidli anlayışları vardır. Bizim o anlaşların hamısından söz açmağımız bəhsimizin əsas məqsədi ilə uyğun deyildir.
Misal olaraq: «Bəziləri materializm dedikdə «maddəni əsl və həqiqət» bilən görüşü qəsd edirlər. Yəni onlar, maddə, insan zehninin törətdiyi bir şey deyil, əksinə, varlığın həqiqətidir» deyə inanırlar. Bu görüş, maddəni insan zehninin törətdiyi bir şey bilən və onun həqiqət olduğunu inkar edən idealizm görüşünün əksinədir. Əgər materializmi bu anlamda təsəvvür etmiş olarsaq o halda müsəlman və qeyri-müsəlman allahçılar materialist sayılmalıdırlar. Çünki onların hamısı maddəni, zaman və məkan qundağında dəyişən, əvəzləyən, hiss olunan subyekt və özündən təsirlər buraxan bir həqiqət bilirlər.
Belə bir anlayışda materialist olmaq Allaha inanmaqla heç bir ziddiyyəti olmayıb əksinə maddə və təbiət özü yaranmış bir şey olduğu üçün Allahı tanımağa ən yaxşı vasitə ola bilər. Elə Allahın hikmətli iradəsi də maddənin həmin dəyişilməsi axışında aşkar olur. Qurani-Kərim də maddi varlığı Allahın nişanələri kimi qeydə alır.
Bəzən materializm deməkdən məqsəd maddədən başqa varlığın (metafizikanın) olduğunu inkar etməkdir. Materializm bu anlayışda hesapçılıq deməkdir. Belə bir görüşə görə varlıq maddəyə həsr olunur. Maddənin xüsusiyyətini daşıyan şey ancaq «var» ola bilər. Dargörüşlü məktəblər varlığı zaman və məkan axımında həmişə dəyişilən maddədə həsr edir. Dəyişilməyən, hiss olunmayan, insan hissləri vasitəsilə duyulmayan bir şey isə «var» ola bilməz deyə inanır. Bizim əsas bəhsimiz varlığı maddəyə həsr edən görüş barəsindədir. Yəni, materializmə yönəlmənin səbəbləri haqqındadır.
Nə üçün bəziləri materializmə yönəlmiş? Nə üçün onlar Allahı inkar etmişlər? Niyə maddədən savayı bir varlığa inanmırlar? İnsan zatən maddəçidirmi? Yoxsa Allahçı? Bəhsimizin mövzusunu «materializmə yönəlmənin səbəbləri» adlandırmağımız bunu göstərir ki, insanın təbiətində və fitrətində idarəçiliyə yönəlmənin heç bir səbəbi yoxdur. Maddəçilik insan fitrətinə və təbiətinə zidd olan bir şeydir. Elə buna görə də onun səbəblərini araşdırmalıyıq. Onun təbii qanunlar uyğun olmayaraq meydana gəlməsinin səbəbini araşdırıb incələmək lazımdır.
Daha sadə bir ifadə ilə desək: Allaha inanmaq sağlamlıq kimidir. Maddəçiliyə yönəlmək isə xəstəlik kimi. Heç vaxt sağlamlığın səbəbi soruşulmaz, çünki, sağlamlığ yaradılış sisteminin təbii axımına uyğundur. Amma birisi, yaxud bir cəmiyyət xəstə olursa, onun xəstə olmasının səbəbi soruşulur və xəstəliyin səbəb olan amillər araşdırılır.
Bizim bu görüşümüz tarixçilərin «Dinlər tarixi» adlı kitablarında qeyd etdikləri görüşün əksinədir. Çünki, bu növ kitabların yazıçıları «insan nə üçün dinə yönəlmişdir» sorğusunu araşdırmaq istəmişlər.
Bizim nəzərimizdən dinə yönəlişin səbəbini araşdırmaq lazım deyildir. O, fitrənin tələbi və təbii axımıdır. Bunun əksinə olaraq dinsizliyə yönəlişin səbəbini araşdırmaq lazımdır.
Amma hələlik, «dinə bağlı olmaqmı insan fitrətinə uyğundur və ya dinsizlikmi»? məsələsini araşdırmaq istəmirik. Bunu bizim mövzu bəhsimizin əsl məqsədi baxımından da zərurəti hiss edilmir.
Əlbəttə, məqsədimiz bu sözü deməkdən bu deyildir ki, Tövhidə yönəlmə fitri bir məsələ olduğu üçün bu sahədə elimi və fəlsəfi araşdırmalar apardıqda heç bir sorğu ilə rastlaşmayaq. Əksinə olaraq bu məsələ də başqa elmi-fəlsəfi məsələlər kimi araşdırma məqamında bir sıra şübhələr, sorğular və problemlərlə üz-üzə durur. Həmin sahədə dolanıb üzə çıxmış problemləri və şübhəliləri həll etmək daha zövq vericidir. Biz bu sahədə bəzilərinə şübhəli olan məsələrdən göz yumuruq. Onları şübhəyə duçar olduqları üçün fitrətlərindən azan bir şəxs kimi sanmırıq. Bu bir təbii və adi məsələdir ki, insan belə mövzuları öyrənmək və özünə həll etmək istədikdə bir sıra şübhələrlə və problemlərlə üzü-üzə olur. Elə həmin şübhələrdir ki, insan tədqiqat və araşdırmalar aparmaq üçün daha artıq meyl göstərir. Buna əsasən biz, insanı tədqiqat və araşdırmaya doğru çəkən şübhələri və problemləri müqəddəs sanırıq. Çünki, şübhə inamın, yəqinin, müqqədəməsidir. İnsanı vəsvəsəyə salan şübhə təhlükəlidir. Belə şübhələr insanı gicəldər. Bəzi adamlar şübhələndirməyi yaxşı bir şey bilirlər. Şübhələndirdikləri üçün sevinirlər. Düşüncə və fikrin son məzilini şübhədə və iki goyullu olmaqda bilirlər. Xatırlatmalıyıq ki, bu çox təhlükəlidir (bu öncədən müqqədəs saydığımız şübhənin xilafınadır).
Son olaraq deməliyik ki, şübhə lazım və zəruri bir keçiddir, keçmək üçün ən yaxşı vəsilədir. Amma çox təhlükəli və pis bir dayanacaq yeridir. Şübhə dayanmalı bir mənzil deyildir.
Bizim indi sözümüz şübhəni özlərinə son mənzil qəbul edən kimsələr və ya qruplar barəsindədir. Bizim nəzərimizcə materializm hər nə qədər özünü elmi və şübhədən uzaq bir şəkildə göstərsə də, ancaq yenə şübhəçilik görüşlərdən sayılır. Quran bu kimlərin haqqında demişdir: onlar (çox vaxt) bir sıra şübhələrə duçar olarlar, amma onu kəskin elm və yəqin şəklində göstərələr.
Dostları ilə paylaş: |