Bir toxunuşla döVLƏt eviNİZDƏ Giriş



Yüklə 34,77 Kb.
tarix21.10.2017
ölçüsü34,77 Kb.
#8376

BİR TOXUNUŞLA DÖVLƏT EVİNİZDƏ

Giriş:

Qloballaşmanın sürətlə irəlilədiyi və iqtisadi mənada sərhədlərin ortadan qalxdığı bir dünyada, İnformasiya və Kommunikasiya Texnologiyalarındakı (İKT) sürətli inkişaf Azərbaycanla digər inkişaf etmiş ölkələr arasındakı fərqi artırmaqdadır. Azərbaycanın bu fərqi aradan qaldıra bilməsi və modern məlumat mərkəzinə sahib bir cəmiyyətə çata bilməsi üçün dövlətin inkişaf etmiş ölkələrin qabaqcıl texnologiyaları təcrübəsindən istifadə etməklə yeni bir rəqəmsal hökumət quruluşuna keçməsi vacib amillərdənir. Son zamanlarda qabaqcıl dünya dövlətlərində texnoloji siyasət ilə ictimai rəhbərlikdəki əlaqələndirmələrin artdığı görülür. Müasir dövrümüzdə dövlətlər vətəndaşlarıyla cib telefonu, rəqəmsal televiziya, internet vasitəsilə əlaqə qura bilirlər. Amerika Birləşmiş Ştatları e-dövlət təşəbbüslərini 1993-cü ildə ilk dəfə həyata keçirən ölkə olmuşdur (Office of the Vice-President, 1993). Bunu bir-iki il arayla Böyük Britaniya və digər Avropa ölkələri təqib etdi (Office of the e-Envoy, 1996). Avropa İttifaqının Avropa Komissiyası da 2000-ci ilin mart ayındakı Lissabon sammitində “e-Avropa”nı həyata keçirmək üçün ilk addımı atdı. Bütün bu addımların mərkəz nöqtəsi ictimai xidmətləri xalqa online olaraq çatdırmaq, xalqın dövlət və hökumətlə əlaqədar məlumatları asanca alabilməsini təmin etmək və bu ünsiyyəti güclü bir şəkildə sürətləndirməkdir.



Azərbaycanda İKT-nin inkişafı

XXI əsrin informasiya cəmiyyəti əsri olduğunu nəzərə alsaq, dünyada baş verən iqtisadi, siyasi və texnoloji proseslərdə İKT-larının rolunun daha əhəmiyyətli olduğunu qəbul edərik. Dünyada gedən bu prosesləri ölkəmiz əlbəttə kənardan seyr edə bilməzdi. Ölkəmizdə İKT sahəsində ilk qanunvericilik aktları hələ 1993-cü illərdən qəbul olunsa da, son bir neçə ildə onun tətbiqi cəmiyyətdə, iqtisadi və siyasi hadisələrdə daha qabarıq şəkildə özünü göstərməyə başlayıb. Buna nümunə kimi Azərbaycan Respublikası Prezidentinin “2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında”16 yanvar 2013-cü il tarixli Sərəncamını göstərmək olar.Sevindirici haldır ki, yeni quruluş modeli olan bu idarəetmə sistemi e-hökumət olaraq artıq dövlətimizdə tətbiq edilməkdədir. Azərbaycan Respublikası Prezidentinin"Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)"nın təsdiq edilməsi haqqında 17 fevral 2003-cü il tarixli Sərəncamı, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında 11 avqust 2010-cu il tarixli Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı bu sahədə ahəgdar fəaliyyət üçün hüquqi baza yaratmışdır.

Müasir cəmiyyətimizdə internet texnologiyasının rəhbərlik üzərinə təsirlərinin əhəmiyyəti və dərinliyi yalnız təmin sürətində deyil, koordinasiya, ünsiyyət və nəzarət mexanizmlərinin təsir potensialından da qaynaqlanmaqdadır ki, bu da dövlət qrumlarının, idarə və müəssisələrin, təşkilatların təbiətində vətəndaşa münasibətin köklü şəkildə dəyişməsilə nəticələnməkdədir.

E-Hökumət Azərbaycanda

Ölkəmizdə yeni bir anlayış olan e-hökumət, müasir cəmiyyət olmanın vacibliyi olaraq ortaya çıxmış və dövlətlə vətəndaş arasında hər cür tapşırıq və öhdəliklərin qarşılıqlı olaraq "rəqəmsal mühitdə" davamlı, etibarlı, şəffaf bir şəkildə reallaşdırılması mənasını ifadə edir. Hazırda ölkəmizdə dövlət orqanlarının təqdim etdikləri e-xidmətlərin vahid məkanda toplanılması, vətəndaşların həmin elektron xidmətlərdən daha rahat və çevik istifadə edə bilməsi, informasiyaların mübadiləsi zamanı təhlükəsizliyin təmin edilıməsi və s. kimi imkanlar yaradılmışdır. Bu imkanların əsas məqsədi müəyyən xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan "məsafəni" maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğu bu məqsədə çatmağın əsas vasitələridir. E-hökumət müasir cəmiyyətlərdə dövlət və fərd əlaqələrində, dövlətin vətəndaşa qarşı yerinə yetirməklə öhdəçilikli olduğu vəzifə və xidmətlər ilə, vətəndaşların dövlətə qarşı olan vəzifə və xidmətlərinin qarşılıqlı olaraq elektron ünsiyyət və əməliyyat mühitlərində kəsilməz, etibarlı, şaffaf olaraq aparılması deməkdir və dövlətin ictimai xidmətlərinin elektron mühitə daşınması, xidmətlərin internet üzərindən vətəndaşın ixtiyarına verilməsi dövlətimizin bu çərçivədə inqilab xüsusiyyətində bir yenilik olaraq görüldü. E-hökumətin ölkəmizdə sürətlə tətbiqi, bu mərkəzə qoşulan dövlət qrumlarının və ictimai təşkilatlarının sayının gündən-günə artması inzibati, ictimai, iqtisadi və mədəni sahələrdə də çox əhəmiyyətli olacaq və cəmiyyət seqmentində böyük bir dəyişmənin yolunu açacaq.E-hökuməti meydana gətirən təməl ünsürlər e-dövlət strukturları, e-təşkilatlar və e-vətəndaşlardır ki, bunlarında hər biri özü-özlüyündə "e" faktının reallaşdırılması ilə məşğul olarsa və bir-birindən təsirlənərək güclənib inkişaf edərsə, bu gedərək e-hökuməti meydana gətirmiş olacaq.



E-Hökumətin tətbiqi qarşıya qoyulan aşağıdakı məqsədləri hədəflədi

E-hökumətin təqdim etdiyi bünövrə xidmətlərini 3-qrupda yerləşdirmək olar. Bu qruplar dövlətdən dövlətə, dövlətdən vətəndaşa və dövlətdən cəmiyyətə şəklində sıralanır və hər qrupun məqsədyönlü fəaliyyəti aşağıdakı hədəflərə çatmağı şərtləndirdi:



  • Dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin şəffaflaşması və işlərinin səmərəliyi artır;

  • Bürokratiya minimuma endirilir, dövlətin vətəndaşlarımıza və iş dünyasına sürətli və keyfiyyətli xidmət təqdim etməsi genişlənir;

  • Dövlət orqanlarında müasir texnalogiyalardan istifadəni genişləndirməklə idarəetmə metod və mexanizmləri təkmilləşdirilir;

  • Hər səviyyədə vətəndaşın dövlətə inamı artır;

  • Təsisatlararası məlumat mübadiləsitəmin edilərək iş və məlumat məhdudluğunun qarşısı alınır;

  • Cəmiyyətin xidmət göstərdiyi vətəndaşlarının həyatları asanlaşır;

  • Qərarvermə prosesləri inkişaf etdirilir və sürətləndirilir.

Vətəndaşın aşağıdakı ehtiyacları ödənilir:

  • Vətəndaş ilə dövlət arasındakı əlaqə inkişaf, güvən mühiti meydana gətirir və qüvvətlənir;

  • Zamandan qazanc təmin edilir və xərclər düşür, məhsuldarlıq artır;

  • Vətəndaş tələb etdiyi məlumatlara bir nöqtədən və doğru şəkildə çatır. Beləcə insan səhvləri minimuma endirilir;

  • Vətəndaşın tələbi ön plana çıxır, məmnuniyyət və fərdi iştirak artır;

  • Həm dövlət həm də vətəndaş üçün qərar almada asanlıq və sürət təmin edilir;

  • İqtisadi inkişaf dəstəklənir və həyat keyfiyyəti artır;

  • Kağız asılılığı və istifadəsi azalır.

E-Hökumət Portalı(www.e-gov.az) və cəmiyyət üçün faydaları

E-hökumət anlayışı, xüsusilə inkişaf etmiş ölkələrdə modern yeni bir dövlətin (idarənin, ya da ictimai rəhbərliyin) yenidən qurulması işləriylə əhəmiyyət qazanmışdır. Ölkəmizdə yaranma tarixindəniki ildən daha az bir zaman keçməsinə baxmayaraq, elektron hökümət çərçivəsində e-hökumət portalına (www.e-gov.az)inteqrasiya olunan xidmətlərin sayı 296, ümumi portalda olan xidmətlərin sayı isə 381-ə çatdırılmışdır və hər keçən gün say artmaqdadır. Şübhəsiz, ənənəvi dövlət mexanizimindən daha modern bir rəqəmsal dövlət idarəçiliyinə keçmə zamanı ortaya çıxan inkişaflara uyğunlaşmağın yol açdığı problemlərdə olacaqdır. Gələcəyin dövləti olaraq təyin olunan elektron hökumət təməl olaraq dövlətin və cəmiyyətin xidmət verdiyi sahələrdə İKT-larının istifadə edilməsi yolu ilə daha şəffaf, vətəndaşa daha yaxın, daha ucuz və daha keyfiyyətli fəaliyyət göstərən bir inzibati quruluş olaraq təyin olunur.



E-hökumət portalı (www.e-gov.az) vətəndaşa xidmətə dair prinsipləri aşağıdakılarla müəyyənləşdirdi:

  • Yeni dizayn, istifadə asanlığı təmin edildi və xidmətin təqdimatı mümkün olan ən qısa yoldan hazırlandı;

  • Müxtəlif dövlət qrumlarınını, ictimai təşkilatların ənənəvi xidmətləri yeni və cəlbedici şəkillərdə vətəndaşların istifadəsinə verildi;

  • Xidmətdən mümkün olan hər yerdən və hər zaman istifadə oluna bilinir;

  • Xidmətintəqdim olunması müddəti davamlı izlənilir və xidmətdəkiola biləcək axsaqlıq və əskiklər aradan vaxtında qaldırılır;

  • Cəmiyyət məlumatları, hər nə şəkildə olursa olsun (çap, səsli, elektron və ya vizual) əhəmiyyətlidir. Bu baxımdan məlumat axışı mütəmadi olaraq diqqətlə incələnir;

  • Təqdim edilən bütün məlumatlar bir-biriylə əsaslı və davamlılıq baxımından nəzərdən keçirilir;

  • Bütün məlumatlar ən yaxın qaynaqdan toplandıqdan sonra paylaşılır;

  • Mümkün olan hər vəziyyətdə, ictimai məlumatlar elektron mühitə keçirilir və saxlanılır;

  • Cəmiyyət məlumatlarının təhlükəsizliyi, gizliliyi və bütövlüyünün qorunması üçün lazımlı bütün məxfilik tədbirləri görülür;

  • Cəmiyyət məlumatlarının bütövlüyü, ardıcıllığı, doğruluğu və səlahiyyətli olan şəxslərin istifadəsinin təmin edilməsi üçün hər dövlət qrumunda bir vahid məsul şəxs təhkim olunur;

  • Sistemin infrastruktur dizaynı, kafi təhlükəsizlik şərtlərilə təmin edilir və idarəetmə xüsusiyyəti getdikcə təkminləşdirilir.

E-Hökumət portalının (www.e-gov.az) Ümumi Şərtləri

E-Hökumət portalından (www.e-gov.az) istifadə edən vətəndaş xidmət alma məqsədilə ünvan, e-poçt, telefon, faks, demoqrafik məlumatlar və ya şəxsiyyət vəsiqəsinin nömrəsi kimi öz fərdi məlumatlarını vermələri halında bu məlumatlar qanunvericiliyin ifadə vəziyyətlərinin meydana gəlmədiyi ya da şəxslərin təsdiqi alınmadan açıqlanmır və ən yüksək təhlükəsizlik, gizlilik texnologiyastandartları ilə mühafizə edilir. Vətəndaşın təsdiqi və icazəsi alınması halında bu məlumatlar e-hökumətin verdiyi xidmətlərin inkişaf etdirilməsi və vətəndaşa daha yaxşı xidmət verilməsi məqsədiylə ediləcək istifadələrdə istiqamətləndirici məlumat olaraq tətbiq edilir.

E-hökumət portalı (www.e-gov.az) vasitəsi ilə bəzi elektron xidmətlər üçün (vergi, xərc və s.) ödəmənin həyata keçirilməsi asanca reallaşdırılır. E-hökumət portalının məqsədi, tək bir ünvan üzərindən və şifrə, elektron imza, mobil imza kimi şəxsiyyət təsdiqləmə sistemləri ilə etibarlı bir şəkildə ictimai xidmətlərinin vətəndaşlarımıza təqdim edilməsidir. E-hökumət portalı vasitəsilə təqdim edilən elektron xidmətlər vatandaşlarımızın xüsusi şifrə, elektron imza və mobil elektron imza kimi şəxsiyyət təsdiqləmə vasitələrindən istifadə edildiyindən, fərdi məlumatlar yalnız əlaqədar vətəndaşlarımıza təqdim olunur.

E-hökumət portalının (www.e-gov.az)dizaynını meydana gətirən materiallar, texnologiyalar və göstərdiyi xidmətlər təqdim etdiyi məlumatlar və bunların istifadəsi, istinad verilməsi, sitat edilməsi və üzərində dəyişiklik edilərək istifadə edilməsi ilə əlaqədar lisenziya və müəllif hüquqları E-hökumət portalın aiddir. Heç bir qrum, təşkilat ya da vətəndaş, E-hökumət portalında təqdim edilən məlumatların hissələrini ya da hamısınıE-hökumət portalından yazılı icazə alınmadığı müddətcə dağıda, çoxalda bilməz, alt lisenziya istifadə edə bilməz, dəyişdirə ticarət və ya qeyri-kommersiya məqsədləri üçün istifadə edə bilmir. Bu isə vətəndaşın tam təhlükəsizlik mühitdəE-Hökümət portalından sərbəst istifadə etməsinə zəmin yaradır.



Vətəndaşın E-hökumətdən gözləntiləri

Azərbaycanda E-hökumətin tətbiqi nəticəsində dövlət vətəndaş münasibətində böyük diametrli irəliləmələr qeydə alınmış və bu sayədə dövlətin təsirli, şəffaf hesabat verə bilməsi istiqamətində əhəmiyyətli nəticələr əldə edilmiş, ictimai rəhbərliyinin modernləşdirilməsi və informasiya cəmiyyətinin təşviqi bərqərar olmuşdur. Azərbaycan dövləti bu məqsədlə gələcəkdə daha çox dövlət və özəl sektorların xidmət sahələrini vahid idarəetməyə cəlb etməklə və bu istiqamətdə tamamlama işini həyata keçirməklə E-hökumətin inkişafında əhəmiyyətli asanlaşdırıcı faktorları hədəfləyir. E-hökumət vətəndaşları böyük bir ictimai qrupunun bir hissəsinin deyil, vətəndaşları bütövlük olaraq tam görməyi qəbul edən bir rəqəmsal modeldir. Bu mənada E-hökumət yeni bir cəmiyyət anlayışının və vətəndaş gücünün də simvoludur.



E-hökumətin tətbiqi dövlətin ictimai xidmətlərinin həftənin 7 günü və günün 24 saatında aralıqsız vətəndaşa xidmət göstərməsini təmin edir, bürokratiyanın qaynaqlanan əngəlləri və bürokratik əməliyyat xərclərini azaldır, sürətili dövlət modelini tətbiq edir, eyni zamanda cəmiyyətdə şəffaf tətbiqlərlə yeni ictimai rəhbərliyinin hesab vermə məsuliyyətinin həyata keçməsi ilə hər şey xalqın gözünün qarşısında cərəyan edəcəyindən xidmətlərin bərabərlik və standartlara uyğun təmin edilməsi reallaşdırılır və vətəndaşın siyasi həyata iştirakını artırır. Bütün bu faktorlar dövlət rəhbərliyində top yekun bir fəaliyyətin meydana gəlməsinə zəmin yaradacaq. Bununlada ölkəmiz E-Apropa mərkəzinin tətbiq etdiyi standartlara uyğun tam həcmli fəaliyyət göstərəcək bir sistemin vətəndaşların iğtiyarına verilməsini təmin edəcək.

Qeyd:Bu məqalə ”Elektron hökumət” portalının (www.e-gov.az) operatoru – Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzinin "Mənim Elektron Hökumətim” adı altında "Ən yaxşı məqalə” nominasiyası üzrə keçirilən müsabiqəyə təqdim olunması üçün Hüseynov Ceyhun Eldar oğlu tərəfindən hazırlanmışdır.


Yüklə 34,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin