Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 3,67 Mb.
səhifə10/22
tarix21.10.2017
ölçüsü3,67 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

EHRAMDA HARAM OLAN İŞLƏR


Qur᾽an:

«Ey iman gətirənlər! Möhrim olan halda ov etməyin və sizlərdən hər kəs bilərəkdən ov edərsə, dörd ayaqlı heyvanlardan öldürdüyünün oxşarı miqdarında kəffarə verməli, (və onların oxşarlığını) öz aranızdan iki adil təsdiq etməli və qurbanlıq kimi Kə᾽bəyə çatmalıdır. Və ya (onun) kəffarəsi ilə miskinlərə yemək verməli, yaxud da onun bərabərində oruc tutmalıdır ki, (beləliklə də) öz pis əməlinin cəzasını dadsın. Allah keçmişdə baş verən (pis əməlləri) əfv edir, (amma) hər kəs pis işi təkrar etsə, Allah ondan intiqam alar və Allah bacarıqlı və intiqam sahibidir».



«Dəniz ovu yeyintiləri sizə müsafirlər üçün bir fayda olsun deyə halal olmuşdur. (Amma) — möhrüm olduğunuz haldaçöllük ovu sizin üçün haram olmuşdur. (bir gün) hüzurunda məhşur olacağınız Allahdan qorxun (təqvalı olun). 510

Hədis:


469. Əbdullah ibni Ömər nəql etmişdir ki, bir kişi ayağa qalxaraq soruşdu. Ey Allahın elçisi! Ehram halında nə geyək? Həzrət Peyğəmbər (s) buyurdu: Ehram halında köynək, şalvar, gecə papağı, əmmamə və çəkməy geyinməyin. Amma nə᾽leyn olmayan şəxs, çəkmə geyindikdə onları topuqdan aşağı kəssin. Həmçinin zə᾽fəran və vərs (ətirli bitki) dəyən paltarı geyməyin. Möhrüm qadın isə üzünü örtməsin və əllərinə əlcək salmasın. 511

470. Həzrət imam Sadiq (ə) buyurub: Ehram halında ətir və yağ vurma və xoş iydən çəkin. Burnunu yaxşı iydən tut, amma pis iydən tutma. Çünki möhrüm şəxsin yaxşı iydən ləzzət aparması layiqli deyildir. Həmçinin azuqənin xoş ətirli şeylərindən də çəkin. Hər kəs bunlardan birinə mübtəla olsa, qüslünü yenidən əncam verib, bacardığı qədər sədəqə verməlidir. Yaxşı şeylərdən dörd şey ehram halında sənə haramdır: Müşk, ənbər, vərs və zə᾽fəran.

Bundan əlavə möhrüm üçün xoş iyli yağlar da məkruhdur. Amma zeytun yağı və onun kimi yağlarla özünü müalicə etməyə məcbur olan şəxs üçün məkruh deyildir. 512

471. Həzrət imam Sadiq (ə) buyurub: Ehram halında olanadək heç bir ovu özün üçün halal sayma və ehram halında olmayarkən, hərəm daxilində də ovu halal bilmə. Möhrüm və qeyri möhrim ov etmək üçün, ov yerinə göndərmə və hətta sənin işarə etməyinlə ovu halal saymasın deyə, ova tərəf işarə etmə. Çünki bilərəkdən ov edən şəxsə qurban kəsmək vacibdir. 513

472. Həzrət imam Sadiq (ə) buyurub: Ehram halında hər növ quru yerlərin ovu və başqasının etdiyi ov ətindən pəhriz et, həmçinin başqasına ov etmək üçün işarə etmə. 514

473. Həzrət imam Sadiq (ə) buyurub: Möhrim şəxs evlənməz, birinə ərə getməz, elçilik etməz və başqasının nikahına şahid ola bilməz. Əgər evlənsə, nikahı batil olar. 515

474. Həzrət imam Sadiq (ə) buyurub: Möhrim olan halda güzgüyə baxma. Çünki, bu iş bir növ bəzəkdir. Həmçinin qadın ehram halında qara sürmədən istifadə etməsin ki, bu da bir növ bəzək sayılır. 516

475. Əbdullah ibni Muğəyrə nəql etmişdir ki, imam Kazim (ə)-dan möhim şəxs üçün kölgə barəsində soruşduqda həzrət (ə) buyurdu: Ehram bağladığın Allah üçün qurbun kəs. Dedim: Mənim istəyimə taqətim çatmır. Həzrət (ə) buyurdu: Günəşin möhrim şəxslərin günahlarını gizlətməsini bilirsənmi? 517


EHRAMDA HARAM OLAN İŞLƏR HAQQINDA İZAH


Ehramda haram sayılan işlər iyirmi dörd işdir ki, onların on doqquzu həm kişilər, həm də qadınlara, biri yalnız qadınlara dördü isə yalnız kişilərə məxsusdur.

Həm kişilər, həm də qadınlara məxsus olan işlər belədir:

1) Güzgüyə baxmaq;

2) Hər növ ətir və xoş iydən istifadə etmək;

3) Bəzək üçün sürmə çəkmək;

4) Bədənə yağ sürtmək;

5) Bəzək üçün barmağa üzük taxmaq;

6) Cinsi yaxınlıq, öpmək və sair bu kimi hər növ cinsi ləzzət aparmaq;

7) İstimna;

8) Özü və ya başqası üçün kəbin kəsmək və yaxud nikah üçün şahid olmaq;

9) Bədən tüklərini təmizləmək;

10) Dırnaqları tutmaq və azaltmaq;

11) Diş çəkdirmək;

12) Bədənin cızılmaq və ya dişləri yumaqla qanatması;

13) Ağcaqadan və sair bu kimi bədəndə olan heyvanları öldürmək;

14) Bədənə silah bağlamaq; amma özü ilə silah aparmaq məkruhdur;

15) Yer heyvanlarını ovlamaq və ya ovlanmış heyvanın ətindən yemək;

16) İstisna olunmuş hallardan və əşyalardan başqa hərəmdə bitmiş ağac və ya otu qırmaq və sındırmaq

17) Füsuq — yə᾽ni yalan danışmaq, söyüş söymək və qürurlanmaq;

18) Mücadilə etmək (çəkişmə);

19) Qadınların daha çox istifadə etdiyinə baxmayaraq bəzək əşyalarından istifadə etmək.

Kişilərə məxsus olan işlər belədir:

20) Tikilmiş paltar geymək;

21) Ayağın bütövlükdə üstünü tutan ayaqqabı geymək;

22) Başı örtmək;

23) Başın üzərində kölgə yaratmaq üçün örtük tutmaq;

Qadın məxsus olan işlər isə belədir:

24) Üzü niqab və sair şeylərlə örtmək.


MÖHRİMƏ YARAŞMAYAN İŞLƏR


476. Hüseyn ibni Muxtar nəql etmişdir ki, imam Sadiq (ə)-a dedim: Kişi qara paltarda ehram bağlaya bilərmi? Həzrət (ə) buyurdu: Qara parçada ehram bağlamasın və onunla ölünü kəfənə bükməsin. 518

477. Həmmad ibni İsa nəql etmişdir ki, həzrət imam Sadiq (ə) buyurmuşdur: Möhrim şəxsi bir nəfər çağırdıqda, ehram halından xaric olanadək onun cavabında ləbbəyk deməsin. Soruşdum: Bəs nə desin? Həzrət (ə) buyurdu: Ya sə᾽d desin. 519

478. Həzrət imam Sadiq (ə) buyurub: Möhrim şəsin hamama getməsinin heç bir eybi yoxdur, amma hamamda kisə çəkməsin. 520

479. Həzrət imam Sadiq (ə) buyurub: Möhrim şəxs üçün (ərə) tərzində əyləşmək məkruhdur. Həmçinin Məscidul-həramda da bu cür əyləşmək məkruh sayılır. 521

480. Əliyyibni Cə᾽fər qardaşı imam Kazim (ə)-dan nəql etmişdir ki, o həzrətdən (ə) soruşdum: Möhrim şəxsin güləşməsi rəvadırmı? Həzrət (ə) buyurdu: Bu iş möhrim şəxs üçün yaxşı və rəva deyildir. Çünki, onun yaralanması və tüklərindən bə᾽zisinin tökülməsi qorxusu vardır. 522

2. Təvaf:



Kataloq: dosya -> uygulama

Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə