Bismilləhir Rahmənir Rahim


وَ لَوْ لَا أَن ثَبَّتْنَاكَ لَقَدْ كِدتَّ تَرْكَنُ إِلَيْهِمْ شَيًْا قَلِيلا



Yüklə 0,74 Mb.
səhifə19/27
tarix24.03.2020
ölçüsü0,74 Mb.
#102366
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

وَ لَوْ لَا أَن ثَبَّتْنَاكَ لَقَدْ كِدتَّ تَرْكَنُ إِلَيْهِمْ شَيًْا قَلِيلا


“Əgər səni sabitqədəm etməsəydik, az qalırdı ki, onların sözünə meyl edəsən.”

Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm) bu ayənin ciddi bir xəbərdarlıq olduğunu bilib həmin tayfanın xahişini rədd etdi. Rəvayətlərin birində belə deyilir: İslam peyğəmbəri (səllallahu əleyhi və alihi və səlləm) buyurmuşdur: “Ruku və səcdə olmayan dində xeyir yoxdur.”1 Ola bilsin ki, hədisdə zikr olunan “din” namaz məmasındadır. Meyitə qılınan namaz (meyit namazı) əslində duadır. Çünki bu namazda ruku və səcdə yoxdur. Hər bir insanın vücudunun dərinliyində zati bir təkəbbür var. Bunun dərmanı yalnız namazda olan ruku və səcdədir. Çünki insanın ən şərəfli üzvü onun sifətidir. İnsanın sifəti başqa məxluqların sifətindən üstündür. Allah-Təala insanın surətini ən üstün şəkildə yaratdığına görə Özünə “Afərin” 1 buyurmuşdur. “Tin” surəsinin 4-cü ayəsində buyurulur:


لَقَدْ خَلَقْنَا الْانسَانَ فىِ أَحْسَنِ تَقْوِيم‏


“Həqiqətən, biz insanı ən gözəl surətdə yaratdıq.”

Şair belə deyir:


Qadir Allah səni yaradan zaman,

Özünə “afərin” söyləmiş inan.

Bəşərin ağıl və düşüncə qüvvəsinin cəmləşdiyi alın nahiyəsi insan üzünün ən fəzilətli hissəsi sayılır. Alını torpağa qoymaq insanın son dərəcə acizliyini göstərir. Buna əsasən də səcdə elə bir kəs üçün olmalıdır ki, Onun əzəməti, ucalığı, böyüklüyü və rəhməti hər yeri bürüsün. Bu da yalnız Allah-Təalaya məxsusdur. Mələklərin Adəmə (əleyhissalam) səcdə etməsinə gəldikdə isə həmin səcdə Adəm (əleyhissalam) yox, Allah üçün və Allahın əmrinə əsasən olmuşdur. Sadəcə Adəm (əleyhissalam) qiblə2 rolunu oynamışdır. Yəqub (əleyhissalam) və oğlanlarının Yusif peyğəmbərə (əleyhissalam) səcdə etmələrinə gəldikdə isə bu səcdə şükür səcdəsi ünvanında idi. Yəni Allah-Təala bu neməti (Yusifi (əleyhissalam) ) yenidən onlara bağışladığı üçün Allaha şükür səcdəsi etdilər.3 Səcdədə bəndə öz faniliyini izhar edir. “Taha” surəsinin 55-ci ayəsində buyururlur:


مِنهَْا خَلَقْنَاكُمْ وَ فِيهَا نُعِيدُكُمْ وَ مِنهَْا نخُْرِجُكُمْ تَارَةً أُخْرَى


“Sizi ondan (torpaqdan) yaratdıq və ona da qaytaracağıq. Sonra yenidən (qiyamət günü) ondan dirildəcəyik.”

Yaxud “Bəqərə” surəsinin 28-ci ayəsində belə buyururlur:


كَيْفَ تَكْفُرُونَ بِاللَّهِ وَ كُنتُمْ أَمْوَاتًا فَأَحْيَكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يحُْيِيكُمْ ثُمَّ إِلَيْهِ تُرْجَعُون‏


“Nə üçün Allaha inanmırsınız, bir halda ki, siz ölü idiniz və Allah sizi diriltdi. Sonra sizi yenə də öldürəcək, sonra yenə də dirildəcək. Axırda isə Ona tərəf qaytarılacaqsınız.” Birinci səcdədə alnımızı torpağa qoymağın mənası budur ki, “İlahi! Biz torpaqda1 ölü idik.” Başımızı səcdədən qaldırmağın mənası isə budur ki, “İlahi! Sən bizi torpaqdan yaratdın.” İkinci səcdənin mənası budur ki, “İlahi! Sən yenə də bizi torpağa qaytaracaqsan.” Başımızı qaldırmağın mənası isə budur ki, “İlahi! Sən bizi torpaqdan yenidən dirildəcəksən.” Ruku bəndənin Məbuda olan təzimini bildirir və əvvəldən axıra kimi bir mərhələdən ibarətdir. Buna görə də ruku həqiqətin eyni sayılır. Səcdə bəndənin fənalığını izhar etməkdən və bəndənin zəlilliyini bildirməkdən ibarət olduğu üçün iki mərhələdən (“bədvi” 2 fəna və “ovdi”3 fəna) ibarətdir.

“Bədvi” fəna, yəni həmişə Allah-Təala olmuş və Ondan başqa heç bir şey olmamışdır. Bu “bütün aləmi yoxluqdan vücuda gətirmişdir” həqiqətinə işarədir.

“Ovdi fəna” isə bütün mövcudatların faniliyinə işarədir. Belə ki, Allahdan başqa hamı məhvə məhkumdur. Necə ki, Qurani-Kərim bu barədə buyurur:

كلُ‏ُّ شىَ‏ْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُ


“Onun zatından başqa hamı məhvə və həlak olacaqdır.”1

Yaxud “Ərrahmən” surəsinin 26-27-ci ayələrində buyurulur:


كلُ‏ُّ مَنْ عَلَيهَْا فَانٍ وَ يَبْقَى‏ وَجْهُ رَبِّكَ ذُو الجَْلَالِ وَ الْاكْرَام‏


“Onun (Yer kürəsi) üzərində olan hər bir şey məhv olacaqdır. Cəlal və Kərəm Sahibi olan Allah isə əbədidir.”

Bəzi ayələrə əsasən, bütün yaranmışlar, o cümlədən günəş, ay, ulduzlar və s. Allaha səcdə edirlər. İnsanlardan başqa bütün mövcudların səcdə etməsi təkvini ibadət və itaət mənasındadır. Səcdənin özü ayrılıqda müstəqil bir ibadət sayılır. Necə ki, namazın şərtlərindən biri olan “təharət” müstəqil bir ibadətdir. Daha dəqiq desək, səcdə namazın eynidir. Səcdə bəndənin Allah-Təalaya ən yaxın halıdır. Digər tərəfdən şeytanın ən çətin halı məhz müsəlmanın səcdə vəziyyətində olmasıdır. Çünki şeytan səcdəni tərk etdiyinə görə Allah dərgahından qovulmuş və uzaqlaşdırılmışdır. Rəvayətdə buyurulur: “Rukusu və səcdəsi olmayan namaz namaz deyildir.”2


QİRAƏTİN3 FƏLSƏFƏSİ


Namazın ən mühüm ruknlarından sayılan qiraət onun birinci və ikinci rükətində “Həmd” (Fatihə) və başqa bir surə oxumaqla yerinə yetirilir. Rəvayətdə buyurulur: “Fatihəsiz namaz yoxdur.”1 Başqa bir rəvayətdə belə buyurulur: “Fatihə surəsi oxunmayan namaz naqisdir.”2 Namazda iki surənin ardıcıl oxunmasının fəlsəfəsi bundan ibarətdir; 1) Quran daimi olaraq möminin canına və ruhuna hopub cərəyan etsin. 2) Surələri təkrarlamaqla Quran müsəlmanlar arasında yaşasın.

Səkkizinci imam (əleyhissalam) bu həqiqəti Fəzl ibn Şazan üçün açıqlayıb belə buyurur: “İnsanlara namazda qiraət oxumaq ona görə əmr olunub ki, O, (Quran) həmişə təravətli qalıb camaat arasında yaşasın və insanlar daim Onun elmindən bəhrələnsinlər. Məbada müsəlmanlar Qurandan qafil qalsınlar!”3

İmam Rizanın (əleyhissalam) bu hədisinə əsasən bir neçə mətləbi açıqlamaq istərdik; 1. Əhli-beytin (əleyhimussalam) rəvayətlərində Quranı öyrənməyin və öyrətməyin, hətta Onu üzdən oxumağın zəruri olduğu təkidlə bildirilmişdir. Bəzi rəvayətlərdə Quranın hər gün 50, bəzilərində isə 200 ayə üzdən oxunması sifariş edilmişdir. Bu barədə “Vəsailuşşiə”, “Biharul-ənvar”, “Safi”, “Vafi” kitablarında çoxlu hədis və rəvayətlər mövcuddur. Bunlardan bir neçəsini zikr edirik; a) Allahın elçisi (səllallahu əleyhi və alihi və səlləm) buyurur: “Sizlərdən ən yaxşınız Quranı öyrənən və Onu başqasına öyrədəndir.”4 b) İmam Sadiq (əleyhissalam) buyurur: “Mömin üçün yaxşı olar ki, ölümündən qabaq Quranı öyrənmiş olsun, yaxud öyrənərkən ölüm onu yaxalasın.”5

v) Allahın peyğəmbəri (səllallahu əleyhi və alihi və səlləm) buyurmuşdur: “Ən üstün ibadət Quran oxumaqdır.”6 q) İmam Əli (əleyhissalam) buyurmuşdur: “Quranı öyrənin və Onun barəsində dərin təfəkkürə dalın! Çünki O, möminin qəlbinin baharı və gülüstanıdır. Öz dərdlərinizə Quran vasitəsilə çarə qılın! Çünki O, bütün fiziki və ruhi xəstəliklərə şəfa verəndir. Onu tərtillə oxuyub gözəlləşdirin! Ayələri barədə düşünün və ibrət götürün! Çünki O, ən mənfəətli və ən gözəl qissələri Özündə cəmləşdirmişdir.”1

d) Bəzi rəvayətlərdə bildirilmişdir ki, behişt əhlinin dərəcələri, onların hansı miqdarda Quranı hifz etmələrindən asılıdır. Rəvayətlərin birində deyilir ki, cənnətdə Quran əhlinə belə xitab olunar: “Quranı hər nə qədər əzbər bilirsənsə, oxu və yuxarı qalx!”2 Bir çox rəvayətlərdə bildirilir ki, Quran qiyamət günü ən gözəl surətdə zahir olub Onu oxuyanlara şəfaət verər. Rəvayətlərdə bizlərə də bacardığımız qədər Quran oxuyub Onu hifz etmək sifariş olunmuşdur.

2. Deyilənlərdən belə məlum oldu ki, mömin Quranı oxumaqla bərabər qəlbində hifz etməli və hər bir dəyişiklikdən Onu qorumalıdır. Quranın möcüzə olmasının nişanələrindən biri də Onun həmişə təravətli olmasıdır. Yəni Quran oxunduqca, köhnəlmir və hər dəfə oxunduqda sanki mömini özünə müştaq edir. O başqa kitablar kimi deyil. Belə ki, əgər bir kitab iki ya üç dəfə oxunsa, insanı yorar. Lakin Quran oxunduqca sanki oxucunun Özünə qarşı susuzluğunu artırar.

3. Quranın qiraət edilməsində təkcə dilin və dodağın tərpənməsi kifayət deyil. Quran və rəvayətlərə nəzər saldıqda bir neçə həqiqətə şahid oluruq:

1)Quranın buyuruqlarına əməl etmək; Necə ki, hədisdə buyurulur: “Bir çox Quran oxuyanlar var ki, Quran onlara lənət oxuyur.”1

2 ) Quranı başa düşməklə Onun elminə yiyələnmək;

Necə ki, Qurani-Kərim “Muhəmməd” surəsinin 24-cü ayəsində, həmçinin bir çox başqa ayələrdə insanları təfəkkür edib düşünməyə dəvət edərək buyurur:



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin