Bismilləhir Rahmənir Rahim


وَ لَقَدْ كَرَّمْنَا بَنىِ ءَادَمَ وَ حَمَلْنَاهُمْ فىِ الْبرَِّ وَ الْبَحْرِ وَ رَزَقْنَاهُم مِّنَ الطَّيِّبَاتِ وَ فَضَّلْنَاهُمْ عَلىَ‏ كَثِيرٍ مِّمَّنْ خَلَقْنَا تَفْضِيلا



Yüklə 0,74 Mb.
səhifə4/27
tarix24.03.2020
ölçüsü0,74 Mb.
#102366
1   2   3   4   5   6   7   8   9   ...   27

وَ لَقَدْ كَرَّمْنَا بَنىِ ءَادَمَ وَ حَمَلْنَاهُمْ فىِ الْبرَِّ وَ الْبَحْرِ وَ رَزَقْنَاهُم مِّنَ الطَّيِّبَاتِ وَ فَضَّلْنَاهُمْ عَلىَ‏ كَثِيرٍ مِّمَّنْ خَلَقْنَا تَفْضِيلا


“Biz Adəm övladlarını əziz tutub onlara kəramət bağışladıq. Onlara suda və quruda minik verdik. Pak ruzilər əta etməklə bərabər bir çox yaranmışlardan üstün qərar verdik.”

Həmçinin “Tin” surəsinin 4-cü ayəsində belə buyurulur:


لَقَدْ خَلَقْنَا الْانسَانَ فىِ أَحْسَنِ تَقْوِيم‏


“Həqiqətən biz insanı ən gözəl surətdə yaratdıq.”

Quran buyurur:


وَ إِن مِّن شىَ‏ْءٍ إِلَّا يُسَبِّحُ بحَِمْدِهِ وَ لَاكِن لَّا تَفْقَهُونَ تَسْبِيحَهُمْ


“Hər şey Allahı sitayiş edir, lakin siz onların sitayişini anlamırsınız.”2

Təkvini və tədvini kəlam


Təkvini kəlam tədvini kəlam kimi, müəyyən məna bildirir.. Uşağın ağlaması onun ac olduğunu, bina bənnanın varlığını göstərir.

Deməli, aləmdəki bütün yaranmışlar Yaradanın vücudundan danışır. Şair demişkən:


Torpaqdan cücərən hər gül, hər çiçək

Qalxır “şəriki yox, birdir” deyərək.
Demək, bütün mövcudatlar təkvini kəlamdan ibarətdir. Allah-Təala Quranda həzrət İsanı (əleyhissalam) “Kəlimətullah”1 adlandırır:


إِذْ قَالَتِ الْمَلَئكَةُ يَامَرْيَمُ إِنَّ اللَّهَ يُبَشِّرُكِ بِكلَِمَةٍ مِّنْهُ اسْمُهُ الْمَسِيحُ عِيسىَ ابْنُ مَرْيَمَ وَجِيهًا فىِ الدُّنْيَا وَ الاَْخِرَةِ وَ مِنَ الْمُقَرَّبِين ‏


“Mələklər dedilər: Ey Məryəm! Allah sənə öz kəlməsi ilə müjdə verir. Onun adı Məryəm oğlu Məsihdir. O, dunyada və axirətdə abırlı və Allaha yaxın olan kəslərdəndir.”

Həmçinin, məsum imamlar (əleyhimussalam) kamil və tam kəlmə adlandırılmışlar. Belə ki, “Səhər” duasında oxuyuruq:

"İlahi, ən kamil kəlmələr xatirinə Səndən istəyirəm..."

Həqiqətdə hər bir yaranmış öz Yaradanına həmd və səna deyir. Hər şey öz təkvini dili ilə Allahı zikr edir. Quran bu barədə buyurur:


حَتىَّ إِذَا مَا جَاءُوهَا شهَِدَ عَلَيهِْمْ سَمْعُهُمْ وَ أَبْصَارُهُمْ وَ جُلُودُهُم بِمَا كاَنُواْ يَعْمَلُونَ وَ قَالُواْ لِجُلُودِهِمْ لِمَ شَهِدتمُ‏ْ عَلَيْنَا قَالُواْ أَنطَقَنَا اللَّهُ الَّذِى أَنطَقَ كلُ‏َّ شىَ‏ْءٍ وَ هُوَ خَلَقَكُمْ أَوَّلَ مَرَّةٍ وَ إِلَيْهِ تُرْجَعُون


“Cəhənnəmə gətirildikdə onların qulaqları, gözləri və dəriləri etdikləri pis əməllərə görə onların əleyhinə şəhadət verəcək. Onlar öz dərilərinə deyəcəklər: Nə üçün bizim əleyhimizə şəhadət verirsiniz? Dəriləri deyəcək: Bizi danışdıran Allahdır. O Allah ki, hər şeyi danışdırmağa Qadirdir. Hər şeyi əvvəldən Yaradan Odur və Ona tərəf də qayıdacaqsınız.1

Hər bir camal sahibi tərifə layiqdir. Bütün camal sahiblərinin ən gözəli və ən üstünü Allah-Təaladır. Belə ki, hər bir gözəllik və camal Ondandır və Ondan alınmışdır.

Fransalı müvəhhid (yeganə Allaha inanan şəxs) Kamil Felamaryon “Allah təbiətdə” adlı kitabında belə yazır: “Qadir, mudəbbir, həkim, muqtədir olan Allah sanki təbiətin hər bir guşəsində bizimlə söhbət edir.”

Məxluqlardan bir hissəsi həmişə qiyam (ayaq üstə) halında Haqq-Təalanı təsbih və təmcid edirlər. Ağacları misal göstərmək olar.

Başqa bir hissə mövcud oturaq halda (məs; bitkilər, dağlar və s.), digər hissə ruku halında (məs; dördayaqlı heyvanlar və s.), bəziləri isə səcdə halında (məs; sürünən heyvanlar və s.) daimi olaraq Allahı zikr və təsbihlə Ona həmd və səna etməklə məşğuldurlar.

İnsanda bütün məxluqların kamillikləri, onların keçdiyi bütün mərhələlər (“kani aləm”, “cəmadi aləm”, “nəbati aləm”və “heyvani aləm”), həmçinin “müqəddəs nitq nəfsi” cəmlənmişdir.

Buna görə də insan üçün namaz adlı ibadət qərar verilmişdir.

Namaz bütün xeyirlərin və səadətlərin formulu, həmçinin bütün şər və fəsadların qarşısında duran maneədir.

Namaz iman və saleh əməllə zinətlənmiş, habelə gözəl əxlaqla bəzənmiş və günahlardan uzaq olan mömini həmişə pisliklərdən qoruyar.1

NAMAZ – İNSAN ÜÇÜN İSLAHEDİCİ BİR MÜƏSSİSƏNİ XATIRLADIR


Namazın insana təsirini və insan düzəldən necə bir zavod olmasını aydınlaşdırmaq istərdik. İslam Peyğəmbəri həzrət Məhəmməd (səllallahu əleyhi və alihi və səlləm) buyurmuşdur:
“Namaz dinin sütunudur. Əgər qəbul olunsa, başqa əməllər də qəbul olunar, rədd olunsa, sair əməllərin heç biri qəbul olmaz.”2

Namazın düzgünlük şərtlərindən biri qəsbi3 şeydən çəkinməkdir. Yəni əgər namaz qılanın paltarı, yaxud məkanı, yaxud dəstəmaz aldığı su və s. qəsbi olsa, qıldığı namaz batildir və mötəbər deyil. Qəsb olunmuş şey namaza münasibətdə odla pambığın misalındadır. Od pambığa yaxınlaşdıqda onu kül etdiyi kimi qəsbi paltarla namaz qılmaq da namazı batil edər.

Buna görə də namaz qılan şəxs qəsb olunmuş şeydən ciddi surətdə çəkinməli və namaza aid şərtləri halal yolla yerinə yetirməlidir. Bu məsələ insanların hüquqlarına təcavüzün (oğurluq, rüşvət, riba, xəyanət və s.) qarşısını alır. Əgər yuxarıda deyilən bu bir şərtə (qəsb olunmuş şey) riayət olunsa, cəmiyyətin islahı üçün çox xeyirli olar.

Namazın düzgünlük şərtlərindən biri də təharət məsələsidir. Məlumdur ki, gigiyenik qaydalara riayət etmək insanın hər növ mikroblardan təmizlənməsinə səbəb olar.

Başqa bir şərt namazqılanın gözəl əxlaqa yiyələnməsi və rəzil (alçaq) sifətlərdən uzaq olmasıdır.

Bir sözlə, kamil namaz o namazdır ki, insan onun boynunda olan vəzifələri öyrənməklə bərabər, onları düzgün surətdə yerinə yetirsin. O, hər nə qədər öz vəsifəsindən uzaqlaşsa, bir o qədər də namazının dəyəri aşağı düşəcək.


NAMAZIN MAHİYYƏTİ ALLAHI YAD ETMƏKDİR


“Taha” surəsinin bu şərif ayəsi وَ أَقِمِ الصَّلَوةَ لِذِكْرِى

“Məni yad etmək üçün namaz qıl”1 aşkar surətdə namazın fəlsəfəsinin Allahı yad etməkdən ibarət olduğunu açıqlayır. Namaz “zikr” (yad etmək) deyə adlandırılır. Bu cəhətdən Quranda bəzən “namaz” kəlməsi “zikr” kəlməsi ilə təfsir olunmuşdur.

Məsələn; “Cümə” surəsinin 9-cu ayəsində belə buyurulur:

فَاسْعَوْاْ إِلىَ‏ ذِكْرِ اللَّهِ ‏


“Namaza tərəf tələsin.”

Başqa bir ayədə belə buyurulur:



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin