Cəmiyyətə aid olan məsələlər bunlardır



Yüklə 2,65 Mb.
səhifə1/13
tarix21.10.2017
ölçüsü2,65 Mb.
#7127
  1   2   3   4   5   6   7   8   9   ...   13

CƏMİYYƏT VƏ TARİX

http://ehliwie-samux.com


ÖN SÖZ


Hər hansı bir ideoloji məktəbin cəmiyyət, bəşəriyyət və tarix haqqındakı anlayış və dünyagörüşü, həmin məktəbin ideologiyasının əsasını təşkil edir. Buna görə də islam ideologiyasını tanımaq üçün islamın, cəmiyyət və tarix haqqındakı baxış və əqidəsi aydınlaşmalıdır.

Aydındır ki, islam nə ictimaiyyət məktəbidir, nə də tarix fəlsəfəsi haqqında elmdir. İslamın müqəddəs kitabı Quranda, heç bir ictimai, ya tarixi mövzu sadə ictimaiyyət, ya tarix fəlsəfəsi dilində bəyan edilməmişdir. Başqa mövzular da, o cümlədən əxaq, fiqh və s. də adət etdiyimiz elmi dildə, yaxud sadə elmi anlayışlar çərçivəsində gətirilməmişdir. Eyni halda, həmin elmlər barəsində Qurandan bir çox şeyləri əldə etmək olar.

İslamın cəmiyyət və tarix barəsindəki düşüncəsi bir-biri ilə əlaqəli olduğuna və onların haqqında qısa olaraq bəhs istədiyimizə görə, onlardan bir fəsildə söhbət açmaq istəyirəm. Bu iki mövzu xüsusi əhəmiyyətə malik olduğuna görə, üzərində xüsusi araşdırma və təhqiqat aparılmağa layiqdir. Əlbəttə biz cəmiyyət və tarixə aid olan məsələləri islam ideologiyası ilə tanışlıq üçün zəruri olan miqdarda araşdıracağıq.

Əvvəlcə cəmiyyət, sonra isə tarix haqqında söhbət açacağıq.



Cəmiyyətə aid olan məsələlər bunlardır:

1. Cəmiyyət nədir?

2. İnsan təbiət etibarilə ictimai varlıqdırmı?

3. Görəsən, fərd əsasdır cəmiyyət ikinci dərəcəli, ya cəmiyyət mühümdür fərd ikinci dərəcəli, ya üçüncü bir fikir mövcuddur?

4. Cəmiyyət və adət-ənənə;

5. Görəsən ayrı-ayrı fərdlər, cəmiyyət və ictimai hadisələr qarşısında azaddır ya məcbur?

6. Cəmiyyət ilk növbədə hansı qütblərə, sinif və dəstələrə bölünür?

7. Görəsən, insan icmaları tam mənada müəyyən mahiyyət və növə malikdirlərmi? Onların ixtilafları – ayrı-ayrı fərdlərin ixtilafı kimi – eyni növə malikdir, ya ərazi, zaman və məkan şəraitindən, mədəniyyət səviyyəsindən asılı olaraq müxtəlif növ və müxtəlif mahiyyətələrə bölünür və buna uyğun olaraq da, bir-birinə zidd olan ideologiyalara malik olurlar? Başqa sözlə, insanlar məntəqə, irq, milliyyət və tarix baxımından bir-birindən fərqlənmələrinə baxmayaraq, quruluş cəhətindən eynidirlər və vahid fizioloji və tibbi qanunların nəzarətindədirlər. Görəsən ictimai baxımdan da eyni növə malikdirlər və ya eyni ictimai və əxlaqi sistem onları idarə edə bilərmi? Vahid ideologiya bəşəriyyətə hakim ola bilər, yoxsa hər cəmiyyət öz tarixi, mədəniyyəti və məkan şəraitindən asılı olaraq xüsusi mövqe tələb edir və özünəməxsus ideologiyası vardır?

8. Görəsən tarix yaranandan indiyə qədər pərakəndə və bir-birindən müstəqil, eyni zamanda bir-biri ilə ixtilafda olan insan icmaları, vəhdət və birliyə doğru irəliləyirlər və bəşər gələcəkdə vahid cəmiyyət, vahid mədəniyyət və vahid formaya və rəngə malik olacaq və nəticədə ixtilaflar, fərqlər və təzadlar aradan gedəcək, ya xeyir, bəşəriyyət müxtəlif formada, müxtəlif rəngdə olmağa, müxtəlif mədəniyyət və müxtəlif ideologiyaların təsiri altında olmağa məhkumdur?

Bizim nəzərimizə əsasən, bunlar bir sıra mühüm məsələlərdir və gərək islamın onlar haqqındakı baxışı aydınlaşsın. Burada onlar haqqında ardıcıl və qısa şəkildə bəhs edəcəyik.


BİRİNCİ FƏSİL

CƏMİYYƏT

CƏMİYYƏT NƏDİR?


Cəmiyyət, bir sıra adət-ənənə və xüsusi qanunlar çərçivəsində bir-biri ilə əlaqədə olan insanlardan təşkil olunur və bu insanlar cəm şəklində yaşayırlar. Cəm halında yaşamaq o demək deyildir ki, bir qurup insan bir-birinin kənarında və eyni məntəqədə yaşayır və eyni su, hava və qida maddələrindən istifadə edirlər. Bağda olan ağaclar da eyni su, hava və qida maddələrindən istifadə edirlər. Həmçinin, bir sürüdə olan ceyranlar da birlikdə otlayır, birlikdə su içirlər və birlikdə köç edirlər. Amma nə ağaclar, nə də ceyranlar ictimai həyata malik deyillər və birlikdə cəmiyyət təşkil etmirlər.

İnsanın yaşıyışı ictimai mahiyyətə malik olduğuna görə, cəmiyyət quruluşuna malikdir. Bir tərəfdən ehtiyaclar, işlər və fəaliyyətlər mahiyyətcə ictimaidir və yalnız əmək bölgüsü, malikiyyət bölgüsü bir sıra qayda-qanun çərçivəsində mümkündür, digər tərəfdən də həmin insanlar üzərində onları birləşdirən bir sıra fikir, ideya və xüsusiyyətlər hakimdir. Başqa sözlə, cəmiyyət eyni ehtiyaclar, eyni əqidə və fikirlər, eyni qanunlar çərçivəsində yaşayan və bir-biri ilə sıx əlaqədə olan insanlar toplusundan ibarətdir.

Ümumi ictimai ehtiyaclar və insan həyatına xas olan əlaqələr insanları, eyni avtomobildə, təyyarədə və gəmidə olan sərnişinlər qədər birləşdirir. Həmin insanlar eyni məqsədə doğru hərəkət edir, birlikdə hədəfə çatır və ya birlikdə qəzaya uğrayaraq yarı yolda qalırlar. Bir sözlə eyni tale ilə üzləşirlər.

Peyğəmbər (s) əmr be məruf və nəhy əz münkəri (yaxşıya dəvət, pisdən çəkindirməni) izah edərkən gözəl misal çəkmişdir:



«Bir qurup insan gəmiyə minib yola düşdülər. Hər bir sərnişin öz yerində əyləşmişdi. Sərnişinlərdən biri, əyləşdiyi yerin yalnız ona məxsus olduğunu iddia edərək oranı deşməyə başladı. Əgər digər sərnişinlər ona mane olsaydılar, özləri qərq olardılar, o biçarə(Bu, «mən özümə cavabdehəm» deyən cəmiyyət arasında günah pozğunluğu yaymaq istəyən şəxslərə gözəl misaldır. Onlar öz çirkin əməlləri ilə təkcə özlərinə deyil, yaşadığı cəmiyyətin bütün üzvlərinə zərbə vururlar).

Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin