Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə299/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   296   297   298   299   300   301   302   303   304
Barux
referat 463, Turkologiya-2011-2, referat 463, 2016-2403, referat 6061
SUSANNA
GİRİŞ
«Susanna»  mətni  «Daniel   Kitabının»  yunan   dilində   tərcüməsinə   əlavə   olunan   üç
mətndən biridir. Hekayənin qəhrəmanı olan Susanna gözəl və mömin qadın olub, varlı bir
Yəhudinin arvadıdır. İki hakim şər ataraq onu əxlaqsızlıqda ittiham edir. Amma Danielin
fərasəti sayəsində Susanna cəzadan qurtara bilir.
13:1-27   İki   hakim   Susannanı   yoldan
çıxartmaq istəyir

Babildə Yoakim adında bir kişi yaşayırdı.

Bu adam Xilkiyanın Susanna adlı qızı ilə
213


evlənmişdi. Susanna çox gözəl və mömin
qadın   idi.  

Onun   valideynləri   saleh
Yəhudilərdən idi və öz qızlarına Musanın
qanununu öyrətmişdilər. 

Yoakim çox varlı
adam   idi   və   onun   evinin   ətrafında   çox
gözəl bağı var idi. Yəhudilər tez-tez orada
toplanırdılar, çünki hamı Yoakimə hörmət
edirdi.  
5-6 
Bir-biri   ilə   mübahisəsi   olanlar
Yoakimin   evinə   gedirdilər,   çünki   həmin
ildə xalq arasından çıxan iki hakim orada
hakimlik   edirdi.   Rəbb   belələri   barədə
demişdi   ki,   günah   Babildə   xalqı   idarə
etmək   üçün   təyin   olunan   hakimlərdən
çıxdı.  

Günorta  vaxtı  xalq  çıxıb  gedəndə
Susanna   ərinin   bağına   gəzməyə   çıxardı.

Hər   dəfə   bağa   gələn   və   orada   gəzişən
Susannanı o iki hakim görürdü və onlarda
ona qarşı şəhvət hissi oyandı.  

Onlar ikisi
də göylərə baxmayaraq (dua etməyərək) və
ədalətli   hökmləri   yada   salmayaraq
ağıllarını   itirdilər.  
10 
Hər   ikisi   ona   eyni
şəhvət   hissini   keçirirdi,   amma   ikisi   də
istəklərini bir-birindən gizlədirdi.  
11 
Çünki
onunla   cinsi   əlaqədə   olmaq   haqqındakı
ehtiraslarını   açıqlamağa   utanırdılar.
12 
Beləcə, hər gün Susannanı görmək üçün
cəhdlə onu güdür və bir-birinə deyirdilər:
13 
«Gedək evə, artıq nahar vaxtıdır». Sonra
çıxaraq   bir-birindən   ayrılırdılar.  
14 
Geri
qayıdaraq   yenə   həmin   yerə   gəldilər   və
bunun səbəbini bir-birlərindən soruşduqda
Susannaya   olan   öz   ehtiraslarını   etiraf
etdilər. Susannanı təklikdə yaxalamaq üçün
birlikdə fürsət axtarmağa başladılar.
15 
Belə   oldu   ki,   onlar   əlverişli   fürsəti
gözlədilər.   Bir   dəfə   Susanna   hər   gün
olduğu kimi, iki xidmətçi qızla bağa girdi
və bağda çimmək istədi, çünki çox isti idi.
16 
Gizlənib Susannanı güdən iki hakimdən
başqa   bağda   heç   kim   yox   idi.  
17 
Susanna
xidmətçilərinə belə dedi: «Mənə ətirli yağ
və sabun gətirin, bağın qapılarını bağlayın
ki,   rahat   çimə   bilim».  
18 
Xidmətçilər
qapıları   bağlayıb   Susannanın   istədiklərini
gətirmək   üçün   yan   qapılardan   çıxdılar,
amma   hakimləri   görmədilər,   çünki   onlar
gizlənmişdilər.  
19 
Xidmətçilər   çıxan   kimi
iki   hakim  gizləndikləri   yerdən  çıxıb   cəld
Susannanın yanına gəldilər və belə dedilər:
20 
«Budur,   bağın   qapıları   kilidlənib,   bizi
heç kim görmür. Səninlə yatmaq istəyirik,
buna   görə   bizimlə  razılaş  və  istədiyimizi
bizə   ver.  
21 
Əgər   istədiyimizi   bizə
verməsən,   onda   gənc   bir   adamla   tək
qalmaq
 
üçün
 
xidmətçilərini
uzaqlaşdırdığını   söyləyib   sənə   qarşı
şahidlik   edəcəyik».  
22 
Susanna   inləyərək
belə   söylədi:   «Mən   hər   tərəfdən
sıxışdırılmışam;   çünki   sizə   təslim   olsam,
zina   etdiyimə   görə   ölümə   məhkum
olunaram. Sizi rədd edərəmsə, sizin əlinizə
düşərəm.
 
23 
Rəbbə   qarşı   günah
işlətməkdənsə,   sizin   əlinizə   düşməyə
üstünlük verirəm».  
24 
Bunu deyib Susanna
var   gücü   ilə  qışqırdı;   iki   hakim   də  onun
əleyhinə   bağırmağa   başladılar.  
25 
Bu
kişilərdən biri qaçıb bağın qapılarını açdı.
26 
Evdəki   xidmətçilər   bağdakı   səs-küyü
eşidib   Susannaya   nə   olduğunu   görmək
üçün yan qapılardan bağa atıldılar. 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   296   297   298   299   300   301   302   303   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə