ƏDƏBİyyat-v siNİf VI böLMƏ ÜZRƏ KİÇİk summativ qiYMƏTLƏNDİRMƏ



Yüklə 13,91 Kb.
tarix08.03.2020
ölçüsü13,91 Kb.
#102264

ƏDƏBİYYAT-V SİNİF
VI BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ


( Zahid Xəlilin “Qabarlı əllər” hekayəsi üzrə)
Şagirdin adı,soyadı: ___________________________ Tarix: ________________________
1. Aşağıdakı hissəyə hansı atalar sözü uyğundur?

Evimizdə un olanda anamın təndirdə bişirdiyi çörəyin ətri qonşunun da həyətinə yayılardı. O,təzəcə təndirdən çıxmış,qızarmış isti çörəyi əlimi yandırmamaq üçün bir parçaya büküb qoltuğuma vurar,nənə ilə Vəsiləyə pay göndərərdi. Nənə zorla eşidiləcək səslə anama,mənə xeyir-dua etməkdən yorulmazdı.

A) Ac özünü qılınca çapar. B) Yaxın qonşu uzaq qohumdan da irəlidir.

C) İş insanın cövhəridir. D) Qonşu qonşuya baxar,canını oda yaxar.
2. Verilən parçada ananın hansı xüsusiyyəti əks olunub?

A) əməksevərliyi B) ciddiliyi C) sadəliyi D) xeyirxahlığı


3. Aşağıdakı hissənin məzmununa aid plan tərtib edin.

Yadımdadır, evdə yeməyə heç nə yox idi,ac yatmışdım. Qulağımda radioda həmin gün eşitdiyim təyyarə uğultusu səslənə-səslənə yuxuya getmişdim. Bir azdan təyyarə səsi daha şiddətlə eşidildi. Səksənib dik atıldım. Deyəsən,səhərə az qalırdı. Anam kirkirə çəkirdi. Qulağıma gələn təyyarənin yox,kirkirənin səsi imiş. Elə bil bu səs qulağımdakı təyyarə uğultusuna meydan oxuyurdu. İki uğultu arasında ölüm-dirim mübarizəsi başlamışdı. Anam üz-gözündən axan tər damcılarını yaylığının ucu ilə silir və can-dildən kirkirənin ağır daşını fırladırdı.
4. Hansı cümlədə epitet işlənmişdir?

A) Anamın kədərli gözləri uzaqlara dikilmişdi.

B) Mən anamın nə qədər gözəl olduğunu elə bil o gecə gördüm.

C) Cəfər kişi nə isə şirin söz demək,canıyananlıq etmək istədi.

D) Xəyal onu keçmişə - uşaqlıq illərinə aparmışdı.
5. “ Kirkirə “ sözünün mənası hansı variantda düzgün verilmişdir?

A) un kisəsi B) əl dəyirmanı C) ələk D) təndir


6. Əsərdəki ana surəti hansı xüsusiyyətinə görə kərpickəsən kişiyə bənzəyir?

A) vətənə məhəbbət B) təbiətə qayğı C) qəhrəmanlıq D) zəhmətə bağlılıq


7. İfadəli oxu zamanı cümlədəki fikri hansı intonasiya ilə çatdırmaq lazımdır?

Bir az da döz,yatmağa çalış. Səhər sənə çörək bişirəcəyəm “ – dedi.

A) mehribanlıqla B) sevinclə C) kədərlə D) təəccüblə
8. Ananın hansı xüsusiyyətləri professorun həyatında daha əhəmiyyətli rol oynayıb?

1. əməksevərliyi 2. xeyirxahlığı 3. təbiətə məhəbbəti 4. vətənpərvərliyi

A) 1,4 B) 2,3 C) 1,2 D) 2,4
9. Əsərin sonluğunu fərqli şəkildə təsvir edin.

________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________


10. Əsərdə təsvir olunan hadisə haqqında fikirlərinizi yığcam yazın.

________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

Düzgün cavablar : ________ Qiymət : ________ Müəllimin imzası : _______________________
Yüklə 13,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin