Fənni üzrə



Yüklə 431,5 Kb.
səhifə1/46
tarix10.01.2022
ölçüsü431,5 Kb.
#108031
  1   2   3   4   5   6   7   8   9   ...   46


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN TEXNİKİ UNIVERSİTETİ NƏZDİNDƏ

BAKI DÖVLƏT RABİTƏ VƏ NƏQLİYYAT KOLLECİ

Gənclərin çağırışaqədərki hazırlığı”

fənni üzrə plan konspektlər

_________ qrupunun tələbəsi
_____________________________________


BAKI – 2017

Gənclərin çağırışaqədərki hazırlığı Azərbaycan Respublikasının Konstitutsiyasına, Azərbaycan Respublikası Prezidentin fərmanlarına, Azərbaycan Respublikasının Təhsil Qanununa, Azərbaycan Respublikasında “Hərbi Xidmətə çağırışın əsasları” haqqında Azərbaycan Respublikasının Qanununa, Nazirlər Kabinetinin qərarlarına və digər normativ hüquq aktlarına əsasən həyata keçirilir.

Gənclərin çağırışaqədərki hazırlığı fənni gənclərin Silahlı Qüvvələrdə xidmətə çağırış qabağı hazırlığının tərkib hissəsidir.

Azərbaycan Respublikasının müdafiəsi üçün orduya çağırılan hər bir gənc Gənclərin Çağırışaqədərki Hazırlığı fənninin gediş prosesində Azərbaycan Respublikasının Konstitutsiyasını, Respublika Silahlı Qüvvələrinin vəzifələrini və əhəmiyyətini, Hərbi qulluğun hər bir vətəndaşın müqəddəs borcu olduğunu dərk etməlidir.

Gənclərin çağırışaqədərki hazırlığı fənni tabeçiliyindən və mülkiyyətindən asılı olmayaraq bütün ümumtəhsil orta-ixtisas təhsilli kolleclerdə , gimnaziyalarda, litseylərdə, texniki peşə məktəblərində dövlət əhəmiyyətli bir fənn kimi hərbi rəhbər və hərbi müəllimlər tərəfindən tədris olunur.

Mülki müdafiə ümumdövlət müdafiə tədbirlərinin sisiteminin əsas vəzifəsi və onun quruluşu; mülki müdafiənin hərbiləşməmiş və hərbiləşdirilməmiş hssələrinin təşkili, təyinatı və təchizatı; baş verə biləcək təbii fəlakətlərin nəticələrinin aradan qarldırılması və xüsusi qabaqlayıcı tədbirlər; nüvə silahları o, cümlədən adi qırğın silahlarının məhvedici xüsusuyyətləri, onlardan mühafizə üsulları və xəbərdaredici siqnalları; fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları; tənəffüs orqanlarının qorunması üçün ən sadə vasitələrin hazırlanması və tətbiqi üsulları; radiasiya cihazları, bilavasitə dozimetrik nəzarət cihazlarından istifadə etmə üsulları; təhsil müəssisələırində təbii fəlakətlərdən, zəhərləyici radioaktiv maddələrdən və yanğınlar zamanı bütün növ mühafizə üsulları; sığınacaqlardan istifadə qaydaları və onların hazırlanmasını oyrənməlidir

Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisinə ixtisaslara uyğun olaraq 60 saat vaxt ayrılır.

Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə

ayrılan saatların mövzular üzrə paylanması


s/s


Bölmə və mövzuların adı


Saatların miqdarı

Nəzəri məşğ.

Seminar məşğ.

Cəmi

saat

I . VƏTƏNİ MÜDAFİƏ HƏR BİR VƏTƏNDAŞIN BORCUDUR (10 saat)

1

Azərbaycan Respublikasının Konstitusiyası Vətənin müdafiəsi haqqında

2

-

2

2

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranma tarixi.

2

-

2

3

Azərbaycan Respublikasının Silahlı Qüvvələri

2

-

2

4

Vətənpərvərlik anlayışı. Döyüşdə fərqlənməyə və hərbi xidmətə görə fəxri mükafatlar.

2

-

2

5

Hərbi And. Hərbi hissənin döyüş bayrağı. Azərbaycanın hərbi məktəbləri

2

-

2

II. NİZAMNAMƏLƏR ( 10 saat)

1

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Nizamnamələri. Hərbi qulluqçular və onlar arasında qarşılıqlı münasibətlər.

2

-

2

2

Sıravi əsgərin vəzifələri.

2

-

2

3

Hərbi intizam, əsgər və çavuşların həvəsləndirilməsi və cəzalandırılması.

2

-

2

4

Bölüyün sutkalıq növbətciliyi.

-

2

2

5

Qaravul xidmətinin təşkili. Saatdarın vəzifələri və fəaliyyəti.

-

2

2

III . TAKTİKİ HAZIRLIQ ( 8 saat)

1

Müasir Ümumqoşun döyüşü və növü. Motoatici manqanın təşkili və döyüş imkanları. Motoatıcı manqanın yürüş və döyüş nizamı

-

2

2

2

Tank, zirehli maşın və hava hücumu vasitələri ilə mübarizə aparma üsulları

-

2

2

3

Manqanın mühəndis təchizatı. Mühəndis maneələri və əngəlləri haqqında ümumi anlayış.

-

2

2

4

Əsgərin döyüşdə vəzifələri. Hücumda və müdafiədə əsgərin fəaliyyəti. Müşahidəçi təyin edilmiş əsgərin fəaliyyəti

-

2

2

IV . ATƏŞ HAZIRLIĞI (8 saat)

1

Atıcılıq hazırlığının mahiyyəti. Kalaşnikov avtomatının(AK-74M) təyinatı, quruluşu, döyüş xassələri və mexanizmlərinin iş prinsipi.

-

2

2

2

Avtomatın təmizlənməsi, yağlanması və saxlanılması. Patronun quruluşu və növləri

-

2

2

3

Kalaşnikov əl pulemyotunun (kiçik çaplı tüfənglərin) təyinatı, növləri, quruluşu və xassələri.

-

2

2

4

Qəlpələnən əl qumbaraları, onların quruluşu, doldurulması və atılması qaydası.

-

2

2

V . SIRA TƏLİMİ ( 4 saat)

1

Sıra və onun elementləri. Hərbi qulluqçuların düzülüşqabağı və sırada vəzifələri

-

2

2

2

Silahsız və silahla sıra hərəkətləri üsulları. Sıra və yürüş addımları. Silahsız hərbi salamın verilməsi qaydası. Sıradan çıxma və rəisə yaxınlaşma.

-

2

2

VI . HƏRBİ TOPOQRAFİYA (2 saat)

1

Xəritəsiz yerin səmtinin təyin edilməsi. Azimut istiqamətində hərəkət

-

2

2

VII . FÖVQƏLADƏ HADİSƏLƏRİN XARAKTERİSTİKASI(6 saat)

1

Fövqəladə hallar və onların təsnifatı. Təbii fəlakətlər və onların qısa xarakteristikası. Texnogen xarakterli hadisələr və onların qısa xarakteristikası

-

2

2

2

Müasir qırğın vasitələri. Nüvə silahı və onun zədələyici amilləri. Adi qırğın vasitələri.

-

2

2

3

Kimyəvi və bakterioloji silah haqqında anlayış. Təyinatına və orqanizmə təsirinə görə zəhərləyici maddələr. Güclü təsirli zəhərləyici maddələr.

-

2

2

VIII. MÜLKİ MÜDAFİƏ VƏ ƏHALİNİN MÜHAFİZƏSİ(6 SAAT)

1

Mülki müdafiə və onun vəzifələri. Mülki müdafiənin təşkili və ona rəhbərlik. Mülki müdafiə qüvvələri və onların təyinatı.

2

-

2

2

Mülki müdafiənin xəbərdarlıq siqnalları. Mülki müdafiənin mühafizə qurğularının təyinatı və növləri

-

2

2

3

Fərdi mühafizə vasitələrinin təyinatı və onlardan istifadə etmə qaydaları. Dərinin mühafizə vasitələri.

-

2

2

IX. İLK TİBBİ YARDIMIN GÖSTƏRİLMƏ QAYDALARI(6 SAAT)

1

Mülki müdafiə tibb xidmətinin vəzifələri və təşkili. MM sistemində göstərilən tibbi yardımın növləri.

2

-

2

2

Sarğı və sarğı qoymaq haqqında anlayış. Yaralar, qanaxmalar, qapalı zədələnmələr və sınıqlar zamanı ilk tibbi yardımın göstərilməsi.

-

2

2

3

Yolxucu xəstəliklər haqqında anlayış. Yanıqlar, donvurma, elektrik zədələnmələri, suda boğulma, günvurma, zəhərli bitkilərlə zəhərlənərkən və ya zəhərli həşarat dişləyərkən ilk tibbi yardım.

-

2

2

Cəmi :

20

40

60



Mövzu:1 Azərbaycan Respublikasının Konstitusiyası “Vətənin müdafiəsi  haqqında”

    Gənclərin çağırışa qədərki hazırlığı fənni haqqında ümumi məlumat.Gənclərin ibtidai hərbi hazırlığı Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına, Azərbaycan Respublikasının Təhsil Qanununa, Azərbaycan Respublikasında «Hərbi xidmətə çağırış əsasları haqqında» Azərbaycan Respublikasının Qanununa, Nazirlər Kabinetinin qərarlarına, bu Əsasnaməyə və digər normativ hüquq aktlarına əsasən həyata keçirilir.  İbtidai hərbi hazırlıq (İHH) gənclərin silahlı qüvvələrdə xidmətə çağırış qabağı hazırlığının tərkib hissəsidir. Azərbaycan Respublikasının müdafiəsi üçün orduya çağırılan hər bir gənc hərbi hazırlığın gedişi prosesində Azərbaycan Respublikasının Konstitusiyasını, Respublika Silahlı Qüvvələrinin vəzifələrini, xüsusiyyət və əhəmiyyətini, hərbi qulluğun hər bir vətəndaşın müqəddəs borcu olduğunu dərk etməlidir. Gənclər hərbi andın tələblərini, hərbi nizamnamələri öyrənir, hərbi hissənin silah və sursatları, hərbi texnikası, şəxsi heyətin yerləşdirilməsi və sosial-məişət tərzi ilə tanış olur, qulluq etmiş gənc əskərin hazırlığı həcmində nəzəri hərbi biliklərə və praktik vərdişlərə yiyələnir, mülki müdafiənin əsaslarını, kütləvi təbii və texnogen xarakterli fövqəladə halların nəticələrindən, mühafizə və kütləvi qırğın silahlarından müdafiə olunma üsullarını öyrənir.  





Yüklə 431,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə