İnzibati idarəetmə kafedrası Azərbaycan Respublikasının Dövlət Xidməti və Yerli Özünü İdarəetmə fənnindən test sualları. (500 sual)



Yüklə 0,75 Mb.
səhifə1/9
tarix07.06.2018
ölçüsü0,75 Mb.
#53008
  1   2   3   4   5   6   7   8   9

Azərbaycan Texnologiya Universiteti

İnzibati idarəetmə kafedrası

Azərbaycan Respublikasının Dövlət Xidməti və

Yerli Özünü İdarəetmə fənnindən test sualları. (500 sual)

1. Hansı fikirlər doğrudur?

1 - dövlət cəmiyyətin siyasi hakimiyyətə əsaslanan ərazi təşkili formasıdır.

2 - dövlətin daxili funksiyası iqtisadi, sosial(ictimai) funksiyalara bölünür.

3 - dövlət öz hüquq və vəzifələrini icra etmək üçün özünəməxsus quruluşa malik aparat formalaşdırır.

A) 1,2

B) 2,3


C) 1,2,3

D) 1,3


E) 2

2. ............. hər kəsin dövlətin müdafiə və qayğı sistemindən kənarda qalmamasını təmin edir.

A) Dövlətin sosial funksiyası;

B) Dövlətin iqtisadi funksiyası;

C) Dövlətin siyasi funksiyası;

D) Dövlət xarici funksiyası

E) Dövlətin strateji funksiyası



3. Azərbaycan şəraitində proqnozları, strateji plan və məqsədli proqramları hansı dövlət orqanları və ya təşkilatlar işləyib hazırlayır?

1. İqtisadi inkişaf nazirliyi,

2. Maliyyə nazirliyi,

3. Mərkəzi bank,

4. Dövlət Statistika Komitəsi,

5. Gömrük Komitəsi,

6. Vergi Nazirliyi,

7. İcra Hakimiyyət Orqanları və müvafiq elmi təşkilatlar.

A) 1, 2, 3, 4, 5, 6, 7

B) 1, 2, 3, 4, 7

C) 1, 2, 3, 4, 5, 7

D) 1, 2, 3, 5, 6, 7

E) 2, 3, 4, 7

4. Dövlət maliyyə nəzarətini həyata keçirir:

1. Hesablama palatası,

2. Mərkəzi bank,

3.Maliyyə nazirliyi,

4. Vergilər nazirliyi,

5. Dövlət gömrük komitəsi,

6. İcra hakimiyyətinin nəzarət təftiş yoxlama orqanları.

A) 1,2,3,4

B) 2,3,4,5

C) 1,2,3,4,5,6

D) 1,3,4,5,6

E) 2, 3, 4, 5, 6



5. Dövlət idarəetmə prosesinin əsasını nə təşkil edir?

A) İdarəetmə məqsədlərinin müəyyən edilməsi,

B) İdarəetmənin təşkilati strukturunun formalaşması,

C) Planlaşdırma, tənzimləmə və icraya nəzarət təşkil edir.

D) Hamısı

E) Qanunçuluğun təmini



6. Aşağıdakı tədbirləri öncəlik sırasına görə tapın?

1. Dövlət və bələdiyyə müəssisələrinin mənzil fondunun özəlləşdirilməsi,

2. Xüsusi mülkiyyətin o cümlədən istehsal vasitələri və torpaq üzərində xüsusi mülkiyyətin təmini,

3. Bütün müəssisə və sahibkarlara, vətəndaşlara, xarici vətəndaşlara, iqtisadi və sahibkarlıq fəaliyyəti azadlığının verilməsi.

4. Dövlət tənzimlənməsi vasitəsi olaraq qiymətlərin liberallaşdırılması.

5. Məcburi dövlət sifarişlərinin ləğvi kənd təsərrüfatı müəssisələrinin yenidən təşkili və fermer təsərrüfatlarının təşəkkül tapması.

A) 2, 5, 3, 4, 1

B) 1, 2, 3, 4, 5

C) 2, 3, 5, 4, 1

D) 1, 3, 4, 5, 2

E) 5, 4, 3, 2, 1

7. Hansı fikir səhvdir?

A) Dövlət: bir sinfin digəri üzərində hökmranlıq vasitəsidir.

B) Dövlət: hakimiyyəti qoruyub saxlamaq üçün bir vasitədir.

C) Dövlət: hər kəsi himayə edən bir təşkilatdır.

D) Dövlət: cəmiyyətin siyasi hakimiyyətə əsaslanan ərazi təşkili formasıdır.

E) Dövlət: həqiqi ədaləti bərqərar etmək və vətəndaşları qarşısında öhdəliklərini yerinə yetirmək üçün yaradılmışdır.



8. Dövlət .......... institutudur. Qanunları ilə ............... və hüquqlarını qoruyur. Boşluqlara hansı sözlər gəlməlidir?

A) vətəndaşlıq, vətəndaşları tərbiyə edir

B) ailə, üzvlərinin rifahını təmin edir.

C) vergi, vətəndaşları iqtisadi cəhətdən təmin edir

D) müstəmləkəçilik, mülkiyyətini

E) özünümüdafiə, insanları müdafiə edir


9. Dövlət öz hüquq və vəzifələrini icra etmək üçün özünəməxsus quruluşa malik aparat formalaşdırır. Aşağıdakılardan hansı bu aparatı formalaşdırır?

A) qanunvericilik aparatı,

B) ali və yerli icraedici aparat

C) nəzarət orqanları

D) hər üçü

E) heç biri



10. Dövlətin .............. öz ərazisindəki hər insanın hüquq və azadlığını təmin etməkdir.

A) sosial funksiyası

B) iqtisadi funksiyası

C) daxili funksiyası

D) xarici funksiyası

E) strateji funksiyası



11. Dövlətin ................. öz mahiyyətinə görə insanın təkrar istehsalı və yaşaması üçün şərait yaradır. Bu baxımdan dövlət normal təhsil - tərbiyə -maddi təminat şəraiti yaratmalıdır.

A) sosial funksiyası

B) iqtisadi funksiyası

C) daxili funksiyası

D) xarici funksiyası

E) strateji funksiyası



12. Dövlət iqtisadi funksiyası ölkə iqtisadiyyatının inkişafını təmin edən sahibkar kimi çıxış edir:

1. İstehsal sahələrinin yaranmasını və regionların inkişafını planlaşdırır.

2. Məqsədli proqramların həyata keşirilməsini təşkil edir.

3. Dövlət istehsal sahələrinin maliyyələşdirilməsində yeni müəssisələr tikilməsində iştirak etmir.

4. Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsini, ölkənin bütün maddi və mənəvi ehtiyatlarından səmərəli istifadə olunmasını təmin edir.

5. Dövlət ölkədə olan bütün əsas istehsal sahələrinin və müəssisələrinin fəaliyyətini əlaqələndirir.

A) 1,2,4,5

B) 2,3,4,5

C) 1,2,3,4,5

D) 1,3,4,5

E) 2, 3, 4, 5

13. .................... inkişafın istiqamətinin müəyyən edilməsini nəzərdə tutursa, ................. həm inkişafın istiqamətlərini, həm də məqsədlərini və ona çatmaq yollarını müəyyənləşdirir.

A) planlaşdırma, proqnozlaşdırma

B) proqnozlaşdırma, planlaşdırma

C) təşkiletmə, planlaşdırma

D) əlaqələndirmə, proqnozlaşdırma

E) nəzarət etmə, planlaşdırma



14. Dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində İndiqativ planlaşdırma ............... xarakteri daşıyır.

A) nəzarət

B) məsləhət

C) direktiv

D) əlaqələndirmə

E) məcburi



15. Strateji planlaşdırmanın yerinə yetirilmə prinsiplərinə aid deyil.

A) Qarşıya konkret dövlət əhəmiyyəti kəsb edən məqsəd qoyulması

B) Məqsədə nail olmaq üçün konkret müddətin müəyyənləşdirilməsi

C) Maddi əmək və maliyyə ehtiyatlarından istifadənin əlaqələndirilməsi.

D) Sahə və ərazi miqyasında məsələlərin razılaşdırlımış formada həllinin təmin olunması.

E) Məqsədli proqramlar dövlət və ya yerli büdcələr deyil, dövlətin zəmanəti ilə cəlb edilən büdcədən kənar vəsaitlər hesabına maliyyələşdirilir.



16. Dövlət proqramlaşdırılması iqtisadiyyatın dövlət tənzimlənməsinin .......... formasıdır. Iqtisadiyyatda dövlət proqramları adi və ............ proqramlara bölünür. Adi və orta müddətli proqramlar adətən ........ müddətinə tərtib olunur.

A) ali, mürəkkəb, 5 il

B) ali, fövqəlada, 5 il

C) birbaşa, mürəkkəb, 5il

D) dolayı, fövqəlada, 5 il

E) ali, fövqəlada, 4 il



17. Fövqəladə proqramlar ........ zamanında nisbətən qısa müddət üçün tərtib olunur. Boşluqlara hansı gələ bilməz?

A) böhran

B) kütləvi işsizlik

C) təhlükəli infliasiya

D) məşğulluq

E) hipper infliasiya



18. .......... məqsədlər - cəmiyyətin əminamanlıq şəraitində, siyasi cəhətdən sabitlik şəraitində inkişafını təmin etmək.

A) Ictimai-siyasi

B) Sosial

C) Təşkilati

D) İqtisadi

E) İstehsal xarakterli


19. İdarəetmə məqsədləri həcminə görə ................, nəticələrinə görə ............., zaman etibarı ilə ............... məqsədlərə ayrılır.

A) Ictimai və siyasi, ümumi və xüsusi, uzun, orta və qısa müddətli

B) operativ və taktiki, sosial və siyasi, uzun və qısa müddətli

C) ümumi və xüsusi, son və aralıq, uzun, orta və qısa müddətli

D) iqtisadi və siyasi, son və aralıq, operativ və taktiki

E) istehsal xarakterli, son və aralıq, uzun, orta və qısa müddətli



20. ........... dövlətçiliyi formasında ali hakimiyyət bir nəfərdən digərinə keçir. Ədalətin, qanun-qaydaların qorunmasında mütləq hakim, yalnız öz vicdanı qarşısında cavabdehdir.

A) Aristokratiya

B) Monarxiya

C) Demokratiya

D) Anarxiya

E) Diktatorluq



21. ............ ali hakimiyyət cəmiyyətin üst təbəqəsinə, xüsusi ilə onun ağıllı, bilikli və təcrübəli nümayəndələrinə məxsus olur.

A) Aristokratiyada

B) Monarxiyada

C) Demokratiyada

D) Anarxiyada

E) Diktatorluqda



22. ............... ali dövlət hakimiyyəti xalqa-onların vətəndaşlarına məxsusdur. Xalqın mənafeyini onun seçdiyi nümayəndələr təmsil edir.

A) Aristokratiyada

B) Monarxiyada

C) Demokratiyada

D) Anarxiyada

E) Diktatorluqda



23. Idarəetmə formasına və ya dövlət hakimiyyətinin tərkibi formasına görə dövlətlər ............. respublikalarına bölünür.

A) unitar və prezident

B) parlament və demokrat

C) aristokrat və unitar

D) parlament və prezident

E) monarx və unitar



24. Dövlət idarəetməsinin obyektiv əsasıdır.

A) Ölkənin təbii - coğrafi şəraiti

B) Dövlətin idarəetmədəki mövqeyi.

C) Ölkədə mövcud olan qanuvericiliyin vəziyyəti.

D) Dövlət orqanlarında çalışanların idarəetmə qərarlarına münasibəti.

E) Dövlət orqanlarında çalışanların öz vəzifə borcuna münasibətdə aktivlik dərəcəsi.



25. Dövlət idarəetməsinin subyektiv əsasıdır.

A) Ölkənin təbii – ictimai şəraiti

B) Dövlət orqanlarında çalışanların idarəetmə qərarlarına münasibəti.

C) Ölkənin təbii – coğrafi şəraiti

D) Ölkənin tarixi

E) Ölkənin relyefi, iqlimi, bitki və heyvanat aləmi, torpağı



26. ............................. - cəmiyyətin inkişafında dövlətin müəyyənedici, təşkiledici və tənzimləyici rolunu mütləq mənada qəbul edir. Dövlət idarəetməsinin başlıca vasitəsi xalq təsərrüfatı miqyasında planlaşdırmadır. Planlar direktiv xarakter daşıyır və yerinə yetirilməsi məcburidir. Bu məktəbin bir başqa xüsusiyyəti isə dinin və inancın dövlətdən tamamı ilə uzaq olmasıdır. Məqsəd, insanlara ateizmi təbliğ etmək və hər cür inkişafın elmlə olacağı anlayışını vermək, dinin isə inkişafa hər zaman mane olduğu inancını verməkdir.

A) Kapitalist məktəbi

B) Keynsçilik məktəbi

C) Marksist məktəbi

D) Fridmen məktəbi

E) Demokrat məktəbi



27. ............................. - ingilis alimi Keynsin təşəbbüsü ilə formalaşmışdır. Bu məktəbə görə bazar iqtisadiyyatı öz - özünə tənzimlənə bilməz. Makroiqtisadi tarazlığı tənzimləməyə ehtiyac var. Dövlət aktiv pul - kredit siyasəti, qiymət siyasəti (qiymətə nəzarət), vergi siyasəti həyata keçirməlidir. İnvestisiya cəlbinə, əhalinin məşğulluğuna üstünlük verməlidir. Vergilərin ağırlığı cəmiyyətin varlı təbəqələri üzərindən alınmalıdır.

A) Kapitalist məktəbi

B) Keynsçilik məktəbi

C) Marksist məktəbi

D) Fridmen məktəbi

E) Demokrat məktəbi



28. .......................... - amerikan alimi Fridmenenin təşəbbüsü ilə formalaşmışdır. Bu məktəb dövlətin iqtisadiyyata müdaxiləsinin tamamı ilə məhdudlaşdırılmasını təklif edir. Bazar avtomatik surətdə tarazlıq vəziyyətini almalıdır. Dövlətin iqtisadiyyata müdaxiləsi dövlətə ziyan vura bilər. Bu məktəbin prinsipi infliasiya zamanı dövlət xərclərinin azaldılmasıdır. Dövlət investisiyaların, birdəfəlik dövlət yardımların məhdudlaşdırlmasını tələb edir. Sosial proqramların məhdudlaşdırılmasının, əmək haqqıların artırılmasının, pul emisyasının, dövlət borclarının artırılmasının əleyhinə çıxır ya da məhdudiyyətlər qoyur.

A) Kapitalist məktəbi

B) Keynsçilik məktəbi

C) Marksist məktəbi

D) Fridmen məktəbi

E) Demokrat məktəbi



29. İdarəetmə modellərini seçin.

1. Azad sahibkarlıq modeli

2. Qərbi – Avropa modeli

3. Çin, Yapon modeli

4. Skandinaviya modeli

5. Sosial yönümlü təsərrüfatçılıq modeli

A) 1,2,3

B) 2,3,4

C) 1,3,4,5

D) 1,2,3,4,5

E) 2,3,4,5

30. Avtoritar idarəetmə düşüncəsinə aid deyildir?

A) Avtoritar idarəetmə düşüncəsində cəmiyyətdəki hərci-mərcliyin qarşısını almaq, insan fəaliyyətinin səmərəliliyini yüksəltmək üçün ona nəzarət etmək, məcbur etmək və ya qadağalar qoymaq vacibdir.

B) Avtoritar idarəetmə düşüncəsində mərkəzləşdirilmiş hakimiyyəti möhkəmlət-mək, idarəedilən obyektin hüquqlarını məhdudlaşdırmaq, tək hakimiyyətliliyik vacibdir.

C) Avtoritar idarəetmə düşüncəsində nəzarət əsasən yuxarı təbəqənin əlində cəmlənir.

D) Avtoritar idarəetmə düşüncəsində lider böyük şəxsi hakimiyyətə malikdir.

E) Avtoritar idarəetmə üslubu anarxizmə və ya demokratizmə gətirib çıxara bilər.



31. Federasiyaya daxil olan dövlət hansı özəlliklərə məxsus olmalıdır?

1. Konstitusiyası olmalıdır,

2. Sərhədləri olmalıdır.

3. Dövlət bayrağı və gerbi olmalıdır

4. Qanunverici, idarəedici və məhkəmə orqanlarına malik olmalıdır.

5. Vahid federal hakimiyyət orqanı yaradılır.

6. Ümumi vətəndaşlıq və pul vahidi müəyyən edilir.

A) 1,2,3,4,5

B) 2,3,4,5,6

C) 1,2,3,4,5,6

D) 1,3,4,5,6

E) 1,2,3,4,6



32. .............. inzibati ərazi vahidlərindən ibarətdir. Burada idarəetmə nazirliklər və baş idarələr tərəfindən yerinə yetirilir. Mərkəzdən başlayaraq müəssisəyə qədər şaquli tabeçilik mövcuddur. Ərazi idarəetmə mərkəzi icra hakimiyyəti və yerli özünü idarəetmə orqanları tərəfindən həyata keçirilir.

A) Unitar dövlətlər

B) Demokratik dövlət

C) Mojaritar dövlət

D) Avtoritar dövlət

E) Federativ dövlət



33. Qəbul olunmuş qərarların icra müddətindən asılı olaraq idarəetmə .........., ............ və ........... olur.

A) ali, orta, aşağı

B) operativ, taktiki, stratejik

C) ali, taktiki, stratejik

D) intellektual, normativ, amator

E) operativ, orta, amator



34. Aşağıdakılardan hansı dövlət orqanına qoyulmuş tələblərdən deyil?

A) Qarşısına qoyulmuş məqsəd və vəzifələri məsuliyyətlə yerinə yetirilmək.

B) Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün həm şaquli, həm də üfüqi istiqamətdəki şöbələrlə birlikdə işləmək.

C) Idarəetmə məsələlərinin həlli zamanı səlahiyyətlərin üfüqi bölgüsü və şaquli istiqamətdə həvalə olunması ilə səlahiyyət – məsuliyyət münasibətini təmin etmək.

D) Dövlət orqanı qulluqçularını özü seçməlidir.

E) Dövlət orqanı yaradılarkən onun dövlət idarəetməsinin təşkilati strukturunda vəziyyəti müəyyənləşdirməli, dövlət orqanlarının təsnifatına uyğunlaşdırılmalıdır.



35. Dövlət orqanlarını təsnifatlaşdırmaq üçün müəyyən kriteriyalar var. Aşağıdakılardan hansılar bu kriteriyalara aiddir?

1. Ərazi səlahiyyətinin miqyasına görə hər bir orqanın mərkəzi, federal, yerli və yerli özünü idarə prinsipi.

2. Qarşılıqlı tabeçilik prinsipi(xüsusiyyəti).

3. Təşkil olunma qaydalarına görə(seçkili və təyin olunan)

4. Səlahiyyətlərin xarakter və məzmununa görə ümumi sahə və sahələrarası xüsusiyyətinə bölünməsi.

5. Məsələləri həll edərkən qərar vermək növləri: kollegial və təkbaşına.

6. İdarəetmə strukturuna görə yalnız sosial, iqtisadi xüsusiyyətlərə malikdir.

A) 1,2,3,4,5

B) 1,2,4,5,6

C) 2,3,4,5,6

D) 2,3,4,5

E) 2,3,5


36. Maliyyələşdirmə mənbələrinə görə orqanlar ... yerə: ............ olanlara bölünür.

A) 2, büdcə və maliyyə sistemi

B) 2, büdcə və iqtisadi cəhətdən müstəqil

C) 2, büdcə və mühasibat sistemi

D) 3, büdcə, yerli büdcə və iqtisadi cəhətdən müstəqil

E) 2, büdcə və yerli büdcəsi



37. Dövlət orqanlarının ümumi və fərqlənən xüsusiyyəti var. Bu xüsusiyyətlərə əsasən yerinə yetirdikləri idarəetmə funksiyalara görə dövlət orqanları dövlət idarəetmə sisteminin ............ adlanır.

A) həlqəsi

B) bölməsi

C) şöbəsi

D) qurumu

E) strukturu



38. Dövlət orqanları hüquqi statusuna, struktur və xarici əlaqələri ilə seçilir və manqalara bölünür. Bu manqalara aşağıdakılardan hansılar aiddir?

1.Ölkə Prezidenti,

2. Hökumət,

3. Mərkəzi icra hakimiyyəti orqanları,

4. Yerli icra hakimiyyəti orqanları,

5. Yerli özünü idarəetmə orqanları.

A) 1,2,3,4,5

B) 1,2,3,4

C) 1,2

D) 3,4,5


E) 2,3,4,5

39. Dövlət orqanlarının alt sistemi 1. şaquli - .......... və 2. üfüqi - ......... quruluşuna malikdir.

A) 1. yerli icra hakimiyyəti orqanları, 2. şəhər, kənd, qəsəbə

B) 1. yerli özünü idarə orqanları, 2. rayon, kənd, qəsəbə

C) 1. icra hakimiyyəti orqanları, 2. ərazi, şəhər, rayon

D) 1. hökumət, 2. yerli idarələr

E) 1. nazirliklər, 2. nümayəndəliklər



40. İctimai proseslərə birbaşa təsir göstərən dövlət orqanlarının strukturu öz aparatının fəaliyyətini səmərəli şəkildə təmin etməlidir. Bu struktur müəyyən tələblərə cavab verməli və müəyyən qaydalarla formalaşmalıdır. Aşağıdakılaradan hansı bu tələblərə aid deyil?

A) Dövlət orqanının say tərkibi və daxili bölmələrin sayı müəyyənləşdirilməsi.

B) Dövlət orqan işçilərinin toxunulmazlığını qorumaq.

C) Dövlət orqanları arasnda informasiyanın sürətli ötürülməsi.

D) Dövlət orqanlarının qərarların qəbulu və icrasını tezləşdirilməsi.

E) Aparatın saxlanılması və fəaliyyəti üçün çəkilən xərclərə qənaət edilməsi.



41. Aşağıdakılardan hansı dövlət qulluğu prinsiplərinə ziddir?

A) Dövlət qulluqçusuna ixtisas dərəcəsi yalnız Azərbaycan Respublikasının Konstitusiyası uyğun olaraq verilir.

B) Dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, onun tuta bildiyi dövlət qulluğu növlərinin və dövlət vəzifələrinin təsnifat siyahısını müəyyənləşdirir

C) Dövlət qulluqçusuna vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir.

D) Dövlət qulluğunda vəzifəni tutan dövlət qulluqçularına vəzifələrin təsnifatına uyğun olaraq ixtisas dərəcələri verilir.

E) Dövlət qulluqçusunun qulluq stajına dövlət, orqanlarında iş müddəti daxil edilir.



42. İxtisas dərəcəsi dövlət qulluqçusunun bəzi nailiyyətlərinə görə verilir. Hansı bu nailiyyətlər aid deyil?

A) ixtisasına görə

B) tutduğu vəzifəyə görə

C) qulluq stajına uyğun olaraq

D) əvvəllər verilmiş dərəcə nəzərə alınmaqla

E) aldığı mükafatlara görə



43. 3-cü dərəcə dövlət müşaviri dərəcələrini hansı orqan verir?

A) Azərbaycan Respublikasının Prezidenti;

B) Nazirlər Kabineti

C) Milli Məclis

D) Konstitusiya Məhkəməsi

E) Hərbi prokuroroluq



44. Dövlət qulluğunda ikinci-üçüncü təsnifat vəzifələri tutan şəxslərin müvafiq ixtisas dərəcəsi alması üçün dövlət orqanında azı .......... fasiləsiz əmək stajı olmalı, dördüncü-yeddinci təsnifat vəzifələri tutan şəxslərin isə bundan ötrü dövlət orqanında azı .......... fasiləsiz əmək stajı olmalıdır.

A) üç illik, beş illik

B) yeddi illik, beş illik

C) beş illik, altı illik

D) yeddi illik, üç illik

E) beş illik, dörd illik



45. İxtisas dərəcəsinin vaxtından əvvəl verilməsi dövlət qulluqçusu ................... .

A) yüksək naliyyətlər əldə etdikdə verilir.

B) magistr dərəcəsi aldıqda verilir.

C) daha yüksək təsnifat üzrə vəzifəyə təyin edildikdə mümkündür.

D) ixtisas kursu bitirdikdə mümkündür.

E) əlavə 2 avropa dili bildikdə verilir.



46. Dövlət qulluqçusunun ixtisas dərəcəsindən məhrum edilməsi .......... ilə əlaqədar işdən azad edilməsi istisna olmaqla, dövlət qulluğuna xitam verildiyi bütün hallarda dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsini saxlayır.

A) Bir yerdən başqa bir yerə köçməsi

B) Millət vəkili seçilməsi

C) Daha yüksək vəzifəyə keçməsi

D) Azərbaycan Respublikası vətəndaşlığından çıxması

E) Səhhəti ilə əlaqaəli problem yaranması



47. Müəyyən bir ərazidə, birlikdə və qonşuluq əlaqələri içində yaşayan insanlardan formalaşmış təbii məskunlaşma birliklərinə nə deyilir?

A) Rayon mərkəzi

B) İcma

C) Vilayət mərkəzi



D) Qəsəbə

E) Amenajman



48. Mərkəzdən idarəetmənin bəzi zərərlərini ortadan qaldırmaq üçün mərkəz tərəfindən öz məmurlarına bəzı səlahiyyətlərini verməsi vəziyyətinə nə ad verilir?

A) Siyasi yerli idarəetmə

B) İdari yerli idarəetmə

C) Səlahiyyət genişliyi

D) İnzibati nəzarət

E) Xidməti yerindən idarəetmə



49. Aşağıdakılardan hansı, xidmətin yerindən idarə edilməsi quruluşlarına misaldır?

A) Bələdiyyələr

B) Kəndlər

C) Rayon İcra Hakimiyyəti

D) Nazirliklər

E) Ticarət Palataları



50. Azərbaycan Respublikasında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün hansı rejim müəyyən olunmuşdur?

A) milli rejim

B) müqavilə rejimi

C) xüsusi rejim

D) əlverişli rejim

E) məhdudlaşdırıcı rejim



51. Səlahiyyətlərinin xarakterinə görə icra hakimiyyəti orqanlarının təsnifatı necədir?

A) ümumi, sahəvi və funksional (xüsusi) səlahiyyətli orqanlar

B) ümumi, əsas və əlavə səlahiyyətli orqanlar

C) ümumi, daimi və müvəqqəti səlahiyyətli orqanlar

D) ümumi geniş və məhdud səlahiyyətli orqanlar

E) ümumi, inzibati və yardımçı səlahiyyətli orqanlar



52. Ümumi səlahiyyətli icra hakimiyyəti orqanları dövlət idarəetməsinin hansı sahələrinə və necə rəhbərlik edirlər?

A) dövlət idarəetməsinin bütün sahələrinə ümumi rəhbərlik edirlər

B) dövlət idarəetməsinin bəzi sahələrinə ümumi rəhbərlik edirlər

C) dövlət idarəetməsinin ayrı-ayrı sahələrinə ümumi rəhbərlik edirlər

D) dövlət idarəetməsinin xüsusi sahələrinə ümumi rəhbərlik edirlər

E) iqtisadi sahələrdə dövlət idarəetməsinə ümumi rəhbərlik edirlər



53. Aşağıdakılardan hansı ümumi səlahiyyətli icra hakimiyyəti orqanıdır?

A) Azərbaycan Respublikasının Nazirlər Kabineti

B) nazirliklər

C) dövlət komitələri

D) komissiyalar

E) xidmətlər


54 Azərbaycan Respublikasının Konstitusiyasına əsasən icra hakimiyyəti kimə mənsubdur?

A) Azərbaycan Respublikasının Prezidentinə

B) Azərbaycan Respublikası Milli Məclisinin sədrinə

C) Azərbaycan Respublikasının Baş nazirinə

D) Azərbaycan Respublikası Hö­ku­mə­tinin başçısına

E) Azərbaycan xalqına



55. İcra səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Prezidenti hansı aktlar qəbul edir?

A) fərman və sərəncam

B) qərar və sərəncam

C) dekret və sərəncam

D) qanun və sərəncam

E) qanun qüvvəli akt və və sərəncam



56. Azərbaycan Respublikası Prezidentinin aktlarında başqa qayda nəzərdə tutulmayıbsa, onların qüvvəyə minməsinin ümumi qaydası necədir?

A) onlar dərc edildiyi gündən qüvvəyə minir

B) onlar dərc edildikdən bir gün sonra qüvvəyə minir

C) onlar dərc edildikdən üç gün sonra qüvvəyə minir

D) onlar dərc edildikdən beş gün sonra qüvvəyə minir

E) onlar imzalandığı andan qüvvəyə minir



57.Aşağıdakı məsələlərdən hansı Na­zir­lər Ka­bi­ne­ti­nin sə­la­hiy­yə­ti­nə aid de­yil?

A) döv­lət iq­ti­sa­di və so­si­al proq­ram­la­rı­nı təs­diq et­mək

B) döv­lət iq­ti­sa­di proq­ram­la­rı­nın hə­ya­ta ke­çi­ril­mə­si­ni tə­min et­mək

C) döv­lət so­si­al tə­mi­nat proq­ram­la­rı­nın hə­ya­ta ke­çi­ril­mə­si­ni tə­min et­mək

D) ma­liy­yə-kre­dit və pul si­ya­sə­ti­nin hə­ya­ta ke­çi­ril­mə­si­ni tə­min et­mək

E) döv­lət büdcəsinin icrasını tə­min et­mək



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin