Laboratoriya işi №2 Havanın elektrik möhkəmliyinin təyini İşin məqsədi



Yüklə 148,17 Kb.
səhifə1/3
tarix02.06.2023
ölçüsü148,17 Kb.
#127594
  1   2   3
2.Havanın elektrik möhkəmliyinin təyini


Laboratoriya işi №2
Havanın elektrik möhkəmliyinin təyini
İşin məqsədi: Bircinsli və qeyri-bircinsli sahələrdə havanın elektrik möhkəmliyini təcrübi yolla təyin etmək və bu məqsədlə istifadə olunan qurğunun iş prinsipini öyrənməkdir.

  1. Ümumi məlumat

İzolyasiya materiallarına tətbiq olunmuş gərginliyi sonsuz həddə qədər artırmaq olmaz, çünki gərginliyin hər hansı bir kritik qiymətində dielektrik öz elektroizolyasiya xassələrini itirir və keçıriciyə çevrilir.
Elektrik sahəsində izolyasiya materiallarında baş verən bu hadisəyə elektrik deşiIməsi deyilir. İzolyasiya materialının deşildiyi andakı gərginliyin qiyməti deşilmə gərginliyi adlanır və Udeş ilə işarə edilir. Udeş-nin ölçü vahidi V, kV və ya MV-dur.
Deşilmə gərginliyinin qiyməti izolyasıyanın qalınlığından (elektrodlar arasındakı məsafə) asılıdır. Baxılan izolyasiyanın qalınlığı artdıqca Udeş-nin qiyməti böyüyür. Lakin eyni qalınlığa malik müxtəlif izolyasiya materialları üçün Udeş-də qiymətcə müxtəlifdir. Odur ki, elektroizolyasiya materiallarının gərginliyə davamlılığını xarakterizə etmək üçün elektrik möhkəmliyi anlayışından istifadə edilir.
Elektrik möhkəmliyi- bircinsli sahədə deşilmə anına uyğun gələn sahə intensivliyi olub, qiymətcə deşilmə gərginliyinin izolyasiyanın deşilən nöqtədəki qalınlığına olan nisbəti kimi təyin edilir.

Elektrik möhkəmliyi, izolyasiyanı xarakterizə edən əsas kəmiyyətlərdən biridir və onun təcrübi yolla təyini böyük əhəmiyyət kəsb edir.
Bir çox elektrotexniki qurğularda qazlardan (hava, eleqaz və s.) izoləedici material kimi istifadə olunur. Bunlardan ən geniş yayılanı havadır. Adi şəraitdə havanın elektrik möhkəmliyi maye və bərk dielektriklərə nisbətən kiçikdir. Qazlarda deşilmənin yaranmasına səbəb elektrik sahəsinin təsirindən onlarda baş verən zərbə ionlaşması hadisəsidir. Elektrik sahəsinin təsirindən qazlarda az miqdarda olan müxtəlif yüklü ionlar və elektronlar əlavə sürət əldə edərək yükün işarəsindən asılı olaraq sahə istiqamətində ya da əks istiqamətdə hərəkət edirlər. Bu zaman yüklü hissəciklər əlavə enerji əldə edir.
Bu enerjinin qiyməti baxılan qazın molekullarının ionlaşma enerjisindən böyük olarsa həmin hissəciklər qaz molekulları ilə toqquşan zaman onları müsbət və mənfi yüklü hissəciklərə parçalayır. Beləliklə qazın həcmində elektron seli yaranır ki. bu da qazlarda sonradan deşilmə hadisəsinin baş verməsinə səbəb olur.
Havanın elektrik möhkəmliyinin qiyməti elektrik sahəsinin bircinsli və qeyribircinsliyindən asılıdır. Bircinsli sahələrdə havanın deşilməsi qəflətən baş verir. Buna səbəb elektrodlar arasındakı zərbə ionlaşmasının bütün nöqtələrdə eyni anda baş verməsidir. Qeyri-bircinsli sahələrdə havada boşalma hadisəsi əvvəlcə sahə intensivliyin qiyməti böyük olan nöqtələrdə baş verir. Bu növ boşalma tac boşalması adlanır. Tac boşalması baş verən nöqtələrdə hava öz elektrik möhkəmliyini itirir. Lakin elektrodlar arasındakı hava aralığında tam deşilmə baş vermir, çünki digər başqa nöqtələrdə sahə intensivliyinin qiyməti ionlaşma uçün lazım olan gərginlikdən azdır, ionlaşma prosesinin elektrodlar arasında bütün həcm boyu baş verməsini təmin elmək üçün gərginliyi arıırmaq lazımdır.
Bircinsli salıalardə havanın elektrik möhkəmliyini təcıübi yolla təyin etmək üçün kürə formalı eleklrodlardan istifadə edilir. Bu halda kürələr arasındakı məsafə onların diametrinə nisbətən çox kiçik olmalıdır. Havanın elektrik möhkəmliyinin qiyməti kürənin radiusundan və havanın nisbi sıxlığından asılıdır.
Edeş=27,2
burada, R -kürənin radiusu, rn;
-havanın nisbi sıxlığıdır.
P -havanın təzyiqidir, mm civ.süt.
T -temperatur, C°.
Normal şəraitdə (760 mm. civ.süt, 20°C temp.) hava üçün =1- dir.Kürələr arasındakı hava məsafədini deşmək üçün lazım olan gərginliyin qiyməti aşağıdakı düstur vasitəsilə təyin edilir.

burada, h- kürələr arasındakı məsafə, m,
x- kürələr arasındakı sahənin qeyri birciııslilik əmsalıdır, (cəd.l) və h/R nisbətindən asılıdır.

Cədvəl 1

h/R

0,1

0,2

0,4

0,6

0,8

1,0

1,2

1,4

X, kürələr izolə
edilən halda

1,034


1,068


1,37


1,208


1,283


1,359


1,44


1,525


X, kürələrin biri yerləəlaqələndirilən
halda

1,03


1,07


1,14


1,23


1,32


1,41



1.51


1,62


Qeyri-bircinsli sahələrdə havanın elektrik möhkəmliyini tə’yin elmək üçün iynə-müstəvi və ya iynə-iynə formalı elektrodlardan istifadə olunur.




  1. Yüklə 148,17 Kb.

    Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin